Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə50/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   46   47   48   49   50   51   52   53   ...   74

116 
Императорского  русского  географического  общества)və “Xəbərlər”i 
(1872-1917) (Известия  Кавказский  отдел  Императорского  русского 
географического общества) dərc edilmişdir ki, burada Azərbaycan və digər 
millətlərdən olan müəlliflərin Qafqaz xalqları ilə yanaşı, azərbaycanlıların da 
təsərrüfat həyatı, maddi-mədəniyyəti, sənətkarlığı, ictimai quruluşu və ailə-
məişətindən bəhs edən məqalələri dərc olunmuşdur. XX əsrə  qədər 
Azərbaycanın etnoqrafik baxımından öyrənilməsi əsasən rus tədqiqatçılarının 
adı ilə bağlıdır. 1836-cı ildə Sankt-Peretburq şəhərində  “Обозрение 
Российских  владений  за  Кавказом  в  статистическом,  этнографическом, 
топографическом  и  финансовом  отношениях” adlı çoxçildli məqalələr 
toplusu nəşr edilməyə başlandı. Nəşrin III və IV cildlərində Azərbaycana həsr 
olunmuş  məqalələr toplanmışdır. Burada Vasiliy Lekqobıtovun, Dmitri 
Zubarevin, Aleksandr Yanovskinin, V.Qriqoryevin və N.Florovskinin 
Azərbaycanın inzibati ərazi bölgüsü üzrə materialları nəşr edilib. Məqalələrdə 
müəlliflər Azərbaycan  əhalisinin  əsas etibarilə azərbaycanlılardan (tatar 
adlandırılır) ibarət olduğunu qeyd edirlər, o cümlədən burada yaşayan etnik 
qruplardan - talışlar, kürdlər, tatlardan və s. bəhs edirlər. Burada həmçinin 
Azərbaycan dili məsələlərinə  də toxunulur. Azərbaycan dilini türk dillərinin 
cənub-qərb qolu olan “çığatay dil qrupuna” aid edirlər. Bundan başqa, ayrı-
ayrı müəlliflərin - Platon Zubovun, Orest Yevetskinin, Yuliy Qaqemeysterin, 
İvan Serebryakovun, İvan  Şopenin və s. əsərlərində Azərbaycan 
etnoqrafiyasının ayrı-ayrı məsələləri işıqlandırılmışdır [16].  
Nəşri Qafqaz Tədris  İdarəsi tərəfindən, 1881-ci ildən başlayıb 1929-cu 
ilə  qədər davam edən, 46 cilddə  çıxan “Qafqaz əraziləri və xalqlarına dair 
materiallar toplusu”nda (СМОМПК) dərc olunmuş materiallar daha çox 
tarixə, arxeologiyaya, coğrafiyaya, etnoqrafiyaya, əhalinin təsərrüfat və peşə 
məşğuliyyətinə, dini etiqadlarına, folklora, təbiət təsvirlərinə, fauna və floraya, 
təhsil və  tərbiyə  məsələlərinə  həsr olunub. Ölkəşünaslıq xarakteri daşıyan 
məcmuədə Azərbaycaycan ziyalıları tərəfindən də Azərbaycan etnoqrafiyasına 
dair materiallar dərc olunmuşdur. Məcmuədəki məqalələrin 190-ı 
etnoqrafiyaya həsr olunub ki, onların içində N.Kolaşev, N.Qriqoryev, 
İ.Davidbekov, H.Bağırov, Q.İzraelov, M.Vəzirov, R.Əfəndiyev, L.Pasxalov, 
Q.Çursin, S.Qabiyev, M.Əfəndiyev, F.Sultanov və s. müəlliflərin 
Azərbaycanda yaşayan xalqların həyat tərzi, yaşayış yerləri, toy adətləri, dini 
etiqadları haqqında məqalələr öz yerini almışdır. Bir məqamı da qeyd etmək 
lazımdır ki, Azərbaycanla bağlı bir sıra məqalələr erməni müəllifləri tərəfindən 
qələmə alınıb, lakin bu materiallarda faktlar saxtalaşdırılıb, məqalələrin 
libasına erməni libası geyindirilib[4, s.10]. Topludan istifadəni asanlaşdırmaq 
məqsədilə tanınmış filoloq-alim Əmin  Əfəndiyevin 1998-ci ildə izahlı 
biblioqrafik göstərici hazırlayıb çap etdirmişdir. Göstəricidə toplunun bütün 
cildlərində çap olunmuş materialların adı  və  qısa məzmunu ilə tanış olmaq 
imkanı yaradılmışdır. Sonda verilən müəllif, sərlövhə  və mövzular üzrə 
köməkçi göstəricilər vəsait üzrə axtarışı asanlaşdırır. Göstəricini üstün edən 


117 
cəhətlərdən biri də toplunun hər bir cildinin hansı kitabxana və arxivlərdə 
saxlanıldığını göstərən cədvəlin tərtib edilib əlavə edilməsidir. 
Azərbaycan etnoqrafiyasının ilkin sənəd mənbələri sırasına knyaz 
Vorontsovun təşəbbüsü ilə yaradılan və Qafqazda ilk rusdilli qəzet olan 
“Qafqaz” qəzetidir. Qəzet 1846-1901 illər arasında dərc edilmişdir. Qəzetin 
səhifələrində  dərc edilən müxtəlif məzmunlu məqalələr sırasında xeyli sayda 
etnoqrafik materiallara rast gəlmək olur.A.S.Xaxanovun “Etnoqrafiçeskiy 
obozrenie” jurnalında nəşr etdirdiyi “Qafqaz qəzetində  çıxan etnoqrafiyaya 
dair məqalələrin göstəricisi”nə nəzər saldıqda qəzetdə Azərbaycan etnoqrafik 
mənzərəsini canlandıran xeyli sayda materiallara rast gəlinir. “Şamaxı indiki 
dövrdə”, “Kürdlər”, “Şamaxı  sənayesi”, “Car-Balakən camaatı”, xalq 
təbabətindən bəhs edən “Lənkəranın isti suaları”, “Naxçıvanın duz dağları” 
adlı məqalələr yer alıb. Bundan başqa, İskəndər bəy Hacınskinin Qubalı Fətəli 
xan, Abasqulu Ağa Bakıxanovun Qafqaz əhalisi, Cəmil Cavanşir Qarabağinin 
Qarabağ və s. haqqında yazdıqları məqalələrə rast gəlmək olur [22, 23]. 
XIX  əsrin sonlarına Tiflisdə  dərc olunan dərgilər sırasında “Qafqaz 
xəbərləri” elmi-bədii jurnalın da adını çəkmək olar. 1900-1905-ci illər ərzində 
cəmi 40 nömrəsi çıxan jurnalda ədəbi-bədii məzmunlu materiallarla yanaşı, 
etnoqrafik oçerklər də yer almışdır. P.Basixin “Qafqazda alman koloniyaları” 
məqaləsində 1819-cu ilin yazında Yelizavetpol dairəsində iki alman 
koloniyası, Yelenendorf və Annenfeld yaradılması  və kolonistlərin həyat 
şəraiti haqqında, V.Masalski “Qafqaz və onun sənayesi” adlı məqaləsində isə 
Qafqazda sənayenin ayrı-ayrı sahələrinin inkişafından bəhs edərkən Bakı  və 
Şamaxıda ipəkçilik, və Bakıda çıxarılan neftin hasili və emalı, Naxçıvan 
qəzasında yetişdirilən ərik sortları haqqında məlumat verir. 
XX  əsrdə Azərbaycanın etnoqrafik baxımdan öyrənilməsini 
Azərbaycanda etnoqrafiya elminin inkişaf tarixini tədqiq edən tədqiqatçılar 
şərti olaraq üç mərhələyə bölürlər [5, s.7]. Birinci mərhələ 1901-1917-ci illəri 
əhatə edir. Bu dövrün mənbələrini ayrı-ayrı müəlliflərin nəşrlərində: dövri 
nəşrlərdə və mətbuat səhifələrində rast gəlinən materiallar təşkil edir. Əsərləri 
Azərbaycan etnoqrafiyası ilə bağlı olan və  fəaliyyəti  əsasən çar hökumət 
orqanlarının müstəmləkəçilik məqsədlərinə  və vergi siyasətinə xidmət edən 
müəlliflərdən QafqazşünasS.Anisimovun, «Кавказ», Y.Novoselovun 
«Кавказ», Araksinin “Закавказе”,N.Andreyevin «Иллюстративный 
путеводител  по  Кавказу», Y.Veydembaumun «Очерк  этнографии 
Кавказского  края», N.Dinnikin “Каспийское  побережье  Кавказа  и 
Закавказская  область”, N.Karakaşın “За  Кавказским  хребтом.  Очерки 
природы  и  быта”, Y.Markovun “Очерки  Кавказа:  Картины  кавказской 
жизни,  природы  и  истории”,  İ.Kanadeyevin “Очерки  Закавказской 
жизни”, P.Nadejdin “Каспийский  край.  Природа  и  люди”, Q.Çursinin 
“Очерки  по этнологии  Кавказа”, Y.Çemodanov-Uslalın “Кавказ  и 
Закавказье”,  İ.Seqalın “Крестьянское  землевладение  в  Закавказье” 
əsərlərini göstərmək olar. Bundan başqa, “Qafqazşünaslıq, tarix və etnologiya” 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə