Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə61/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   57   58   59   60   61   62   63   64   ...   74

147 
alternativ sayılmış olur. Belə ki, bu zaman kitabxananın fəaliyyət effektivliyi 
fondun həcminə  və oxucuların sayına görə qiymətləndirilir. Məhz kitabxana 
tərəfindən hazırlanan informasiya məhsullarının və təqdim olunan xidmətlərin 
çeşidliliyi onun funksional təyinatını və resursların istifadəsinin effektivliyini 
müəyyən etmiş olur; 
b) kitabxanaların kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırıl-
masına olan tələbat. Yeni informasiya texnologiyalarının tətbiqi kitabxana 
istehsalı problemini üzə  çıxardı, mütəxəssislərin onun əsas komponentləri 
(əməyin predmeti, istehsal prosesləri, yekun məhsullar) və onların qarşılıqlı 
əlaqələrinin öyrənilməsi ilə  məşğul olmaları  məcburiyyətini yaratdı. Evristik 
metod və üsulların  əsasında intuisiya və analogiya üzrə  fəaliyyətin  əvəzinə 
kitabxanaçı əməyinin alqoritmləşdirilməsinə tələbat artmaqdadır;  
c) elmi ideyalar və onların təcrübəyə tətbiq edilməsi əlaqələndirici bənd 
rolunu oynayan kitabxanalar haqqında sistemli texnoloji biliyə artan sorğu 
kitabxana fəaliyyətinin optimal xarakterini təmin edir və çox asanlıqla 
mənimsənilir. Texnoloji yanaşma, nəinki konkret məsələnin həlli aləti, 
həmçinin effektli peşəkar düşüncənin üsuludur. [2, s.33] 
Texnoloji biliyin kitabxana fəaliyyətinə keçməsi, kitabxanaya istehsal 
sistemi kimi baxmağa imkan verir. Fikrimizcə, kitabxana istehsalı informasiya 
istehsalının xüsusi bir halı hesab olunur. Bu isə onların texnoloji strukturlarını 
adekvat hesab etməyə, kitabxana istehsalının komponent tərkibini xarakterizə 
etməyə imkan verir.  
Kitabxana fəaliyyətinin texnoloji məqsədi kimi kitabxanada informasiya, 
tədris, sosial-mədəni məhsul və xidmətlərin az resurs itkisi ilə istehsalına nəzər 
salaq. Bu məqsəd – kitabxananın informasiya, mədəni, tədris kimi əsas sosial 
funksiyaları ilə uyğunlaşdırılır.  İstifadəçilərin sorğuları (informasiya 
tələbatları) və  sənədlər (sənədləşmiş informasiya) kitabxana fəaliyyətinin 
predmeti hesab edilir. Kitabxana fəaliyyəti (klassik mənada) kitabxanaya daxil 
olan sənədlərə və abonent sorğularına “reaksiya” sayılır. İnformasiyanın uzaq 
məsafədən əldə edilməsi texnologiyasının inkişafı ilə kitabxana – lokal fondun 
məhdudluğunun qarşısını almaq və öz fəaliyyətinin predmet sahəsini 
genişləndirmək imkanı əldə edir. 
Kitabxana fəaliyyəti prosesləri (onun texnoloji struktur elementləri kimi) 
istehsal və texnoloji kitabxana prosesləri qismində təqdim olunurlar ki, onlar 
da öz növbəsində texnoloji əməliyyatlar, üsullara və keçidlərə bölünürlər.  
Kitabxana fəaliyyəti və proseslərinin reallaşdırılması, istehsalın müvafiq 
resurs və vasitələrlə  təmin edilməsini tələb edir. Sənəd resursları kitabxana 
texnologiyasının başlıca maddi resursu (ilkin “xammalı”) hesab edilir. Bu 
planda sənədin əhəmiyyəti ən çox onun material konstruksiyası ilə deyil (əgər 
bu,  əlyazma mənbəyi, tarixi abidə  vəincəsənət  əşyası deyilsə), onun tərkibi, 
məzmunu ilə (informasiya) müəyyən edilir. Bununla bərabər sənədin quruluşu
onun formatı, daşıyıcının növü qəbul olunan texniki qərarlara (sənədin işlənmə 
növü, düzülüş üsulu, mühafizə rejimi və s.), texnoloji proseslərin təşkilinə 


148 
(funksional ixtisaslaşma, mərkəzləşdirmə  və koordinasiyanın, ardıcıl və 
paralel əməliyyatların uyğunluğu və s.) təsir göstərir.  
 
Ədəbiyyat 
1. 
İsmayılov, X.İ. Kitabxana-informasiya texnologiyaları: Dərs vəsaiti.- B.: 
Nurlan Nəşriyyatı Poliqrafiya Mərkəzi, 2009.- 312s. 
2. 
İsmayılov, X.İ. Kitabxanaların idarə edilməsinin müasir problemləri: 
Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, metodik və təcrübi jurnal.-
2009.-№1.-s.27-39. 
3. 
İsmayılov, X.İ. Azərbaycan Respublikasında kitabxana işinin metodik təminat 
sisteminin inkişaf tarixi (1918-2000-ci illər): Monoqrafiya. – B.: BDU nəşr-tı, 
2000.- 416s.  
4. 
İsmayılov, X.İ. Kitabxana menecmentinin əsasları: Dərs vəsaiti .-B.: BDU 
nəşr-tı, 2005.- 199s.  
5. 
İsmayılov, X.İ. Kitabxana işinin təşkili və idarə edilməsi: Dərs vəsaiti.-Bakı: 
“Nurlar”, 2010.-328 s. 
6. 
Məhəmmədli, D.H. Kitabxana-informasiya texnologiyalarının proqram 
instrumentarisi// Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və praktiki jurnal.-
B.: BUN,2013.-№2.-s.79-90. 
7. 
Məhəmmədli, D.H. Kitabxanalarda texnoloji proseslər və əməliyyatlar// 
Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri və təcrübi jurnal.-B.: 
“Mütərcim”, 2014.-№2(34).-s.134-156. 
8. 
Rüstəmov, A.M., Məmmədov, M.Ə. Sənəd-informasiya daşıyıcıları: tədris-
metodik vəsait.-B.,2010.-284 s. 
9. 
Rzayeva, Z. Respublika elmi kitabxanalarında informasiya-axtarış sistemi: 
Monoqrafiya.-B.: “Mütərcim”, 2015.-233 s. 
 
 
 
 
 


149 
“MÖHTƏŞƏM YAXŞI MƏKAN” VƏ MÜASİR İNFORMASİYA 
TEXNOLOGİYALARI ŞƏRAİTİNDƏ KİTABXANALARIN ROLU 
 
Arzu Məmmədova 
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), baş biblioqraf 
arzumemmedkizi@mail.ru 
 
«Великое хорошее место»и роль библиотек в условиях современных 
информационных технологий 
Резюме: В статье рассматриваются роль и функции библиотек в контексте 
проблемы «великое хорошее место» и «третье место», ставших на долгое 
время предметом обсуждения в научной периодике. Здесь практикуется 
подход к данному вопросу с точки зрения американского социолога Рея 
Ольденбурга и Петра Лапо, который впервые обратился к этой теме. В 
данном контексте также проводится определенный анализ азербайджанской 
культуры и общества. Кроме того, рассматриваются состояние и 
предстоящие задачи азербайджанских библиотек на фоне стремительного 
развития информационно-коммуникационных технологий. 
«The great good place» and a role of libraries in the modern information 
technologies period 
Summary: In the article are considered a role and functions of libraries in «the great 
good place» and «the third place» problem’s context, which become on long time by 
a point of issue in the scientific periodical press. Approach to the given question from 
point of view Ray Oldenburg, American sociologist, and Peter Lapo, which has 
addressed for the first time to this theme. There are Azerbaijan culture and a society 
is carried out in the given context analysis. Besides, here are considered conditional 
and forthcoming problems of the Azerbaijan libraries on the background of 
development of information-communication technologies. 
 
Açar sözlər: “möhtəşəm yaxşı məkan”, “üçüncü məkan”, elektron kitabxanalar, 
müasir kitabxanalar 
Ключевые слова: «великое хорошее место», «третье место», электронные 
библиотеки, библиотеки в современный период 
Keywords: «a great good place», «the third place», electronic libraries, libraries 
during the modern period 
 
 
Məsələnin qoyuluşu 
Müasir informasiya texnologiyaları şəraitində elmi dövriyyədə uzun illər 
müzakirə predmetinə çevrilmiş “möhtəşəm yaxşı məkan” məsələsi və “üçüncü 
məkan” konsepsiyası kontekstində kitabxanaların rolu və funksiyası 
problemini araşdırmaq. 
İşin məqsədi 
“Möhtəşəm yaxşı  məkan” mövzusunu gündəmə  gətirən Pyotr Laponun 
kitabxanalara “üçüncü yer” kontekstində yanaşması  və Azərbaycan 
mədəniyyəti və cəmiyyəti üzrə müəyyən təhlillər vermək. 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə