Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə52/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   48   49   50   51   52   53   54   55   ...   84

 
213 
daha şərəfli dəyərli və qiymətli bir amil yoxdur. O halda bu 
qiymətli ibadətimizi yerinə yetirərkən bəzi  şərtlərə  də  əməl 
etmək gərəkdir.  
Duasının qəbul olunmasını istəyən kimsə bu şərtləri 
yerinə yetirməlidir.  
1. Bütün günahlardan tövbə etməli 
2. Duadan əvvəl bir xeyir əməl və savab işlətməli.  
3. Dua edərkən sidq ürəklə və ixlas ilə etməli 
4. Duanı dəstəmazlı üzü qibləyə dönərək dizi üstə oturub 
etməli 
5. Dua etdiyi vaxt namaz qıldığı kimi sakit və  qəlb 
rahatlığı ilə sağa-sola baxmadan və başqa söz danışmadan 
etmək lazımdır.  
6. Duanı özü eşidəcək qədər gizli etməli ki, başqaları 
eşitməsin.  
7. Dua edərkən ağız təmiz və pak olmalı, pis qoxu-
mamalı, soğan, sarımsaq kimi şeylər yeyilməməlidir.  
8. Dua edərkən  əlləri yuxarı qaldırıb açıq tutmalı, dua 
bitdikdən sonra “Amin“deyilməlidir.                                           
                  
Dua etmənin qiymətli vaxtları 
 
1. Azan ilə iqamə arasında edilən dua 
2. Sübh vaxtı.  
3. Ərəfə günləri.  
4. Cümə gecələri 
5. Bayram gecələri.  
6. Ramazan ayında.  
7. Quran oxunub bitdikdn sonra xətm olunan vaxt.  
8. Vacib namazlardan sonra.  
9. Tənha və kimsəsiz yerlərdə olduğun vaxt.  
10. Mübarək gecələrdə( Rəcəb,  şaban və ramazan 
gecələrində) 
 
214
11. Yağış yağdığı, ildırım çaxdığı, günəş tutulduğu vaxt, 
yəni təbiət hadisələr baş verdiyi zaman.                  
             
Duası qəbul olunan kimsələr 
 
1. Ana-atanın övladına etdiyi dua. Atanın duası tez yerinə 
yetir.  
2. Xeyirli övlad olub, ata-ananın qulluğunda duranların.  
3. Quran əhlinin, Hafizi Quranların.  
4. Kiminsə arxasınca qiyabi edilən dua.  
5. Məzlumun duası.  
6. Oruclu olan müsəlmanın duası.  
7. Xəstələrin duası.  
8. Yaxşı işlər edən kimsələrin duası.     
                  
Dua etmək sevinc adlanır 
 
Dua etmək sevinc adlanır, o sevginin əsas obyektidir, 
ondan beş hiss orqanı vasitəsilə deyil, altıncı hiss ilə  ləzzət 
alırsan. Bu altıncı hiss ürəkdən gəlir, onu ancaq bu ürək 
sahibi olanlar bilir. Sufilik də sevginin insanın təbiəti və ma-
hiyyəti ilə  əlaqəsi haqqında Cəlal  əd-Din Məhəmməd Rumi 
(1207-1273) “Leylinin gözəlliyi”adlı aforizmdə belə yazır: -
Məcnunun sevgidən çəkdiyi  əzabları görənlər ona kömək 
etmək üçün belə məsləhət verdilər: - Leyli o qədər də gözəl 
deyildir. Bizim əyalətdə daha gözəl qızlar vardır! Onlardan 
birini seç.  
Məcnun bu sözləri eşidib, bənizi bozardı  və belə cavab 
verdi:  
- Gözəllik qabının nə forması, nə  də xarici görünüşü 
deyildir, onun içindəkidir.  
Əgər qabın içindəki sizin üçün sirkədirsə, mənim üçün 
şərbətdir! Belə ki, İlahi eyni kuvşindən birinə acı  zəhəri, 
digərinə isə balı tökür, hamı qabı  kənardan görür, onun 


 
215 
içindəkini kamil adam bilir. Bəqərə-175-Onlar doğru yol 
əvəzinə zəlalət yolunu, bağışlanmaq əvəzinə əzabı satın almış 
kəslərdir.  
Rumi “Bütün mövcudatın mahiyyəti haqqında poema” 
əsərində “Xəlifə və 
Leyli” başlığı ilə olan parçada yazır: Bir gün Xəlifəyə bir 
qızı göstərib dedilər ki, bu Leylidir. - Xəlifə  qıza dedi ki, 
Qeysi Məcnun edən Leyli sənsən?  İstəyirsən məni öldür, 
səndə mən bir gözəllik görmürəm.  
- Qız cavab verdi: ”Mənim gözəlliyimi görmək üçün sən 
gərək Məcnun olasan.  
Sən mənə onun gözləri ilə baxmalısan, hər iki dünyada 
mənə sadiq olmalısan.  
Belə düşüncə  həqiqəti bütün şəffaflığı ilə görmək 
qabiliyyətini verir. Əgər sənin fikrin nəyi itirəcəyin və  nə 
qazanacağın  ətrafında fırlanırsa, mənim sənə yazığım gəlir. 
Sən heç bir vaxt rahatlıq tapa bilməzsən. Həyatın ancaq 
kölgəsini görəcəksən. Bax biz çox tez-tez həyatımızı 
kölgələrin və kabusların ardınca qaçmaqla keçiririk, həqiqəti 
və gözəlliyi görmürük!”  
Sevginin bütün növləri beş səbəblə təyin olunur: birinci, 
insanın özünə, özünün kamilliyinə və təhlükəsizliyinə sevgisi; 
ikinci, insanın ömrünün uzadılmasına, onu qorumasına, ona 
bədbəxtlik gətirənlərin kənarlaşdırılmasına kömək edən öz 
xeyirxahına sevgisi; üçüncü, insanın tək özünün deyil, 
başqalarının da xeyirxahına sevgisi; dördüncüsü, insanın istər 
daxilində, istərsə  də xaricində gözəl nə varsa, hamısına 
sevgisi; beşinci, insanın daxili, gizli oxşarı olana sevgisi.  
Bəqərə-107-108-“Məgər sən bilmirsən ki, göylərin və yerin 
səltənəti (hökmranlığı) ancaq Allaha məxsusdur və sizin 
Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur?! Ey 
Məkkə  əhli! Yoxsa siz də bundan əvvəl Musa sorğu-suala 
çəkildiyi kimi Peyğəmbərinizi (Muhəmmədi) sorğu-suala 
 
216
çəkmək istəyirsiniz?  İmanı küfrə  dəyişən kəs, həqiqətən, 
doğru yoldan azmışdır.” 
Allah bizə də ağıl-düşüncəylə, elm və helmlə ən düzgün 
olanı  və ilahi məhəbbətə çatmaq üçün ən düzgün yolu açıq-
aşkar göstərməkdədir. Bizlərin də öhdəsinə düşən məsələ bu 
yolu görüb, tanıyıb, sevməyimiz və bu yol ilə  İlahi sevgiyə 
çatmağımızdır. Bu haqda bütün təriqətlər tərəfindən 
söylənilən səhih hədislər də belə buyurulur: -Əvvəllər 28 
ədəd  Ərəb hərflərində  Bə  hərfindən başqa heç bir hərfdə 
nöqtə yox idi. Sonradan sərf və  nəhv elminin alimi Nəccar 
indiki şəkildə hərfləri nöqtələyib və hərəkələdi. Bu haqda Hz. 
Əli: ”Allah tərəfindən nə qədər kitab nazil olmuşsa, hamısının 
tamamı Qurandadır. Quranda nə mövcuddursa, hamısı Fatihə 
surəsundədir. Fatihədə nə varsa Bismilləhir Rahmənir Rahim-
dədir. Bismilləhir Rahmənir Rahimin də tamamı  Bə  hər-
findədir, Bə hərfində də nə qədər elm və hikmət toplanmışsa 
hamısı Bə-nin altındaki nöqtədədir. Mən də Bə-nin altındaki 
o nöqtəyəm”- deyə buyurmuşdur.  
Burada Zuxruf surəsinin 4-cü ayəsini xatırlayaq: Mənasi: 
Ana kitabla, yəni Fatihə surəsinin  şanı ucadır, hikmətlə 
doludur. Bu ayə Hz. Əlinin: Mən Bə-nin altında nöqtəyəm” 
sözünü təsdiq və təşviq edir. Bu ayə Hz. Əlinin sərhədsiz kəl-
mei hikmətinə  şəhadət edən açıq bir ayə  və sübutdur.  
Haqq olan Allah, Əraf 180-cı ayədə: Mənası: Allahın ən gö-
zəl isimləri vardır. Onlarla özünüz üçün dua edin.”-deyə bu-
yurmuşdur. Əsmai ilahinin ən böyük adı Bismilləhir Rahmə-
nir Rahimdir. Bilmilləhir Rahmənir Rahim isə İsmi-Əzəmdir.  
“Mən elmin şəhəriyəm,  Əli isə onun qapısıdır. Hər kim 
elm öyrənmək istəyir o qapıdan içəri girsin”.  
Bundan başqa Quranda Əbəsə surəsinin 37-ci ayəsində 
buyurulur:  
“Bunlar sizin üçün və sizdən sonra gələn oxuyub anlayan 
və  əməl edənlərlər, həmçinin oxuyub anlamayan və  əməl 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə