Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə40/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   36   37   38   39   40   41   42   43   ...   84

 
163 
Allahın “əl-Bədiu” isminə iman edənlər sənətə və sənət-
kara hörmət göstərərlər.  
1. Hər hansı bir sahədə  fəaliyyət göstərməyindən asılı 
olmayaraq, ”Ya Bədiu” ismini 86 və ya 430 dəfə zikr edən 
kimsə öz sənətində böyük nailiyyətlər  əldə edər və  uğurlar 
qazanar.  
2. “Ya Bədiu”ismi-şərifini kim 70 min dəfə oxusa, hər 
arzusu Allahın istəyi ilə hasil olar.  
3. “Ya Bədiu” ismi-şərifinin vəqfini yazıb bir malın 
arasına qoyulsa, o mal xarab olmaz və oğurlanmaz.  
4. “Ya Bədi”alimlərin qəlblərinə nur salar və kimsənin 
bilmədiyi elmlərə nail olar. Həmçinin vəzifəsindən uzaqlaşdı-
rılmış bir məmur bu İsmi-şərifi yeddi gecə (8000) dəfə 
oxuyub, Allaha dua edərsə, vəzifəsinə qayıdar.  
5. Bir işin alınması üçün niyyət edərək xiftən namazından 
sonra “Ya Bədiul acaibi bil xayr ya bədi”zikrini 1200 dəfə 11 
gün müddətində oxusa, Allahın izni ilə  həmin işi alınar. 
Əlbəttə, burada imanın, ibadət, itaətin olması  və  qəlbdəki 
niyyətin saf olması vacibdir.  
113) 
əl-Bəqi-113-Varlığının heç sonu olmayan, həmişə diri 
olan və bu cür həmişə davam edəcək olandır. Davamlı olan, 
fani olmayandır.” 
əl-Baqi” Quranda bu isimlə keçməmişdir. Ancaq iki 
yerdə bu ismin mənasını verən: “Allah daha xeyirli və sonu 
olmayandır” (Taha 73) Bir də  ər-Rahman surəsinin 26-27-ci 
ayələrində hər şeyin fani, Allahın isə Baqi olduğu ifadə edilir. 
Kainatda  ən güclü insandır. Dağları  dəlir, dənizləri aşır, 
ulduzlara çatır, lakin ölümünə çarə edə bilmir və bir gün 
gələn, bir gün də gedir. Dünya yaradıldığından bəri bu belə 
 
164
davam etdiyinə görə gətirən və götürən, bu təbiət qanunlarını 
qoyub yaradan və sonu olmayan birinin olmasıdır ki, O da 
“əl-Baqi”olan Allahdır.  
Şair: “Əgər xanei pür nəqşdir, sarayı cahan, yalnız 
kitabələri “Kullu mən aleyhə fən” deyir. Yəni, dünya bəzəkli 
bir saraydır, ancaq sarayın divarında naxışlı bir xətlə yazılmış 
kitabə var ki, o da “Dünyadakı  hər  şeyin sonu gələcəkdir” 
deyə, yazılmışdır. Bununla da ər- Rəhmən surəsi 26-cı ayənin 
sirri açılmış olur.  
1. Hər gün 113 dəfə”Ya Baqiu” ismini zikr edən kimsə-
nin ömrü uzun olar, səhhəti yaxşı  və ölənə  qədər öz 
vəzifəsində olar.  
2. Bir evdən və ya mağazadan bu ismin vəqfini yazıb 
assalar, o yer bütün pisliklərdən, qəza-bəlalardan qorunmuş 
olar.  
3. Bu vəqfi yazaraq bir ağacdan asarlarsa, həmin ağac bol 
meyvə verər və çürüməz.  
4. Bir arzu və istəyi olan kimsə”Ya Baqiu” ismini hər 
gündə 565 dəfə zikr etməyi adət edərsə, Allah-təala onun 
bütün hacət və arzularını yerinə yetirər.  
5. “Ya Baqi” ismi-şərifini davamlı oxuyanın ömrü 
bərəkətli və uzun olar. İş yerində zikr etmək ruzi gətirər və 
bəlalardan qoruyar.  
6. Hər  şeydən qorxan kimsə 100 dəfə“Ya Baqi”ismi-
şərifini oxusa, qorxusu gedər.  
7. Bir işdə  tərəddüd etsə, 1000 dəfə bu ismi oxusa, 
düzgün seçim edə bilər.  
8. “Ya Baqi” ismi-şərifini davamlı oxuyanın ömrü bərə-
kətli və uzun olar.  
 


 
165 
əl-Varis-707-Bütün yaranmış və mövcud olanların sahibi 
və Maliki-həqiqisi deməkdir. “Sərvətlərin həqiqi sahibi” 
mənasına gələn “əl-Varis”ismi-şərifi Quranda üç dəfə keç-
mişdir. “Şübhəsiz, biz öldürürük, biz dirildirik və biz varis 
olarıq” (Hicr 23) ayəsində “biz” kəlməsini işlədərək Öz əzə-
mətini bildirir. “Biz varis olarıq” deyərkən, yenə  də Öz bö-
yüklüyünü bizə bildirir. Qayaları ovaraq sarsılmaz evlər ti-
kənlər, yer üzündə hökmranlıq edənlərin hamısı getdi. Pey-
ğəmbərlər,  Şəhidlər, Salehlər də getdi. “Yer üzü bir kişiyə 
bol, iki kişiyə dar” deyənlər də getdi. Mallarını miras burax-
dığı varisləri də getdi. Biz də mütləq bir gün gedəcəyik. Bir 
gün gələr Qiyamət qopar insanların hamısı ölər. Məhşərdə 
hamımız toplanıb dayanarkən Rəbbimiz soruşacaq: “Bu gün 
Mülk kimindir? Hamımız: “Bütün mülk hər şeyə gücü yetən 
tək Allahındır” deyərik. (Mumin-16) 
Rəbbimiz bu mülki Hz. Adəmə  təslim etdiyi zaman ha-
vası, suyu, günəşi, çiçəkləri, böcəkləri tərtəmiz gül kimi idi. 
Biz övladlarımıza təmiz miras buraxaq. Allahın mülkini çirk-
ləndirməyək. Başda qəlbimizi inkar, bədənimizi üsyanla 
kirlətməyək. Qəlb kirlənərsə, qaralar və dənizlər də çirklənər. 
Övladlarımıza təmiz bir isim və halal mal buraxaq.  
1. Xəstə olan kimsə”Ya Varis” ismi-şərifini oxusa, 
düşdüyü xəstəlikdən qurtarar. Gün doğmadan oxusa, qəm 
kimi xəstəlik görməz.  
2. Hər gün 707 dəfə “Ya Varis” deyə zikr edən kimsəyə 
Allah-təala uzun ömür, çoxlu mal-dövlət,  şan-şöhrət, qüdrət 
və nüfuz bəxş edər.  
 
ər-Raşid-514-Bütün işləri  əzəldən təqdiri ilə, bir nizam 
və hikmət ilə aqibətə qovuşduran deməkdir.  
 
166
“ər- Raşid” daha təbiəti yaratmadan yaradacağı  hər  şeyi 
və yaradılış qanununu bilən, yaratdığı Peyğəmbərlərə endi-
rəcəyi qanunlarla ən doğru yola yönləndirəcək olandır. Firo-
nun əmrinin doğru olmadığını və bütün bunların onu doğruya 
götürməyəcəyini xəbər verir. (Hud 97) 
Qiyamətə  qədər Rəbbinin göstərdiyi yoldan başqa, ona 
yanlış yollar göstərən hər kəsin yolu düzgün deyildir. Onun 
üçün biz Fatihə surəsində Allahın, Peyğəmbərlərə verdiyi 
doğru yolu istəyirik. Allahın qəzəbinə  uğrayanların,  şərik 
qoşanların yolunu istəmirik. Doğru yolda olub, doğruluqdan 
ayrılmayaq.  
“ər-Raşid-“Doğru və sağlam yolu verən və o yola çatdı-
ran” anlamına gələn bu ismi-camalı Quranda çəkilməmişdir. 
Ancaq İbrahimə rüşdünü verən, (Ənbiya 51) Musa (ə. s. )ilə 
yol gedən Allah qullarından birinə də rüşdü Allah tərəfındən 
öyrədildiyi bildirilir. (Kəhf 66) Allahın çaşdırdığını rüşdü, 
doğru yola götürəcək kimsənin olmadığını xəbər verir. (Kəhf 
17) 
Zalımların  əlindən hicrət edən  əshabı  Kəhf də  Rəbbinə 
dua edənlərin “Ey Rəbbimiz, bizə  tərəfindən bir rəhmət ver 
və bu işimizdə bizə bir qurtuluş yolu hazırla” deyə dua 
etmişlər. (Kəhf 10) 
1. Çox mühüm işlərində  tədbirli olmayıb, aciz olan 
kimsələr”Ya Rəşid” ismi-şərifini 1000 dəfə oxusalar, güc-
qüvvət taparlar. Həmçinin acizlikdən qurtararlar.  
2.”Ya Raşid” ismi-şərifin bir kasa suya 514 dəfə oxu-
duqdan sonra, niyyət edərək içən, qumar oynayan, zina kimi 
vərdişi xəstəliklərə tutulanlara içirilsə, Allahın izni ilə bu 
vərdişlərdən əl çəkər.  
 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə