Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə45/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   41   42   43   44   45   46   47   48   ...   84

 
185 
uyğun dəyişir və onlarda müxtəlif sifətlər meydana gəlir. 
Ancaq bu sifəti tərbiyə  və elmlə  əhatə edərək pak, təmiz 
saxlamaq olar. Bu zaman qəlbdən nifaq və yalançılıq gedər, 
yerini səmimiyyət və mərdlik tutar.  
Atəş ünsüründən qaynaqlanan zülm və hiddət sifəti 
İslamın  əmr və hökmləri qarşısında qeyrətə  və  rəhmanı 
tərəfdarlığa çevrilər.  
Hava ünsüründən qaynaqlanan kibr, təkəbbürlülük və 
üstünlük sifəti, izzət , vüqar və heybətə çevrilər.  
Torpaq ünsüründən qaynaqlanan tənbəllik, yuxululuq 
kimi hallar, səbr, xanımlıq və bəylik sifətinə çevrilər.  
Lətaifləri həqiqi vəzifələrinə döndərmək üçün onların 
zikr nuru ilə aydınlanması və bəslənməsi lazımdır.                  
              
Lətaif zikri haqqında 
 
1. Nəfsi əmmarə: Pisliyə, günahlara əmr edən nəfs.  
2. Nəfsi ləvvamə: Özünü qınayan , danlayan nəfs.  
3. Nəfsi mulhimə: İlham və kəşfə malik olan nəfs.  
4. Nəfsi mutməinnə: Hüzura qovuşmuş, rahat olan nəfs.  
5. Nəfsi raziyə: Razı olan, şikayətçi olmayan nəfs.  
6. Nəfsi mərdiyyə: Allahın ondan razı olduğu nəfs.  
7. Nəfsi kamilə: Tam, kamil, təmiz nəfs.  
             
Hər nəfsin öz rəngi və zikri var 
 
1. Nəfsi əmmarənin zikri: Lə iləhə illəllah (100. 000 dəfə). Bu 
nurun rəngi mavidir.  
2. Nəfsi ləvvamənin zikri: Allah (100. 000 dəfə). Bu 
nurun rəngi sarıdır.  
3. Nəfsi mulhimənin zikri: Hu (90. 000 dəfə). Bu nurun 
rəngi qırmızıdır.  
 
186
4. Nəfsi mutməinnənin zikri: əl Heyy (70. 000 dəfə). Bu 
nurun rəngi bəyazdır.  
5. Nəfsi raziyənin zikri: əl-Qayyûm (90. 000 dəfə). Bu 
nurun rəngi yaşıldır.  
6. Nəfsi mərdiyyənin zikri: ər-Rahman (175. 000 dəfə). 
Bu nurun rəngi qaradır.  
7. Nəfsi kamilənin zikri: ər-Rahim (100. 000 dəfə). Bu 
nurun rəngi yoxdur, bütün rənglərə çalır.  
         
Zikrin beş mərtəbəsi var 
 
Birinci dildədir.  
İkinci Fuad-könüldür.  
Üçüncü-qəlbdir,  
Dördüncü –Sənəvbəri,  
Beşinci-Lub-dur.  
Dildə olan zikrə-Lisan deyirlər: Dildə çox zikr edib, 
çalışmağa başladıqca, Allahı zikr etdikcə, dil bu gözəl sözlərə 
vərdiş olar və artıq sözlər könülə (Fuada)enərək, könüldən 
gələr. Zikrullahı çox davam etdikcə Zikrullah qəlbə tökülər. 
Yəni dildə çox zikr etdikcə könülə bir eşq düşər. Qəlbdə 
dəyişiklik, sızıldamalar, çırpınmalar baş verər. Daha sonra isə 
bu eşq Sənəvbəriyə keçər və ilham qapısı açılar. Sənəvbəri-
göbəkdən üç barmaq yuxarıda yerləşir. Zikr qəlbdə kamala 
çatdığı zaman, qəlb uşaq kimi oynar, sonra Sənəvbəriyə nəql 
edər. Burada da zikr o qədər genişlənər ki, insan vücudunda 
hər damar, hər tük belə zikri eşidər. Təpədən dırnağa qədər, 
bütün vücud zikr edər və daşların, dağların, ağacların belə 
zikrini eşidər. Daha sonra Lubə keçər, yəni Lubə-sağ tərəfdə 
ənsə sümüklərinin bitdiyi yerdir. Zikr Sənəvbəridən nəql 
edildiyi zaman cümlə mövcudatın sirri açılar. Zikr sadəcə 
Lubdən zühur edər. Orada kamal tapana qədər davam edər. 
Kamal tapınca elmi-lədun qapıları açılar.  


 
187 
Zikr etmək 
 
Zikr etmək həm qəlbi şeytanın vəsvəsələrindən qorumaq, 
həm də dünya həyatından uzaqlaşmaq deməkdir. Bu zaman 
sanki insan yaşadığı qarışıq əsrin içindən çıxıb, müqəddəs bir 
zamanın içində yaşayar. Bildiyimiz kimi əsr bir yüzillikdir. 
Keçmiş zaman olduğu kimi”zamanı-qul”yəni, aləmin başlan-
ğıcından sonuna qədər olan zaman: Dəhr mənasında gözlə 
görünməyən, əllə tutulmayan, içində yaşanan, ancaq hey yox 
olan zaman və sürətlə axıb gedən gecə ilə gündüz Əcəbul-
Əcaibət”(heyrətamiz işlərin  ən  əcaibi) olan bir məsələdir. 
Zaman: hər insana, hər heyvana, hər bitkiyə  və  hər varlığa 
bəxş edilən, bizlər üçün həm yaxşı, həm də pis olan, xəstəlik, 
zənginlik, kasıblıq, sevinc, kədər, varlıq, yoxluq kimi hissləri 
özündə toplayan, Yaradıcının qüdrətində olan bir məfhumdur. 
Lakin bütün bu zaman içində insanı ən çox maraqlandıran öz 
həyatı, ömrüdür. Çünki Hz. Peyğəmbərimizin buyurduğu bir 
hədisdə olduğu kimi ”İnsan ölüncə Qiyamət qopar”. Bir sözlə 
insanın ömrü onun ən qiymətli sərmayəsidir. Son nəfəsində 
olan insana: ” Sənə bir-iki saat da ömür versək, əvəzində sər-
vətini verərsənmi?-deyə soruşulsa, yəqin ki, ”Ömrün yanında 
sərvətin nə qiyməti var ki?!-deyə cavab verər.  
 
İrfan yolçularının mənzilləri üçdür. 
 
Biri “Aləmi-fəna” (fənə olan aləm), digəri “Aləmi cəzbə” 
(özünə cəzb edən aləm), üçüncüsü də “aləmi qəbzə”dir-(ölüm 
aləmidir).  
“Aləmi-fənada” olanlar "Lə iləhə illəllah" zikrini çox et-
məlidir. “Aləmi-cəzbədə” olanlar- "Allah, Allah, Allah" zik-
rini davamlı etməli.”Aləmi-əbzədə” isə "Hu, Hu, Hu" zikri 
edilməlidir.  
 
188
"Lə ilahə illəllah" qəlblərə, "Allah, Allah, Allah" ləfzı-
cəlili ruhlara, "Hu, Hu, Hu" kəlməsi də sirlərə qidadır. "Lə 
iləhə illəllah" qəlblərin, "Allah" ləfzi ruhların "Hu" kəlməsi 
də sirlərin cəzbedənidir 
Zikri: “Hu Aman Allah, Hu Mənnan Allah, Hu Səttar 
Allah, La iləhə illəllah”. Bu şəkildə zikr etsəniz qəlbinizdə bir 
rahatlıq hiss edəcəksiniz, dilinizə  və  qəlbinizə bir sakitlik 
gələcəkdir.  
            
Bismilləh haqqında 
 
Bismillah “Allahın adı ilə”yaxud “Başlayıram Allahın 
adı ilə”deməkdir. Sevimli  Peyğəmbərimiz Hz. Məhəmmədin 
(s.  ə. s) öyrətdiyi kimi, müsəlman hər bir işini “Bismillah” 
sözü ilə başlamalıdır. Yola çıxdıqda, evə daxil olduqda
yeməyə-içməyə başladıqda, kitab oxuduqda, yatağa uzan-
dıqda, ”Bismillah” demək — bütün işlərdə Allaha sığınmaq, 
Onu özünə arxa, yardımçı, dayaq bilməkdir. Qeyd edək ki, 
“Tövbə” surəsindən başqa, Quranın bütün surələri “Bis-
milləh” ilə başlayır və Quranda “Bismilləh” 114 dəfə 
təkrarlanır (Nəml surəsində).  
 Bəsmələnin-yəni Bismilləhir Rahmənir Rahiminin sirləri 
1. Hər arzuya çatmaq üçün 7 gün 786 dəfə zikr etmək.  
2. Ölümdən, qəza bəladan, oğrudan, yanğından və sairə 
təhlükələrdən qorunmaq üçün yatarkən 21 dəfə zikr etmət.  
3. Düşməndən və zalımdan qorunmaq, vəsvəsədən 
qurtarmaq üçün: 7 gün 786 dəfəzikr etmək.  
4. Hafizə  və  qəlb gözünün açılması üçün sübh nama-
zından sonra 2500 dəfə zikr etmək.  
Beyt: Şəratu bi Tovhidil-İlahi mubəsmilə,  
Sə əhtimu biz zikril-xamidi mucəmmələ,  
Və ərsələ fînə Ahməd-əl-haqqi muqtəda,  
Nəbiyyən bihi kəm-əl-vucudu və qad hələ.  


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə