Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə47/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   43   44   45   46   47   48   49   50   ...   84

 
193 
əlində deyil və heç vaxt da sənin  əlində olmayıb. Yox ikən 
varlığına dair bir fikrin də yox idi. Var olma istəyin də yox 
idi. “Subhənəllah!” Rəbbinə uzaqlığının nişanəsidir. Uzaq-
lıqların ən uzağı isə yoxluqdur, Yox olan uzaqdır, elə uzaqdır 
ki, heç ölçüyə gəlməz. Olsan da olmasan da dünya üçün fərqi 
yox idi. Yoxluğunu heç xatırlamırdılar. Hətta sənin yoxlu-
ğunla belə bir şey əskilməyəcəkdir bu dünyada.  
Lakin indi varsan və yoxluğun dibsiz quyusundan çıxa-
rılmısan. Allahın istəyi ilə var oldun. Allah səni var etmək 
istədi,  əllərin yox ikən  əlindən tutdu, üzün yox ikən üzünə 
baxdı. Onu bil ki, ən böyük hədiyyədir varlığın. Səni də 
varlıqla-yoxluq  
arasından çıxaran Allahına minnətdarlığının  ən doğru 
ifadəsidir: “Subhənəllah!” Qurani-Kərimdə göylərdə və yerdə 
olan canlı-cansız hər şeyin Allahı təsbih etdiyini bildirən çox 
sayda ayə vardır. Təsbih Allahın hər cür qüsurdan uzaq 
olduğunu səsləndirmək və elan etmək deməkdir. Günümüzdə 
kimya elminin ortaya qoyduğu cansız varlıqların  ən kiçik 
atomlarının içində, elektronların  əhatəsində saniyədə üç yüz 
min km. sürətlə hərəkət etməsi birmənalıdır. (Hədid-1, Həşr-
1, 24, Səff -1, İsra-44, Rəd-13, Nur-41, Cümə-1) 
“Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) 
Allahı  təsbih edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib 
Ona  şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz 
üçün) təqdisini anlamazsınız. Allah həqiqətən, həlimdir, 
bağışlayandır!”(Fəth-4. )  
“Onu səhər-axşam təqdis edib şəninə  təriflər deyin!” 
(Rəd-28)  
1. Gecə ibadəti çətin gələn, malının və pulunun bərəkəti 
olmayan və ya düşmən savaşından qorxusu olan çox “Sub-
hənəllahi və bihəmdihi”-desin. Bu, Allah yolunda xərclədiyi 
qızıldan da qiymətlidir.  
 
194
2. Çətin vəziyyətə düşən bu zikri-"Bismilləhir Rahmənir 
Rahim və  lə  həvlə  və  lə quvvətə illə billəhil aliyyil azim"-
deyə zikr etsə, Allah-təala onu hər cür bəla və müsibətlərdən 
qoruyar.  
3. Cənnət xəzinəsi olan, "Subhənəllahi vəlhəmdulilləhi 
və  lə iləhə illəllahu vallahu əkbər və  lə  həvlə  və  lə quvvətə 
illə billah"deyə zikr edərsə, ağacdan yarpaq tökülən kimi 
günahları tökülər.  
4. Dildə  xəfif, tərəzidə  ağır və bağışlayıcı olan Allah 
yanında  ən qiymətli iki cümlə: "Subhənəllahi və bihəmdihi, 
Subhənəllahil azim"  
5. Bu beş zikri daim edin: Subhənəllah,  Əlhəmdulilləh, 
Lə iləhə illəllah və Lə həvlə vələ quvvətə illə billah.  
6. Hər sıxıntını aradan qaldırmaq üçün özünüz günahkar 
olsanız belə Hz. Yunusun balığın qarnında olan zaman etdiyi 
və həmin dua ilə əfv edildiyi duanı oxuyun.” Lə İləhə illə əntə 
Subhənəkə inni kuntu minəz zalimin.” 
7. "Subhanəkə La İlahə illə əntə Ya Rabbə kulli şeyin və 
varisun”-“Ortaq və  bənzəri olmayan Ey subhanım Allah, 
bütün noqsanlardan və acizlikdən münəzzəhsən.  Şanınla və 
kamal sifətlərinlə izzət sahibisən.” 
 Ey  Allahım! Həvai nəfsimlə dünyaya uymuş ”zülməti 
bəşəriyyət”ilə  zəif, naçar, zəlil, gücsüz, taqətsiz qaldım. Ey 
Aləmlərin Rəbbi  əlimdən tutanım Sənsən. Neçə yüz min 
aləmi var eylədin. Cəlal sifətinə layiq olanları Qəhr, Cəlal və 
əzəmətinlə tərbiyə edən Sənsən. Cəmal sifətinə layiq olanları 
lütf , rəhmət və inayətinlə  tərbiyə edən Sənsən. Hicabı 
zülmətdən (qaranlıq pərdələrdən) aciz qəlbimi xalis edib, 
lütfü haqqınla layiqli edən Sənsən. Rəhmətinlə nəzər etdirən 
də  Sənsən. Ya Rəbbi, bütün aləmlər məhv və yox olmağa 
məhkümdur. Sən isə Baqisən. (əbədi var olansan)  
                            


 
195 
Subhənəllahi səhər-axşam zikr edək 
 
Peyğəmbərimiz(s.ə.s.) səhih hədislərdə buyurulur ki, 
Qiyamət günü qurtarmaq üçün aşağıdakı duaları səhər axşam 
zikr edin.  
“Subhənəllahi ədədə xalqihi”-Allahın Yaratdıqları sayıca 
təsbih edirəm.  
“Subhənəllahi rıza nəfsihi”-Allahın razı olacağı  şəkildə 
təsbih edirəm.  
“Subhənəllahi zinətə  ərşihi”-Allahın  Ərşinin agırlığıca 
təsbih edirə.  
“Subhənəllahi midadə  kəlimətihi”-Allahın kəlmələrinin 
miqdarıca təsbih edirəm.              
“Subhənəllahil  əbədil  əbəd”-Əbədi  Əbəd olan, sonu 
olmayan zatı təsbih edirəm.  
“Subhənəl vahidil əhəd”-Bir olan bənzəri olmayan zatı 
təsbih edirəm.  
“Subhənəl fərdis saməd”-Tək olan, kimsəyə möhtac 
olmayan zatı təsbih edirəm.  
“Subhənə rafiıs səməi bi ğayri əməd”-Göyləri yüksəldən 
zatı təsbih edirəm.  
“Subhənə mən bəstal ardə alə mai caməd”-Yeri dayanmış 
su üzərinə döşəyən zatı təsbih edirəm.  
“Subhənə  mən xaləqal xalqa fə  əhsə hum ədəd”-Bütün 
maxluqatı yaradıb, onları tək-tək sayan zatı təsbih edirəm.  
“Subhənə  mən qasəmər rızqa vələm yensə  əhəd” -
Ruziləri paylayan və kimsəni unutmayan zatı  təsbih edirəm.  
“Subhənəlləzi ləm yəttəxız sahibətu vələ vələd”-Ailə və uşağı 
olmayan zatı təsbih edirəm.  
“Subhənəlləzi ləm yəlid vələm yuləd vələm yekulləhu 
kufuvən  əhəd”-Doğurmayan və doğmayan və Özü üçün heç 
bir yoldaşı olmayan zatı təsbih edirəm. (Əqaidi Kəstəli: 134) 
          
 
196
Təhlil- Lə İlahə illəllah 
 
Hər zikri Allahın hüzuruna Mələklər yüksəldir “Lə iləhə 
illəllah” isə vasitəsiz,  əngəlsiz və bir dirək olaraq Allahın 
hüzuruna çıxar. Allahın hüzurunda həmin insanın bağış-
lanması üçün yalvarıb dayanar və “Lə iləhə illəllah” ilə Allah 
arasında pərdə yoxdur.  
“Lə iləhə illəllah”Cənnətin 8 qapısı üzərində yazılıb. 
Yeddi qat göyləri və yerləri və içindəki və yaradılmış  hər 
şeyi, tərəzinin bir gözünə qoysanız, bir gözünə də 
“Lə ilahə illəllah” kəlməsini “Lə ilahə illəllah” kəlməsi 
ağır gələr.  
1.  Şaban ayında bu duanı oxuyana çoxlu savab yazılır.” 
Lə ilahə illəllahu vəla nəbudu illə iyyəhu muxlisinə ləhuddinə 
və lov kərihəl kafirunə" 
2. Son nəfəsdə imanı qurtarma duası:  
"Ya Həyyu Ya Qayyumu, Ya Zəl Cəlali Vəl  İkram, 
Allahummə inni əs'əlukə ən tuhyiyə qalbi bi nuri mə'rifətikə 
əbədən, Ya Allah, Ya Allah, Ya Allah , Cəllə Cələluh".  
3. Sabah namazından sonra oxumaq üçün çox önəmli bir 
duadır.               
Sabah və axşam namazlarından sonra 10 dəfə  aşağıdakı 
duanı oxumaq insanı günahlardan təmizləyər. Axşam 
oxuyana sabaha qədər, səhər oxuyana da axşama qədər günah 
yazılmaz.  
"Lə ilahə illəllahu vəhdəhu lə şərikələh ləhul mulku və ləhul 
həmdu yuhyi və yumit və huvə heyyul lə  yəmut biyədihil 
xayr və huvə alə kulli şeyin qadr.” 
4. Yatarkən peşmanlıq hissləri ilə 3 dəfə: "Əstəğfirullah 
əl-Azim əlləzi Lə İləhə İlləhu əl Heyyul Qayyumu və Ətubu 
İleyk" deyənin günahları Allah tərəfindən bağışlanır.  
5. Sıxıntılı  və ya borçlu 1000 dəfə, "Lə  həvlə  və  lə 
quvvətə illə billəhil aliyyil azim" -desə Allahın köməkliyi ilə 
işi düzələr.              


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə