Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə40/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   36   37   38   39   40   41   42   43   ...   74

93 
2. Kitabxananın diyarşünaslıq fondu və ya onun ayrı-ayrı hissələri 
üzrə xülasə-ekskursiya;  
3. Ən əhəmiyyətli müxtəlif diyarşünaslıq nəşrlərinin xülasəsi və s.  
Kitablar haqqında xülasə mövzu və janr üzrə yaxın olan bir neçə əsərin 
xarakteristikasıdır. Xülasədə kitablardan biri haqqında müfəssəl, digərləri 
haqqında qısa məlumat verilir. Tövsiyə siyahısında  əsər haqqında məqalələr, 
resenziyalar göstərilir. Həmçinin haqqında məlumat verilən nəşrlərin oxucular 
tərəfindən necə  əldə edilməsi, yerləşdiyi kitabxanalar, elektron versiyasının 
mövcud olduğu saytlar barədə də məlumat verilir. 
Biblioqrafiya günü - oxucuların biblioqrafik informasiya mədəniyyətinin 
artırılmasının kompleks formasıdır. Günün keçirilməsində məqsəd oxucuların 
marağını  ədəbiyyat axtarışında biblioqrafik mənbələrə, tövsiyə  vəsaitlərinə, 
soraq-biblioqrafiya aparatına yönəltməkdir. Biblioqrafiya günü universal və 
tematik ola bilər. Sərgilərə baxış, kitabxanaya ekskursiya, xülasələr, kitabxana 
dərsləri keçirilir, məlumat nəşrləri, kataloqlar haqqında məsləhətlər verilir (5). 
Hər bir MKS-də  BİX elə  təşkil edilməlidir ki, tələbatçı ona lazım olan 
informasiyanı tam və dolğun  əldə edə bilsin. Müasir dövrdə mövcud 
informasiyalar ənənəvi çap məhsulu ilə yanaşı, eyni zamanda elektron formada 
təqdim olunmaqdadır. Kitabxanalar internet şəbəkəsinə qoşulmaqla oxucular 
üçün ümumaçıq informasiya məkanını formalaşdırır, xidmət prosesində 
elektron sənədlər və elektron kataloqlar, elektron poçt və s. istifadə edirlər.  
Kitabxanada  ənənəvi kitabxana-biblioqrafiya xidmətləri ilə yanaşı, 
internetdən istifadə, müxtəlif təqdimatlar və konfransların keçirilməsi, skaner, 
surətçıxarma və s. əlavə xidmətlərdən istifadə olunur, tammətnli elektron 
nəşrlər hazırlanır. İndi bütün kitabxanaların çox maraqlı dizaynlı, informasiya 
ilə zəngin saytları yaradılmışdır.  
MKS-lərin biblioqrafik xidmətində kitabxanaların saytı xüsusi yer tutur. 
Onlar öz saytlarında istifadəçilərin maraq dairəsinə uyğun olan materialları 
yerləşdirirlər. MKS-in saytında “Yeni ədəbiyyat”, ən çox oxunanlar, elektron 
nəşrlər, müxtəlif sahələr üzrə (tarix, diyarşünaslıq, mədəniyyət və turizm
hərbi-vətənpərvərlik və s.) məlumat bazaları, kitabxanada keçirilən tədbirlər, 
regionda baş verən yeniliklər, mətbuatın xülasəsi (mətn və audio) yerləşdirilir. 
Saytda müəyyən sahənin mütəxəssisləri üçün “Mütəxəssislər üçün”, 
“Mütəxəssislərə kömək”, “Mədəniyyət və incəsənət”, “Kiçik və orta biznes”, 
“Kitabxanaçılar üçün yeni sənədlər” və s. bölmələr yaradıb ixtisasa uyğun 
mövzu siyahıları hazırlayırlar (siyahılar vaxtaşırı  dəyişdirilir) və orada 
mütəxəssislərə yeni ədəbiyyat haqqında yeniliklər öz əksini tapır (5). 
Ənənəvi çap məhsulunu elektron formada hazırlamaq, qorumaq və 
düzgün istiqamətləndirmək üçün hazırda insan fəaliyyətinin bütün sahələrində 
informasiya-kommunikasiya texnologiyalarından geniş şəkildə istifadə olunur. 
Respublikanın ictimai-siyasi və  mədəni həyatında baş verən hadisələrə
əlamətdar günlərə, elm, təhsil, mədəniyyət, incəsənət, iqtisadiyyat, texnika, 
tibb və s. sahələrə aid kitabxanaya daxil olan qəzet və jurnallar araşdırılıb 


94 
məqalələrin analitik yazılışını  və tam mətnini elektron kataloqda 
yerləşdirməklə analitik məlumat bazaları yaradılır. Bununla da həm çap 
formasında (cari biblioqrafik nəşrlər), həm də kitabxananın saytı vasitəsilə 
rəhbər işçilərə, elmi tədqiqatçılara, alim və ziyalılara, müxtəlif sahələrdə 
çalışan mütəxəssislərə, eləcə də geniş ictimaiyyətə operativ məlumat çatdırılır 
(6). 
MKS-də oxuculara göstərilən biblioqrafik xidmət növlərindən biri də 
biblioqrafik informasiya xidmətidir. Biblioqrafik informasiya xidmətinin əsas 
mahiyyəti ondan ibarətdir ki, kitabxanaya daxil olan yeni ədəbiyyat haqqında 
oxuculara müntəzəm və operativ məlumat verilsin. Qeyd etmək lazımdır ki, 
MKS-də fərqləndirilməyən - yəni kütləvi biblioqrafik informasiya xidmətinin 
müxtəlif metodlarından geniş  şəkildə istifadə olunur. Kütləvi biblioqrafik 
informasiya xidmətinin ən geniş yayılmış forması kitabxanaya daxil olan yeni 
ədəbiyyatın məlumat bülletenidir. MKS-də metodiki biblioqrafiya şöbələri 
sistemin vahid fonduna daxil olan yeni ədəbiyyatın məlumat bülleteni 
hazırlamışdır. Məlumat bülletenləri yeni daxil olmuş ədəbiyyatın miqdarından 
asılı olaraq əvvəlki illərdə hər rübdə hazırlanırdı. Son illər sistemə daxil olan 
ədəbiyyatın azlığını nəzərə alaraq ildə bir dəfə kitab fonduna daxil olan yeni 
ədəbiyyatın məlumat bülleteni adı ilə  tərtib olunur. Bülletendə materiallar 
onluq təsnifat üzrə verilir, daxildə isə əlifba qaydasına riayət olunur. Məlumat 
bülleteni bütün kitabxana-filiallara göndərilir.  
MKS-də  tərtib edilən bülletenlərin qarşısında duran tələblər bunlardır: 
məlumatın tamlığı, dəqiq seçmə meyarı, materialların düzülüşündə sistemlilik, 
dəqiq və vahid biblioqrafik təsvir, məlumat annotasiyasının verilməsi, 
bülletenin hər bir buraxılışı üçün “giriş” məqaləsinin olması, yaraşıqlı xarici 
tərtibat və nəhayət kifayət qədər tiraj. 
“Dövlət kütləvi kitabxanalarının mərkəzləşdirilməsi” haqqında 
“Əsasnamə”yə görə, bülletenlərin nəşri bütün MKS-lər üçün vacib hesab 
edilir. 
Mütəxəssis oxuculara biblioqrafik informasiya xidmətinin bir çox 
üsullarından istifadə olunur. Mütəxəssis oxucuları ən çox sırf elmi ədəbiyyat 
maraqlandırır. Bu ədəbiyyatlar isə kitabxanaya az nüsxədə daxil olur və lazım 
olan filialların hamısına göndərilə bilmir. Ona görə bu cür ədəbiyyatı mütəxəs-
sislərin nəzər-diqqətinə çatdırmaq üçün mərkəzi kitabxanada sərgilər təşkil 
edilir. Bu sərgilər filiallarda da nümayiş etdirilir. Bu haqda əvvəlcədən filialın 
işçisi elan vasitəsilə oxculara məlumat verir. Mərkəzi kitabxanada mütəxəssis 
oxuculara biblioqrafik informasiya xidmətini yaxşılaşdırmaq üçün biblioqraf 
kitabxananın komplektləşdirmənin mövzu planı ilə tanış olur ki, il boyu 
şöbəyə daxil olan bütün biblioqrafik sorğulara dair kitabxanada olmayan 
ədəbiyyatın alınması üçün xüsusi səy göstərir (5). 
Bildiyimiz kimi, biblioqrafik icmallar kitabxanalarda kitabın kütləvi 
təbliğinin  ən geniş yayılmış formalarından biridir. Həm mərkəzi 
kitabxanalarda, həm də kitabxana-filiallarda biblioqrafik icmallar keçirilir. 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə