Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə54/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   50   51   52   53   54   55   56   57   ...   74

126 
  Sizin müəssisəniz bu tələbi qeyri-real hesab edir və yaxın gələcəkdə 
onun həyata keçirilməsi mümkünsüzdür. 
Ehtiyacların bir çoxu konkret tələbatçı qrupu üçün xarakterik olduğu 
halda, digər tələblər  əksər istifadəçilərə  şamil edilə bilər. Sorğuların 
müxtəlifliyini müəyyənləşdirmək üçün kitabxanaçılar və istifadəçilər arasında 
müəyyən sorğuların aparılması zəruridir.  
Məsələnin izahı 
Kitabxana-informasiya xidmətlərini təşkili zamanı ilk növbədə 
kitabxananın profili, xidmət göstərdiyi istifadəçi kontingenti, yerli mühit, 
tədqiqat sahələri üzrə cari vəziyyət, yeni tendensiyalar, istifadəçilərlə 
ünsiyyətin sosial-psixoloji aspektləri, təklif olunan xidmətlərin yararlılığı  və 
gözləntiləri nə  dərəcədə doğrultması  məsələləri ön plana çıxır. Yaxşı  təşkil 
olunmuş kitabxana işi bütövlükdə xidmətin keyfiyyətinə birbaşa təsir göstərir 
və bu zaman kitabxanaçı əməyini də diqqətdən qaçırmamaq lazımdır. 
1.
 
İnformasiya tələbatçılarına xidmət zamanı müasir kitabxana 
mütəxəssislərindən tələb olunan keyfiyyətlər. 
Dəyişikliklərin sürətlə baş verdiyi cari mühitdə yeni texnoloji imkanların 
yaradılması ilə informasiya tələbatçılarının informasiya müəssisələrindən və 
informasiya mütəxəssislərindən gözləntiləri də durmadan artır. Belə olan halda 
isə kitabxanalar öz vəzifələrini (missiyalarını) müntəzəm surətdə  nəzərdən 
keçirməli və yeni xidmət növləri təqdim etməlidirlər. Bu baxımdan, xidmət 
fəaliyyətinin  əvəzolunmaz iştirakçısı olan kitabxanaçılar və ya informasiya 
mütəxəssisləri qarşısında bir sıra tələblər durur.  
Müasir dövrümüzün kitabxanaçısı özündə bir sıra mühüm xüsusiyyətləri 
birləşdirir: 
-  Kitabxana və  İnformasiya elmi ixtisas dərəcəsinə malik peşəkar 
kitabxanaçı; 
-  İnformasiya bilik və bacarıqlarını öyrədən akademik mütəxəssis (tədris 
etmə hüququ verən ixtisas dərəcəsinə malik), o cümlədən tədqiqat 
aparan, təqdimatları  və  nəşrləri ilə biliyin ötürülməsinə yardım edən 
peşəkar; 
-  Geniş müxtəliflikdə olan İKT proqram və alətlərini başa düşən, istifadə 
edən və tətbiq etmək bacarığı olan praktikant; 
-  Mürəkkəb büdcə  və böyük sayda işçi heyəti idarə etmə  məsuliyyətini 
daşıyan bacarıqlı rəhbər; və nəhayət,  
-  Xidmət  şöbələri və akademik ictimaiyyət arasında  əlaqələr quran, 
danışıqlar və sövdələşmələr aparan siyasətçi. (Envisioning future 
academic library services: initiatives, ideas and challenges, 2010) 
Bugünün kitabxanaçısı daima öz üzərində  işləyən, peşəkar bilik və 
bacarıqlarını artırmaq yönümündə səylə çalışan informasiya mütəxəssisi olub 
zamanın tələbləri ilə ayaqlaşmağı bacarmalıdır. Beynəlxalq kitabxanaşünaslıq 
nəzəriyyə və təcrübəsinə həsr olunmuş ədəbiyyatlarda kitabxanaçıların müasir 
peşə bacarıqları toplusu özündə bunları əks etdirir: rəqəmsallaşdırma, elektron 


127 
indeksləşdirmə, rəqəmsal arxivləşdirmə, metaverilənlərin yaradılması və idarə 
olunması, sistem quruculuğu və idarəetmə, sənəd menecmenti, korporativ 
məzmunun idarə edilməsi, biliyin menecmenti, bilik xidmətləri, biblioqrafik 
yazıların idarə edilməsi, rəqəmsal aktivlərin idarə edilməsi, axtarış 
vasitələrinin/göstəricilərin hazırlanması, veb-saytların dizayn edilməsi, sosial 
şəbəkələr vasitəsilə ünsiyyət qurma bacarığı, 21-ci əsr kataloqlaşdırması, 
strateji bilik, nəticəyə köklənmiş  həll üsulları, tədqiqat və  təhlil, 
rəqabətədavamlı intellekt, qeyri-standart düşüncə  tərzi, hadisələrə ümumi 
baxış, marketinq və satış, insanların idarə edilməsi, könüllülərin işə  cəlb 
edilməsi və menecmenti, strateji planlaşdırma və müəssisə siyasətinin 
formalaşdırılması, maliyyə və büdcə menecmenti, kommunikasiya, ictmaiyyət 
qarşısında çıxışlar və  təqdimatlar, layihə menecmenti, effektiv yazı bacarığı, 
fandreyzinq və qrantlar üçün layihə  təkliflərinin hazırlanması, görüş  və 
tədbirlərin planlaşdırılması, müqavilə sövdələşmələri, qərar qəbuletmə, təlim 
və  tədris, komanda ruhu, uğurlu yeniliyin tətbiqi, ünsiyyət və dinləmə 
bacarığı, rəhmlilik, müsahibə aparmaq səriştəsi, pozitiv münasibət, 
təşəbbüskarlıq, Google və ya Wikipedia ilə axtarışın  əvəzinə insanları 
kitabxanalara cəlbetmə qabiliyyəti, rəhbərliklə istifadəçilər arasında etibarı 
möhkəmləndirmə, kitabxanaçının müəssisəyə verdiyi qatqını hesablaması, 
nümayiş etdirməsi və layihələndirməsi və s. (Hunt & Grossman, 2013) 
Bunlardan  əlavə kitabxanaçılar üçün yeni növ bilik və bacarıqlar da 
vardır ki, bunlara təlimlər, vebinarlar, seminarlar, bloqların yazılması, şəbəkə 
ünsiyyəti, himayədarlıq, könüllülük fəaliyyəti, təcrübə proqramlarında iştirak 
və s. aid edilir. (Hunt & Grossman, 2013) 
İnformasiya mütəxəssisləri istifadəçilərlə münasibətlərinə  də  həmişə 
həssaslıqla yanaşmalıdırlar. Belə ki, xidmət işçisinin bilməli olduğu 
məqamlara və malik olduğu əsas keyfiyyətlərə daxildir: 
  Görüntü – müəssisəni təmsil etdiyinə görə, xidmət personalının uyğun 
görüntüyə malik olması vacib şərtdir; 
  Əhval-ruhiyyə – müştərilərlə ünsiyyət zamanı əhval-ruhiyyə arxa plana 
keçməli, istifadəçiyə heç bir halda pis reaksiya göstərilməməli və ya 
onun davranış qaydalarını pozmasına yol verilməməlidir. Diqqəti  şəxsi 
problemlərə deyil, işin düzgün icra edilməsinə yönləndirməklə stresi 
yaxın buraxmamaq lazımdır; 
  Həmişə hazır olmaq – istifadəçilərlə ünsiyyətə daima hazır olmaq 
gərəkdir;  
  Bilik – işə  və xidmətə dair yetərli bilik və bacarıqlara malik olub 
istifadəçilərin razı qalmasına və özlərini qayğıdan kənar hiss 
etməmələrinə nail olmaq vacibdir. (Gannon-Leary & McCarthy, 2010) 
Sadalanan bu keyfiyyətlər nəinki kitabxana mühitinə, eyni zamanda 
müxtəlif profillərə malik xidmət sektorlarına da aid edilir. Müasir kapitalizm 
dövründə xidmət sektoru ən çox gəlir gətirən sahələrdən birinə çevrilmişdir və 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə