Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə50/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   46   47   48   49   50   51   52   53   ...   84

 
205 
27.”Əziz” (dəyərli, qiymətli) Casiyə surəsi 41-42-ci 
ayələr, 13) Fussilər-41-Özlərinə Quran gəldiyi zaman onu 
yalan hesab edənlər (mütləq cəzalarına çatacaqlar). O 
(Quran), şübhəsiz ki, çox dəyərli (qiymətli) bir kitabdır.  
28.”Əzim” (əzəmətli) Hicr surəsi 87-ci ayə,  
29.”Kərim” (uca və  kəramətli) Vaqiə surəsi-77-79-cü 
ayələr,  
30.”Sirac” (çıraq) Əhzab surəsi-46-ci ayə,  
31.”Munir” (nurlu) Əhzab surəsi -46-ci ayə,  
32. “Bəşir” (müjdə verən) Fussilət-3-4-Özlərinə Quran 
gəldiyi zaman onu yalan hesab edənlər (mütləq cəzalarına 
çatacaqlar). O (Quran), şübhəsiz ki, çox dəyərli (qiymətli) bir 
kitabdır. Bu Quran) həm (möminlərə  Cənnətlə) müjdə 
verəndir və həm də (kafirləri cəhənnəm əzabı ilə) qorxudan. 
Onların (Məkkə əhlinin) əksəriyyəti (Qurandan) üz döndərib 
(onu) dinləməz (Allahın kəlamının qüdsiyyəti, hikməti 
haqqında düşünməz).  
33. “Nəzir”(qorxudan) Fussilət surəsi-3-4-cü ayələr,  
34.”Sırat”(düz yol) Fatihə surəsi 6-cı ayə,  
35.”Həbl”(möhkəm ip) Ali-imran surəsi 103-cü ayə,  
36.”Ruh” (vəhy):  əş-Şura-52-(Ya Rəsulum!  Əvvəlki 
Peyğəmbərlərə  vəhy nazil etdiyimiz kimi) sənə  də beləcə 
əmrimizdən olan bir vəhy (möminlərə  mənəvi həyat verən 
Quran) göndərdik. Sən (bundan əvvəl) kitab nədir, iman nədir 
bilməzdin. Lakin Biz onu bəndələrimizdən dilədiyimizi haqq 
yola qovuşdurmağımız üçün bir nur etdik. Sən (onunla 
insanları) düz yola yönəldirsən (islam dininə dəvət edib haqqa 
qovuşdurursan).  
37.”Qəsəs” (əhvalatlar) Yusuf surəsi 3-cü ayə,  
38.”Fəsl” (ayırd edən) Tariq surəsi 13-14-cü ayələr,  
39.”Nucum” (burada Quranın tədrici nuzulu) Vaqiə 
surəsi 75-ci ayə,  
40.”Əcəb”(təəccüb doğuran) Cinn surəsi 1-ci ayə,  
 
206
41.”Qəyyim” (düzgün dayaq) Kəhf surəsi 1-2-ci ayələr,  
42.”Mubin” (açıq-aydın) Yusuf surəsi 1-ci ayə, əl-Mubin 
(Açıq-aydın):  əl-Maidə-15-Ey kitab əhli! Sizə kitabda 
(Tövratda və  İncildə) gizlətdiyiniz  şeylərin bir çoxunu 
bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan (və 
ya sizdən bir çoxunu bağışlayan) Peyğəmbərimiz gəldi. Artıq 
Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Quran) 
gəldi.  
43. “Aliy”(çox uca) Zuxruf surəsi 4-cü ayə,  
44.”Kəlam” (söz) Tövbə surəsi 6-cı ayə,  
45.”Qavl” (söz) Qəsəs surəsi 51-ci ayə,  
46. “Bəlağ” (öyüd-nəsihət) İbrahim surəsi 52-ci ayə,  
47.”Mütəşabih” (bənzər)  əl-Məsani:  əz-Zumər-23-Allah 
sözün ən gözəlini (Quranı, ayələri) bir-birinə bənzər, (xəbər-
ləri və hekayətləri, əmrləri və qadağanları, vədləri və təhdid-
ləri) təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan (Quranın 
təhdidlərindən) Rəbbindən qorxanların tükləri biz-biz olar. 
Allahın zikrindən (öyüd-nəsihətlərindən, vədlərindən) sonra 
ürəkləri yerinə  gəlib qorxuları gedər. Bu (Quran) Allahın 
hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın 
(küfr edəcəyini  əzəldən bildiyi üçün) yoldan çıxartdığı 
kimsəyə isə heç bir yol göstərən olmaz! 
48. “Arabi” (ərəb dilində) Zümər surəsi 28-ci ayə,  
49.”Adl” (insaflı) Ənam surəsi 115-ci ayə,  
50.”Buşra” (müjdə) Nəhl surəsi 89-cü ayə, əl-Bəqərə-97-
(Ya Rəsulum!) Cəbrailə düşmən olan kimsəyə de ki, onu 
(Quranı) özündən  əvvəlkiləri (Tövratı  və  İncili) təsdiqləyici, 
möminlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə 
sənin qəlbinə o nazil etmişdir.  
51.”Əmr” (iş, göstəriş) Təlaq surəsi 5-ci ayə,  
52.”İman” (inanılası  həqiqət) Ali-imran surəsi 193-cü 
ayə,  
53.”Nəbə” (xəbər) Nəbə surəsi 2-ci ayə,  


 
207 
54.”Vəhy” (Allah kəlamı) Ənbiya surəsi 45-ci ayə,  
55.”Elm” (ilahi bilik) Rədd surəsi 37-ci ayə.  
Göründüyü kimi bu iki ayədə  “İzzət” ismi, qüdrət və 
təsəvvüfu, “Hikmət” ismi isə həmd və elm kamalını bildirir. 
Qurana nə qədər vəsf və gözəllik daşıyan adlar verilsə də bu 
cür adlar Quranın ecazkarlığı qarşısında öz zəifliyini göstərir. 
Unutmamalıyıq ki, yuxarıda sadalananlar Qurani-Kərimin 
adları yox, onun sifət və vəsfləri sayılır.                                    
           
Dua etmək 
 
Gecə yarısında günəşin ilk şüaları görünənədək israrla 
edilən ibadət və duaların xüsusi təsiri vardır. Səcdə halında 
bədəndəki qan güclü surətdə başa, beynə axdığından, oksigen 
və digər enerji qaynaqları beyni daha yaxşı qidalandırır. Bu 
səbəbdən də səcdə halında edilən dualar daha güclü dalğalarla 
yayılır. Duanın təsirini gücləndirən və gerçəkləşdirən  ən 
önəmli amil, dua anında insanın  şüurunun vəsvəsə halından 
çıxaraq istək və iradəsini Allaha bağlamasıdır. Dua əsas eti-
darı ilə beynin, ruhun və ağlın Allaha yönəlmiş dalğalarıdır. 
Bu səbəbdən də  təsirlənərək, titrəyərək edilən duanın təsiri 
daha güclü olur. Necə demişlər ki, ” Məzlumun duası yerdə 
qalmaz, ahh qazanan fərəh tapmaz.” 
Dua edərkən  əllərimizi qaldırıb(qoltuğun altı görünən 
qədər) və  əlləri bir-birindən 30 sm-ə  qədər aralı tutaraq dua 
etdiyimiz zaman bizim bioenerjimiz daha çox sahəni  əhatə 
edir. (Qadınlar  əllərini sinələri müqabilində tutmalıdırlar) 
Deməli, səcdə halında olanda və əlləri qaldıraraq dua edəndə, 
bir də toplum halında dua edəndə, səsimiz az qala Ərşə çatar. 
Allah bizdən göyə qalxan xeyir dualara qarşılıq olaraq xeyir 
işlər, sevinc və  fərəh qismət edər. Bəd dualarımıza qarşılıq 
olaraq isə bəlalar, təbii fəlakətlər, xəstəliklər, müharibələr və 
bir çox bunun kimi müsibətlər üzərimizə endirər. Dua 
 
208
etdiyimiz zaman ancaq xeyirli dualar edəcəyik, çünki kainat 
bizdən qalxan qüvvəni elə özümüzə  də qaytarır. Sizə zülm 
edənləri, sizin üstünüzə yalandan şər atanları, sizi güdüb, 
ararşdıranları, bütün günü paxıllıq səbəbindən sizi düşünərək 
öz həyatlarını zəhərləyənləri isə Allaha rücuh edəcəyik. Onlar 
üçün Allaha dua edəcəyik ki, bizdən  əl çəksinlər. Allah dua 
edəcəyik ki, Allah onlara daha gözəl, sizdəkindən də yaxşı 
şeylər qismət etsin ki, daha sizi unutsun və elə özünə başı 
qarışsın. Hətta arada ona hədiyyə  də göndərəcəyik ki, bu 
dünyada günahlarınızı öz boynuna götürür, Əbədi dünya da
Siratda da sizin günah yükünüzü o daşıyacaqdır. Bu səbəbdən 
də sizin üçün danışılan şər, yalan sözbətləri eşidəndə, həqiqəti 
sübut etməyə çalışmayın. Onda həm zəifləyərsizin, həm də ki, 
abrınız gedər. Bu zaman Allaha şükürlər edin ki, yalan, şər 
danışan adam sizin yükünüzü daşıyır, ona qulaq asıb, inanan 
və təsdiq edəni isə nə yaxşı ki, Allah sizdən tez uzaqlaşdırdı. 
Deməli, Allah sizi özgənin pis fikirlərinə inanaraq, öz əqidə, 
düşüncə və öz dünya görüşü olmayan insandan elə şər adamın 
vasitəsilə uzaqlaşdırdı. Bəlkədə o sizə yaxınlaşmış olsaydı, 
siz daha pis zərərlər görmüş olardınız. Allah da şər adamın əli 
isə pisi sizdən uzaqlaşdırdı.  Əgər onun qəlbində sizə qarşı 
həqiqi , dürüst fikirlər olsaydı, o heç vaxt pis danışana qulaq 
asmazdı. Çünki Allah hamımıza ağıl, göz, qulaq və duyğu 
üzvləri bəxş etmişdir və  hər kəs yalnız öz bəsirət gözü ilə 
insanları ayırd etməlidir. Özü kimin kim olduğunu duy-
malıdır. Əgər bu hisslər bir insanda yoxdursa və özgələrinin 
fikirləri onun üçün önəmlidirsə, deməli o insan bütöv 
deyildir. Öz duyğularının, nəfsinin və düşüncələrinin sahibi 
olmayan insanlar elə sizdən uzaq olsalar o qədər yaxşıdır. 
Bütün bu hallarla rastlaşmağımızın dərəcələri Allahın bu 
dünyadakı  sınaq və imtahanından asılıdır. Həm də yuxarıda 
qeyd edildiyi kimi zalımlar Allahın qılınclarıdır və Allah bizi 
günahlarımıza görə cəzalandırmaq istədikdə, zalımların əli ilə 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə