Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə56/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   52   53   54   55   56   57   58   59   ...   74

132 
Anket formaların təhlili zamanı aparılan tədqiqatlar  əsas sahələr üzrə 
qruplaşdırılaraq faiz dərəcəsinə  əsasən çoxdan aza doğru belə  sıralanmışdır. 
(Bax: Diaqram 5) 
 
 
 
Qeyd olunan ümumiləşdirilmiş sahələr üzrə aparılan tədqiqatlar, hər bir 
istifadəçi tərəfindən anketlə müəyyən olunmuş tədqiqat kateqoriyalarına və 
tədqiqatın hansı məqsədlə aparıldığına əsasən fərqləndirilmişdir: magistratura 
və ya doktorantura pilləsi üçün yazılan dissertasiya işləri, karyera yüksəlişi 
vəd edən peşəkar inkişafa yönəlmiş  tədqiqat işləri, dərəcə proqramlarına 
hazırlıq, IELTS, TOEFL, GRE, GMAT və digər imtahanlara hazırlıq, ACCA, 
CFA, FRM, CIMA kimi sertifikasiya və ixtisasartırma imtahanlarına hazırlıq 
və s.  
Respondentlərin təxminən 43%-i (110 nəfərdən 47 nəfəri) kitabxana 
resurslarına olan ehtiyaclarının peşəkar inkişaf yönümlü layihələrlə bağlı 
olduğunu ifadə etmişlər. Dissertasiya işləri üçün tədqiqatlar aparan doktorant 
və dissertantlar 19% (21 nəfər) nəticə ilə ikinci fəxri yeri tutmuş, növbəti 
yerlər isə cüzi fərqlərlə digər kateqoriyalar arasında paylaşılmışdır. (Bax: 
Diaqram 6) 


133 
İnformasiya resurslarının axtarışı  və e-kitabxana və e-kataloqdan 
istifadə bacarıq və  vərdişlərinin mövcud olub-olmaması ilə bağlı suala 
respondentlərin 75%-i müsbət cavab vermiş və eyni zamanda bu vaxta qədər 
istifadə etdikləri e-kataloq və e-verilənlər bazalarının adlarını qeyd etmişlər. 
Digər 25%-ə daxil olan istifadəçilər isə e-resursların axtarışı  və istifadəsi ilə 
bağlı heç bir təcrübələrinin olmadığını bildirmişlər. 
Qonaq istifadəçilərə məlum olan ən populyar elektron verilənlər bazaları 
arasında ilk sıranı JStor, sonrakı yerləri isə EbscoHost, Google Scholar, 
LexisNexis, Elsevier, HeinOnline, ProQuest, Science Direct, Scopus və 
digərləri (Springer, SAGE, Emerald, Taylor & Francis, Web of Science, 
ACM, IEEE, Ebrary, EBL və s.) tutur. 
 
 
 
Kitabxana istifadəçilərinin ehtiyac duyduqları müxtəlif növ kitabxana-
informasiya ehtiyatları və xidmətlərinə daxildir: 
 


134 
ADA Universiteti Kitabxanası  tərəfindən təklif olunan kitabxanadan 
istifadəyə yardım xidmətlərindən yararlanmaqdan bəzi istifadəçilər imtina 
etmiş  və bunu bu sahədə öncədən yiyələndikləri vərdişlərin olması ilə 
əlaqələndirmişlər. Lakin digər qisim istifadəçilər təklif olunan xidmət 
növlərindən bir və ya bir neçəsini (bəzən hamısını) seçmiş  və yaxud həmin 
xidmətlərə ehtiyac duya biləcəklərini ehtimal etdiklərini bildirmişlər. (Bax: 
Diaqram 8) 
 
 
 
Yenilənən (müddəti uzadılan) kitabxana üzvlükləri zamanı kitabxanadan 
istifadə bacarıq və  vərdişlərinin ilkin dövr üzvlüklərlə müqayisədə 
təkmilləşdirildiyi nəzərə çarpır. 
ADA Universiteti Kitabxanası, bununla eyni zamanda, Azərbaycan 
Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları üçün də kitabxana-
informasiya xidmətlərini həyata keçirir. Qeydiyyat prosedurları  və qaydaları 
digər qonaq istifadəçilər üçün olan qaydalarla eynilik təşkil edir, lakin əsas 
fərq ondan ibarətdir ki, bu kateqoriyadan olan istifadəçilər kitabxananın 
onlayn elektron resurslarından kampusdan kənarda da yararlanmaq kimi 
üstünlüklərə malikdirlər. Onlar elektron materiallardan istifadə üçün xüsusi 
istifadəçi hesabı ilə  təmin olunurlar, ancaq çap kitablarını qeydiyyatdan 
keçirib özləri ilə müvəqqəti götürmək kimi imtiyazları yoxdur. Bu kateqoriyalı 
istifadəçilər Nazirliyin əməkdaşı olduqları müddətdə ADA Universiteti 
Kitabxanasından fasiləsiz yararlana bilərlər. Hesabat ilinin (İyul 2015 – İyun 
2016) sonuna olan göstəriciyə  əsasən, kitabxana üzvlüyü olan XİN 
əməkdaşlarının ümumi sayı 42 nəfərdir ki, bunlardan 5 nəfəri hesabat ilində 
qeydiyyatdan keçmişdir.  


135 
Nəticə 
Yerli Azərbaycan mühitində akademik tədqiqatın informasiya təminatına 
nəzər yetirərkən məlum olur ki, bu işi dünya standartları səviyyəsində yerinə 
yetirməyə qadir olan bir neçə kitabxana vardır ki, bunlardan biri və öndə 
gedəni ADA Universitetinin Kitabxanasıdır.  Əldə olunan nailiyyətlərlə 
kifayətlənməyərək daima yeni xidmət üsulları  və növləri axtarışında olan 
kitabxana işçi heyəti bir sıra məsələləri gündəlikdə saxlayır. Bunlara aiddir: 
  Müxtəlif metodlar vasitəsilə istifadəçi ehtiyaclarının davamlı 
araşdırılması; 
  Dəyər təkliflərinin istifadəçilərin və kitabxananın məqsədlərinə 
uyğunlaşdırılması; 
  Kitabxananın imkanlarının diqqətli və real dəyərləndirilməsi
  Həmkar təşkilatların dəstəyini qazanma; 
  Verilən sözlərin ardıcıllıqla yerinə yetirilməsi; 
  Dəyişiklik və iddialılıq istəyi. 
Bu  sxem  yeni  və potensial cəhətdən radikal fərqli gələcək qurmaq 
istəyən akademik kitabxanalar üçün əla başlanğıc nöqtəsidir. (Envisioning 
future academic library services: initiatives, ideas and challenges, 2010) 
Ölkəmizin inkişaf etməkdə olan elm, mədəniyyət, təhsil və digər 
sahələrinin birbaşa olaraq kitabxanaların və digər informasiya müəssisələrinin 
işinə öz müsbət təsiri danılmazdır və bu sahədə dünya təcrübəsindən 
bəhrələnərək respublika və beynəlxalq  əhəmiyyətli elmi konfransların təşkil 
edilməsilə dəvət edilən yerli və əcnəbi kitabxanaşünas alimlərin biliklərindən 
yararlanmaq, Kitabxanaşünaslıq nəzəriyyəsi və təcrübəsinə dair elmi tədqiqat 
işləri və məqalələrin yerli və beynəlxalq elmi jurnallarda dərci qarşıda duran 
ümdə vəzifələrdəndir. 
Bunlarla yanaşı, getdikcə kamilləşən texnoloji imkanlarında kitabxana 
işinə inteqrasiyası  və istifadəçilərin informasiya ehtiyaclarının “ağıllı” 
kompüterlər (və ya süni intellekt) vasitəsilə diaqnostik təhlili gələcəkdə 
informasiya xidmətlərinin inkişafına əsaslı töhfə olacaqdır. 
 
Ədəbiyyat 
1.  Envisioning future academic library services: initiatives, ideas and 
challenges. (2010). (S. McKnight Ed.). London: Facet Publishing. 
2.  Gannon-Leary, P., & McCarthy, M. D. (2010). Customer Care: A training 
manual for library staff. UK: Chandos Publishing. 
3.  Grover, R. J., Greer, R. C., & Agada, J. (2010). Assessing Information Needs: 
Managing transformative library services. Santa Barbara, California: 
Libraries Unlimited. 
4.  Guest Users Policy and Procedures / ADA University Library. Retrieved 
from http://my.ada.edu.az/en-US/Pages/Visitors_Policy.aspx?PageID=84 
5.  Hunt, D., & Grossman, D. (2013). The Librarian's Skillbook: 51 Essential 
Career Skills for Information Professionals. USA: First Printing. 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə