Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə48/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   44   45   46   47   48   49   50   51   ...   84

 
197 
Maşaallah 
 
Sahib olduqların ilə səni bağlayan bağ nədir? Əlindəkilər 
nə qədər əlində qalacaqdır? Əlindəkilər əlində qalsa belə, sən 
özün onu nə vaxtacan tutub saxlaya biləcəksən? ”Mənim” 
dediyin hər  şey, indi sənin yanında olandır. Uşağın, ailən, 
anan, baban indi yanındadır. Qəlbinin sevinci, hər gün 
gözlərinin sevgi ilə baxdığı o üzlər ayrılığa məhkumdur. 
Sevdaların hamısı bir vida gününə aparır. Bir gün ya sən 
onlara vida edəcəksən, ya onlar sıra ilə  sənə vida edəcəklər. 
İndi, burada bir yerdə olmanız yalnız Allahın istəyidir. 
Allahın sahib olduqlarını  sənin yanında olmasını istəməsidir 
sənin zənginliyinin səbəbi. O sənə sonsuzluq vəd etməsəydi, 
axırda sonsusluğun olduğu, bu son sözü verməsəydi indidən 
aranızdakı sevgilər, yoxluğa gedəcəkdi. Sahib olduğun hər 
şey, heçliyin rüzgarlarında sovrulub, öz mahiyyətini itirə-
cəkdir. Bu səbəbdən də  sən heç bir şeyə “mənimdir” demə. 
De ki, sadəcə yanımdadır. Çünki onu yanımda tutan Rəb-
bimin istəyidir. De ki, Maşaallah!” Allah belə istəmişdir.  
           
Şükür etmək 
 
İnsanın  əldə etdiyi nailiyyətlər, üzləşdiyi xoş hadisələr, 
eşitdiyi yaxşı  xəbərlər, ona verilən ucsuz- bucaqsız, sada-
lamaqla bitməyən nemətlər qarşısında bütün bu gözəllikləri 
bəxş edən Allaha minnətdarlıq mənasında işlətdiyi ifadədir. 
Allaha şükür-insanın səmimi-qəlbdən bildirdiyi təşəkkürüdür. 
İnsan digərinə bir yaxşılıq etdikdə, yaxud bir şey verdikdə və 
s. qarşı tərəf ona öz təşəkkürünü bildirir. Əks halda nankorluq 
etmiş olar: ”(Allah buyurdu): Əgər (Mənə) şükür etsəniz, sizə 
(olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, 
(unutmayın ki) Mənim  əzabım, həqiqətən  şiddətlidir!” 
(İbrahim -7).  
 
198
Həyatımızda  əldə etdiyimiz hər bir şey, hətta bizə 
bağışlanan hədiyyələr də elə Allah tərəfindən olan bir paydır. 
Buna görə isə  həmin yaxşılığa nankor olmamaq, “Şükür 
Allaha” demək lazımdır. Bu, bəndənin bir sədaqət rəmzidir: 
”Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün 
əzab versin ki, Allah şükrə qiymət verəndir.” (Nisa-147).   
Bunu xatırladaq ki, şükür ”Ya Rabbi! Ehsan buyurduğun 
nemətlərinə görə  təşəkkür edirəm” demək deyildir. Şükür-
Allahın verdiyi ehsanları, münasib yerlərə  sərf etmək, bütün 
insanlarla paylaşmaq, sədəqə vermək, fağırları doyurmaq, xe-
yirxahlıq etmək, heç kəsin haqqına girməmək, mal və əməllə 
fədakarlıq etmək, yaxınlarına, qohumlarına, qonşularına 
hörmət və yardım etmək deməkdir. Yalnız bu əməlləri yerinə 
yetirənin  şükrü Allah qatında qəbul olunur. Şükrün qəbulu 
üçün görülən bütün işlər canidildən, ürəklə edilməlidir.   
“Lə alimə illəllah!  Şükür”- Biz Uca Allahın hər sifətilə 
Alim olduğuna iman etdik.  
          
Zul-cəlal vəl-ikram zikri 
 
Ancaq Səlal və ikram sahibi olan Rəbbinin zatı baqidir 
(əbədidir). (Rəhman 27) 
Cəlal və ikram sahibi Rəbbinin adı çox ucadır. (Rəhman 78) 
Cəlal, Allahın qəhr və  qəzəb sifətlərindəndir,  əzəmət, 
böyüklük, heç bir şeyə möhtac olmamaq deməkdir. Bu ismə 
İsmi-Əzəmdir, deyirlər.  
Hədis: Hz. Peyğəmbərimiz , bir kimsə (Ya zəl-cəlali vəl-
ikram) deyərək dua edərsə, duası qəbul olar, deyə buyurmuş-
dur.  
Xanım Fatimei-Zəhranın zikri 
 
Hz. Məhəmməd (s.ə.s.) qədər  əzab-əziyyət çəkən Pey-
ğəmbər məlum deyil. O, Allahın sevimlisi olduğu kimi, 
məsuliyyəti də böyük idi. Peyğəmbər (s.ə.s.) canından çox 


 
199 
sevdiyi, “anam” deyə  əzizlədiyi qızı Fatiməyə  də çox ciddi 
münasibət göstərirdi və bunu öz Rəbbindən öyrənmişdi. Artıq 
Xanım Fatimə  Əlinin də  əzablarına  şərik idi. Hz. Fatimə 
Peyğəmbərlik və imamət arasında bir halqa olmuşdu. Pey-
ğəmbər (s.ə.s.) Fatiməni nə qədər sevirdisə də, öz şagirdinin 
ilahi vəzifələr qarşısında çəkdiyi  əziyyətlərini aradan 
qaldırmaqda aciz idi.  
Bir gün Xanım Fatimə ev işlərində ona kömək məqsədilə 
Hz. Peyğəmbərdən köməkçi istəyəndə, Peyğəmbərimiz Hz. 
Fatiməyə belə cavab vermişdi: “Məndən istədiyinizdən daha 
üstün bir şeyi sizə verəcəyəm. Bu sözləri mənə Cəbrail (ə. s. ) 
öyrədib: “Hər namazdan sonra və yatağa girəndə 34 
dəfə“Allahu  əkbər”, 33 dəfə  “Əlhəmdulilləh” və 33 dəfə 
“Subhənəllah”-deyin. Bununla da Hz. Fatimə növbəti dərsini 
alırdı. O, bu dərsi körpəlikdən oxumuşdu. Amma bu dəfə ki, 
sadəcə bilik almaq deyildi. Bu“necə olmaq”dərsi idi! 
“Fatimə” olmaq asan deyildi. Bu təsbihlər, zikrlər Fatimənin 
adı ilə bağlıdır. Çünki xidmətçi istəyi  əvəzində Fatiməyə 
“gəlinlik hədiyyəsi” edilmiş bu ilahi kəlmələr idi. Həzrəti 
Peyğəmbər (s.ə.s.) özü durub gəldi, hədiyyəni verdi və getdi! 
“Məkarimul–əxlaq” kitabında yazılıb ki, Fatimeyi –Zəhranın 
(ə. s. ) zikri möminin beş əlamətindən biridir.  
İmam Sadiq (əleyhis-səlam) buyurdu: ”Təsbihu 
Fatimətəz-Zəhra (əleyha-səlamu) minəz-zikril –kəsirilləzi 
qaləl-ləhu  əzzə  və  cəllə: Uzkurul-lahi zikrən kəsirən” 
Yəni: ”Həzrət Fatimeyi-Zəhranın (ə. s. ) zikri o ən üstün 
zikrlərdəndir. Allahın bu zikrini çox deyin “.  
İmam Hadi (ə. s. ) buyurdu: ”Biz əhli-beyt yatan zaman 
on əməli yerinə yetiririk: Bunlardan: Dəstəmaz almaq və 33 
dəfə “Subhənəllahi”, 33 dəfə  ”Əlhəmdulillahi” və 34 dəfə 
“Allahu-əkbər” deməkdir.”  
 
 
200
Həftənin hər günü üçün zikr 
 
Şənbə günü: ”Lə iləhə illə  əntə subhənəkə inni kuntu 
minəz zalimin.” (100 dəfə)  
Bazar günü: ”Lə İləhə illəllahul Məlikul Haqqul Mubin.” 
(100 dəfə) 
1-ci gün: “Lə  İləhə illəllahu Azizun Cəliulun Ya Azizu 
Ya Cəlil.”(100 dəfə)  
2-ci gün: “Allahummə salli alə Muhəmmədin və alə ali 
Muhəmmədin və səllim təslimən kəsira.”(100 dəfə) 
3-cü gün: ”Lə İləhə illəllahu xalisan muxlisə.” (100 dəfə)  
4-cü gün: ”Lə  İləhə  İlləllahu xaliqu kulli şeyin və huvə 
alə kulli şeyin qadir.” (100 dəfə.  
Cümə günü: ”Subhənəllahi vəl həmdu lilləhi və  lə ilahə 
illəllahu vallahu əkbər. Və lə həvlə və lə quvvətə illə billəhi 
aliyyul azim.” (100 dəfə)                            
                
Qurani-Kərimin digər adları 
  
“Əksinə o şanlı-şərəfli Qurandır! O, Lövhi-məhfuz-
dadır” (Buruc-21-22). Qurani-Kərim Ramazan ayının 
daxilində olan Qədr gecəsində “Lövhi məhfuz”dan dünya 
səmasında yerləşən “Beytul-məmura” nazil edilmişdir.  
 Quranda bu barədə oxuyuruq: “İnsanlara doğru yolu 
göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı 
batildən) ayıran Quran, Ramazan ayında nazil edilmiş-
dir”. (Bəqərə surəsi 185) 
Ramazan ayı  həmdə ilahi kitabların nazil olma ayı kimi 
qeyd edilir. Necə ki, İmam Sadiq buyurur: “ Tövrat 
Ramazan ayının altısında,  İncil on ikisində, Zəbur on 
yeddisində, Quran isə  Qədr gecəsində nazil olmuşdur”. 
(
 
3-4.”Tarixi-Qurani-Kərim” Məhəmməd Baqir Höccəti. ) 
Qədr gecəsinin təfsiri haqqında isə  İbn Kəsir belə qeyd 
edir:  


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə