Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə38/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   34   35   36   37   38   39   40   41   ...   84

 
153 
bir də, bu duanı oxuyan kimsə öz niyyətinə çatar. Yüz də-
fədən bir oxunan dua:  
 
Allahummə  yə  cəmiuən nəsi li yovmin lə raybə fih. In-
nəllahə lə yuxliful miad. icməa beyni fulanin bi həqqismikəı 
cəmiə.  
2. Həmçinin oğurlanmış malın geri qaytarılması üçün 
niyyət edərək 114x114=12996 dəfə “Ya Cami”ismini oxuyan 
və  hər yüzdə bir bu duanı oxuyan kimsə öz niyyətinə çatar. 
Yüz dəfədən bir oxunan dua:  
 
 
“Allahummərdud dalləti bi həqqis mikəl cəmiə.” 
Niyyət edərək bu duaları yeddi gün zikr edən kimsələr 
Allahın izni ilə mətləb və istəklərinə çatar.  
 
 
əl-Ğaniyyu-1060-Zənginliyinin həddi-hüdudu olmayan 
və bütün yaranmışlardan uca olandır. əl-Ğaniyy -“Zəngin” və 
“zəngin edən” anlamlarına gələn bu ismi-şərif, “əl-Ğaniyy” 
olaraq Quranda 18 dəfə keçmişdir. “Ey insanlar, Allaha möh-
tac olan sizlərsiniz. Allah isə  zəngindir, tərifə layiqdir.” 
(Fatır-15) 
1. Hər gün 1060 dəfə Ya Ğaniyyu” ismini zikr edən 
kimsəyə Allah-təala heç gözləmədiyi yerdən onun üçün ruzi 
və  sərvət yetirər. Bütün bağlı qapıları açılar. Bu ismi zikr 
 
154
etməyi adət edən kimsəni hamı sevər, malı-mülki və hörməti 
artar. Pis əxlaqı varsa, ondan da qurtarar.  
2. Hər kim cümə namazından sonra 70 dəfə  aşağıdakı 
duanı ara vermədən 40 gün oxuyub, təkrar edərsə, Allah-təala 
bu quluna çox qısa zamanda sərvət və ruzi verər. Xəstədirsə, 
şəfa tapar, subaydırsa, evlənər, övladı yoxdursa, Allah-təala 
xeyirli övlad bəxş edər.  
 
 
Allahummə Ya Ğaniyyu, Ya Həmidu, Ya Mubdiu, Ya 
Muidu, Ya Fəalu limə yuridu Ya Rahimu, Ya Vədudu, əkfini 
bi hələlikə, ən həramikə və bi ta`ətikə ən məa`siyətikə və bi 
fədlikə əmmən sivək.  
 
 
əl-Muğni-1100-İstədiyini istədiyi anda, istədiyi qədər 
zəngin edən.  
1. Hər hansı bir arzu üçün 1100 dəfə”Ya Muğni “ deyə 
zikr edən kimsəyə, Allah-təala bilmədiyi bir çox yerlərdən 
ruzi və  sərvət yetirər. Hət kəs tərəfindən sevilər, keçim və 
seçimi geniş olar. Şərəf və etibarı artar.  
“Ya Muğni” ismini oxuyarkən yüz dəfədən bir aşağıdakı 
duanı oxumaq lazımdir:  


 
155 
 
 
Allahummə  yəssir aleyyəl yusralləzi yessər`təhu alə 
kəsirin min ibədikə və əğnini bi fəd`likə əmmə sivək.  
1. İşləri pozulub, darlıq və çətinlik içində olan bir kimsə, 
yuxarıdakı “Ya Ğaniyyu Ya Muğniy”  əsmalarının üçlü və 
dördlü müştərək vəfqini üzərində daşıdığı halda , hər gün 
2160 dəfə sabah namazından sonra “Ya Ğaniyyu, Ya 
Muğniy” deyə zikr edərsə, 40 gün müddətinə bütün pislik-
lərdən qurtarar və arzularına çatar.  
 
 
əl-Məniu-161-Bir  şeyin meydana gəlməsinə imkan 
verməyən, hökmlərinə qarşı durulmayan deməkdir.  
əl-Maniu-“əngəlləyən” mənasına gələn bu isim Quranda 
bu isimlə keçməmişdir. Ancaq “Əgər Allah sənə bir zərər 
toxundursa, (sıxıntı versə) onu Özündən başqa (səndən) heç 
kəs sovuşdura bilməz.  Əgər Allah sənə bir xeyir diləsə, heç 
kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz. Allah onu 
bəndələrindən istədiyinə  nəsib edər. O, bağışlayandır, rəhm 
edəndir. (Yunus-107) ayəsi bunu ifadə edir.  
O “əl-Mani” olan Rəbbimizin yaratdığı bu aləmə Ondan 
başqa heç kəs nə isə artırıb, azalda bilməz. Heç bir güc 
Qurandan bir hərfi  əksildib, artıra bilməz, çünki, “əl-Mani” 
olan Rəbbimiz bunun qarşısını alar.  
Bəzən istədiyimiz, arzularımız yerinə yetsə  də, heç cür 
alınmayan, baş tutmayan arzularımız da olur. Biz verilənlərin 
Allahdan bir lütf və imtahan olduğunu, verilməyənlərin isə 
Allahın bir hikməti olduğunu düşünməliyik.  
 
156
1. Hər gün sabah namazından sonra 161 dəfə “Ya 
Maniu” ismini zikr edən kimsəni Allah-təala bütün 
pisliklərdən, qəza-bəlalardan qoruyar.  
2. Daima zülm edən, söz və  nəsihətə qulaq asmayan 
kimsəni ram etmək üçün “Ya Mani” ismini 1610 dəfə zikr 
edib, sonra bu aşağıdakı duanı 161 dəfə oxumaq lazımdır: 
“Alləhummə ya maniu əmnə fulanibnu filannin ən icrayiz 
zulmi vəl ədəvəh” 
3. Gündə 161 dəfə”Ya Mani”ismi-şərifini oxusa, hər 
zərərdən  əmin olub muradına çatıb,  şad olar. Ər-arvad ara-
sında davamlı oxunsa, bir-birlərinə qarşı sevgi və məhəbbətli 
olarlar.  
 
 
əd-Darru-1001-Ələm və zərərverici işlər yaradan demək-
dir. əd-Darru- Zərərə uğradan, qəm, kədər və zərər verəndir.  
Uca Allah “Darr” ismilə zərərə uğradarkən “Nafi” ismilə 
faydalandırar, xeyirlər verər. Bütün bu xüsusiyyətləri bizi 
sınamaq üçün xeyri də, şəri də yaradan Uca Allahdır.  
1. Bir kimsə hər cümə gecəsi”Ya Darr” ismi-şərifini 100 
dəfə oxusa, düşmüş olduğu dərddən qurtarar.  
2. Fağır və pis vərdişi olan kimsələr bu ismi-şərifi 
davamlı oxusalar, bu dərdlərdən qurtararlar.  
3. Bir kimsə  şər bir adamın  şərindən uzaq olmaq üçün 
ayın 15-dən axırına qədər qədər 1001 dəfə “Ya Darru” ismini 
zikr edərsə, o adamın şərindən qurtarar.  
Onu da unutmayaq ki, zalımlar bu dünyada Allahın 
qılınclarıdır. Allah onlarla zülm etmiş olanlardan intiqam alır, 
sonra da, qarğış edənlərdən intiqamını alacaq. Belə bir deyim 
vardır ki: “Qarğışın da, bəd duanın da iki başı vardır.”Allah-
təala buyurur ki, zülmə,  şərə  məruz qalan və ya kimə isə 


 
157 
zülm, qarğış, pis əməl etməyi düşünən bir kimsə bilməlidir ki, 
Allahın böyük imtahanındadır. Bu səbəbdən də belə vaxtlarda 
çoxlu istiğfar, tövbə etmək, sədəqə və nəzir vermək, həmçinin 
Allaha sığınaraq bu duanı oxumaq lazımdır: “ Həsbunəllahu 
və ni`məl vəkil”. Səbrlə dua etməkdən başqa çarə yoxdur. 
Uca Allah yaratdığı heç bir bəndəsinə  qətiyyən zülm etməz. 
Çünki Allah Azumişşan Adili Mütləqdir. Zülmü biz insanlar 
öz əməllərimiz və xislətimizlə özümüz qazanırıq. Hər kəs öz 
gözəl niyyəti və  əməlləri ilə Alladan bağışlanma diləsə, 
Allahın izni ilə  bəlalardan qurtara bilər. Bütün pis niyyətlər 
isə bizləri bu dünyada fəsadlara,  Əbədi dünyada isə  Cə-
hənnəmə sürükləyir.  
“Zərrə qədər şər iş görənlər, öz cəzalarına çatacaqlar.  
 
 
 
Yunus-280-Günah qazananlara günahları  qədər cəza 
verilər. Onları zillət basar (bürüyər). Onları Allahdan (Allahın 
əzabından) heç kəs qurtara bilməz. Onların üzü, sanki gecənin 
zülmət parçaları ilə örtülmüşdür. Onlar cəhənnəmlikdirlər, 
özləri də orada əbədi qalacaqlar! 
 
 
Caziyə-29-30-Bu Bizim kitabımızdır (sizin əməl dəftə-
rinizdir). O sizin əleyhinizə haqqı deyər. Biz sizin etdiyiniz 
əməlləri (orada mələklərə bir-bir) yazdırmışıq!” 
İman gətirib yaxşı  əməl edənlərə  gəldikdə, Rəbbi onları 
Öz mərhəmətinə (Cənnətə) qovuşduracaqdır. Bu, açıq-aşkar 
qurtuluşdur (uğurdur)! (Bundan yaxşısı ola bilməz!)                   
 
158
 
ən-Nafiu-201-Davamlı olaraq bütün məxluqata xeyir və 
mənfəət verən şeyləri yaradan deməkdir.  
ən-Nafi“Zərər verən”və“Fayda verən” anlamlarına gələn 
bu iki ismi-şəriflər bu adlar şəklində Quranda keçmir. Ancaq 
“Allahdan başqa sizə fayda və  zərər verəcək yoxdur” anla-
mında bir çox ayə vardır. “De ki: Mənim Allahım diləməsə 
mən özümə nə fayda, nə də ki, zərər verə bilmərəm”. (Əraf-
18) 
İmanın altı şərtindən biri olan “Xeyir və şər Allahdandır” 
kəlməsini dedikdə, həmin bu iki isim nəzərdə tutulur. İman 
gətirənlər, Mələklə-Şeytanı, xeyirlə-şəri, imanla-inkarı, sağ-
lamlıq ilə xəstəliyi, gül ilə tikanı, gündüzlə-gecəni, su ilə atəşi 
yaradanın “Darr”və“Nəfi” olan Allah olduğunu bilirlər.  
Ürəkləri yandıran kədər, hüzn, qəm atəşləri də, vücudu-
muzun hər zərrəsində parlayan sevinc, keyf, xoşbəxtlik parıl-
tıları da eyni qaynaqdan gəlir.  İbrət gözü ilə baxsaq, arala-
rında heç bir fərq yoxdur. Yəni insan həm sevincli anlarında, 
həm də  dərdli anlarında üzünü yalnız Allaha çevirər və 
təsəllini Onda görər.  
“ən-Nafiu” ismini ayın ilk Cümə günündə 201 dəfə zikr 
edən kimsə  hər cür xəstəlik və  bəlalardan Allahın izni ilə 
xilas olar.  
2. Ağrıyan bir kimsə bu ismi-şərifi fasilə vermədən zikr 
edə-edə, sağ əlini ağrıyan yerin üzərinə qoyarsa, ağrısı keçər. 
Bu ismi zikri edən kimsə bütün yoxsulluq və  zərurətdən 
qurtarar.  
3.”Ya Nafi” ismi-şərifini hər gün 201 dəfə zikr edən 
kimsə kamalı imana çatar.  


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə