Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə51/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   47   48   49   50   51   52   53   54   ...   84

 
209 
vurar. Onda belə anlaşılır ki, yaşadığımız bu hallara səbəb elə 
özümüzük. Yəni dost-düşmənimizi tanımırıq və  şər adam-
lardan qorunmuruq. Bu səbəbdən də insana zərbə, səni daha 
yaxşı tanıyıb, uğurlarına dözməyən insandan, yəni elə 
özünkündən dəyər. Bəzən elə  şərlər olur ki, insanın bütün 
həyatını 180 dərəcədə  dəyişdirər və  sən susaraq tamaşa 
edərsən. Çünki başqa  əlacın yoxdur. Susduğunuz zaman 
Allah sizin bu duyğularınızı çox gözəl görür. Bax həmin o 
duyğu, səbr və təqva bizi Allaha yaxınlaşdırır. Şər insanı və 
ona uyaraq inanan insanı isə  Şeytana sarı yönəldib, ona 
yaxınlaşdırır.  Şər, böhtançı insanlardan Allaha sığınırıq və 
həmin insanlar nə  qədər bədbəxt olduqlarının fərqində belə 
deyillər. Bu hal insanın həm daxilini, həm də xarıcini 
eybəcərləşdirir, bədbəxt edir və  həmin insan yalnız onun-
bunun həyatını yaşayır. Öz həyatından isə Cəhənnəmdə xəbər 
tutacaq.  
Duaların fayda və savabı haqqında Qurani-Kərimdə belə 
buyurulur:  
 
 
“De ki, Əgər sizin Rəbbinizin yanında duanız, ibadətiniz, 
şükrünüz olmasaydı , nə qiymətiniz olardı? Lakin siz tovhidi, 
şükrü, duanı, qulluğu, ibadəti, yalan saydınız. Bunun cəzasını 
görəcəksiniz”. (Furqan-77) 
 
 
 
 
210
“Rəbbiniz buyurur: Mənə dua edin ki, duanızı  qəbul 
edim. Yaxud ibadət edin ki, sizə cavab verim. Mənə ibadət və 
dua etməyə  təkəbbürlük edənlər zəlil halda Cəhənnəmə 
gətirilər.”Yəni dua edib yalvarmadığımız müddətcə əzab, izti-
rab, işgəncə içində  çırpına qalarıq.”  (Mu`mun  60)               
Hər arzuya və istəyə çatmaq, hər niyyətimizə Qadir Allahın 
Ol! deməsini istəyiriksə, Yaradana Özü bizə buyurduğu kimi, 
yalnız dua və zikrlərlə müraciət etməliyik. Beynimizi 
qüvvətləndirən, mikrodalğaları düzgün istiqamətləndirən dua 
və zikrdir. Çünki biz dua və zikrlə göydə, yerdə  və ya 
ətrafımızda olan Allahın tək, sonsuz olduğuna, hər zərrədə 
belə Onun mövcud olduğuna və Onun Ol! deməsi ilə  hər 
şeyin olacağına inanırıq. Allahın bizim dualarımıza ehtiyacı 
yoxdur, lakin Onun bizim dualarımızı  qəbul etməsinə çox 
ehtiyacımız vardır. Çünki dua və zikr bu dünyanın ən böyük 
silahı, atom bombasıdır. Bundan əlavə  də dua və zikr bizim 
əbədi dünyada olacaq məqamımızın təməl daşlarıdır. Dua 
etməyi öyrədən Uca Rəbbimiz Quranda necə dua edəcəyimizi 
öyrətmiş və duaların təsiri haqqında işarələr də vermişdir.                      
“De ki: Yalvarmanız olmasa Rəbbim sizə nə deyə dəyər 
versin?” (Furqan-77 ) “Qullarım səndən məni soruşarlarsa, de 
ki, Mən onlara çox yaxınam. De ki: ”Mənə dua edənlərin 
duasını qəbul edərəm.”(Bəqərə-186) 
Allah-təala bizdən dua etməyi və istəməyi əmr etmişdir. 
Sevgili Peyğəmbərimiz (s.ə.s.) buyurur ki: ” Rəbbimiz həya 
sahibidir. Qulları  əllərini qaldırıb özləri üçün bir şey 
istədikləri vaxt onları boş çevirməkdən həya edər “ 
Hər gün beş vaxt namaz qıldığımız zaman oxuduğumuz 
Fatihə  də  və  hər rükət də bunu söyləyirik: ” Yalnız Sənə 
ibadət edir yalnız Səndən istəyirik.” (Fatihə-5) Kimin ver-
məyə gücü var ki ? Güc Onun varlıq Onun. Onun verdiyini 
kimsə geri ala bilmədiyi kimi, vermədiyini də kimsə verə 
bilməz.  


 
211 
“Rəbbimiz buyurur: “Əgər Allah sənə bir zərər toxun-
durursa onu yenə də Ondan başqası üzərindən götürə bilməz. 
Əgər sənə bir xeyir dilərsə Onun kərəmini geri çevirəcək heç 
bir güc yoxdur. O xeyrini istədiyi bəndələrinə  nəsib edər. 
Çünki O çox bağışlayan və verəndir. ( Yunus 107 )Deməli 
hər şey yalnız Allahdan istənilir.                
Həmd olsun O Allaha ki, hökmünü qəzasını dəf edəcək, 
yerinə yetirməsinə mane olacaq bir kəs yoxdur. O, Cavad 
rəhmi çox olandır O, heç bir nümunəsi olmadan canlıları 
yaratdı. O yaratdıqlarından, gələcəkdə olacaqlardan xəbərdar-
dır. Ondan heç bir şey gizli deyildir, bütün əməllərimizdən, 
saniyəmizdən, nəfəsimizdən xəbərdardır və bütün əməllə-
rimizə mütləq əvəz verəndir. O duaları eşidən, görən lətif və 
hər bir şeyə qadirdir. Hər bir azanı islah edən, hər bir zəifə 
rəhm edəndir. Ondan başqa heç bir məbud yoxdur.  
Dünya elmlə  əldə edildiyi kimi, axirət də elmlə  əldə 
edilir.  
Elm iki növdür. Birinci: Metafizik, yəni mənəvi və ru-
hani elmlər. İkinci isə Dünya elmləridir. Hər hansa bir sahədə 
olursa olsun bir kimsə oturarkən, yeriyərkən, yatarkən, 
çalışarkən, hər bir vəziyyətdə  və  hər bir zaman Ləfzi-Cəlalı 
qəlbən davamlı oxusa, mütləq qəlbində hikmət və elm bu-
laqları qaynayar. İşləri  ən yaxşı  şəkildə davam edər. Fağır-
lıqdan, ehtiyacdan qurtarar, şərəfli və hörmətli olar.            
                     
Dua nədir? 
 
Məxluqu Xaliqə yaxınlaşdıran ən qısa yoldur.  
Məzlumların ümidi, zalımların həlakı.  
Acları doyuran, çılpaqları geyindirən.  
Subayları evləndirən.  
Borcluları zillət xaltasından qurtaran.  
Məhbusları zindandan qurtaran.  
 
212
Fağırlıqdan, yoxluqdan qurtaran.  
Hər cür xeyir yetirən.  
Hər cür şərdən qurtaran.  
Xəstələrə şəfa verən.  
Dərdlərə dərman olan.  
             
Dua haqqında 
 
Dua lüğətdə”çağırmaq” və “kömək istəmək” deməkdir. 
Dini termində isə  çətinliklərin həll olması  və hacətlər üçün 
Allah-təala ilə razi-niyaz etməkdir. Peyğəmbərimiz buyurur 
ki: ”Dua ibadətin özüdür və ibadətin özü ilə əlaqədardır. Dua 
inananların silahıdır. Həmçinin: -Dua möminin silahı və dinin 
sütunudur! Müsəlmanlar dua sayəsində  hər cür pisliklərdən, 
zərərlərdən, xəstəliklərdən qoruna bilərlər. Bu zərərlər 
şeytandan, insanlardan və öz nəfsindən də ola bilər.  
Dua  ən böyük ibadət və  ən qüvvətli bir niyazdır. Ağlı 
olan bir müsəlman aldığı bir nəfəs qədər belə duadan uzaq 
olmaz. Dua qədər insanın imdadına çatan vasitə yoxdur.  
Dua Cənabu Haqqa yalvarmaq Allahı anmaq və zikr 
etməkdir.  
Dua Allahdan yardım diləmək və ona möhtac olduğunu 
bildirməkdir.  
Dua ümidsizlərin ümid qaynağıdır.  
Dua bütün diləklərin hacətlərin açarlarıdır.  
Dua Uca Allaha yazılmış bir məktub misalıdır.  
Dua Allahla dərdləşmək, söhbət etmək deməkdir.  
Çarəsiz və darda qalan kimsə dua ilə halını Uca Allaha 
ərz edir, bildirir, dərdində dua edərək ondan kömək diləyir.  
                    
Dua etmənin qaydaları 
 
Hər  əməlin bir üsulu, qaydası olduğu kimi dua etmənin 
də üsulu, qaydası və yolu vardır. Uca Allahın qatında duadan 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə