Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə41/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   37   38   39   40   41   42   43   44   ...   74

95 
Keçirilən biblioqrafik icmallar görkəmli yazıçıların yaradıcılığına, elm və 
texnikanın, kənd təsərrüfatının müxtəlif sahələrinə, son illər isə Qarabağ 
probleminə, Şəhidlərə və Azərbaycan Demokratik Respublikasına həsr edilir.  
Mərkəzi kitabxanalar həm filiallarda, həm də xidmət göstərdikləri idarə 
və müəssisələrdə “Məlumat günü” keçirirlər. “Məlumat günü” biblioqrafik 
materiallar da nəzərə alınmaqla, Mərkəzi Kitabxanaya daxil olan bütün 
ədəbiyyatın müntəzəm nümayiş etdirilməsi günüdür. “Məlumat günü”nün ke-
çirilmə dövriliyi Mərkəzi Kitabxanaya daxil olan yeni ədəbiyyatın 
miqdarından asılıdır. “Məlumat günü” müntəzəm olaraq əvvəlcədən təyin 
olunmuş gündə keçirilir. Yeni daxil olan ədəbiyyat bir qayda olaraq oxu 
zalında nümayiş etdirilir və bütün günü davam edir. Mərkəzi kitabxanaya daxil 
olan bütün materiallar məzmunlarına müvafiq seçilir və ilkin sənədlərlə bir 
yerdə nümayiş etdirilir (5). 
Nəticə 
MKS-nin iş  təcrübəsinin tədqiqi nəticəsində  məlum olmuşdur ki, 
oxuculara biblioqrafik xidmət göstərilməsində kitabxananın soraq 
biblioqrafiya aparatından, məlumat bülletenlərindən, kitab sərgisi, mütəxəssis 
günü, sərgi-baxışlar və müxtəlif mədəni kütləvi tədbirlərdən geniş şəkildə isti-
fadə olunur. 
Qeyd etmək lazımdır ki, MKS-lərin biblioqrafik fəaliyyəti təkcə həmin 
sistemin çərçivəsində müvəffəqiyyətlə inkişaf edə bilməz. Başqa elmi 
informasiya orqanları ilə sistemin qarşılıqlı  əlaqəsinin yaradılması 
mərkəzləşdirilmiş sistemdə biblioqrafik xidmətin düzgün təşkilinin ən mühüm 
şərtlərindən biridir.  
Kompüter texnologiyasının kitabxana-biblioqrafiya proseslərinə  tətbiqi, 
internet  əlaqələrinin genişlənməsi, elektron informasiya daşıyıcılarının ildən-
ilə artması MKS-lərdə  də bu işlə  məşğul olan şöbələrin açılması  zərurətini 
yaratmışdır. Yeni açılmış bu şöbələrdə Kitabxana-Biblioqrafiya Proseslərinin 
Avtomatlaşdırılması işi həyata keçirilməklə, kitabxananın imkanlarından daha 
çox oxucunun istifadə etməsinə imkan yaranmışdır (4, s.136-151). 
Ümumiyyətlə, MKS-də mükəmməl biblioqrafik-informasiya xidməti 
təşkil etmək üçün aşağıda göstərilən vəzifələrin yerinə yetirilməsi 
məqsədəuyğun olardı: 
1. Sorğuların ödənilməsinə yönəlmiş dolğun sənəd fondunu 
komplektləşdirmək, kitabxana fondunu bütünlüklə açan kataloq-kartoteka 
sistemini (ənənəvi və elektron) yaratmaq və daim yeniləməklə, kitabxananın 
saytı vasitəsi ilə axtarışı təmin etmək; 
2. Soraq-biblioqrafik nəşrlər fondunu komplektləşdirmək və daim 
yeniləməklə müxtəlif mövzulu biblioqrafik vəsaitlər (göstəricilər, bülletenlər, 
biblioqrafik siyahılar) tərtib etmək; 
3. Kitabxana-biblioqrafiya proseslərinin kompleks şəkildə 
avtomatlaşdırılmasına imkan verən kompüter şəbəkəsini qurmaq və 


96 
təkmilləşdirmək. Elektron biblioqrafik sənəd-informasiya resurslarını 
yaratmaq, mütəmadi olaraq yeniləmək; 
4. Soraq-biblioqrafiya və biblioqrafik-informasiya və sənədlərin elektron 
çatdırılması xidmətini həyata keçirmək. 
 
Ədəbiyyat 
1. 
Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü 
illərdə inkişafı üzrə “Dövlət Proqramı”// Kitabxanaşünaslıq və biblioqrafiya: 
elmi-nəzəri, metodiki və təcrübi jurnal. 2008, № 2, s.6-29. 
2. 
Библиографическая работа в библиотеке:организация и методика/ Под. 
ред. профессора О.П.Коршунова.-Москва, Изд.Книжная Палата, 1990.-251 
с.  
3. 
Хələfоv, A.A. Kitabхanşünaslığa giriş: Dərslik III hissə. Kitabxana işi 
haqqında təlim. Bakı,2003.-313 s. 
4. 
Bayramova, İ.Z. Mərkəzləşdirilmiş kitabxana sistemlərində biblioqrafik 
fəaliyyətin təşkili məsələləri// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, 
metodik və təcrübi jurnal.- № 1(38).-2016.-S.136-151. 
5. 
http://www.azlibnet.az/pdf/mksesasn.pdf. 
6. 
http://anl.az/down/eneneinnovasiyalar.pdf. 
 
 
 
 


97 
ƏLİ BƏY HÜSEYNZADƏNİN ƏDƏBİ ELMİ İRSİNİN MÜHACİRƏT 
DÖVRÜ – BİBLİOQRAFİK TƏHLİL 
 
Vəzufə Hüseynağa qızı Xudiyeva 
M.Füzuli adına AMEA Əlyazmalar İnstitutunun dissertantı 
vazufe@mail.ru 
 
Литературное и научное наследие Али бек Гусейнзаде - библиографический 
анализа цикла миграции  
Резюме:Али бек Гусейнзаде - Памятники панорама научного учреждения, 
необходимо проанализировать библиографический. В общем, многогранный 
спектр творческих полных деталей о богатом наследии того, чтобы 
поговорить с Али бек Гусейнзаде, систематические исследования, чтобы 
предоставлять информацию и библиографические информационные ресурсы 
имеет решающее значение. 
Literary and scientific heritage of the migration cycle analysis bibliographic Ali bey 
Huseynzade 
Abstract: Ali bey Huseynzade - Historical exile panorama of the scientific 
establishment, there is a need to analyze the bibliographic. In general, multi-faceted 
range of creative complete details about the rich heritage of having to talk with Ali 
bey Huseynzade, systematic research to provide information and bibliographic 
information resources is of crucial importance. 
 
Açar sözlər: Əli bəy Hüseynzadə, ədəbi-elmi irsinin mühacirət dövrü, biblioqrafik 
təhlil. 
Ключевые слова: Али бек Гусейнзаде, научный литературного наследия 
периода миграции, библиографический обзор. 
Keywords: Ali bey Huseynzade, scientific literary heritage of the migration period, 
bibliographic review. 
 
Giriş 
Azərbaycan tarixində özünəməxsus və unudulmaz yer tutan, əvəzsiz, 
misilsiz, danılmaz və  əbədiyaşar xidmətləri ilə adı  və xatirəsi daim 
əbədiləşdirilən şəxslərdən biri də məhz Əli bəy Hüseynzadə olub. Azərbaycan-
türk ictimai fikrinin görkəmli nümayəndələrindən biri olan Əli bəy XIX əsrin 
sonu-XX  əsrin  əvvəllərində türk-islam dünyasının yetirdiyi nadir şəxsiyyət, 
dahi mütəfəkkir, bənzərsiz fikir adamı, böyük maarifçi və ictimai xadim kimi 
tanınıb. Dilçi, publisist-jurnalist, rəssam, həkim,  şair, alim, tərcüməçi, 
pedaqoq-müəllim, musiqiçi, filosof, ədəbiyyat tənqidçisi və ideoloq-
ensiklopedist sima olan Ə.Hüseynzadə çoxcəhətli fəaliyyəti ilə  həm 
Azərbaycan, həm də Türkiyə  mədəniyyəti tarixində önəmli yer tutub və 
fəaliyyət göstərdiyi sahələrin hər birində özünəməxsus iz qoyub. Həyatının 33 
ilini vətəni Azərbaycanda, 43 ilini Türkiyədə keçirən  Əli bəy həmçinin 
Azərbaycanda milli özünüdərk prosesinin, türkçülük ovqatının yüksəlməsində 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə