Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə44/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   40   41   42   43   44   45   46   47   ...   74

103 
Diyarşünaslıq üzrə sənədlərin təsnifləşdirilməsində əsas meyarlardan biri 
məqsəd və oxucu istiqamətidir. Bu əlamətə görə  sənədlər aşağıdakı kimi 
fərqləndirilir: dövlət və qanunvericilik orqanlarının rəsmi sənədləri; elmi 
nəşrlər, elmi-kütləvi; tədris nəşrləri, soraq-məlumat istiqamətli nəşrlər; 
istehsalat-praktiki nəşrlər; diyar haqqında ədəbi bədii ədəbiyyat.[5, s.35] 
Ölkəşünaslıq və diyarşünaslıq üzrə  rəsmi nəşrlərə sahə ilə  əlaqəli, ali 
dövlət qanunvericilik və icra orqanlarının qəbul etdiyi normativ və direktiv 
səciyyəli materiallar aid edilə bilər. Bu nəşrlərin daha konkret istiqamətlərinə 
konstitusiya, qanunlar, sərəncamlar və s. aid edilə bilər. Rəsmi sənədlərə 
nəinki ölkələrin milli qurumlarının, eləcə  də beynəlxalq təşkilatların qəbul 
etdiyi rəsmi nəşrlər aid edilə bilər. Belə  sənədlərə Azərbaycan prezidentinin 
fərmanları, Nazirlər Kabinetinin qərarları, Milli Məclisin qanunları, o 
cümlədən respublikamızda  əmək, mənzil, pensiya təminatı,  ətraf mühitin 
mühafizəsi və s. mövzularda olan qanun məcəllələri və digər nəşrlər daxildir. 
Məsələn, respublikanın bütün regionlarının iqtisadi və sosial inkişafını daha da 
yüksəltmək və  hər bir iqtisadi rayonun potensialından istifadəni 
sürətləndirmək üçün Respublika Prezidenti İlham  Əliyev 11 fevral 2004-cü 
ildə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət 
Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” fərmanı, 2009-cu 
il 14 aprel tarixində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü 
illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nı, Bakı  və  ətraf qə-
səbələrin inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarını da buna misal 
göstərmək olar.   
Hər bir diyara aid xalq təsərrüfatı və mədəni quruculuq məsələləri yerli 
icra hakimiyyəti və  təsərrüfat orqanlarının sənədlərində öz dərin  əksini 
tapdığından belə  sənədlərin də biblioqrafiyalaşdırma obyekti kimi böyük 
əhəmiyyəti vardır. 
Diyarşünaslıq nəşrlərində elmi-tədqiqat xarakterli ədəbiyyat mühüm yer 
tutur. Bu nəşrlərdə diyarla əlaqədar problemlər təhlil edilir və ümumiləşdirilir, 
həmçinin sosial-siyasi həyatın müxtəlif tərəfləri-təsərrüfatı, elmi, mədəni 
həyatı, tarixi keçmişi, görkəmli xadimlərinin həyat və fəaliyyəti tədqiq edilir. 
Belə  sənədlərdə diyar bütünlükdə, həmdə onunla bağlı müəyyən problemlər 
əks etdirilir.Diyarla əlaqədar elmi nəşrlər özündə  nəzəri və eksperimental 
tədqiqatların nəticələrini  əks etdirən nəşr növüdür. Elmi-tədqiqat  əsərlərinin 
başlıca məqsədi istər ölkə, istərsə  də ayrıca diyarın qarşısında duran mühüm 
tarixi vəzifələrin həyata keçirilməsinə yaxından köməklik göstərməkdir. Bu tip 
sənədlərdə diyarın təbii-iqtisadi, xalq təsərrüfatı  və tarixi xüsusiyyətlərinin 
elmi təhlili verilir. Onlar diyarın yerli faydalı qazıntı mənbələri və digər təbii 
sərvətləri, məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi, mədəni quruculuq 
və digər məsələlərlə əlaqədar materialları əks etdirir.[4, s.14] 
Diyarşünaslıq elmi-tədqiqat sənədlərinin böyük bir qismi ayrı-ayrı 
şəhərlərin, bölgələrin, yaşayış məntəqələrinin tarixinə həsr olunur. 2010-2015-
ci ildə  nəşr olunmuş “Birillik Azərbaycan kitabiyyatı”nı araşdırsaq, 


104 
diyarşünaslıq və ölkəşünaslıqla bağlı 65 sənədin nəşr olunduğunu görərik. 
Onlardan  əksəriyyəti regionların tarixi ilə bağlı elmi-tədqiqat xarakterli 
mənbələrdir. Məsələn, Dərbəndnamələr [Mətn] /nəşrə hazır.: A.Ramazanov 
(ön söz), A.Hacıqədirli; red. T.Həsənzadə; AMEA, Məhəmməd Füzuli ad. 
Əlyazmalar  İn-tu.- Bakı: Nurlan, 2010.- 89 s.; Hüseynoğlu, S. Tarix olduğu 
kimi: İmişli-80 [Mətn] /Sərvaz Hüseynoğlu, Ç.Bahaduroğlu; red. H.Tağıyev.- 
Bakı:  Şəms, 2010.- 284 s.; İsmayılqızı, V. Beyləqan [Mətn]: ensiklopedik 
toplu /Vəsimə  İsmayılqızı; elmi red.: B.Budaqov, V.Əliyev, S.Aşurov; məsl. 
İ.Əliyev; foto: S.Kulişov [və b.].- Bakı:  İsmayıl NPM, 2010.- 678 s.; İlisu 
[Mətn]: ensiklopedik məlumat kitabı /tərt. S.N.Murtuzayev; red. hey.: 
S.Murtuzayev [və b.]; red. H.M.Fərzullayev.- Bakı: Vətən, 2012.- 416 s., 
cədv., portr., şəcərə: ill.; 25 sm.- 12 man., 1000 nüs.- ISBN 5-8996-801-72 
(cilddə) 
Elmi-tədqiqat xarakterli diyarşünaslıq ədəbiyyatı əsasən monoqrafiyalar
ümumi xarakterli nəşrlər (çoxcildli), elmi məqaqlələr məcmuəsi, 
dissertasiyaların avtoreferatları, həmçinin dövri nəşrlərdə  məqalələr 
formasında çap olunur. Belə  nəşrlər məlumat aparatı, o cümlədən köməkçi 
adlar və coğrafi adlar göstəriciləri, istifadə olunmuş  mənbələrin siyahısı ilə 
təchiz edilirlər. Məsələn, Alıyev, H. Sumqayıt  şəhərinin tarixi [Mətn]: 
monoqrafiya /Həmid Alıyev; elmi red. A.B.Baxşəliyev; Azərb. Resp. Təhsil 
Nazirliyi, Sumqayıt Dövlət Un-ti.- Bakı: Elm və  təhsil, 2011.- 542 s. Bibl.: 
s.488-532.;Hacıyev,  İ.M. Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi 
həyatı, sosial-iqtisadi və mədəvi inkişafı: 1991- 2011-ci illər [Mətn] /İsmayıl 
Hacıyev; elmi red. E.Cəfərli.- Naxçıvan:  Əcəmi, 2011.- 271 s.Bibl.: s. 187-
192.  
Tədris  ədəbiyyatı diyarşünaslıq nəşrləri içərisində mühüm yer tutur. 
Diyarşünaslıq üzrə elmi və ya tətbiqi xarakterli məlumatların tədris 
müəssisələrində öyrənilməsi və ya tədris edilməsi mədsədilə hazırlanan 
informasiya tədris nəşrlərində öz əksini tapir. Müasir dövrdə ölkənin və 
diyarın öyrənilməsi məqsədilə yazılmış dərsliklərin, dərs vəsaitlərinin, tədris-
metodiki vəsaitlərin sayı günü-gündən artır. Məsələn,  Əfəndiyeva, D.T. 
Diyarşünaslıq: ali məktəbin magistr və bakalavr pilləsi üçün: ali məktəblərin 
coğrafiya və pedaqoji fakültələrinin bakalavr və magistr pilləsinin tələbələri 
üçün: metodik vəsait /Dünyabəyim  Əfəndiyeva, D.S.Ələsgərova; elmi red. 
D.M.Ələsgərova.- Bakı: 2014.- 65 s.Bibl.: s. 65.  
Ümumtəhsil məktəblərində  şagirdlərin yaşadıqları diyarı yaxşı 
öyrənmələri üçün müxtəlif tarixi yerlərə ekskursiyaların təşkil edilməsi, 
sinifdənxaric işlərdə ölkə  və diyarla tanışlığa böyük diqqət yetirilməsi, 
gənclərdə  vətənə  məhəbbət hisslərini gücləndirir.  Şagirdlərdə diyarın relyefi, 
təbii ehtiyatları, ölkənin inkişafında onun yeri haqqında təsəvvür 
yaradılmasının böyük tərbiyəvi əhəmiyyəti vardır. Ölkə və diyara aid dərslik 
və  dərs vəsaitləri, xəritə  və atlaslar xüsusilə  gənclərin vətənpərvərlik 
tərbiyəsində  əhəmiyyət kəsb edir. Məsələn, Azərbaycan Respublikası fiziki 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə