Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə49/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   45   46   47   48   49   50   51   52   ...   84

 
201 
“Qədr surəsi  Mədinədə nazil olan ilk surədir. Surə-
nin adı ilk ayədən götürülmüşdür. Qədr sözü: lüğətdə 
“miqdar”, “məbləğ”, “güc”, “taqət”, “hökm vermək” 
kimi mənalara dəlalət edər. Çoxluğu bildirir. Allah təala o 
gecədə bir il içərisində olacaq şeylər haqqında hökm 
verdiyi üçün bu gecəyə bu ad verilmişdir. Bu barədə digər 
bir ayədə belə buyurulur: "Hər hikmətli iş, tərəfimizdən 
əmr edilərək o gecə təsbit və təyin edilər”. Qədr surəsində 
5 ayə, 30 söz, və 112 hərf vardır.” (”Vəsailuş-şiə”  Şeyx 
Hurr Amili. ) 
Allah kəlamı 23 il müddətində (610-632) vəhy vasitəsi 
ilə nazil edilmişdir. Vəhy sözü ərəb dilindən azərbaycan 
dilinə  tərcümədə “gizli söz”, “dərhal anlamaq üçün edilən 
işarə”, “əmr etmək”, ”ilham etmək”, və ”səslənmək” anla-
mına gəlir. Vəhy ilahidir. Yəni Allah tərəfindən peyğəm-
bərlərə elm və  xəbərlər verilir. Bütün peyğəmbərlər vəhy 
vasitəsi ilə Allahla rabitə saxlamışlar. Bu rabitə mələk Cəbrəil 
vasitəsi ilə qurulmuşdur.  
Allah kəlamı olan Quranın digər səmavi kitablardan 
(Tövrat və  İncil)  əsas fərqi bundan ibarətdir ki, digər ilahi 
kitablar zaman keçdikcə dəyişiklikə uğramış və ilahi ecazını 
itirmişdir. Lakin Quran ayələri öz əslini itirmədən peyğəm-
bərə nazil olan formada günümüzə qədər qalmış, təhrif olun-
mamışdır. Quranın özündə bu barədə belə buyrulur: “Şübhə-
siz Quranı biz nazil etdik və sözsüz ki, biz də onu qoruyub 
saxlayacağıq”. (Hicr surəsi 9) 
Quran elmlərində sözügedən ilkin mövzulardan biri də 
Qurani-Kərimin adları  və sifətləri mövzusundan ibarətdir. 
Bədrəddin Zərkeşinin yazdığına  əsasən, Hərrali Quranın 
adları mövzusunda ayrıca bir kitab yazaraq,  bu kitabda Qura-
nın 90-dan çox ad və ya vəsfini sadalamışdır. .”Əl-Burhan fi 
ulumuilil-Quran” Zərkeşi 
 
202
Bədrəddin Zərkeşinin yazdığına  əsasən, Hərrali Quranın 
adları mövzusunda ayrıca bir kitab yazaraq, bu kitabda 
Quranın 90-dan çox ad və ya vəsfini sadalamışdır.”Əl-Burhan 
fi ulumuilil-Quran” Zərkeş  Cəlaləddin Süyuti bu barədə 
Qurani-Kərim üçün 55 ad sadalamış  və Quranda keçən 
ayələrə əsaslanmışdır.””Əl-İtqan fi ulumil-Quran” Süyuti. ) 
   Lakin  Şeyx Təbəri,  Şeyx Tusi, Şeyx Təbərsi kimi 
alimlər müqəddəs Quran üçün 4 ad sadalamışlar: “Quran”, 
“Furqan”, “Kitab”, ”Zikr”, -bəyan ən təviliayil Quran” Şeyx 
Təbəri, “Ət-tibyan fi təfsiril Quran” Şeyx Tusi, “Məcməul-
bəyan fi təfsiril Quran” Şeyx Təbərsi Sübhi Saleh kimi bəzi 
alimlər isə deyilənlərdən  əlavə “Tənzil” adını da qeyd 
etmişlər.”Məbahisun fi ulumil-Quran” Sübhi Saleh.” 
 İndi isə Qurani-Kərim haqqında deyilən və ayələrlə 
təsdiqini tapmış adlarına nəzər salaq:  
1.”Quran” (oxunulan) İsra surəsi 9-cü ayə,                                   
2.”Furqan” (haqq ilə batili bir-birindən ayıran) Furqan 
surəsi 1-ci ayə”Aləmləri (insanları  və cinləri Allahın  əzabı 
ilə) qorxutmaq üçün (haqqı batildən ayıran) Quranı Öz 
bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər (uca, nə 
qədər) uludur! (Ucalardan ucadır;  əzəli və  əbədidir, xeyir-
bərəkəti bol və daimidir!)”.  
Bu kəlmə ayırmaq anlamında bir məstərdır. Quran, haqq 
ilə batili, həlal ilə haramı tam anlamıyla ayırd etmək üçün bu 
isimlə adlandırılmışdır.  
3.”Kitab” (yazılmış  və ya toplanmış) Nəhl surəsi 89-cü 
ayə,  əl-Kitab: Qələmlə birlikdə  təqdim edildiyi üçün bu adı 
almışdır. Bu kəlmə Quranda 230 yerdə keçir. İslam hüqu-
qunda Quran üçün daha çox "Kitab" ismi istifadə edilir. Bir 
çox ayələrdə"əl-Kitab" kəlməsinin Qurani-Kərim anlamında 
işlənildiyi məlum olur. Bəqərə-1-2-Əlif, Lam, Mim. Bu, 
(Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir 


 
203 
şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis 
əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır.  
Ummul-Kitab: Ha, Mim! (Haqqı batildən ayıran) açıq-
aydın Kitaba and olsun ki, Siz onu, anlaya biləsiniz deyə
Quranı nazil etdik. Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda 
(Lövhi-məhfuzda) mövcuddur. O, çox ucadır, çox hikmətlidir 
(yaxud ayələri baxımından çox möhkəmdir).  
4.”Zikr”-(həqiqəti yada salanəz). Anmaq və xatırlamaq 
anlamına gələn bu kəlmə, Allahı andırıb, tanıtdığı  və unut-
mamaq naminə xatırlatdığı üçün Quranın ismi olmuşdur. 
Anmaq, qəlblə, dillə və əməllə olur.  
 əl-Hicr- 9-: ”Şübhəsiz ki, Quranı Biz nazil etdik və 
sözsüz ki, Biz də onu (hər cür təhrif və  təbdildən; artırıb-
əskiltmədən qoruyub saxlayacağıq!” 
5.”Tənzil” (tədricən nazil olan)-Allah qatından endiril-
diyi üçün bu isim verilmişdir. (əş-Şuara-4-192)”Şübhəsiz ki, 
bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!”  
“əl-Huda” (Hidayət),  ər-Rahmət,  əş-Şifa,  əl-Məvizə 
(Öyüd):  
əl-Bəqərə-2- Bu, (Allah tərəfindən nazil edilməsinə, 
haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə 
(Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol 
göstərən Kitabdır.  
Yunus-57-(Ey insanlar!) Sizə  Rəbbinizdən bir öyüd-
nəsihət, ürəklərdə olana (cəhalətə,  şəkk-şübhəyə, nifaqa) bir 
şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir! 
6.”Hədis” (söz) Nəcm surəsi 9-cü ayə,  
7.”Moizə” (öyüd-nəsihət) Yunis surəsi 57-ci ayə,  
8.”Təzkirə” (xatırlama) Haqqə surəsi 48-ci ayə,  
9.”Zikra” (nəsihət) Hud surəsi 120-ci ayə,  
10.”Bəyan” (xəbər) Ali-imran surəsi 138-ci ayə,  
11.”Huda” (hidayət) Ali-imran surəsi 138-ci ayə,  
 
204
12.”Şəfa” (müalicə, məlhəm) Yunis surəsi 57-ci ayə, əl-
İsra-82-Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan 
ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını 
artırır.  
13.”Hökm” (göstəriş) Rəd surəsi 37-ci ayə,  
14.”Hikmət” (dolğun mənalı) Əhzab surəsi 34-cü ayə,  
15.”Həkim” (hikmətli) Ali-imran surəsi 58-ci ayə, 
“Şübhəsiz ki bu Quran; Hakim (hikmət sahibi), Alîm (her 
şeyi bilən) Allah tərəfindən sənə endirilmişdir”. “Bu kitabın 
endirilməsi:  Əziz (güc-izzət sahibi), Hakim (hikmət sahibi) 
olan Allah tərəfindəndir.” 
16.”Hadi” (hidayət edən) Cinn surəsi 1-2 ayələr,  
17.”Nur” (aydınıq, işıq) Maidə surəsi 15-ci ayə, ən-Nisa-
174-Ey insanlar! (Bu Muhəmməd) sizə  Rəbbiniz tərəfindən 
dəlil gəlmişdir. Biz sizə aydın bir nur (Quran) endirdik.  
18.”Muhəymin” (qoruyan, hakim olan) Maidə surəsi 48-
ci ayə,  
19.”Rəhmət” (mərhəmət) Yunus surəsi 57-ci ayə,  
20.”İsmət” (qorunmaq) Ali-imran surəsi 103-cü ayə,  
21.”Nemət” (ilahi pay) Duha surəsi 11-ci ayə,  
22.”Həqq” (haqq və doğru) Maidə surəsi 48-ci ayə,  
23.”Tibyan” (izah edən, aydınlaşdıran) Nəhl surəsi 89-cü 
ayə,  
24.”Bəsair” (aydınlıq) Casiyə surəsi 20-ci ayə,  
25.”Mübarək” (xeyir-bərəkətli) (Sad-29), əl-Mubarək: 
Ənam-92-Bu (Quran) da mübarək (xeyir-bərəkəti daim, 
faydası çox), özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, 
onu sənə Məkkə əhlini və ətrafındaki insanları (Allahın əzabı 
ilə) qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər 
ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar 
(vaxtlı-vaxtında qılarlar).  
26.”Məcid” (şanlı, əzəmətli) Qaf surəsi 1-ci ayə, Buruc-
21-Xeyr, o (şer deyil) şanlı-şərəfli Qurandır! 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə