Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə35/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   31   32   33   34   35   36   37   38   ...   84

 
141 
Onlar Allahdan (Allahın  əzabından) yalnız Onun Özünə 
sığınmağın mümkün olduğunu başa düşdülər.  Şübhəsiz ki, 
Allah tövbələri qəbul edəndir, rəhmlidir!  
Tövbə günahın cinsindən olur. Millətin malını  ələ keçi-
rib, sonra istiğfar etmək tövbə deyildir. Həmin malı sahiblə-
rinə verdikdən sonra istiğfar etməkdir. Həmçinin Allahın “ət-
Təvvəb” isminə iman edənlər onlara qarşı işlənmiş günahları 
da bağışlayanlar, peşman olaraq, üzr istəyənlərdən üzrləri 
qəbul edənlərdir. Hətta üzr diləməsə belə peşman olduğunu 
hiss etdikdə, günahkarı əfv edə bilməkdir. Bu haqda Quranda 
buyurulur:  
Furqan-69-71-“Ancaq tövbə edib iman gətirən və yaxşı 
işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı 
əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir! Hər kəs 
tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir 
dönüşlə (Allahın rizasını qazanmış halda) dönər. O kəslər ki, 
yalan yerə  şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları 
(lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib 
vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət 
verməz)” 
1. Bu ismi hər gün günahları çox olsa da 409 dəfə oxuyan 
kimsəni Allah bağışlayar. Butün pis vərdişlərini yaxşıları ilə 
əvəz edər. Bütün duaları qəbul olar.  
2. Geyim darlığı  çəkən kimsə 667 dəfə“Ya Rahimu, Ya 
Təvvab” deyə, bu isimləri zikr edərsə, qısa zamanda Allah–
təala ümid etmədiyi yerdən onun üçün fərəhlik və ruzi yetirər.  
3.  İçki və ya qumar kimi pis vərdişlərə mübtəla olan 
kimsə    hər gün bir kasa suya 409 dəfə “ Ya Təvvab “ deyə 
oxuyub, həmin suyu içərsə, özünün pis vərdişlərinə nifrət 
edərək, onlardan qurtarar.  
4. “Ya Təvvab” ismi-şərifini oxumağı davam edən mü-
səlmanın tövbəsi qəbul olub, Allahın bağışlanmasına nail 
 
142
olar. Namazda 300 dəfə oxumaq günahların bağışlanması 
üçün xeyirlidir.  
 
əl-Müntəqim-630-Acizlərə zülm edənlərdən, zülm edən-
ləri cəzalandıraraq, intiqam alan deməkdir. “Asilərın belini 
qıran, caniləri cəzalandıran.”  
“O vaxt ki, bizi gəzəbə dəvət etdilər: biz də onlardan in-
tiqam aldıq, beləcə onları toplu olaraq suda boğduq.” 
(Zuxruf-43/55) 
“Günahkarlardan intiqam almaq“mənasına gələn “əl-
Muntəqim”ismi bu şəkildə Quranda keçməmişdir. Ancaq “əl-
Muntəqimin” kəlməsi üç dəfə keçmişdir. Beş  dəfə “intiqam 
aldıq”, bir dəfə “intiqam alır”, üç dəfə “biz intiqam alacağıq”, 
dörd dəfə“Allah intiqam sahibidir” deyə bu ismi-şərifi tanıdır. 
(Rum 47) 
Özünü Allah yerinə qoyan insanları özünə insanları qul 
edən Fironları biz bu dünyada cəzalandırdıq. Ad qovmi 
Səmud qovmi bu dünyada ikən cəzalandırıldılar. Ancaq bir 
çox kafir, asi, insanlığın üzərinə atəş saçanlardan, yer üzündə 
daim pozğunluq törədənlərdən Allah axirətdə intiqam alacaq-
dır. Onları, bir zərrə qığılcımı dünyaya düşsə, bütün dünyanı 
qovuracaq olan Cəhənnəminə atacaqdır. Ona görə Allahın əl-
Muntəqim isminə iman edənlər olaraq yer üzündə insan nəs-
lini və yer üzü nemətlərini yox etməyə çalışan, yandırmaq-
dan, yıxmaqdan zövq alanların islahı üçün onlara zaman 
verib, yol göstərək. Əgər islah olmasa, insanlığın salamatlığı 
üçün Rəbbimizin qoyduğu qanunlar içində  cəzalandırmaq 
gərəkdir.  Əfv edərkən də  cəzalandırarkən də  Rəbbimizin 
qoyduğu qanunlardan kənara çıxmaq olmaz. İlahi intiqamın 
ilk səbəbləri, insanları  şirk, küfr, zəlalət və  səfalət yoluna 
sürükləmək üçün çalışan din və  əxlaq düşmənləridir. Allah 


 
143 
bunlardan belə intiqamını  həmən almaz və onlara tövbə 
etmələri üçün bir müddət vaxt verər. Yaşadıqları müddətcə 
bütün bir kainatı onlara xidmət etdirib, onları rizqləndirib, 
bəsləyib, böyüdər.  
Allah tövbə etməyərək üsyan edən kimsələrdə, Muntəqim 
ismini təcəlli etdirir. Çox vaxt da bu təcəllini axirətə saxlayır. 
Çünki intiqam məkanı  və  cəza yeri oradır. Bəzən, insanlara 
ibrət olmaq üçün bu dünyada da bu ismin təcəlliləri görülür; 
Nuh və  Səmud qovminin başına gələnlər kimi. Bu ismin 
təcəllisinə  məruz olacaq bir başqa güruh isə zalımlardır. 
Zalımlar, qul haqqına təcavüz etməklə, özlərində bu ismin 
təcəlli etməsini, özləri tələb edirlər.  
Hər bir mömin, təqva içində yaşayaraq bu ismin təcəl-
lisindən qorunmalıdır. Nə öz nəfsinə, nə öz bədən üzvlərinə, 
nə  də ki, digər insanlara zülm etməməli və düşünməlidir ki, 
bütün bunlara görə mütləq ondan intiqam alınacaq. Bu səbəb-
dən də qorxaraq, tövbə etməli və günahlardan çəkinməlidir.  
1. “Ya Muntəqim” deyərək 630 dəfə zikr edən kimsəyə 
heç kəs zülm edə bilməz. Ona quyu qazanlar özləri o quyuya 
düşərlər.  
2. Bir Ərəbi ayın son cümə ertəsi günündə bir lövhənin 
üzərinə bu ismin vəqfini yazıb üzərində gəzdirən kimsəyə cin 
müsəllət olmaz.  
 
əl-Əfuvvu-156-Bir çox günahları lütf və mərhməti ilə əfv 
edən deməkdir.  
“Əfv edən” anlamına gələn bu ismi cəmili Quranda beş 
dəfə təkrarlanmışdır.  
“Bir yaxşılığı  və yaxud da pisliyi açıqlayıb və ya 
gizlətsəniz, həmçinin də pisliyi əfv etsəniz, mütləq ki, Allah 
da əfv ediçidir, hər şeyə gücü yetəndir. (Nisə 149) 
 
144
Rəbbimiz Bəqərə-52 də buzova tapınan  İsrailliləri  əfv 
etdiyini, Ali İmran 152-də Ühud savaşından qaçan Müsəl-
manları əfv etdiyini xəbər verir. Onlar peşman olub, əfv dilə-
diklərindən Allah da onları  cəzalandıqmaq yerinə  əfv et-
mişdir.  
Allah bizlərin də əfvedici olmağımızı istəyir və insanlar 
içində əfv edənləri tərifləyir.  
Ali İmran- 134-O müttəqilər ki, bolluqda da, qıtlıqda da 
(mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların 
günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.  
Yaxınlarımızın səhvini əfv etməmiz tövsiyə edilir:  
Bəqərə- 178-Ey iman gətirənlər! (Qəsdən) öldürülən 
şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib 
oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının 
əvəzində (öldürə bilərsiniz). (Öldürülən  şəxsin) qardaşı 
(varisi) tərəfindən (müəyyən bir şey, qanbahası müqabilində) 
bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. 
Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) “diyə” 
(qanbahası) verməlidir. Bu, (qisası qanbahası ilə əvəz etmək 
hökmü) Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və 
mərhəmətdir. Bundan (diyə müqabilində bağışlamaqdan) 
sonra təcavüzkarlıq edən (qatili öldürən və ya onun qohum-
qardaşı ilə düşmənçilik edən) kimsəni (qiyamətdə)  şiddətli 
əzab gözləyir! 
Rəbbimiz  əfvedicidir,  əfvi sevər, onda biz də  əfvedici 
olmalıyq. Günahkarların tövbə etmələrinə, üzr diləmələrinə 
yardımçı olmalıyıq. Bütün insanların günahı bir yerə yığılsa, 
Allah əfv etmək istəsə, Onun rəhmətindən bir şey əskilməz.  
əl-Ğaffaru isminə görə  bəndənin öhdəsinə düşən vacib 
məsələ, insanların qüsurları və səhvləri qarşısında mərhəmətli 
və bağışlayıcı olması  və öz günahları üçün tövbə edərək 
Allahın  əfvinə  sığınmaqdır. Günahları bağışlama anlamına 
gələn Allahın başqa isimləri də vardır. Bunlar əl-Ğafur,  əl-


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə