Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə4/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   2   3   4   5   6   7   8   9   ...   74

14 
faydalı elmi əməkdaşlıq, siyasi münasibətlərin dərinləşməsi, respublikamızda 
ümumi inkişafa, xalqın rifah halının yaxşılaşmasına, siyasi mühitin 
stabilləşməsinə, dövlət quruculuğunun möhkəmləndirilməsinə öz təsirini 
göstərir. 
Hazırda cəmiyyətdə baş verən qlobal proseslər, ictimai həyatın bütün 
sferalarında  əhəmiyyətli dərəcədə öz təsirini göstərir.  Əlbəttə, bu proseslərin 
əsası onu fərqləndirən  əsas cəhətlərdən biri və  ən başlıcası, cəmiyyətin 
yaşaması  və inkişaf etməsi üçün ilk növbədə informasiyanın fundamental 
faktora çevrilməsi və insanların şüuruna əsaslı təsir göstərməsidir. 
Vaxtilə  cəmiyyətin inkişafını mütəxəssislər  əsasən maddi istehsalın 
azlığı ilə əlaqələndirirdilərsə, hazırki informasiya cəmiyyəti dövründə müxtəlif 
növ informasiyaları əldə etmədən inkişafın mümkün olmadığını iddia edirlər. 
Qeyd etmək lazımdır ki, hazırki dövrdə informasiya ictimai təlabat kimi yeni 
tələbləri irəli sürür və elə buna görə  də informasiya mütəxəssisləri kimi 
kitabxanaların qarşısında çox mühüm vəzifələr qoyur. Bu vəzifələrin yerinə 
yetirilməsində son illərdə kitabxanalarda olduqca mütərəqqi iş prosesləri, yeni 
informasiya texnologiyaları tətbiq edilir. 
Dünyada inkişaf edən kommunikasiya texnologiyalarının artması  və 
informasiyanın oxuculara operativ olaraq çatdırılması, məsafədən asılı 
olmayaraq xidmət göstərilməsi, elektron kataloqların yaradılması  və 
bütövlükdə informasiya bazalarının formalaşması, informasiya təminatının 
mötəbərliyinə  şərait yaradır.  Ənənəvi kataloq-kartoteka sistemlərindən fərqli 
olaraq elektron kataloq dünya kitabxanalarında olan sənəd informasiya 
fondları haqqında məlumat  əldə etmək imkanı yaradır, onları operativ 
axtarışını təmin edir.  
Müasir kitabxana-informasiya sistemlərindən istifadə etməklə, 
tələbatçılar zaman və  məkan problemi olmadan lazımi informasiyanı  əldə 
etmək məqsədilə müasir tipli informasiya texnologiyalarından istifadə etməklə 
bilavasitə yaşayış və iş yerlərindən dünyanın ən zəngin informasiya fondlarına 
daxil olaraq özlərinə lazım olan informasiyaları operativ şəkildə əldə edirlər. 
Respublikamızda zəngin informasiya fonduna malik olan Mirzə  Fətəli 
Axundov adına Milli Kitabxana son illərdə  məlumat axtarış sistemlərinin 
təşkili və istifadəsi üzrə olduqca mütərəqqi tədbirlər həyata keçirir. Görünən 
bu mütərəqqi işlərin nəticəsi olaraq artıq demək olar ki, Milli Kitabxanada 
informasiya-kommunikasiya sistemləri işlək vəziyyətdə 
gətirilmiş, 
kitabxananın veb saytı, elektron kataloqu və elektron kitabxanası bir sıra 
problemlərin həlli istiqamətində xeyli işlər görmüşdür. Bu gün bir məsələni 
xüsusi qeyd etmək lazımdır ki, artıq məsafədən virtual kitab sifarişi sistemi 
tətbiq edilir.  
Respublikamızın Milli Kitabxanasının ən başlıca müvəffəqiyyətlərindən 
biri də “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci 
maddəsinə müvafiq olaraq Mirzə Fətəli Axundov adına Dövlət Kitabxanasına 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2004-cü il tarixli 


15 
qərarı ilə “Milli Kitabxana” statusu verilməsidir. Qeyd etmək lazımdır ki, 
kitabxanaya verilən bu mötəbər statusu kitabxananın qarşısında duran 
vəzifələrin  əhatəliliyini xeyli genişləndirilmiş, elmi tədqiqat və informasiya 
təminatı sahəsində əməli fəaliyyətini xeyli genişləndirmişdir.  
Son illərdə kitabxana işi sahəsində yeniliklər, xüsusilə informasiya 
texnologiyalarının tətbiqi, elektron kitabxananın təşkili Milli Kitabxanada 
həmişə yaradıcı şəkildə aparılmış, kitabxana proseslərinin avtomatlaşdırılması 
istiqamətində ilk addım atan kitabxanalardan olmuşdur.Bir məsələni qeyd 
etmək lazımdır ki, müstəqillik illərinin  əvvəllərində bir sıra beynəlxalq 
təşkilatların Azərbaycana gəlməsi və respublikamızda fəaliyyətə başlaması 
kitabxana-informasiya müəssisələrinin işinə xüsusi təkan verdi. Bu 
təşkilatların başlıca məqsədi qrant vermək yolu ilə inkişaf etməkdə olan 
ölkələrə yardım göstərməkdən ibarət idi. Həmin təşkilatlar kitabxana işinə 
müsabiqə yolu ilə qrant ayırmaqla onların fəaliyyətini yaxşılaşdırmaq məqsədi 
daşıyırdılar. Bu dövrdə, yəni müstəqilliyin ilk illərində Açıq Cəmiyyət 
İnstitutu (SOROS fondu) qrantlar ayırmaqda xüsusi fəaliyyət göstərirdi. 
Respublikamızda fəaliyyət göstərən bir çox respublika əhəmiyyətli dövlət və 
sahəvi kitabxanaları, hətta bir sıra kənd və  qəsəbə kitabxanaları qrantlar 
udmuş, vəsait əldə etməklə öz kitabxanalarının fəaliyyətini təkmilləşdirmişdir. 
Milli Kitabxananın kollektivi qrantlar əldə etməklə öz işlərində xeyli yenilik 
və  dəyişiklik etmişlər. Beləliklə, son illərdə Azərbaycanda yaradılan ictimai 
siyasi mühit kitabxana-informasiya müəssisələrinin fəaliyyətinin 
yaxşılaşdırılmasına geniş yol açdı. Kitabxana işçilərinin xarici ölkələrdə 
keçirilən beynəlxalq təşkilatların bu sahədə apardıqları  tədbirlərdə  iştirakı, 
həmçinin beynəlxalq kitabxana və informasiya təşkilatlarının dəstəyi ilə 
respublikamızda keçirilən tədbirləri,kitabxana işinin inkişafına güclü təsir 
göstərdi.Hazırda bir sıra respublika əhəmiyyətli kitabxanaların işində 
yeniliklər aparılmış, yeni kitabxana texnologiyaları  tətbiq edilməkdədir. 
Hazırda Azərbaycanda fəaliyyət göstərən bütün kitabxana şəbəkəsi və 
sistemlərində yeni kitabxana texnologiyalarının tətbiqi həyata keçirilir. Bu 
texnologiyaların tətbiq olunmasında Milli Kitabxanası, Prezident Kitabxanası, 
Bakı Dövlət Universitetinin Kitabxanası, Milli Elmlər Akademiyasının 
Kitabxanası, Respublika Uşaq Kitabxanası yeni informasiya-kommunikasiya 
texnologiyalarının tətbiqi sahəsində də qabaqcıllar sırasındadır.  
Müasir kitabxanaların fəaliyyətində  tələbatçıların yüksək səviyyədə 
xidmət göstərilməsi, bir sıra vacib şərtlərindən asılı olmaqla, tələbat da yeni 
oxucu tələbatına və ehtiyaclarına bitkin cavab verməsindən asılıdır. Belə olan 
tərzdə müasir dövrün ayrılmaz tərkib hissəsi olan yeni texnologiyaların 
kitabxana işinə  tətbiq edilməsi, mükəmməl və operativ olması olduqca 
vacibdir.  
Müasir dövrdə bütün dünya kitabxanalarında, bütövlükdə son tələblərə 
uyğun olaraq, məlumat axtarışı aparatlarına uyğun həyata keçirilir. 
İnformasiyanın axtarışı bir anlayış kimi (onun nəzəri cəhətdən işlənməsi və 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə