Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə59/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   55   56   57   58   59   60   61   62   ...   74

142 
Nəticə 
Kitabxana informasiya mərkəzləri tipindən, növündən asılı olmayaraq 
qazanılmış bilik və məlumatların qorunub saxlanılması, daim istifadəyə yararlı 
və açıq olması  və tam şəkildə  gələcək nəsillərə ötürülməsi üçün fəaliyyət 
göstərən bir qurumdur. Kitabxanaların fəaliyyətində resursların təhlükəsizliyi 
ən mühüm məsələlərdən biridir. Təhlükəsizliyin təmin olunması müasir 
dövrdə  ən son texnologiyalara uyğun təşkil olunmalı, bu sahə üzrə kadr 
hazırlığı, həmin texnologiyaların tətbiqi metodlarının müəyyəşdirilməsi və 
strateji planlaşdırılması kimi məsələlər həll edilməlidir. Hal-hazırda 
Azərbaycanda bu işin təşkili ümumilikdə  zəif getsə  də, məqalədə adı qeyd 
olunan kitabxana informasiya mərkəzlərində yüksək səviyyədə  təşkil 
olunmuşdur. Xüsusilə, ADA Universitetində  ən son yeni texnologiyaların 
tətbiqi sayəsində faydalı  iş  əmsalının artması kitabxana sahəsində inkişafın 
bariz nümunəsidir. 
 
Ədəbiyyat 
1. 
İsmayılov, X.İ. (2009). Kitabxana-informasiya texnologiyaları. Bakı: 
BakıDövlət Universiteti nəşriyyatı 
2. 
Pandian, M.P. (2010). RFID for libraries: A practical guide. Oxford: Chandos 
Publishing. 
3. 
Connie, K.H., Lynne, A.J., & Shai, R. (2007). Radio frequency identification 
handbook for librarians. Westport, Conn.: Libraries Unlimited.  
4. 
Məmmədova, V. (15 Aprel, 2016) Ali təhsil müəssisələrinin rəqəmsal 
kitabxana mühitində iri miqyaslı verilənlərə çıxışı və istifadəlilik məsələləri. 
"Elektron Kitabxanaların Formalaşması Problemləri" Respublika Elmi-Praktik 
Konfransı, səh.111-116.  
5. 
Cəfərov, C.A. (2011) Azərbaycan kitabxanalarında electron kataloqların inkişaf 
perspektivləri. İnformasiya cəmiyyəti problemləri, №2(4), səh. 50-60. 
6. 
Əliquliyev, R., İmamverdiyev, Y. və Musayev, V. (2009). Biometrik 
texnologiyalar. Bakı: İnformasiya texnologiyaları. 
7. 
Ayre, L.B. (July 2012). RFID in Libraries: A Step toward Interoperability. 
Library Technology Reports. Pages. 9-15. Retrieved from alatechsource.org 
8. 
Palmer, M. (2009). Making the most of RFID in libraries. London: Facet Pub. 
 
 
 
 
 
 


143 
KİTABXANA HAQQINDA TEXNOLOJİ TƏSƏVVÜRLƏRİN  
İNKİŞAF TARİXİ 
 
Ulduz Manafova 
BDU-nun Kitabxana resursları və informasiya axtarış  
sistemləri kafedrasının baş laborantı 
ulduz_xanim@mail.ru 
 
Независимая история технологических идей о библиотеке 
Резюме:В статье анализируется независимая история технологических идей о 
библиотеке, которая поэтапно, а также сущность и основные элементы 
библиотечных технологий. В статье обобщены некоторые технологические 
параметры 
The independent history of the technological ideas about the library 
Abstract: The article is analysed about the independent history of the technological 
ideas about the library that phased, also, the essence and main elements of library 
technologies are showen. The article is generalizationed about some thechnological 
parameters. 
 
Açar sözlər: kitabxana, texnologiya, kitabxana texnologiyası, kitabxana işi, kitabxana 
tarixi, informasiya texnikası. 
Keywords: library, technology, library technology, library work, library history, 
information technology. 
Ключевые слова: библиотека, технология, технология библиотеки, работа 
библиотеки, история библиотеик, информационные технологии. 
 
Bir çox tədqiqatçıların (məsələn: M.S.Slobodyanik) apardıqları 
tədqiqatlar nəticəsində  məlum olmuşdur ki, kitabxana haqqında texnoloji 
biliklərin izinə  hələ uzaq keçmişdə, məsələn, XIII əsrdə fransız keşişi və 
teoloqu R.Furnivalın əsərlərində, XVII əsrdə fransız kitabxanaçısı, filosofu və 
həkimi Q.Nodenin “Kitabxananın təşkili haqqında məsləhət” adlı əsərində rast 
gəlmək olar. XIX əsrdə kitabxana fəaliyyətinin texnoloji aspektləri, kitabxana 
işinin rasional metodları alman kitabxanaşünasları M.Şrettingerin 
“Kitabxanaşünaslıq üzrə mükəmməl rəhbərlik və ya kitabxanaların 
müvəffəqiyyətli fəaliyyəti üçün rəhbərlik” (1808-1829) və F.A.Ebertin 
“Kitabxanaçının təhsili” (1820-1827) adlı əsərlərində öz əksini tapmışdır. [1, 
s.99] 
Rusiya kitabxanaçılıq elmində texnoloji istiqamət “rus kitabxana-
şünaslığının banisi” V.İ.Sobolşikovun fəaliyyəti ilə bağlıdır. Müəllif “İctimai 
kitabxanaların təşkili və kataloqların tərtibi haqqında” (1859) adlı  əsərində 
kitabxana istehsal prosesini hərtərəfli təsvir edərək (kitabın fonda daxil olması 
və  rəfdə yer almasından başlamış oxucuya verilməsi və yenidən 
kitabsaxlayıcıda ona ayrılan yerə qoyulmasına qədər) ayrı-ayrı  əməliyyatlar 
arasındakı qarşılıqlı əlaqəni göstərmişdir. 


144 
F.A.Brokqauzvə 
İ.A.Efronun (1890) ensiklopedik lüğətində 
kitabxanaşünaslıq - qaydalar məcmusu kimi izah edilir ki, bunun da bir 
hissəsinəzəri  əsaslara, digəri isə kitabxananın təşkili və idarə olunması ilə 
bağlı əldə olunmuş təcrübəyə əsaslanır. Bütün bu qeyd olunanlar isə aşağıdakı 
formulda öz əksini tapır: “Az vəsait sərf etməklə işin düzgün qurulmasına nail 
olmaq üçün imkan daxilində kitabların mühafizəsini təmin etmək, yüz 
minlərlə kitab içərisindən lazım olanını çox əmək və vaxt itkisinə yol 
vermədən tapmaq lazımdır”. [3, s.19] 
Bu cür görüşlər L.B.Xavkinanın “Kitabxanalar, onların təşkili və 
texnikası” (1904), P.M.Boqdanovun “Kitabxana texnikası haqqında qeydlər” 
(1910-1911), V.A.Nevskinin “Kitabxana texnikasının sadələşdirilməsi” (1924) 
adlı  əsərlərində daha da inkişaf etdirilmişdir. Sovet dövründə isə kitabxana 
texnologiyası istiqamətində o qədər də irəliləyişlər əldə olunmamışdır. Yəni o 
zaman kitabxana texnologiyası, işin texnikası, kitabxana işində mövcud olan 
üsulların toplusuyla (məsələn, kitabxana kartoçkalarının yazılması, kitablara 
cibliklərin yapışdırılması, sorğu blanklarının hazırlanması  və s.) əvəz 
olunmuşdur. Lakin hələ o vaxtlar kitabxana mütəxəssisi B.S.Bodnarski qeyd 
edirdi ki, kitabxanaçı necə xeyirxah niyyətli olursa-olsun, əgər texnikanı 
mənimsəməzsə, kitabxanada işə yararlı bir şey etmək iqtidarında 
olmayacaqdır.  
Kitabxana haqqında texnoloji biliyin tarixi baxımdan digər sələfi və 
konseptual mənbəyi təcrübi kitabxana fəaliyyətinin prinsiplərini, üsullarını və 
qaydalarını özündə birləşdirən metodika sayılır. Metodik bilik özünün tətbiqi 
istiqamətinə, nəzəriyyə ilə  təcrübə arasındakı  vəziyyətinə, elmdə, peşəkar 
fəaliyyətdə  və  təhsildəki yerinə görə  hər zaman kitabxana ictimaiyyətinin 
diqqətini cəlb etmişdir. Lakin metodik biliyin tərkib hissəsindəki bəzi 
çatışmazlıqlar onun vacibliyini obyektiv şəkildə qiymətləndirməyə imkan 
vermir. Məsələn, metodik “qaydalar” və “prinsiplər” arasındakı fərqi müəyyən 
etmək olduqca çətindir; yaxud “metod” və “üsul” anlayışları (hərəkət üsulu 
mənasında) müəyyən mənada sinonim hesab olunur. [7, s.150] 
Nəticədə isə  cəmiyyətdə üstün olan siyasi görüşlərin və ideoloji təsirin 
asılılığına düşmək ehtimalı çoxalmış olur.  
Məsələn, Sovet hakimiyyətinin ilk illərində kitabxana metodikası 
kitabxana işinin prinsiplərinin əsaslandırılması (kitabxananın fəallığı, diqqətin 
əhali kütləsinin xidmət işinə yönəldilməsi və s.) və onun formalarının 
işlənilməsi (savadlılığın təlimi, sərgilərlə  iş bacarığı, ucadan oxu vərdişinin 
aşılanması və s.) ilə mərkəzləşdirilmişdir. Sonradan isə metodistlər kitabxana 
fəaliyyətinin konkret istiqamətlərinin təhlili, praktik təcrübənin 
ümumiləşdirilməsi, müxtəlif təyinatlı  və  məzmunlu metodik məhsulların 
yaradılmasına səy göstərdilər. Məhz bunun nəticəsində kitabxana fəaliyyətinin 
məqsədini, vəzifələrini müəyyən edən, onun konkret istiqamətlərinin 
məzmununu açan (məsələn, “Universal elmi kitabxanalara köməklik”, “Xalq 
təsərrüfatı  işçilərinə informasiya xidmətinin vahid sisteminin təşkili” və s.) 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə