Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə43/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   39   40   41   42   43   44   45   46   ...   84

 
177 
Dördüncü Heyulə-Axır isminin təcəllisidir.  
Beşinci Şəkil- Zahîr isminin təcəllisidir.  
Altıncı Cismi Külli- Hakim isminin təcəllisidir.  
Yeddinci Ərş-Muhit isminin təcəllisidir.  
Səkkizinci Kürsü-Şəkur isminin təcəllisidir.  
Doqquzuncu Fələqi Atlas -Ğani isminin təcəllisidir.  
Onuncu Fələqi Mənazil-Muqaddir isminin təcəllisidir.  
On birinci Fələqi Zuhal -Rəbb isminin təcəllisidir.  
On ikinci Fələqi Muştəri-Alim isminin təcəllisidir.  
On üçüncü Fələqi Mərih- Qahir isminin təcəllisidir.  
On dördüncü Fələqi Şəms-Nur isminin təcəllisidir.  
On beşinci Fələqi-Zöhrə-Musavvir isminin təcəllisidir.  
On altıncı Fələqi Utarit-Muhsin isminin təcəllisidir.  
On yeddinci Fələqi Qəmər-Mubin isminin təcəllisidir.  
On səkkizinci Fələqi Əsir- Qabiz isminin təcəllisidir.  
On doqquzuncu Külək Hava-Heyy isminin təcəllisidir.  
İyirminci Qurei Mai (Su)- Muhyi isminin təcəllisidir.  
İyirmi birinci Qurei Torpaq- Muhit isminin təcəllisidir.  
İyirmi ikinci Mədən-Əzîz isminin təcəllisidir.  
İyirmi üçüncü Nəbatət-Razzaq isminin təcəllisidir.  
İyirmi dördüncü Heyvan -Mudil isminin təcəllisidir.  
İyirmi beşinci Cin- ismi Lətif isminin təcəllisidir.  
İyirmi altıncı Mələk-Qaviyy isminin təcəllisidir.  
İyirmi yeddinci İnsan-Camii isminin təcəllisidir.  
İyirmi səkkizinci Mərtəbei İnsan- Rafiud-dərəcat isminin 
təcəllisidir.  
Bu aləmlərin sahibi isəm Haqq Təaladır.  
ər-Rahmənir-Rahim: 28 aləmi icad edən Rahman və 
imdad edən isə Rahimdir.  
Məlikî Yovmiddîn: Yovmi Qiyamətin maliki, Allah-
taaladır.  
 
  
 
178
99-İsmi-Şərifdən başqa  
Quranda keçən bəzi Əsmalar 
 
Peyğəmbərimiz (s.ə.s.)buyurmuşdur: ”Allahın 99 İsmi-
Şərifi vardır. Kim onları sayarsa, Cənnətə girər.”Bundan 
əlavə, Qurani-Kərimdə Allahın bir çox əsmalarının adı  çə-
kilir. "Həmçinin alimlər arasında Quran və  səhih hədislərdə 
Allahın müqəddəs və mütəhhər min bir adının olduğu bil-
dirilir. Bəzi kitablarda isə Allahın dörd min adı olduğu 
bildirilir. Onların mini Quranda və  səhih hədislərdə, min 
dənəsi Tövratda, min dənəsi İncildə, min dənəsi də Zəburda
min  ədədi də Lövhi-məhfuzda olub, hələ  bəşər aləminə 
çatmadığı qeyd edilir. (Tefsiri Kebir, Darül Fikr, Beyrut, 
1993, c, 1, s, 13 ve 160 (Tercüme, Akçağ y, c. 1, s. 3 ve 216)  
"Əgər Allahın adları 99-dan çox isə Peyğəmbərimiz 
(s.ə.s.) nə üçün “Allahın 99 adı vardır”, -deyə buyurmuşdur? 
"Sualına İmam Qəzali belə cavab verir:  
Bir hökmdarın min döyüşçüsü olsa və bir kim desə ki: 
"Hökmdarın doxsan doqquz əsgəri vardır ki, kim onları alaraq 
döyüşə girsə, düşmənlərə mütləq qalib gələr. " Hökmdarın 
min əsgəri olduğu halda, burada yalnız doxsan doqquzundan 
söz açılması, onun 99 əsgəri olduğu üçün deyil, əksinə, 
onlarla zəfər hasil olduğu üçündür. Çünki bu 99 əsgər çox 
qüvvətlidir və zəfərə çatması üçün min əsgərdən yalnız 99-u 
kifayətdir. Daha çox əsgərə ehtiyac yoxdur.” 
(İmam Gazali, Esmaül Hüsna Şerhi, Elifbe y, s, 282. 
Benzer ifadeler: Taftazani, Şerhül Makasıd, Alemül Kütüb
1998, c. 4, s. 348. ) 
Deməli, Allahın 99-dan çox ismi vardır, lakin bu isimlər 
içində 99 ismin çox fərqli xüsusiyyətləri vardır. Bu xüsusiy-
yətlər Allah qatında bu və digər adların  əhəmiyyətindən 
qaynaqlanmaqdadır.  


 
179 
KİDƏM: Allahın varlığının  əvvəli yoxdur deməkdir. 
Yəni yoxkən var olmuş deyildir. Belə isə Özünü var edən 
birinə möhtac olmamışdır. Yoxsa Vücudu-Vacib, haqq 
olmazdı.  
əl-Alə-111-Ucalardan Uca. Ən yüksək. (Naziat-24 və 
Leyl-20)  
Alimul Ğayb-1183-Gizlinin alimi-gizlini bilən. (Cin-26 )  
Alimul Ğaybi vəş Şəhədəti 1535-Qeybin və müşahidənin 
alimi-Qeybin şahidliyini-şəhadətini bilən. (Ənam-73, Tövbə -
94-105, Rad-9, Muminûn-92, Səcdə-6, Zumər-46, Həşr-22, 
Cumuə-8, Təğabun-18)  
Alləmul  Ğuyub-1189-Qeyblərin alimi-Gizliləri  ən yaxşı 
bilən. (Maidə-109-116, Tövbə-78, Səba-48)  
Əhlul Məğfirəh-1392-Əfv etmənin, bağışlayıcılığın 
qaynağı-məğfirət əhli.  
(Muddəssir-56)  
Əhlit Təqva-583-Təqva əhli. (Muddəsir-56)  
əl-Əkrəm-26-Çox cömərt. (Ələq-3) 
Fəlıqul isbəh-352-Sabahı yarıb çıxaran - qaranlığı yarıb 
aydınlıq çıxaran (Falıq - çatladan, açan(mərkəzdən) (Ənam-
96)  
Fəliqul Həbbi vən Nəva- 355-Çəyirdəyi, toxumu mərkəz-
dən yarıb çıxardan. (Ənam-95)  
Fətiris Səməvati vəl-1866-Göyləri və yeri yaradan, icab 
edən. (Ənam-14, Yusuf-101, İbrahim-10, Fatır-1, Zumər-46, 
Şura-11)  
Fəalun lima yurid-476-İstədiyini edən. (Hud-107, Buruc-
16)  
Ğafiriz zənb- 2064-Ğafir-Günahları əfv edən. (Mumin-3)  
Ğalibul Alə əmrih- 1389-Qalib olan, hökm edən, məğlub-
edici. (Yusuf-21)  
əl-Xalləq -730-Yaradan-xəlq edən. (Hicr-86-Yasin-81)  
 
180
əl-Xayr-810 Xeyrin, faydanın qaynağı, xeyrin özü. (Ali 
İmran-26)  
Qabilit Təvb-572-Tövbəni qabul edən. (Mumin-3)  
əl-Qarib-312-Yaxın . (Hud-61, Səbə-50)  
Məliki Yovmiddin- 241. Din gününün Maliki – Hesab 
gününün Sahibi (Fatihə-4)  
Məlikin Nas-23-İnsanların Maliki. (Nas-2)  
Movla-86-Sahib. (Bəqərə-286, Ali İmran-150, Ənam-62, 
Ənfəl-40, Tövbə-51, Yunus-30, Həcc-78, Muhəmməd-11, 
Hədid-15, Təhrim-2)  
Muhit-67-Həqiqətən  ətrafı bürüyən. (Bəqərə-19, Ali 
İmran-120, Nisa-126, Fussilət-54)  
əl Mustəan-621-Yalnız Ondan gözlənən, kömək istənilən. 
(Yusuf-18, Ənbiya-112)  
əl-Munəzzil-127. Yaxşını verən, yaxşılıqla bir yerdən 
başqa yerə göndərən kimi.  
(Muminun-29)  
ən-Nəsir-350-Yardımçı-Yardım edən. (Həcc-8, Bəqərə-
107)  
Rafiud Dəracət-998-Yüksək Dərəcədə olan. Dərəcələri 
yüksəldən. (Mumin-15)  
Səmiud-dua -287-Duaları eşidən. (Ali İmran-38, İbrahim-
39)  
Səriul hisəb-434-Hesabı sürətlə, tez görən. (Bəqərə-202, 
Ali  İmran-19-199, Maidə-4, Rad-41, İbrahim-51, Nur-39, 
Mumin-17)  
Səriul iqab- 544-Sürətlə qarşılıq/əzab/cəza verən. (Ənam-
165, Əraf-167)  
Şakir-521-Şükrə qarşılıq verən, Təşəkkür edən. (Bəqərə-
158)  
Şədidul iqab- 522-Şiddətlə qarşılıq,  əza, cəza verən. 
(Bəqərə-196-211, Ali İmran-11, Maidə-2-98,  Ənfəl-13-25-
48-52, Rad-6, Mumin-22)  


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə