Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə37/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   33   34   35   36   37   38   39   40   ...   84

 
149 
bəzəkli bir saraydır, ancaq divarında belə sözlər yazılmış bir 
lövhə asılıb: “Hər şey yox olacaqdır”.  
Allahu-Zulcəlal elm, hər  şeyi bilən və qüdrət sahibidir. 
Elm sahibi olan Allahu Zülcəlal, bizlərin də elm sahibi olaraq 
Onu tanımağımızı istəyir. Quranda elmin önəmli olduğu 
vurğulanmış, çox yerdə elm verilənlər ifadəsi və elm sahiblə-
rinin üstünlüyü vurğulanmışdır. Hətta hədislərdə alimlərin 
mürəkkəbi ilə  şəhidlərin qanı müqayisə edilmiş, alimlərin 
mürəkkəbinin daha ağır olduğu ifadə edilmişdir.  İnsanın 
özünü bilməsi, nəfsini bilməsi deməkdir. Nəfsini bilən də 
Allahı tanıyar.  
Allahu-Zulcəlal nəfslərdə gizlənəni biləndir. Allah bən-
dələrinin içində olan, hətta onlar barəsində xəbərdar olmadıq-
ları  şeylər haqqında belə  “əl-Xəbir” sifəti ilə  hər an xəbər-
dardır.  
Allahu-Zulcəlaldan qorxanlar ən çox elm sahibi olan 
Allah dostlarıdır. Bu haqda Quranda buyurulur: "Allahın qul-
ları arasında ondan ən çox qorxan alimlərdir. ", "Bilmirsinizsə 
elm sahiblərindən soruşun”  
Deməli elm sahibi olmaq Allah tərəfindən böyük bir 
nemətdir.  Əsas vurğulanan budur ki, elm sahibi olduqca 
Haqqı tanıyır və haqla batili ayıra bilirsən. Beləliklə halal və 
haram haqqında bilgi sahibi olan mömin, imanın üstünlüyünü 
idrak edəcək, küfrün çirkinliyini örtəcəkdir. Qəlbi rahat olub, 
insanların ayıblarını araşdırmaqla, yalan danışmaqla,  şər və 
böhtanla kimi isə gözdən salmaq üçün vaxtını  və enerjisini 
israf etməklə, avamlığından kiminsə  ağır günah yükünü öz 
üzərinə yükləməklə deyil, öz ayıbları ilə  məşğul olacaqdır. 
Kiminsə ağlı və sözü ilə deyil, öz ağlı və düşüncəsi ilə rahat 
yaşayacaqdır. Cahil insan öz acizliyindən və qəzəbindən kimə 
isə söz atıb, özünə  təskinlik verərək, özünü başqalarının 
yanında qalib hiss edəcək. Ancaq onu hiss etməyəcək ki, axı 
 
150
insanların hamısı savadsız və avam deyildir və bununla da öz 
cahilliyini dərk etməyərək ömrünü sürəcəkdir.  
Malikəl Mulki, Zul Cəlali Vəl İkram Əsmalarının zikri:  
1. "Allahummə məlikəl mulki tu`til mulkə mən təşau və 
tənziul mulkə mimmən təşau və tu’izzu mən təşau və tuzillu 
mən təşau bi yedikəl xayru innəkə alə kulli şeyin qadir. "  
Kim bu ayəni dua olaraq 41-70 və ya 313 dəfə zikr 
edərsə, ruzisi artar və yolları Allahın köməkliyi ilə açılar, 
izzət və hörmət sahibi olar.  
2. Bu ismi davamlı oxuyan kimsəyə Allah-təala çox 
böyük məhəbbət verər. Onu görən hər kəs ona sevgi və qayğı 
göstərər. Bütün dünya işləri düzələr və Allah dualarını tez 
qəbul edər. Malını və mülkini itirməkdən əmin olub, qəlbində 
qorxu olmaz.  
3. Hər gün 1312 dəfə ”Malikul Mulki Zul Cəlali vəl 
İkram” deyə zikr edən kimsəyə heç kəs zülm edə bilməz.  
4.”Malikul mulki zul Cəlali vəl ikram”ismini, “Fəth” və 
“İnşirah”surələrini yazaraq bir dükandan asarlarsa, bu dü-
kanın alış-verişi və ruzisi bol və bərəkətli olar.  
5. Daima övladını sidq edən və ya doğulduqdan sonra da 
övladı qalmayan qadınlar hamiləlik dövründə hər gün 18 dəfə 
“Malikul mulki Zul Cəlalı  vəl  İkram” ismini, 68 dəfə “Ya 
Heyy” ismini və 18 dəfə də “Ya Muhyi” ismini zikr edərlərsə, 
bu bəlalardan uzaq olarlar. Doğulan övladları xeyirli və 
bərəkətli olar.  
6. Bu ismi çox zikr edən kimsə bir çox xəstəliklərdən 
Allahın izni ilə şəfa tapar.  
7. “Malikul mulki zul Cəlali vəl ikram” ismini 68 dəfə bir 
kasa suya oxuyaraq küsülü ər-arvada içirdilərsə, aralarında 
mehribanlıq yaranar.  
8.”Malikul mulki zul Cəlali vəl ikram” ismini Ərəbi 
ayının ilk cümə günündə günəş doğarkən bir kasa suyun 
üzərinə 1312 dəfə oxuduqdan sonra evlənməyən oğlan və ya 


 
151 
qız içərsə, tezliklə  bəxt-tale yolları açılar.  Əlbəttə, hər  şey 
niyyətdən asılıdır.  
Yer üzündə baş verən bütün hadisələr, Cəlal sifətinin 
Rəhman  əsmasının təcəllisi ilə baş verir. Allahın Qəhhar 
əsması ilə, Qüdrət və Cəlal sifəti ilə təcəlli etməsi isə varlığı 
həlak edər. Quranda buyurulduğu kimi bir çox Peyğəmbər-
lərin qövmi bu sifət və  əsmaların təcəlli edərək zühr etməsi 
ilə həlak edildi. Cəlal sifəti Yer üzündə  
Qəhhar və  Cəbbar  əsmaları vasitəsi ilə Zul-Cəlalı  Vəl 
İkram əsması təcəlli edərsə, Yer üzündə müharibələr yaranar. 
Müharibələr insanlığın Allaha rucu etmək, Ona sığınaraq 
mərhəmət və yardımını diləmək və Yaradanını bir daha xa-
tırlatmaq məqsədilə insanlığa verilən bu Zul-Cəlalı vəl-İkram 
əsmasının təcəllisidir. Həmçinin müharibələr, insanlara in-
sanlığın varlığının nə  qədər önəmli olduğunu idrak etməsi 
üçün Allahın Zul-Cəlalı Vəl İkram əsmasının bir təcəllisidir.  
 
 
əl-Muqsit-209-Bütün işləri düzgün, ədalətlə və bir-birinə 
uyğun yerinə yetirəndir.  
əl-Muqsit- “Çox adil” anlamına gələn bu ismi-şərifi 
Quranda bu adla deyil, bu anlamı verən mənada ancaq Yunus 
surəsi 54-cü ayədə: “Aralarında  ədalətlə hökm olunar və 
onlara zülm və haqsızlıq edilməz”-deyə buyurulmuşdur. 
Ədalətlə hökm edəcək olan isə Allahdır.  
Günəşi, havanı, suyu yaradan Allah, bizim adil olmamız 
üçün Quranı endirmişdir. O Quran da bizə  ədalətli olmağı-
mızı  əmr edir. Bizlərin bütün yaratdıqlarına, canlı-cansız nə 
varsa, hamısına qarşı ədalətli və mehriban olmamızı buyurur.  
Bəli, “Yox” da Allahın yaratdığıdır. Bunu bilsək, bu gün 
“var”ların Onunla “var” olduğunu da bilərik. Gecə belə günəş 
olmasa bir şey deyildir. Ayrıca hamısını da yaradan Odur.  
 
152
1. Bu ismi-şərifi zikr edən kimsənin düşmənləri varsa, 
hamısının kin və  ədavəti sönər.  Ər arvad arasında kin və 
nifrət keçərək, məhəbbət və sevgi yaranar.  
2. Dəcəl və narahat uşaqlara 66 dəfə” Ya Allahu Ya 
Muqsitu”isimlərini bir kasa suya oxuyub, üfürərək içirtmək 
xeyirlidir. Çox dəcəl uşaqlara içirdilsə, uşaq sakit olar.  
3. Bu ismi-şərifi davamlı oxuyan şeytanın vəsvəsəsindən 
əmin olar.  
 
 
əl-Camiu-114-  İstədiyini istədiyi zaman, istədiyi yerdə, 
anda toplayan deməkdir.  
əl-Camiu“Toplayan”anlamına gələn “əl-Cami” ismi-
şərifi Quranda iki dəfə keçir.  
“Ey Rəbbimiz! Olacağına  şübhə edilməyən bir gündə 
(qiyamətdə) bütün insanları (bir yerə) toplayan Sənsən. Allah 
Öz vədəsindən əsla dönməz!” (Ali imran-9 və Nisa-140) 
Bəziləri sual verirlər ki, “Yanğında yanaraq dağılan, külə 
dönən adamı Allah haradan tapıb, toplayacaq?- deyə soru-
şanlar  əvvəlcə özlərinə baxsınlar. Özlərinin nədən yarandıq-
larına baxsınlar. Dünyanın hər tərəfindən onun üçün yemək-
içməklər, ruzilər gəldi. Göy üzündən günəş, altı tərəfdən hava 
gəldi və uşaqkən gənc oldu. Allah hər gün müxtəlif nemətlər 
bəxş edərək, yaşadar, müəyyən yaşa çatdırar. Bütün nemətləri 
verən Allah bir gün öldürər və hamısını dağıdar. Sonra isə 
Qiyamətdə ikinci dəfə dirildərək yenə toplar. Bu dünyada bizi 
ailə, qəbilə, sülalə ətrafında toplayan könüllərimizi bir-birinə 
bağlayan Odur. Qiyamət günü də bizləri bir daha cəm edən 
“əl-Cami” olan Allahdır.  
1. Görüşmək istədiyi bir kimsənin şərəfinə niyyət edərək 
114x114=12996 dəfə “Ya Camiu”ismini oxuyan və hər yüzdə 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə