Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə46/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   42   43   44   45   46   47   48   49   ...   84

 
189 
Mənası: Bəsmələ gətirmiş olduğum halda Məbudumuzun 
Tovhidinə başlayıram.  
Əlbəttə, gözəl təriflə və zikrlə də tamamlayacağam. Və O 
Zatı Pak, bizdən bizə haqq Peyğəmbər və başçı olaraq Əhməd 
salləllahu aleyhi və səlləmi göndərmişdir. Artıq varlıq Onun 
səbəbilə durmaqda, dolub, boşalmaqdadır.           
 
Əsmau-Hüsnanın içində  
toplanan ən qiymətli zikrlər 
 
Allahın gözəl isimləri bu dörd zikr kəlməsi içində 
toplanmışdır. Bu zikr kəlmələrinə, "əl-baqi-yatus-salihət (qula 
axirətdə fayda verəcək saleh əməllər)" deyilir. Bu kəlmələr 
bunlardır:  
"Subhənəllahi vəl-həmdu lilləhi və  lə ilahə illəllahu 
vallahu əkbər" 
Bunların açıqlanması: Birinci kəlmə "Subhənəllah" zikri-
dir. Buna təşbih etmək deyilir. Ərəb dilində təşbihin mənası; 
uzaq və  təmiz tutmaqdır. Subhənəllah, Allahın zatından və 
sifətlərindən hər cür ayıb və qüsurları uzaq tutmaq mənasın-
dadır. Bunlar; təsbih, təhlil, təhmid, təkbir və təmciddir.  
Təkbir: “Allahu əkbər”  
Təhmid: ”Əlhəmdulillah” 
Təsbih: ”Subhənəllah”  
Təhlil: ”Lə ilahə illallah”demək 99 bəladan və sıxıntıdan 
qurtarar.  
Təmcid: ”Lə həvlə vələ quvvətə illə billəh”- deməkdir.  
Hər gecə yatarkən yüz dəfə (Subhənəllahi vəlhəmdulil-
ləhi və  lə iləhə illəllahu vallahu əkbər) oxuyan kimsə, yüz 
dəfə təsbih, təhmid və təkbir demiş olur.  
Bir kimsə, (Subhənəllahi vəlhəmdu lilləhi və  lə iləhə 
illəllahu vallahu əkbər və  Təmcid: “Lə  həvlə  və  lə quvvətə 
 
190
illə billahil aliyyil azim” deyərsə, həm təsbih (subhənəllah), 
həm təkbir(Allahu əkbər), həm təhmid (həmd) , həm təhlil (lə 
ilahə illallah), həm təmcid (lə həvlə və lə quvvətə illə billəhil 
aliyyil azim) demiş olur.  
                   
Təhlil-Lə iləhə illəllah 
 
Peyğəmbərimiz (s.ə.s.) tərəfindən söylənən hədislərdə 
buyurulur ki, Kəlməyi-tovhidin  əvvəlindəki Lə-ni dörd Əlif 
uzadaraq (uzun sait kimi) bir dəfəyə oxuyanın 4000 min 
günahı  əfv edilir. Gündə yüz dəfə oxuyan Qiyamət günü 
Məhşərə  gələndə üzü on dörd gecəlik ay kimi olaraq 
gələcəkdir. Qəlb sıxıntısı zamanı və ruzinin bərəkətli olması 
üçün oxumaq lazımdır.  
Bu təsbihdən sonra ən qiymətli təsbih və zikir”Lə ilahə 
illəllah” deməkdir. .  
Hədis: Təmcid, yəni Lə həvlə və lə quvvətə illə billah, 99 
dərdə dərmandır.  
Hədis: Zikirdə "Lə ilahə illəllah"dan, yaxşısı yoxdur. 
[Təbərani]  
Hədis: Zikrin əfzəli Lə ilahə illəllah, duanın  əfzəli də 
Əlhəmdulillahdır.  
 Hədis: Allah yanında ən qiymətli söz , "Subhənəllahi və 
bihəmdihi"dir.  
“Subhənəllah" deyən savaba qavuşar. "Lə iləhə illəllah" 
və "Allahu əkbər" demək də belədir.  
Allah yanında təkbiri, təhmidi, təsbihi və təhlili deyərək 
qocalan müsəlmanlardan mömini yoxdur.  
Hədisi-şəriflərdə buyurulurdu ki: Ən üstün təsbihdir: 
“Subhənəllahi vəlhəmdulillahi və  Lə iləhə illəllahu vallahu 
əkbər”.  
                  
 


 
191 
Təkbir- Allahu Əkbər zikrinin hikmətləri 
 
Sənin sonsuz uzaq olduğun Allahın, sənə sonsuz yaxın 
olmasıdır böyüklük. Böyüklük, sənə heç möhtac olmayan 
Allahın, sənin hər ehtiyacını səndən əvvəl, sənin istədiyndən 
də daha çox verəndir. Təsbih ilə həmdin ortasıdır, Camal və 
Kamalın vəhdədidir “Allahu əkbər”. Təkbir, sonsuz qüdrət 
sahibinin sən acizə sonsuz rəhmətilə  bəxş etdiyi nemətdir. 
Allah, sənin Ona sonsuz uzağlığına ramən, Onun sənə sonsuz 
yaxın olmasıyla “Əkbər”dir, böyükdür. Allahın böyüklüyü 
hər  şeyi istədiyi kimi həlak edəcək sonsuz bir Cəlal sahibi 
olmasıdır. Bununla belə Allah sənə şah damarından belə ya-
xın olaraq, dilinə gətirmədiyin ən incə sirləri, ağlına gətirmə-
diyin məhrəm arzuları  Cəmalıyla görüb göstərməsidir 
“Allahu Əkbər”.                                  
        
Təhmid-Əlhəmdulilləh 
 
“Əlhəmdulilləh “ varla-yoxluğun arasından çıxıb var 
olarkən, sonsuz uzaqlıqda olan Allahın indi sənə yaxın 
olduğunu anladır. Sənin xəbərin olmadan belə səni varlıqların 
ən gözəli etdi, sənə həyat bəxş etdi, sənə müxtəlif nemətlər və 
ruzi bəxş etdi, səndə  təşəkkür etdeməkdir. Öz qüdrət və 
rəhməti ilə sənə toxunur. Sənin başqa şeylərə toxunmaq üçün 
istifadə etdiyin barmaqlarının uclarının hər nöqtəsinə belə 
toxunur. Allah özünü sevmək üçün ayırdığın bütün duy-
ğularının hər titrəyişini ovcunda tutub. Bu gün günəş doğan 
həyatda olduğun üçün gözlərinə bütün kainat dolar. Yaxın-
ların  ən yaxını  həyatdır. Bu bizim üçün Allah tərəfindən bir 
ehsandır. Onda yaxın bir yaxınlıqdır bu həyat, bütün varlıq-
ların əsli, əsasıdır, bütün danışıqların mayasıdır, həyat. Alla-
hın təcəllisi, varlığı  nəbzində, qəlbinin hər döyüntüsündədir 
indi. Sənə şah damarından da yaxın olduğunu deyir Allahın, 
öz varlığından da yaxındır indi sənə. Həmd, bu varlığın 
 
192
ifadəsidir dilində.  Şəkərləri  şəkər, balları bal eyləyən 
zərdab(liksirdir) “Əlhəmdulilləh!”  
Hədisi  şərifdə buyurulur ki, ”Əlhəmdulillah” demək 
Göylə yer arasını doldurar. Həm də Mizanı da doldurar.  
“Həmd” surəsindən  əlavə daha dörd surə (“Ənam”, “Kəhf”, 
“Səba”, “Fatir”) “əlhəmdulillah” cümləsi ilə başlayır. Amma 
yalnız “həmd” surəsində  "əlhəmdulillah" kəlməsindən sonra 
“rəbbil aləmin” ifadəsi işlədilmişdir.  
“Həmd” dedikdə  mədh və  şükür nəzərdə tutulur. İnsan 
kamillik və gözəllik qarşısında sitayiş edir, başqalarının xid-
mət və ehsanına görə  təşəkkürünü bildirir. Allah-təala öz 
kamal və camalı, ehsan və ne’mətləri ilə sitayiş və şükrə daha 
layiqdir.  
“Əlhəmdulillah” Allaha ən üstün təşəkkür formasıdır. 
İstənilən bir yerdə, istənilən bir dildə, istənilən  şəkildə 
kamillik və gözəlliyə sitayiş edən insan əslində  həmin 
kamillik və gözəlliyin mənbəsinə sitayiş edir. Əlbəttə, Allahın 
əmri ilə, Allah yolunda Onun məxluquna təşəkkür Allaha 
təşəkkürə zidd deyildir.  
1. Yeməyə başlarkən “Bismilləh”ilə başlamaq, bitir-
dikdən sonra “Əlhəmdulilləh” demək, bir çox dərdlərin dər-
manıdır. Bu kəlmələrin yemək-içmək zamanı deyilməsi daxili 
orqanlarımızı müxtəlif xəstəliklərdən də qoruyar.  
2. Yatarkən 3 dəfə”Əstəğfirullah əl Azim əlləzi Lə İlahə 
İlləhu  əl Heyyul Qayyumu və  ətubu  İleyk" deyənin dəniz 
köpüyü qədər günahı belə olsa Allah əfv edər- deyə 
buyurulur. (Əlbəttə ki, peşmanlıqla).                    
                       
Təsbih “Subhənəllah” zikrinin hikməti 
 
“Subhənəllah” sözünü zikr edən kimi özünün nöqsan-
larını  və qüsurlarını görməyə başlayırsan. “Subhənəllah!” 
deyərkən bütün varlığınla xatırlayırsan ki, varlığın sənin 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə