Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə44/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   40   41   42   43   44   45   46   47   ...   84

 
181 
Zu fədl -1616-Fəzl-lütf sahibi. (Bəqərə-251, Ali İmran-
152 –174, Yunus-60, Nəml-73, Mumin-61)  
Zul iqabin əlim-960-Acı bir əzabın, əzab verənin sahibi. 
(Fussilət-43)  
Zul məğfirət-2031-Məğfirət, bağışlama sahibi(Fussilət-
43)  
Zul rahmətin vasiə-1100-Sonsuz, geniş  rəhmət sahibi. 
(Ənam-147)  
Zul Ərş-1307-Ərşin sahibi. (Mumin-15)  
Zul Quvvət-848-Qüvvət, güc sahibi. (Zariyat-58)  
Zuntiqam-1298-İntiqam sahibi. (Ali İmran-4, Maidə-95, 
İbrahim-47)  
Zit tavl-782-Uzunluq, çoxluq, bolluq sahibi. (Mumin-3)  
əş-Şafi-391-Şəfa verici.  
Zul Məaric-1051-Yüksəlmə, Merac sahibi, (Məaric-3) 
Vasiul Məgfirəh -1492-Əfv, məğfirəti geniş olan. (Nəcm-
32) 
Bu əsmalar hədislərdə keçmişdir 
əl-Mənnən-141-Çox ehsan edən, ehsanı bol olan.  
əl-Hənnən -109-Çox mərhəmətli (Rahman və Rahim 
olan) 
"HU" "O" "O" dediyin varlıq... "Allah "ismilə  işarə 
edilən Zatın Hurriyətinə  işarə edən isim. “Allah” isminin 
sonundaki Hə hərfidir.  
 Beyti : Fə əlləmənə min kulli xayrin mueyyidin,  
Və əzhəra fînəl-ilmə vəl hilmə vəlvəl. .  
Bina sahibi O da, qüvvətlə hər xeyri bizə öyrətmiş,  
Elmi, helmi və dostluğu bizə açıqlamışdır. 
  
   
 
 
 
 
182
Dualardan faydalanmaq üçün  
sudan istifadə etmək 
 
Su, sakit, durğun halı ilə insana sakitlik verən, insanı 
enerjisilə özünə çəkən Allahın bizlərə bəxş etdiyi ən qiymətli 
və vacibi nemətdir.  Şiddətilə dağları  aşıb, qayaları sürüyən 
qədər güclü, buxarlanaraq göyə qalxıb bulud olan, sonra 
üzərimizə yağış olaraq tökülən, daşı, torpağı yaxalayıb, həyat 
verən və insanın həyatda yaşaya bilməsi üçün vacib olan dörd 
ünsürdən biridir.  
Qədim  əfsanələrdə  xəstələrə  şəfa verən sulardan söz 
açılır. Qədim zamanlardan insanlar bu sehrli maddəyə bir 
anlam vermişlər. Dörd ünsür: torpaq, külək, od kimi suyun öz 
nəfsi və özünəməxsus xasiyyətləri vardır. Su da canlı 
varlıqdır və onun da öz formasını  və  tərkibini dəyişdirmə 
xüsusiyyəti vardır.  
Japon alimi Masaru Emoto da, su haqqında çox maraqlı 
bir kitab yazıb. Onun yazdığı “Suyun Gizli Mesajı” adlı kita-
bında qeyd edilir ki, "Su canlıdır və duyğuları onun dondu-
rulan kristallarından oxunur.” Onun etdiyi müşahidə  və  təc-
rübələr nəticəsində meydana çıxan fikir isə belədir: “Su ətra-
fındakı, pozitiv və neqativ fikirləri özündə saxlayır və bu 
fikirlərə reaksiya göstərir. " Dr. Emotonın fikrincə suya fərqli 
musiqini dinləndirərkən su həmin musiqinin əksini özündə 
təkrar-təkrar çəkir. Suyun yanında klassik musiqi oxunanda, 
gözəl və xeyirli sözlər danışılanda, xoş niyyətlə dua etdikdə 
kristallaşmış suyun kristalları çox gözəl güllər şəklində olur. 
Ancaq suyun yanında rok və ya buna bənzər musiqini 
səsləndirdikdə  və yaxud da pis sözlər danışıb, pis fikirlər 
düşünüb, bəd dua etdikdə, həmin suyun kristallarının  şəkli 
qarışıq, xaos şəklində olur. Həmin qarışıqlıq da elə özümüzə 
zərər verər və pis niyyətlərdən yalnız özümüz və əzizlərimiz 
əziyyət görər. Beləliklə su hər duyğu və düşüncəmizə reak-


 
183 
siya verən və yaddaşında saxlayan, tərkibini dəyəşməyə malik 
olan, yaxşıya yaxşılıqla, pisə də pisliklə cavab verən, canlı bir 
varlıqdır. Bu səbəbdən də dualardan faydalanmaq üçün sudan 
istifadə edəcəyik. Dualardan da, sudan da xoş niyyətlə faydla-
naraq, hamıya”Su qədər ömrünüz olsun” deyəcəyik. Əvəzini 
də  həm bu dünyada, həm də  Əbədi dünyada əvəzini gö-
rəcəyik.  
 
Lətaif zikri 
 
 Lətaif, insan vücudunda yerləşən mənəvi və nurani 
cövhərlərə verilən bir ismdir. Bunlar gizli, sirli və daxili dün-
yamızda olan çövhərlərdir. Onlar gözlə görünmürlər, ancaq 
gördükləri vəzifələrdən varlıqları bilinir. İnsanın insanlığının 
əsli elə bunlardır. Bu cövhərlər istər kafir, istərsə də mömin-
də, bir sözlə, bütün insanlarda mövcuddur. Kamil insanlar bu 
cövhərləri elm, helm, təcrübə və müşahidə ilə tanıyıb, vəzifə 
və yerlərini təcbit etmişdir.  
Allah-təala insanı ilk yaratdığı on əsl şeydən xəlq etmiş-
dir. Bunlardan beşi məxluqat aləmi deyilən xalq aləmindən-
dir. Bunlar: Torpaq, su, hava, atəş və nəfsdir. Bütün bunların 
hakimi isə nəfsdir.  
Ölçü və hesab ilə bilinən, gözlə görünən cisimlərdən 
ibarət maddi aləmə Xalq aləmi deyilir. Digər beş ünsür isə 
əsilləri“Aləmi  əmrdən”olan qəlb, ruh sirr, hafi və  əhfadır. 
Bunların hakimi də qəlbdir.  
Ruhun sarayı qəlbdir. Ruh qəlbdə hakimiyyət qurduqdan 
sonra, qəlb bədəni idarə edər və ruh vasitəsilə aldığı ilahi feyz 
və tərbiyə ilə bədənin bütün işlərini görər.  
Hiss, xəyal səmt və  məkanla həddi olmayan məsafə  və 
maddəsi olmayan, Allahın “Ol” əmri ilə yaradılan aləmə 
“Əmir aləmi” deyilir.  
 
184
Allah-təala uca qüdrəti və incə hikməti ilə hər iki aləmin 
Lətaifələrini eşq yolu ilə birləşdirmiş  və möhkəmləndirmiş-
dir. Belə ki, onlar bir-birlərindən ayrılmaq istəməzlər. Bu eşq 
səbəbindən Xalq aləminin Lətaifələri, “Əmir aləminin” 
Lətaifələrini öz hökmü altına almışdır.  
Lətaiflərin bədənimizdəki yerləri:  
Qəlb-sol döşün dörd barmaq altındadır.  İlahi hüzur və 
təcəlliyat mahalıdır.  
Ruh-sağ döşün dörd barmaq altındadır.  İlahi eşq və 
məhəbbətin mahalıdır.  
Sirr-sol döşdən iki barmaq üstədir.  İlahi mərifət ma-
halıdır.  
Hafi-sağ döşdən iki barmaq üstədir. İlahi təcəlli və nurlar 
içində qərq olma mahalıdır, buna istiğraq deyilir.  
Ahfa, köks qəfəsinin üst ucunda, yəni qırtlaq çuxurundan 
iki barmaq qədər aşağıdır. İlahi sirr mahalıdır. Gizli elmlər və 
təcəllilər mərkəzidir. Burada əldə edilən hala ismihlal deyilir.  
Nəfs Lətaifəsinin yeri iki qaşın ortasıdır.  
Bütün Lətaifələrin mərkəzi və ruhun sarayı olan qəlbi, 
tərbiyə olunmamış  nəfs daima pisliyə  əmr edən sifətləri ilə 
əmri altına aldığı zaman o qəlbdən Allah üçün heç bir xeyirli 
əməl çıxmaz. Bu halda ruh da nəfsin arzularına bağlı hala 
gələr və artıq qəlb və ruh əsl vəzifələrindən uzaqlaşaraq öl-
müş kimi qəflət içində olarlar. Bu hal qəlbin pərdələnməsinə 
və günahlarla qaralmasına səbəb olar. İnsanın bu hallara 
düşməməsi üçün çox ciddi tərbiyəyə ehtiyacı vardır. Bunun 
asan yolu isə tövbə və zikrdir. Davamlı zikr Allahın sevmə-
diyi və razı olmadığı düşüncələri silib aparar və insanı 
qəflətdən ayırar. Zikr sayəsində insan Allahın razı olduğu 
əxlaq və sifətlərə yiyələnər.  
Su ünsüründən qaynaqlanan bədənimiz, bir qabın içində 
olan su kimi düşdüyü mühitə görə şəklini və rəngini dəyişmə 
sifətinə malikdır. Bu səbəbdən də insanlar düşdükləri şəraitə 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə