Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə53/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   49   50   51   52   53   54   55   56   ...   84

 
217 
etməyənlər üçün də nümunə  və qismət olaraq göndə-
rilmişdir.” 
Allah Öz Rəsulu olan Peyğəmbərimizə çox yüksək dəyər 
verib ki, o Qurani Kərimi insanlar arasında yayıb, öyrətsin. 
Peyğəmbərimiz də bu elmi Hz. Əliyə öyrədib,  əmanət 
vermişdir ki, o da insanlara çatdırsın. Biz burada Quran ilə 
Hz. Əli arasındaki məsafəni, əlaqəni və Hz. Əlinin Allahın və 
Hz. Peyğəmbərin yanındaki məhəbbətinin ölçüyə belə 
gəlməyən dərəcədə olmasını görürük. Deməli, Quran deyəndə 
Hz. Əli, Hz. Əli deyən də Quran başa düşülür.  
Hz. Peyğəmbər Hz. Əliyə  Əsmai-ilahiyyəni,  əzəmi 
təcəlliyatı öyrətmiş  və onu Əzəmi kamaliyyətə çatdırmışdır. 
Hz.  Əli (əstəğfurullah), nə Allah, nə  də ki, Peyğəmbərdir. 
Lakin onlardan sonra dəyərli bir şəxsiyyətdir və Peyğəmbə-
rimiz yalnız onun vasitəsilə din və dünya elmlərinə çatma-
ğımızı buyurmuşdur. O Allahın Rəsulu, sevgili Peyğəmbərin 
ən əziz dostu, Allah tərəfindən ona bəxş olunmuş Əla isminin 
daşıyıcısı, Hz. Peyğəmbərin  ən qiymətli qardaşı,  ən yaxın 
qohumu, vəziri, kürəkəni, xəlifəsi, varisi elmi nəbisidir. Hz. 
Fatimənin həyat yoldaşı, Həsən və Hüseynin atası,  şahi-
vilayət və varisi-nuru nübüvvət və Qurani- Kərimdə  şəninə 
ayələr nazil olmuş, Allahın seçmə bəndəsidir.  
Hz.  Əli Adəmin elminin, Hz. Nuhun təqvasının, Hz. 
İbrahimin helm və  şəfqətinin, Hz. İsanın ibadətinin, Hz. 
Muhəmmədin rəhmətinin mücəssəməsidir. Onun haqqında 
yazılan kitablar onun elminin qarşısında bir zərrə qədərdir.  
            
Maddi və mənəvi elmlərə çatmaq 
 
Maddi və  mənəvi elmlərə çatmaq aşağıdakı  şərtlərlə 
mümkündür.  
1. Bir işə təşəbbüs etdikdən sonra onun nəticəsinə şübhə 
və  tərəddüd etməmək və  hər bir işə başlayarkən bu duanı 
oxumaq:  
 
218
               
 
Ud`ullahə və ən`tum mu`qınunə bil`icəbəti 
Yəni, Allaha dua edərkən qəbul olunacağına mütləq iman 
edərək dua edin.  
Bu hədisi  şərifə uyaraq, inanaraq və imanı kamil bir 
şəkildə işə başlamaq lazımdır.  
2. Yorulmadan, usanmadan kəmalı  səbir və rabitə ilə 
başladığınız işi sona yetirməyə çalışmaq. Bu haqda Qurani-
Kərimdə Ali-İmran 200-cü ayədə yazılmışdır:  
 
Mənası: ”Ey iman edənlər! Səbr edin. Çətinliklərə qarşı 
səbr edin və bütün varlığınızla Allaha bağlanın. Allaha 
sığının və umduqlarınıza nail olub, mətləbinizə yetişin.” 
Hər nemət  əziyyət müqabilində  əldə edilir. Hər çalışan 
mütləq ki yorulur. Bir aşiq kimi əziyyətlərə dözməyən, iradəsi 
zəif insanlar əlbəttə ki, müvəffəq olmazlar. Necə ki, 
Peyğəmbərimiz buyurur:  
           
 
Yəni: ”Səbr edən zəfəryab olar” 
3. Sirr saxlamaq. Nə edəcəyinizi, nə oxuyacağınızı  və 
üzərində çalışdığınız hər bir iş haqqında kimsəyə  xəbər 
verməmək. Bu haqda Peyğəmbərimiz buyurur:  
 
          
      
 
Yəni: ”Hacətlərinizin yerinə yetməsi üçün sirrinizi sax-
lamaqla özünüzə yardımçı olun.”Hz. Əli (ə. s. ) buyurur ki
”Sirrını saxlayan kəs, hər kəsdən əmin olar.” 


 
219 
4. Mənəvi yolda yüksəlmək, müvəffəqiyyət  əldə etmək, 
təqva ilə olur. Bu haqda Qurani-Kərimdə buyurulur: “Aqibəti 
mahmudə yalnız təqva ilə əldə edilir.” 
Təqvanın bir çox mənası varsa da biz burada yalnız 
mövzu ilə  əlaqədar olan bir necəsini yazacağıq. Birincisi, 
halal yeyib-içmək, yalan danışmamaq, kimsəyə əzab və zülm 
etməmək, pis gözlə baxmamaq, qeybət və  şərdən çəkinmək, 
Allahın bütün yaratdıqlarını sevmək və sevgi göstərmək. 
Təqvanın ən kiçik mərtəbəsi sənin qadır olduğun hər bir şeyin 
yalnız Allaha məxsus olduğunu bilmək və bir anın içində hər 
şeyin yox ola bilməsinə inanmaq, və minnətdarlıq, sevgi və 
məhəbbətlə yalnız Onun əmrinin altında olduğunu bilmək.  
5. Ali hümmət olmaq. Ali şeyləri səfil  şeylər üçün alət 
etməmək. Bu haqda Qurani –Kərimdə buyurulur:  
 
Mənası: ”Ayəti-ilayiyyəmi az baha ilə satmayın, yəni, pis 
işlərdə, pis niyyətlərdə vasitə etməyin”- deməkdir.  
Görüləcək işin saat və vaxtını  təyin edib, ona görə 
başlamaq lazımdır. Tələsmədən, sakit, heç bir məkrli niyyət 
və  məqsədi olmadan, həmçinin  əzizlərinin xoş niyyətinə 
qoşulmaqla işə başlamaq gərəkdir.  
Təmizliyə çox önəm vermək. Olduğun yer, üstün-başın, 
ən  əsası isə  qəlbinin təmizliyinə diqqət etmək. Çünki təmiz 
işlər, təmiz niyyətlər, təmiz nəticələr, ancaq təmizliklə  əldə 
edilir.  
Hz. Peyğəmbərimiz (s.ə.s.) buyurur: ”Duasının qəbul 
olunmasını istəyən kimsə  sıxıntıya düşmüş bir kimsəni 
sevindirsin. Din və  məzhəb yolunda edilən yardım, Allah 
yanında çox məqbuldur.” 
             
 
220
Səhər açılanda oxunacaq dua 
 
"Əlhəmdu lilləhilləzi əhyənə bə'də mə əmətənə və ileyhin 
nusur "  
Mənası: Mülk(kainat)Allahın olaraq sahaba çatdı, biz də 
Allahın bəndələri olaraq sabaha qovuşduq. Aləmlərin Rəbbi 
olan Allaha həmd olsun.  
             
Allahdan istəmək 
 
Sabah-axşam 7 dəfə, "Həsbiyəllahu lə iləhə illə hu, aleyhi 
təvəkkəltu və huvə Rabbul-arşil-azim " oxuyan kimsə dünya 
və axirət işlərində yalnız Allaha güvənib Ona ümid edər.  
Mənası: "Allah mənə kafidir. Ondan başqa ibadət edi-
ləcək heç bir ilah yoxdur. Ona dayandım, Ona güvəndim. O 
Ərşi Əzəmin sahibidir.”  
       
Zəfər qazanmaq və zalımdan əmin olmaq üçün 
 
Səhər axşam 3 dəfə: "Bismilləhilləzi lə yədurru məəsmihi 
şeyun fil ardi və lə fis səmai və huvəs səmiul alim " oxuyan 
kimsə sehirkar və zalımlardan uzaq olar və zəfər qazanar.  
Mənası: Uca Allahın ismi ilə  hərəkət edirəm. O, Uca 
Allaha ki, Onun ismi söyləndiyi vaxt, yerdə və göydə heç bir 
şey oxuyana ziyan verə bilməz. O Uca Allah hər şeyi ən yaxşı 
eşidən və ən yaxşı biləndir.  
            
Zəfər qazanmaq üçün 
 
“Ya mən ləhul-izzəti vəl-cəməl, Ya mən ləhul-qudrəti 
vəl-kəməl, Ya mən ləhul-mulk vəl-cələl, Ya mən huvəl-
kəbirul-mutəal, Ya munşiyəs-səhəbus-siqal, Ya mən huvə 
şədidul-muhəl, Ya mən huvə  səriul-hisəb, Ya mən huvə 
şədidul-iqab, Ya mən huvə indəhu husnus-səvab, Ya mən 
huvə indəhu ummul-kitəb. Subhənəkə ya ilahə illə  əntə  əl-
ğavsə əl-ğavsə xallisnə minən-nər.” 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə