Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə11/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   7   8   9   10   11   12   13   14   ...   74

29 
Məsuliyyət haqqında məlumatlar öz tərkibinə görə  aşağıdakı qruplara 
bölünür: 
1. Müəlliflər haqqında məlumatlar 
2. Digər şəxslər haqqında məlumatlar 
3. Materialı nəşr edən idarə və təşkilat haqqında məlumatlar 
4. İfaçı şəxs və kollektivlər haqqında məlumatlar 
Musiqili  əsərlərin təsvirində musiqinin müəllifinin adı  həmişə digər 
məsul şəxslərdən əvvəl verilir.  
Əgər AV materiallarda digər  şəxslərin soyadı ikidən artıq deyilsə, 
biblioqrafik təsvirdə hər ikisi göstərilir. Digər şəxslərin familiyası üçdən artıq 
olarsa, biblioqrafik təsvirdə onlardan birincisi yazılır, digər müəlliflər isə [və 
b.] sözü altında ixtisar edilir. 
Səhnələşdirilmiş V materialların təsvirində  məsul  şəxslər haqqında 
məlumatda ifaçılar haqqında ümumiləşdirilmiş  məlumatlar verilir. Məsələn: 
“teatrın aktyorları”. 
İdarə  və  təşkilatlar haqqında məsuliyyət haqqında məlumatlarda  əsərin 
nəşrində, çapa hazırlanmasında iştirak edən idarə  və  təşkilatın adı göstərilir. 
Burada həmçinin A materialda göstərilmiş sözlər (məsələn, ”hazırlanmışdır”, 
“işlənmişdir”) təsvirdə öz əksini tapmışdır.  
İfaçılar və ifaçı kollektivlər haqqında məlumatlar təsvirdə AV materialda 
verildiyi kimi öz əksini tapır.  İfaçı  və ifaçı kollektivlərin adı  təsvirin 
başlığında göstərilərsə, məsul  şəxslər haqqında məlumatda onlar təkrar 
olunmur.  
Nəşr sahəsində AV materialın konkret nəşrini digər nəşrlərdən 
fərqləndirilən xüsusi məlumatlar  əks etdirilir. Nəşrin sıra nömrəsi AV 
materialda verildiyindən asılı olmayaraq biblioqrafik təsvirdə  ərəb rəqəmləri 
ilə göstərilir. (13,s.166) 
AV bərpa edilməsi və arxivləşdirilməsi haqqında məlumatların tarixi AV 
materialda verildiyi zaman göstərilir. Məsələn: 
Arx. yazısı 1940 
Arx. yazısı 1950-ci il, bərpa 1980-ci il 
Buraxılış  məlumatları sahəsində AV materialın harada, nə vaxt və kim 
tərəfindən hazırlanması, yayılması, nəşriyyatçı  və  nəşri yayanın funksiyaları 
haqqında məlumatlar əks etdirilir. 
Buraxılış məlumatları sahəsində nəşr yeri və nəşrin yayılmasından sonra 
AV materialın nəşr edildiyi idarə  və  təşkilatın, həmçinin də  nəşri yayan 
təşkilatın adı göstərilir. Bunların adı biblioqrafik təsvirdə ixtisarla göstərilir. 
Məsələn: 
Dövlət radio və səsyazma evi – DRTSE 
Təsvirdə  nəşr yeri və  nəşriyyatın adından sonra AV materialın nəşr ili 
göstərilir. Əgər AV materialda nəşr ili göstərilməzsə, onda digər mənbələrdən 
nəşr ilini müəyyənləşdirmək lazımdır. Nəşr yerini müəyyənləşdirmək  şübhə 


30 
doğurduqda onlar kvadrat mötərizə [ ] içərisində sual işarəsi ilə birlikdə 
göstərilir. Məsələn: [Moskva ?] 
Fiziki xarakteristika sahəsində AV materialın vahidlərinin miqdarı, onun 
növü və parametri, AV materiala əlavə edilmiş qoşma sənəd haqqında 
məlumat verilir. Qoşma materialın miqdar xarakteristikası haqqında 
məlumatlar kiçik mötərizə ( ) içərisində göstərilir. Materialın spesifik növünün 
işarəsi təsvirdə ixtisarla (diapoziv-dp., qrammafon valı-qrv. və s.) göstərilir.  
Materialın spesifik növündən sonra kvadrat [ ] mötərizə içərisində 
sənədini işarəsi göstərilir. Bu sənədlər əsasında AV texniki parametrləri, xarici 
firmaların adı müəyyənləşdirilir. 
AV materialın həcmi haqqında məlumatlar (onun) səslənməsi vaxtı, 
filmin nümayişi müddəti, kadrların miqdarı texniki parametrlərdən sonra kiçik 
( ) mötərizə içərisində göstərilir. Məsələn: 
1mk [DÖST 24863-81] (17 dəq. 14s.) 
A materialın həcmi haqqında məlumatda qrammafon valının və yaxud 
maqnit fonoqramının səslənməsi vaxtı göstərilir. B materialın həcmi haqqında 
məlumatda kinofilmlər üçün - vaxt ölçüsü; diafilmlər və diapozitivlər toplusu 
üçün - kadrların miqdarı əsas götürülür. Məsələn:  
1 kf. [MPTУ-19-201-67]  
1df. [TŞ 19-241-77] (50 kd.)  
Əgər A materialın bütünlükdə  səslənmə vaxtı göstərilməyibsə, onu 
təxmini müəyyənləşdirmək lazımdır. Burada təxmini ölçülər əsas götürülür.  
Fiziki xarakteristika haqqında digər məlumatlarda AV materialın fiziki 
xarakteristikası haqqında tam təsəvvür yaradılır. Bunlara aşağıdakılar daxildir:  
A material üçün 
Qrammafon valının, maqnit fonoqramının sürəti  
Musiqi yazısının cizgi yolunun miqdarı 
Səs kanallarının miqdarı 
V material üçün 
Proyeksiyanın sürəti 
Materialın rəngliyi 
Diapozitivlərin çərçivəsinin hazırladığı material 
Maqnit fonoqramının sürəti (kompakt kassetdə) standarta görə 4,76 sm/s 
sürətinə malikdir. 
Maqnit fonoqrammalarının təsvirində  səsyazma çızıqlarının sayı da 
göstərilir. Məsələn: 
1 mk. [TŞ 43-03-59-8] (30 dəq. 14s.) 
A materialların təsvirində  səsyazma kanallarının sayı göstərilir: mono, 
sterio, kvadro. 
Fiziki xarakteristikaya dair digər məlumatlardan sonra təsvirdə AV 
materialın ölçüsü verilir. Qrammafon valının ölçüsü onun diametri üzrə 
santimetrlə göstərilir. Maqnit lentinin, kino lentinin uzunluğu santimetrlə, eni 
isə millimetrlə ölçülür. Məsələn: 


31 
1 kf. [TŞ 19-83-75] (10 dəq.): san.18/kd.,rəng.;50 m.  
Bu sahənin digər ünsürünü qoşma sənəd haqqında məlumat təşkil edir. A 
materiallarda qoşma sənəd adlı materiallara qrammafon vallarına, maqnit 
fonoqramlarına əlavə edilmiş kitabçalar, mahnıların mətnləri, notlar, albomlar 
və s. aiddir. 
V materiallarda qoşma sənədlərə kitabça şəklində  tərtib edimiş 
materiallar (broşüra, annotasiya, vərəqə), qr. valı, maqnit fonoqrammaları və s. 
daxildir. 
Seriya sahəsində təsvir edilən AV materialın seriyası haqqında məlumat 
verilir. Seriyanın  əsas sərlövhəsi kimi seriyalı AV materialın sərlövhəsi və 
yaxud AV komplektinin ümumi sərlövhəsi göstərilir. Məsələn: 
(Azərbaycan xalq müsiqi alətləri) 
(Qədim Azərbaycan müsiqi alətləri) 
Seriyanın məsul  şəxsləri haqqında məlumatda tərtib edənlərin, 
redaktorların, ifaçıların, ifaçı kollektivlərin, seriyanın təşkilində  iştirak edən 
müəlliflərin, idarə və təşkilatların adları göstərilir. 
Qeyd sahəsində AV materialın dəqiq xarakteristikası üçün lazım olan, 
lakin təsvirin digər sahələrində  əks etdirilməyən məlumatlar yerləşdirilir. 
Məsələn, müəlliflərin əsas adının qeyd edilməsi, seriya sahəsinə dair qeydlər, 
bütünlükdə AV materiala dair qeydlər və s.  
Beynəlxalq Standart Nömrəsi və ya firmanın, istehsalatın nömrəsi, əldə 
edilmə  şərti sahəsində AV materialın etiketində verilən nömrə biblioqrafik 
təsvirdə əks etdirilir. Məsələn: İSBN 0-731-6969-1 (13,s.178) 
Firmanın və istehsalın nömrəsi AV materialları bir-birindən 
fərqləndirmək üçün tətbiq edilir. Bu məlumatlar A materialın etiketində, 
maqnit lentində, kinofilmlərin titrlərində və s. göstərilir. Firmanın və istehsalın 
nömrəsi rəqəm və yaxud hərf və rəqəm işarəsindən ibarətdir. Məsələn: БДС- 
20-027  
Nəticə 
2003-cü ildə Rusiyada Standartlaşdırma, metrologiya və 
sertifikatlaşdırma komitəsi tərəfindən DÖST 7.1-2003 “Biblioqrafik yazı. 
Biblioqrafik təsvir” Beynəlxalq dövlətlərarası Standartı yaranmışdır ki, bunun 
da  əsas məqsədi biblioqrafik yazıların mübadilə üçün Rusiya və Beynəlxalq 
katalodlaşdırma qaydalalarını bir-birinə yaxınlaşdırmaqdan ibarət olmuşdur. 
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan 
Milli Kitabxanası  tərəfindən işlənib təqdim edilən və Azərbaycan 
Respublikasının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət 
Komitəsinin 20.11.2013 tarixli 119 saylı əmri ilə təsdiq edilib qüvvəyə minən 
AZS 754-2013 “Biblioqrafil yazı. Biblioqrafik təsvir” adlı dövlət standartında 
Respublikada çap edilən bütün sənəd növlərinin biblioqrafik təsviri nəzərə 
alınmışdır. Standartda müxtəlif sənəd növlərinin təsviri ilə yanaşı, audiovizual 
sənədlərin təsvirinə də xüsusi yer verilmişdir ki, bu da respublikada sənədlərin 
biblioqrafik təsvirində yenilik hesab edilə bilər.  


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə