Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə46/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   42   43   44   45   46   47   48   49   ...   74

107 
Bayramov; elmi red. N.Mustafa; red. E.Etibarlı.- Sumqayıt: Bilik, 2014.- 272 
s.; 
Üçüncü qrup elmi-kütləvi diyarşünaslıq sənədlərinə  təbliğat xarakterli 
materiallar aid edilir. Belə  sənədlərin məqsədi diyardakı mütərəqqi, qabaqcıl 
işləri vaxtında və fəal təbliğ etmək, tanınmış, qəhrəmanlıq taleyi olan şəxslər 
haqqında məlumat verməkdir. Belə  sənədlər  ən mühüm tarixi hadisələr, 
yubileylər münasibətilə çap olunurlar. Məsələn, Nağıyev, Z.Ə. Ağdam və 
onun yetirmələri [Mətn] /Zahid Nağıyev; red. Z.Nağıyeva.- Bakı: Avropa, 
2013.- Kitab 3.- 399 s.; Vəliyev, D.Ə. Borçalı inciləri: Qasımlı [Mətn]: 
ağaları, alimləri, aşıqları,  şair və el şairləri /Dünyamalı  Vəliyev (ön söz); ön 
sözün müəl. Səyavuş Uyğun.- Bakı: Tərəqqi MMC, 2013.- 284 s.; Zeynallı, 
A.H. Kürdəmir və kürdəmirlilər [Mətn]: soykökümüz - mənşəyimiz /Ağa 
Zeynallı; red. Ə.Muxtarova.- Bakı: Elm və təhsil, 2013.- 171 s. 
Ölkəşünaslıq və diyarşünaslıq üzrə soraq nəşrləri sahə üzrə bilikləri qısa 
formada əlifba ardıcıllığı ilə, lakonik şəkildə əks etdirir. Belə nəşrlər elmi və 
ya tədbiqi xarakterli məlumatları, həmin məlumatları tez tapmağa imkan verən 
qaydada özündə əks etdirir. Bu nəşlərdə materiallar ucdantutma mütaliə üçün 
deyil, informasiyanı seçmə qaydada tapmaq üçün nəzərdə tutulur. 
Ensiklopediyalar, ensiklopedik lüğətlər, məlumat kitabları, sözlüklərin bu tip 
nəşrlər işərisində xüsusi çəkisi vardır. Diyarşünaslıq üzrə məlumat nəşrlərinə 
coğrafi lüğətlər və diyar haqqında məlumatı  əks etdirən digər məlumat 
kitabları da daxildir. 
Ensiklopediyalar öz məzmunlarına görə universal və sahəvi xarakterli 
olurlar. Onların hər biri diyarşünaslıq materiallarını toplu şəkildə əks etdirirlər. 
Məsələn, Tapdıqoğlu, N. Cəbrayıl ensiklopediyası [Mətn]: görkəmli 
şəxsiyyətlər, toponimlər, işğal xronologiyası,  şəhidlər /Nazim Tapdıqoğlu; 
elmi məsl.  Ş.Göyçaylı; elmi red. F.İmanov.- Bakı: Təknur, 2013.- 623 s.; 
Təhməzov, M.O. Kəlbəcər [Mətn]: ensiklopedik məlumatlar: elmi publisist 
kitab /Məzahir Təhməzov; elmi red. A.Məmmədov; elmi məsl.: 
V.G.Ramazanov, Z.A.Vəliyev, B.C.Ələsgərov.-  Əlavə  və  dəyişikliklərlə 
kitabın üçüncü buraxılışı.- Bakı: Elm, 2013.- 503 s. və s. 
“Azərbaycan Sovet Ensiklopediyası” diyarşünaslıq xarakterli ən 
əhəmiyyətliuniversal məzmunlu nəşrdir. Bu ensiklopediya 1976-1987-ci 
illərdə 10 cilddə çap olunmuşdur. Bu ensiklopediyada Azərbaycanın, onun 
ayrı-ayrı bölgələrinin coğrafiyası, iqtisadiyyatı, tarixi, mədəniyyəti, ədəbiyyatı 
və incəsənəti, görkəmli  şəxsiyyətləri haqqında ayrıca məqalələrlə yanaşı, 
universal məzmunlu məqalələr də, yeri gəldikcə, respublikamızla  əlaqədar 
faktlar, statistik göstəricilər öz əksini tapır. Müasir baxımdan nöqsanlı hesab 
edilən, 55 mindən çox məqalə termin haqqında məlumat verən bu 
ensiklopediyada xeyli miqdarda xəritə,  şəkil, portret də verilmişdir. Bununla 
belə, burada çoxlu sayda öz əhəmiyyətini itirmiş  məqalələr də vardır. Buna 
görə  də “Azərbaycan Milli Ensiklopediyası”nın yeni nəşrinin hazırlanması 
haqqında verilmiş prezident fərmanının böyük əhəmiyyəti vardır. 


108 
“Azərbaycan Sovet Ensiklopediyası”ndan sonra Azərbaycanda ilk dəfə 
sırf diyarşünaslıq xarakterli fundamental bir ensiklopediya “Naxçıvan ensik-
lopediyası” (2003) çap olunmuşdur. Bu nəşr ümummilli liderimiz Heydər Əli-
yev cənablarının “Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə 
Dövlət Komissiyasının tədbirlər planı haqqında” 1999-cu il 12 fevral tarixli 
sərəncamına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti 
nəzdində yaradılmış “Naxçıvan ensiklopediyası” qurumu tərəfindən 
hazırlanmış və İstanbulda çap edilmişdir. Bu ensiklopediya Naxçıvan diyarının 
tarixindən, təbiətindən, görkəmli  şəxsiyyətlərindən bəhs edən universal 
məzmunlu elmi nəşrlərdir. Burada müstəqil Azərbaycan Dövlətinin memarı və 
qurucusu Heydər  Əliyev haqqında iri həcmli və  zəngin illüstrasiyalı  məqalə 
diqqəti cəlb edir. Muxtar respublikaya həsr olunmuş kompleks məqalədən 
əlavə, diyarın bütün inzibati rayonları, fiziki-coğrafi obyektləri,  şəhər və 
kəndləri, geolojiquruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında məqalələr 
verilmişdir. Ensiklopediyada Naxçıvan  ərazisindəki arxeoloji abidələrdən, 
qədim və orta əsr dövlətlərindən bəhs olunur. Eyni zamanda Muxtar 
Respublikada elm, təhsil, səhiyyə, mədəniyyət və incəsənətin inkişafı, habelə 
iqtisadi-coğrafi rayonları, mühüm sənaye və  kənd təsərrüfatı müəssisələri 
haqqındakı  məqalələr diyarın bugünki iqtisadi-mədəni durumu, inkişaf 
potensialı və perspektivləri barədə tam təsəvvür yaradır. 
Azərbaycan Respublikasının “Nəşriyyat işi haqqında” Qanunu (2000) 
müstəqil Azərbaycanın yeni universal milli ensiklopediyasının nəşri üçün 
zəmin yaratdı. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Milli 
Ensiklopediyasının nəşri haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamında 
deyildiyi kimi, “Azərbaycan xalqının həyatında baş vermiş mühüm ictimai-
siyasi, tarixi, elmi və  mədəni hadisələri obyektiv şəkildə  əks etdirən yeni 
ensiklopediyanın hazırlanıb latın qrafikasında nəşr edilməsi zərurəti meydana 
çıxdı”. Azərbaycan Milli Ensiklopediyasının yüksək səviyyədə hazırlanıb nəşr 
olunmasını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2004-cü 
il 5 may tarixli sərəncamı ilə AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası” 
Elmi Mərkəzi yaradıldı. 2007-ci ildə ildə AME-nin “Azərbaycan” xüsusi cildi
2009-cu ildə isə AME-nin 1-ci cildi çap edildi. Hazırda 1-5-ci cildləri nəşr 
olunmuşdur.”Azərbaycan Milli Ensiklopediyası” Azərbaycan və onun 
regionları haqqında mükəmməl informasiya verən mənbə kimi sahənin 
biblioqrafik informasiya təminatında mühüm rol oynayır. 
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən 
hazırlanan statistik məcmuələrin də böyük diyarşünaslıq  əhəmiyyəti vardır. 
Bunlar müəyyən il, dövr ərzində ölkədə, onun ayrı-ayrı regionlarında 
təsərrüfatın, sənaye və  kənd təsərrüfatının, elm və  mədəniyyətin inkişafı 
haqqında statistik məlumatları  əks etdirirlər. Məsələn, Azərbaycan 
Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi-2014: illik 
hesabat /Strateji Araşdırmalar Mərkəzi.-2014.- 46 s.,; Azərbaycan rəqəmlərdə 
2014: statistik məcmuə /ümumi rəhb. A.Vəliyev; hazır. məsul M.Əmirova; 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə