Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə51/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   47   48   49   50   51   52   53   54   ...   74

118 
(1901), “Yelizavrtpol quberniyasının 1910-cu il üçün yaddaş kitabı” (1910), 
“Zaqafqaziyaya dair statistik məlumatlar məcmuəsi” kitablarında Azərbaycan 
ərazisi və onun əhalisi haqqında qiymətli materiallar vardır. Azərbaycan 
xalqının etnogenezi prosesində iştirak edən skiflərin Azərbaycana gəlməsindən 
bəhs edən M.Latışev və V.Smolinin “Известия  древных  писателей 
греческих  и  латинских  о  Скифи  на  Кавказе” (1906), Qafqaz hərbi dairəsi 
hərbi topoqrafiya şöbəsi tərəfindən tərtib edilmiş  və çap olunmuş “Qafqaz 
diyarının etnoqrafik xəritəsi” (1909) adlı nəşrləri göstərmək olar. 
Təbiət elmləri, antropologiya və etnoqrafiya sevənlərin cəmiyyətinin 
antropologiya şöbəsinin orqanı olan “Rus antropologiya jurnalı”nda çap edilən 
bir sıra məqalə Azərbaycanda yaşayan tatların, yaşadığı bölgə  və yaşayış 
məskənləri təsərrüfat məşğuliyyəti haqqında məlumat verilir. Burada yaşayan 
dağ  yəhudilərinin dilinin tat dili olduğu qeyd edilir, dinlərinin isə qriqoryan 
məzhəbi olduğu göstərilir. A.İvanovskinin “Yezidlər” adlı  məqaləsində bu 
xalqın dili kürd dilidir və heç kəsə  məlum olmayan bir dinə sitayiş 
etdiklərindən bəhs edir.  
1917-ci il inqilabdan sonra Azərbaycan Demokratik Respublikası 
yaradıldı. Hələ ilk günlərdən başlayaraq ölkədə etnoqrafik tədqiqat və 
ölkəşünaslığın inkişafı ilə bağlı işlər görülməyə başlandı. 1919-1920-ci illərdə 
yaradılan BDU-nun şərq fakültəsi, Xalq Maarif Komissarlığının Muzey-
ekskursiya  şöbəsinin fəaliyyəti etnoqrafik tədqiqatların aparılması ilə  məşğul 
olurdu. Bununla XX əsrdə Azərbaycan etnoqrafiyasının öyrənilməsinin ikinci 
mərhələsi başlanır. Azərbaycan etnoqrafiya elminin ilkin addımlar atdığı 
dövrün görkəmli nümayəndəsi Yusif Vəzir Çəmənzəminlidir. Qadağan 
olunduğu üçün yalnız elmi arxivlərdə saxlanılan Məhəmməd Həsən Vəliyevin 
(Baharlı) Bakıda rus dilində nəşr edilmiş “Azərbaycan” kitabında Azərbaycan 
tarixi, etnoqrafiyası, təbiəti və iqtisadiyyatı haqqında məlumat verir.  
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra, 1923-cü ildə elmi 
tədqiqat müəssisəsi olan Azərbaycanı  Tədqiq və  Tətəbbö Cəmiyyətinin və 
onun tarix-etnoqrafiya bölməsinin təsis edilməsi ilə Azərbaycan 
etnoqrafiyasının öyrənilməsində böyük işlər aparılmağa başlandı. Bu dövr 
Azərbaycan etnoqrafiyası tarixində xüsusi bir dövr hesab olunur. 1923-cü 
ildən 1929-cu ilədək, ATTC bazası  əsasında Azərbaycan Mərkəzi  İcraiyyə 
Komitəsinin nəzdində Azərbaycan Dövlət Elmi Tədqiqat  İnstitutu 
yaradılanadək aparılan tədqiqatların nəticəsi kimi bir sıra nəşrlər meydana 
gəldi. Azərbaycan xalqının etnik tərkibinin tarixi faktlarla tədqiq olunan 
R.İsmayılovun “Azərbaycan tarixi” (1923), talışların məşğuliyyəti, adət-
ənənəsi, mədəniyyəti və tarixi abidələrinin tədqiqinə həsr edilmiş V.Ryuminin 
“Талышский  край.  Ленкоран” (1923), Lənkərana səfəri zamanı talışların 
etnoqrafiyasına dair xeyli material toplamış B.Millerin “Предварительный 
отчет  о  поездке  в  Талыш  летом 1925” adlı kitabları Sovet hakimiyyətinin 
yarandığı illərdə Azərnaycan etnoqrafiyası üzrə meydana gələn ilkin 
sənədlərdəndir. Azərbaycanı Tədqiq və Tətəböö cəmiyyətinin yarandığı ildən 


119 
onu “Xəbərləri” və “Əsərləri” də təsis edildi və bu dövri və ardı davam edən 
nəşrlərin səhifələrində Azərbaycan etnoqrafiyasını tədqiq edən İ.Mesaninovun, 
V.Qordilyevskinin, A.Qubaydulinin, ilk milli etnoqraf kadrlardan 
Ə.Ələkbərovun, D.Şərifovun, A.Qaraqaşlının xeyli sayda samballı elmi 
məqalələrinə,  əsərlərinə rasr gəlinir. 1932-ci ildə Azərbaycan DETİ  əsasında 
SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan  şöbəsi təşkil 
edildi, 1935-ci ilin oktyabrında  şöbə SSRİ EA Azərbaycan filialına çevrildi. 
Artıq etnoqrafik tədqiqat sahələri genişlənir, etnoqrafik araşdırmalar yeni 
forma və  məzmun kəsb edir və ixtisaslı alimlər yetişdirlməyə başlanmışdır. 
Beləliklə, keyfiyyətcə yeni mərhələyə  qədəm qoyan Azərbaycan etnoqrafiya 
elmi ilə yanaşı, onun sənəd-informasiya kütləsi də yeni şəkildə formalaşmağa 
başladı. 
Nəticədə qeyd etmək lazımdır ki, Azərbaycan etnoqrafiya elminin ilkin 
sənəd mənbələri hələ indiyədək heç bir tədqiqat işinin obyekti olmamışdır. 
Yalnız bu mənbələrin tədqiqinə Azərbaycan etnoqrafiyası  və folkloru üzrə 
aparılan tədqiqatlarda rast gəlinir ki, bu da Azərbaycan etnoqrafiyası üzrə 
sənəd kütləsini tamlıqla əhatə etmir.  
 
Ədəbiyyat 
1. 
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya institu 
tərəfindən 2008-2009-cu illərdə aparılması nəzərdə tutulan arxeoloji 
ekspedisiyaların maliyyələşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında: 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı; 5 fevral 2008-ci 
il//Azərbaycan.-2008.- 6 fevral.- S. 3. 
2. 
//Azərbaycan.-2012.- 27 aprel.- S. 1. 
3. 
Dadaşzadə, M. Azərbaycan xalqının orta əsr mənəvi mədəniyyəti: tarixi-
etnoqrafik tədqiqat /Red. T.Bünyadov. - Bakı: Elm, 1985. - 212 s. 
4. 
Əfəndiyev, Ə. Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu: 
izahlı biblioqraiya.- Bakı: Qartal, 1998.- 217 s. 
5. 
Əliyeva, S. XX əsrin I yarısında Azərbaycanda etnoqrafiya elminin inkişafı 
(Tarixi-etnoqrafik tədqiqat): tarix е. n. а. dər. аl. üçün təq. ed. dis.: 07.00.07 / 
AMEA, Arxeologiya və Etnoqrafiya İn-tu.Bakı, 2001.- 169 s. 
6. 
Əsədova, Ə.“Kitabi Dədə Qorqud” dastanı etnoqrafik mənbə kimi. tarix e. üzrə 
fəls. d-ru e. dər. аl. üçün təq. ed. dis-nın avtoreferatı : 07.00.07 /AMEA, Arxeologiya və 
Etnoqrafiya İn-tu. Bakı, 2010.- 24 s. 
7. 
Herodot. Tarix: 9 kitabda /Herodot; tərc. ed. P. Xəlilov; red.: A.Bağırov; rəs.: S.Şatikov Bakı: 
Azərnəşr, 1998.- 329 s 
8. 
Hüseynov, Y. Qarabağnamələr Azərbaycan tarixini öyrənmək üçün mənbə 
kimi /elmi red. Y.M.Mahmudov; rəy. K.K.Şükürov, Z.H.Bayramov.- Bakı: 
Elm, 2007. - 216 s 
9. 
Təhmasib, M. Azərbaycan xalq dastanları orta əsrlər /M.H.Təhmasib ; red. H.Araslı ; 
AzSSR EA Nizami ad. Ədəbiyyat İn-tu Bakı: Elm, 1972.- 397 s., S.21 
10.  Veysəlova, V. Azərbaycan məhəbbət dastanları etnoqrafik mənbə kimi: tarix 
e.n.a.dər al. üçün təq. ed. dis-nın avtoreferatı: 07.00.07 /AMEA, Arxeologiya 
və Etnoqrafiya İn-tu. – Bakı, 2010.- 24 s. 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə