Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə42/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   38   39   40   41   42   43   44   45   ...   84

 
173 
“Rəhim” ismilə, varlıqlar içində özünə seçdiyi “Mufərridun” 
və “Muqarrabini” seçilmiş  bəndələrinə tanıdır.”Malik” ismi 
mülkin yeganə sahibidir və mülkində istədiyi kimi təsəvvüf 
etməkdədir. Bütün mülk, Allahın adlarının ortaya çıxışından 
ibarətdir. Eyni zamanda Məlik olan Allah, bütün mələklərin 
qüvvələrinin qaynağıdır.”Quddus” ismi həddən artıq müqəd-
dəsdir. Heç bir bəşəri anlayışla məhdudlaşdırıla bilməz. 
Qudsiyyət sahibidir. Qüdsi-Ruh, onun varlığıla qaimdir. Sa-
lam ismilə varlığın özündəki Qüdsi-Ruha yaxın halını yaradır.  
Yaxınlığını  fərdlərdə “Mumin” ismi qeybin sonsuz sir-
lərini dərk etmək imkanı meydana gətirər. Qeyb sirlərini hiss 
etdirdiyi seçilmiş  bəndələrini “Muheymin” ismilə özlərinin 
heçliyini, yoxluğunu hiss etdirərək, onu heyrət məqamına 
çatdırar. Beləliklə Onun ucalığı insanı  məst edərək özündən 
keçirər. (sufilər kimi) Heçliyini hiss etdirərək heyrət və 
heyranlıq oyandırdığı  bəndələrini “Əziz” ismilə qalib edər. 
Mütləq qalib olmasını “Cəbbar” isminin hökmülə  məcburi 
olaraq, istər-istəməz qəbul etdirər. Hər kəs O mütləq səbr qar-
şısında əzilər, məhv olar və qəhr olar. Çünki O, eyni zamanda 
”Qahhər”dır. Dilədiyi hər  şeyi ortadan qaldırmaq qüdrətinə 
malikdir. Bu Qahhariyyət və  Cəbbariyyət gücü və  səlahiy-
yətinə sahib olması  səbəbindən Mutəkəbbirdir.  Əzəmət və 
Qüdrət sahibidir. Çünki Azim və  Kəbirdir. Mutəkəbbir və 
Kəbir olması, sonsuz mənalara sahib olmasından irəli gələn 
bir üstünlükdür. Buna Əkbəriyyət deyilir. Öz uca xüsusiy-
yətlərini ancaq və yalnız özü qiymətləndirə bilər.  
Həlim ismi ilə  bənzərsiz və orijinal yaratımlar meydana 
gətirib, özündəki uca xüsusiyyətləri təqdir edərək qiymətlən-
dirir. ”Xaliq” ismilə  bənzərsiz olaraq yaratdıqlarını “Bari” 
ismilə fərqli və yeni bir icadla meydana gətirməkdədir. Çünki 
O həm Muciddir həm Məciddir. Hər bir yeni icadıyla şan və 
şərəfini daha da yüksəldir. ”Musavvir” ismilə bədən verərək 
icad etdiklərini Öz elmi ilə şəkilləndirmişdir. Bu şəkilləndir-
 
174
mə ilə yaratdığı vahidlərdən “Ğaffar” və  “Ğafur” ismilə 
məğfirətini ortaya çıxarar. Məğfirətini ortaya çıxardığı vahid-
lərə ”Vahhab” ismilə qarşılıqsız olaraq ehsan verər. Çünki O 
Muhsindir. Ehsan məqamının əsl sahibidir. Allahın bu qarşı-
lıqsız ehsanı Razzaq ismi ilə sonsuz mənalarla davamlı ruzi 
şəklində tanınmaqdadır. Sonsuz mənaları davamlı  bəslədiyi 
vahidləri müəyyən mərhələdən sonra Fəttah ismilə müəyyən 
fəthlərlə və yeni nailiyyətlərlə təmin edər.  
Alim ismilə, mənalarının meydana gətirdiyi seçilmiş-
lərinin bütün hallarını bildiyi üçün “Kəab” ismilə istədiyi 
zaman, istədiyi yerdə “Qabzə” ismilə sıxaraq, dilədiyi zaman 
isə bəst ismilə genişləndirər. Bu mənaların davamı olaraq da 
istədiyi bəndələrini “Xafid” ismilə  ən dəyərsiz hala salaraq 
dəyərsiz qılarkən, dilədiyi bəndələrini də “Rafi” ismilə yük-
səldərək qiymətləndirər. Meraclarını tamamladaraq yüksək 
dərəcələrə nail edər. Bununla paralel olaraq “Muizz” ismilə 
izzət bəxş edərkən “Muzillin” ismilə də zillətə salıb dəyərsiz 
edər.  
Bu qiymətləndirmələrin kökündə də “Səmi” ismilə yarat-
dıqlarının hər halını dərindən qəbul etməsi və “Bəşər” ismilə 
yaratdıqlarının hər halını qiymətləndirməkdədir. Yenə O, 
“Hakim” ismilə hökm sahibidir və hökmü qeyri-şərtsiz yerinə 
gələndir. Çünki eyni zamanda Hakim ismilə  hər  şeyə hakim 
vəziyyətdədir.  
Yaratdığı bütün seçilmişlərdə hökmü hər an etibarlı olan 
Allah, “Ədl”ismilə  hər bəndəni müəyyən bir məqsəd üçün 
yaradaraq onlara layiq etdiklərini hər an verməkdədir. Bu, 
”Lətif” ismilə lütflə bəndənin özündə və quruluşunda olduqca 
lətif bir hərəkətlə  işləməkdədir. Çünki”Xabir” ismilə  hər 
şeyin özəyindən, hər  şeydən xəbərdardır. “Hasib” ismilə  də 
hər varlığın hər an etdiyini, əməlin hesabını hesaba çəkəndir.  
Həlim ismilə xoş görünüş  və helm sahibidir. Helm 
paltarını geydirərək zinətləndirdiyi qullarına “Şəkur” ismilə 


 
175 
rəhmlə cavab verər, qarşılıq edər. Çünki “Kərim” ismilə ik-
ram sahibidir. Sərhədsiz comərdlik sahibidir. “Muqit” ismilə 
də hər kəsin öz şəxsi xüsusiyyətlərinə görə qidasını verər.  
Allah, “Cəlil” ismilə bütün kamal sifətlərinə malikdir. 
Çünki Alidir. Ucalıqda çatılmazdır. Mutəalidir, ucalığı 
yayandır. “Hafiz” ismilə hər şeyi əzbərləyərək mühafizə edər. 
Əzbərləyərək himayəsində saxladığı bəndələri “Raqıb” ismilə 
hər an nəzarətində saxlayır.  
“Vasi” ismilə sonsuz genişlik və dözüm sahibidir. 
”Muqit” ismilə hər şeyi əhatə edər. Çünki “Ğani” ismilə anla-
yışları üstündür və heç bir şeylə ölçülməyəcək dərəcədə 
zənginlik sahibidir. Çünki Muğnidir. Hakim ismilə hər hərə-
kəti yerli yerindədir və hikmətinin gərəyi qədər məna-
lıdır.”Vədud” ismilə  eşqin qaynağıdır və  həqiqətən sevilən 
tək varlıq Odur. .  
Bais ismilə  həyatda davamlı müxtəlif, yeni dövrlər 
yaşadar. Çünki O Əzəli və Muhyidir və Mumitdir. Sonsuz 
dirilik sahibi olaraq həyatın qaynağıdır və eyni zamanda ölü-
mü daddıraraq geri qaytarandır. Ehsan edən vəcan verəndir. 
Şəhid ismilə  hər  şeyin gerçəyini müşahidə edəndir. Haqq 
ismilə yeganə həqiqətdir. Vəkil ismilə özünü vəkil tutanların 
işlərini kamalla nəticələndirəndir. Vəli ismilə arxa çıxaraq 
onları kamala çatdırandır.  
Qavi və  Mətin ismilə bütün qüvvə  və güclərin bölüş-
dürücüsü və qaynağıdır. Hamid ismi ilə  tərifə  və  həmdə 
layiqdir. Ehsanın sahibi olaraq Muhsin və Mubdidir. Ehsan, 
sonsuz saydakı varlığın hər zərrəsinə  qədər qiymətləndirmə 
xüsusiyyətidir.  İcad isə  bənzərsiz və orijinal xüsusiyyətə 
sahib, sonsuz sayda varlıq yaratma xüsusiyyətidir. Çünki 
Bədi ismilə bənzəri olmayan şeyləri icad edər.  
Muid ismilə yaradılmışları yox edib təkrar bədənlərini 
iadə(torpaqdan çıxarar) edər və mövcud edər. Vacid ismilə nə 
bağışlasa, varlığından heç bir şey azalmaz. Çünki Qayyum 
 
176
ismilə öz varlığıyla qaimdir və  hər  şey Onun varlığıyla 
daimidir.  
Qədr və Muqtədir ismilə qüdrəti hər  şeyə qadirdir. 
Qüdrətinin sərhədsizliyi gərəyi olaraq da Vali ismilə hər şeyi 
tədbir və idarə edər. Çünki O, Muqəbbirdir. Hər işi tədbir 
ilədir. Bərr ismilə varlıqlara istədiyi xüsusiyyətlər qazandırar.  
Tövbə ismilə tövbələri qəbul edəndir. Tövbələrini qəbul 
etdiyi qullarını Əfuv və Rauf isimləri ilə bağışlayar və onlara 
rəhm edər. Eyni zamanda Muntaqim ismilə  zərər verənə 
etdiyinin nəticəsini yaşadar. Məlikəl Mülk olması hesabıyla 
mülkin yeganə sahibidir. Bu səbəbdən hər an mövcudatın 
bütün ölçülərində istədiyi kimi təsəvvüf etməkdədir. Zul 
Cəlali vəl İkramdır. Mütləq hökm və ikram sahibidir. Muqsid 
ismilə hər şeyi yerli-yerində edər. Cami ismilə dilədiyi bütün 
mənaları dilədiyi yerdə cəm edər. Mani ismi ilə mən edicidir. 
Darr ismilə  zərərə  uğradarkən Nafi ismilə faydalandırar. Bu 
xüsusiyyətlərilə  də xeyrin və  şərin mütləq qaynağı  və 
idarəedicisidir. Aydınlıq verərək irşad etdiyi bəndələrini Hadi 
ismilə  həqiqətə yönəldər. Çünki O, Raşid ismilə varlıqları 
istiqamətləndirib istədiyi hədəfə çatdırar.  
Baqi olan Odur. Varis olaraq bütün varlığın həqiqi tək 
varisidir. Sabur olan Allah səbrin qaynağıdır. Bütün gözəl 
adlar Allahındır.  
       
Mərufətnamə 
 
Rasulullah Sallallahu aleyhi vəs-səlləm ;  
(La unsi sənai aleykə əntə kəmə isneytə aleykə nəfsikə ) 
buyurdu.  
İlk yaradılmış ruh Muhəmməd Sallallahu aleyhi vəs-
səlləmin ruhudur ki, Bədi isminin təcəllisidir.  
İkinci Ruhi -insani, nəfsi natiqə, Baîs isminin təcəllisidir.  
Üçüncü Təbiət- Batin isminin təcəllisidir.  


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə