Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə45/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   41   42   43   44   45   46   47   48   ...   74

105 
xəritə [Xəritə] /Ə.V.Məmmədov [və b.]; AMEA, Coğrafiya  İn-tu; Azərb. 
Resp. Dövlət Torpaq və  Xəritəçəkmə Komitəsi.- Bakı: Bakı kartoqrafiya 
fabriki, 2012.- 1 xəritə; 100x120 sm. Belə  mənbələr diyarın iqtisadi-coğrafi 
səciyyəsini aşağıdakı parametrlər üzrə  əks etdirir: iqtisadi-coğrafi vəziyyət, 
təbii ehtiyatlar və onların təsərrüfat əhəmiyyəti, əmək ehtiyatları, təsərrüfatın 
ümumi səciyyəsi və quruluşu, qabaqcıl təsərrüfat sahələrinin təhlili və s. Bu 
vəsaitlər əsasən yuxarı sinif şagirdləri üçün nəzərdə tutulsa da, onlardan müəl-
limlər, diyarşünaslıqla məşğul olanlar, yerli ali məktəb tələbələri, ilk növbədə 
pedaqoji universitet tələbələri də istifadə edə bilərlər. Buna görə  də müvafiq 
biblioqrafik vəsaitlərin tərtibində bunu nəzərə almaq lazımdır. Ümumiyyətlə, 
müasir dövrdə tədrisin diyarşünaslıq aspekti daha da genişlənir. 
Diyarşünaslıq sənədləri arasında istehsalat ədəbiyyatı xüsusi qrup təşkil 
edir. Belə  nəşrlərdə diyarda aparılan praktiki işlər, eləcə  də  fəaliyyətinin 
təşkilati məsələləri haqqında informasiya istifadəçilərə çatdırılır. Bunlar 
diyarın bütünlükdə  təsərrüfatı, onun ayrı-ayrı sahələri haqqında,  əldə edilən 
nailiyyətlər, inkişaf perspektivləri, sənaye iqtisadiyyatı, istehsalın təşkili, onun 
mexanikləşdirilməsi və avtomatlaşdırılması haqqında çap əsərlərindən 
ibarətdir.  İstehsalat  ədəbiyyatı  hər  şeydən  əvvəl diyarın iqtisadi vəziyyəti 
haqqında  ətraflı  məlumatı özündə  əks etdirir. Bu ədəbiyyatın bir qismi 
ixtiraçıların, yenilikçilərin iş  təcrübəsinə  həsr olunur. Belə  nəşrlərin  əsas 
məqsədi  əməyin yeni forma və üsullarını  təbliğ edib yaymaqla yanaşı, 
tərbiyəvi funksiyasını da yerinə yetirməkdir. Məsələn, “Üzümçünün məlumat 
kitabı”, “Rəngsazın məlumat kitabı”, “Ustanın məlumat kitabı” və s. belə 
nəşrlərdəndir. 
Belə materiallar seriyalarla kitab, kitabça formasında, müxtəlif sosial-
siyasi,  ədəbi-bədii jurnalların, almanaxların, mərkəzi və yerli qəzetlərin 
səhifələrində  məqalə  şəklində çap olunurlar. Onların müəllifləri adətən 
yazıçılar, jurnalistlər, yenilikçi və ixtiraçılar, istehsalat qabaqcıllarıdır. Bu tipli 
materialların əksəriyyəti oçerk xarakteri daşıyır. 
Diyarşünaslıq xarakterli elmi-kütləvi ədəbiyyatın vətənpərvərlik tərbiyə-
sində mühüm əhəmiyyəti vardır.Elmin, texnikanın nailiyyətləri barədə 
məlumat verən nəşrlər elmi-kütləvi nəşrlər adlanır. Belə  nəşrlərdə 
ölkəşünaslığın və diyarşünaslığın ayrı-ayrı problemləri barəsində 
informasiyalar, tədqiqatlar asan və anlaşılan  şəkildə istifadəçilərə çatdırılır. 
Belə sənədlər tələbatçılara doğma diyara məhəbbət aşılayır. Məsələn, Xələfli, 
F. Masallı-cənnət misalı [Mətn] /Fərahim Xələfli, N.Ədiloğlu; red. 
S.İsmayılqızı.- Bakı: Qanun, 2013.- 359 s.; Qarayev, Ş. Gülüstan çiçəyi 
kəndimiz [Mətn]:  Şiştəpə  və  şiştəpəlilər haqqında /Şahbaz Qarayev; ön söz 
M.Həsənov.- Bakı Letterpress, 2013.- 319 s.; Mahmudoğlu,  Ə. Kəndimiz və 
sakinləri [Mətn]: salnamə  /Əli Mahmudoğlu; red. Ə.Ənvər oğlu; məsl. Hacı 
Fərhad Qurban oğlu.- Bakı: [s. n.], 2013.- 224 s.; Mərdəkanlı, Ə.H. Mərdəkan 
[Mətn] /Əbülfəz Mərdəkanlı.- Bakı: Mütərcim, 2013.- 286 s.; Mərdəkanlılar-
Tarixin 100 ili [İzomaterial] /ideya müəl. və  təşk.  Ə.Əliyev; red. və  tərt. 


106 
S.Rzayev.- Bakı, 2013.- 32 s.; Nağıyev, Z.Ə. Ağdam və onun yetirmələri 
[Mətn] /Zahid Nağıyev; red. Z.Nağıyeva.- Bakı: Avropa, 2013.- Kitab 3.- 399 
s. 
Elmi-kütləvi diyarşünaslıq nəşrlərinin özləri də müxtəlif əlamətlərə görə 
təsnifləşdirilir. Məzmununa görə belə  sənədlər universal, mövzu, sahəvi 
xarakterli olmaqla yanaşı, diyarın görkəmli xadimləri, məhşur adamları 
haqqında olan ədəbiyyatı da əhatə edirlər. Məsələn, Turan, F.M. Yurdumuz: 
ensiklopedik məlumat vasitəsi /Fariz Turan; red. hey.: T.Ə.Bünyadov [və b.]; 
elmi red. N.Q.Cəfərov.- V nəşri.- Bakı, 2014.- 414 s.; Масаллы:  Регионы 
Азербайджана:  путеводитель  /текст  Э.Эюбов;  ред.  Л.Рахманова;  фото. 
Ш.Муршудлу;  дизайн  и  верстка  А.Багирова;  М-во  Культуры  и  Туризма 
Азерб.  Респ.-  Баку: Golden book, 2014.- 91 с.; Hüseynov, G.Ş. Muğanlı: 
təbiəti, toponimikası, tarixi etnoqrafiyası /Gülməmməd Hüseynov.- Bakı: 
Mütərcim, 2014.- 176 s.; Qurbanov, M.S. Mirzə Qurbanlı  kəndinin tarixi və 
qurbansoylar sülaləsi /Məzahir Qurbanov; red.: H.Musabəyli, S.Mirhəsən 
qızı.- Bakı: Nərgiz, 2014.- 244 s. 
Oxucu istiqamətinə görə belə  nəşrlər uşaqlar, yeniyetmələr, aşağı kurs 
tələbələri, diyarşünaslar, jurnalistlər, müəllimlər, kitabxana işçiləri və b. üçün 
nəzərdə tutulur. 
Elmi-kütləvi xarakteli diyarşünaslıq sənədlərini kitab, kitabça, məcmuə, 
buklet, məqalə formasında nəşr edilirlər. Belə sənədlərin təsnifləşdirilməsinin 
əsas  əlamətlərindən biri onun məqsəd istiqamətidir. Bu cəhətdən onları üç 
qrupa bölmək olar. 
Birinci qrup sənədlərin başlıca məqsədi diyar haqqında ümumi təsəvvür 
yaratmaqdır. Bu tip sənədlər diyarşünaslıq ədəbiyyatı ilə yeni maraqlanmağa 
başlayan oxucular üçün nəzərdə tutulur. Bu qrup sənədlər  əyləncəli obrazlı 
dillə, gözəl poliqrafik tərtibatla buraxılır. Belə  sənədlərdə faktik və statistik 
materiallara geniş yer verilmir. Belə ədəbiyyat oxucuları mütaliəyə cəlb edir, 
maraq oyadır və onlara sistemli oxu mədəniyyəti aşılayır. Məsələn, Gusar: 
Regions of Azerbaijan.- Baku: Golden Book, 2014.- 67 p.; Mingechevir: 
Regions of Azerbaijan.- Baku: Golden Book, 2014.- 62 p.; Shahdagh -a pearl 
in the mountains.- Baku: Golden Book, 2014.- 39 p. və s. 
Elmi-kütləvi  ədəbiyyatın ikinci qrupu diyar haqqında mükəmməl 
məlumata malik olan və bu haqda biliklərini genişləndirməyə  səy göstərən 
tələbatçılar üçün nəzərdə tutulur. Belə tələbatçılara təsərrüfat və mədəniyyətin 
müxtəlif sahələrində çalışan mütəxəssisləri, diyarşünaslıq  ədəbiyyatına öz 
peşələrindən kənar məqsədlə müraciət edənləri aid etmək olar. Ciddi elmi 
məzmun kəsb edən, elmin yeni nailiyyətlərinə  əsaslanan belə  sənədlər 
bütünlükdə diyar və onun xüsusiyyətləri haqqında aydın təsəvvür yaradır. 
Məsələn, Bağırzadə, C.V. Gəncə  şəhəri müstəqillik dövründə /Cavid 
Bağırzadə; elmi red. E.Ə.Aslanova; Gəncə Dövlət Un-ti.- Bakı: Elm və Təhsil
2014.- 66 s.; Bayramov, V.B. Sisyan-qovğalarda qovrulan torpaq /Vaqif 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə