Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə15/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   11   12   13   14   15   16   17   18   ...   74

40 
vəsaitlər sisteminin mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir. Demək 
olar ki, belə  vəsaitlərlə  nəzərdə tutulan sahənin biblioqrafik informasiya 
təminatı sisteminin əsası qoyulur. Belə ki, hər bir görkəmli alim, mütəxəssis 
öz sahəsinin elmi potensialıdır. Onun qələmindən çıxan əsərlər əlaqədar sahə 
üzrə informasiya ehtiyaclarının ödənilməsi üçün lazım olan sənədlərin bir 
tərkib hissəsidir. Şəxsi biblioqrafik vəsaitlər mühüm informasiya potensialına 
malik olur, tələbatçıların biblioqrafik informasiya təminatında mühüm vasitə 
hesab olunur. [5] 
Beləliklə, konkret bir sahənin tanınmış, nüfuzlu mütəxəssisləri haqqında 
şəxsi biblioqrafik göstəricilərin ümumi məcmusu informasiya istifadəçilərinin 
o sahəyə dair biblioqrafik informasiya tələbatlarının, ehtiyaclarının 
ödənilməsinə müsbət təsir göstərir. 
Şəxsi biblioqrafik göstəricilərin yaradılması sahəsində artıq 
respublikamızda kifayət qədər təcrübə qazanılmışdır.  İlk  əvvəl Azərbaycan 
Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Azərbaycanın 
elm və mədəniyyət xadimləri” seriyası ilə 1965-ci ildən bu günə kimi çoxsaylı 
şəxsi biblioqrafik göstəricilər tərtib olunub nəşr edilmişdir. 
2006-cı ildə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında 
“Azərbaycanın görkəmli şəxsiyyətləri” seryasının əsası qoyulub. Bu seriya ilə 
ilk  şəxsi biblioqrafik göstərici görkəmli nasir, ədəbiyyatşünüs-alim, pedaqoq 
Mir Cəlal Paşayevə həsr edilmişdir. Daha sonralar bu seriya altında görkəmli 
yazıçı, ictimai xadim Elçin Əfəndiyevə, tanınmış yazıçı  və ictimai xadim 
Teymur Elçinə, satirik şair M.Ə.Sabirə, dahi Azərbaycan  şairi Nizami 
Gəncəviyə, Məhəmməd Füzuliyə,  ədəbiyyatşünas alim Teyyub Qurbana, 
dünya  şöhrətli, xalq şairi Səməd Vurğuna həsr edilmiş  şəxsi biblioqrafik 
göstəricilər geniş informasiya potensialına malikdirlər. 
Müasir Azərbaycan ədəbiyyatının bünövrəsini qoyanlardan biri olan Mir 
Cəlal Paşayev xalq yaradıcılığı ilə klassik bədii irsin qabaqcıl  ənənələrinin 
vəhdətini yeni formada yaşadan və  ədəbiyyata yeni ruh gətirmiş yazıçı, eyni 
zamanda tədqiqatçı alim olub. Nasir, müəllim,  ədəbiyyatşünas, tənqidçi, 
publisist, ictimai xadim olan Mir Cəlal Paşayevin irsi – yəni həm öz 
qələmindən çıxmış, həm də həyatı və yaradıcılığı haqqında yazılmış əsərlərin 
sayı 1500-dən artıqdır. Belə bir zəngin irsin tədqiq edilib öyrənilməsi 
Azərbaycan ədəbiyyatşünaslığının inkişafında onun rolunun müəyyən edilməsi 
və qiymətləndirilməsi baxımından çox aktualdır. Bu sahədə artıq bir sıra işlər 
görülüb. Yazıçının irsini əks etdirən biblioqrafik mənbələr tərtib edilmişdir ki, 
ilk belə  şəxsi biblioqrafik göstərici 1968-ci ildə  ədibin 60 illik yubileyi 
münasibətilə Azərbaycan Elmlər Akademiyasının  Əsaslı Kitabxanası 
tərəfindən “Azərbaycanın elm və  mədəniyyət xadimləri” seriyası ilə çap 
edilmişdir. Bu biblioqrafik göstərici ədibin 40 illik yaradıcılıq dövrünü (1928-
1968) əhatə edir. Göstəricidə ümumilikdə 1000-ə yaxın sənəd kütləsi haqqında 
biblioqrafik məlumat öz əksini tapıb. Buradan məlum olur ki, bəhs olunan 
dövrdə Mir Cəlalın Azərbaycan və rus dillərində 57 adda kitabı, 656 adda 


41 
bədii,  ədəbi-tənqidi və publisistik məqaləsi, eləcə  də  həyatı  və yaradıcılığına 
həsr edilmiş 2 kitab və 305 adda məqalə mövcuddur. 
Mir Cəlal Paşayev haqqında növbəti şəxsi biblioqrafik göstərici 1998-ci 
ildə  ədibin 90 illik yubileyi münasibətilə M.F.Axundov adına Dövlət 
Kitabxanası  tərəfindən çap olunmuşdur. “Mir Cəlal Paşayev: Biblioqrafiya 
(1908-1998) (Tərt.ed. R.Q.Muradova; Red. N.P.Nağıyeva) adlı bu göstərici 
bilavasitə birinci göstəricinin davamı hesab oluna bilər. Burada məntiqi olaraq 
1969-1998-ci illər ərzində Mir Cəlal Paşayevin əsərləri, həyat və yaradıcılığı 
haqqında müxtəlif dillərdə olan materiallar əhatə olunmuşdur. Altay Həsənov 
göstəriciyə “Mir Cəlal” adlı giriş  məqaləsi yazmış  və burada ədibin həyatı, 
yaradıcılığı haqqında qısa məlumat vermiş, onun Azərbaycan  ədəbiyyatının 
inkişafındakı rolunu yüksək qiymətləndirmişdir. 
“Azərbaycanın görkəmli  şəxsiyyətləri” seriyası ilə  ədəbiyyat, 
mədəniyyət və incəsənət xadimlərinə çoxsaylı biblioqrafik vəsaitlər həsr edilib 
nəşr edilmişdir. Bu biblioqrafik göstəricilər,  ədəbiyyat və incəsənət 
xadimlərinə  həsr edilmiş biblioqrafik vəsaitlər həmin  şəxslərin yubileyləri 
münasibətilə tərtib edilmişdir. 
Mir Cəlal Paşayev yaradıcılığına oxucu marağının gündən-günə artması, 
yeni, daha mükəmməl, xronoloji əhatəlilik baxımından daha bitkin bir 
biblioqrafik məlumat kitabının yaradılması zərurətini meydana çıxarmışdır. 
“Mir Cəlal: Biblioqrafiya” (Tərt.ed. N.P.Nağıyeva; Elmi red. 
Ş.Ə.Axundov) adlı biblioqrafik əsər 1926-cı ildən 2006-cı ilə kimi alimin 
əsərləri və haqqında olan mənbələrin biblioqrafik modelini yaradan universal 
xarakterli məlumat kitabıdır. [4] 
Biblioqrafik göstəriciyə xalq yazıçısı, professor Elçin “Sadəlik və 
müdriklik (Müəllim haqqında söz)” adlı elmi, informasiya baxımından diqqəti 
cəlb edən giriş məqaləsi yazmışdır. Məqalədə bütövlükdə Mir Cəlal müəllimin 
portretinin  əsas cizgiləri haqqında dolğun təsəvvür yaradılmış, sevimli 
müəllim haqqında yüksək professionallıqla və  səmimiyyətlə  ətraflı söhbət 
açılmışdır. Bu biblioqrafik məlumat kitabında ilk bölmə “Mir Cəlalın həyat və 
yaradıcılığının əsas tarixləri” adlanır. Bölmədə Mir Cəlal müəllimin həyat və 
yaradıcılığı haqqında biblioqrafik məlumatlar xronoloji ardıcıllıqla verilmişdir. 
Görkəmli yazıçı Mir Cəlal Paşayevə  həsr edilmiş  hər üç şəxsi 
biblioqrafik göstəricilər, əlbəttə ki, müəyyən nöqsan cəhətlərinə baxmayaraq, 
böyük  ədibin zəngin irsinin tədqiqi və öyrənilməsi baxımından çox böyük 
əhəmiyyət kəsb edir. 
Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, çağdaş ədəbi-
tənqid məktəbinin layiqli davamçısı, xalq yazıçısı, “İstiqlal” və  “Şərəf” 
ordenli, “Azərbaycan Respublikasının  Əməkdar incəsənət xadimi”, tanınmış 
ictimai-siyasi xadim Elçin Əfəndiyev zəngin və çoxşaxəli yaradıcılığa malik 
ədəbiyyatşünasdır. Elçin Əfəndiyev xalqımızın tarixi, taleyi və ədəbi-bədii irsi 
ilə bağlı olan sənətkarlarımızdandır. Elçin Əfəndiyevin Azərbaycan ədəbiyyatı 
və  mədəniyyətinin inkişafıında xüsusi xidmətləri, çoxsaylı  ədəbi-bədii 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə