Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə37/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   33   34   35   36   37   38   39   40   ...   74

87 
məsləhətdir. Onlardan biri fərdi və qrup abonentlərin  şəxsi kartotekasında 
yerləşdirilir, digəri isə sifariş edilən mövzuların qeydiyyatı üçün saxlanılır. 
Uçot sənədində  aşağıdakı  məlumatlar verilir: abonentin adı, soyadı, iş yeri, 
vəzifəsi, informasiyanın göndəriləcək ünvanı və mövzunun adı. Uçot sənədini 
əks tərəfində isə informasiyanın göndərilməsi vaxtı, sənədlərin sayı qeyd 
edilir. 
Qrup abonentlərin ucot sənədində isə idarə və təşkilatın tam, dəqiq adı, 
idarə rəhbərinin soyadı, iş telefonu, fəaliyyət sahəsi, yeni mövzuların siyahısı 
verilir. Abonentlər tərəfindən verilən mövzular əlifba-predmet kartotekasında 
qeyd edilir. Hər bir uçot sənədində mövzunun adı, abonentin soyadı  və ya 
idarənin adı öz əksini tapmalıdır. Bu cari xidmət prosesində abonentlərə 
göndəriləcək sorğuların sayını müəyyənləşdirməyə imkan verir. 
Cari biblioqrafik-informasiya işi biblioqraf tərəfindən mövcud mövzular 
üzrə kitabxanaya yeni daxil olan sənədlərin nəzərdən keçirilməsi ilə başlayır. 
MKS-də cari biblioqrafik informasiya xidməti ilə oxu zalının işçiləri və filial-
kitabxanalar məşğul olur ki, bunlara da mərkəzi kitabxananın biblioqrafları 
rəhbərlik edir. Biblioqrafik-informasiya xidmətinin xüsusi kitabxanada həyata 
keçirilməsi bir tərəfdən kitabxananın quruluşundan asılıdırsa, digər tərəfdən 
isə elm və ya elmi-texniki kitabxananın nəzdində informasiya orqanlarının 
mövcudluğu ilə əlaqədardır. 
Ərazi informasiya orqanlarının mövcud olduğu yerlərdə xüsusi 
kitabxananın biblioqrafları müəyyən elm sahələri üzrə elmi-tədqiqat və 
təcrübi-layihələşdirmə  işlərini idarə  və müəssisələrinin mühəndis-kuratorları 
ilə birgə aparırlar. 
Qrup və  fərdi abonentlərə cari biblioqrafik-informasiya xidmətinin 
çatışmayan cəhəti kitabxanalarda informasiya bazasının çox məhdud 
olmasıdır. Çünki abonentlərin tələbatlarını tam və  dəqiq ödəmək üçün 
kitabxana həm də yeni çıxan kitabları, dövri nəşrləri, müxtəlif referativ 
jurnalları almalıdır. Bu isə kitabxananın maddi-texniki bazasından asılıdır. 
İndiki şəraitdə bu problemi aradan qaldırmağın yeganə yolu kitabxanaların bir-
biri ilə  əlaqəli  şəkildə  işləməsidir. Oxucuları yeni ədəbiyyatla tanış etmək 
üsulları kitabxananın  şəraitindən asılı olaraq müəyyənləşdirilir. Biblioqrafik-
informasiyanın kartoçka formasında göndərilməsi daha məqsədəuyğundur. 
Çünki bu abonentlərin özlərinin maraqlandıqları mövzular üzrə  şəxsi 
kartotekalarının yaradılmasına imkan verir. 
Universal və xüsusi kitabxanalarda oxucuları yeni ədəbiyyatla tanış 
etməyin  ən operativ yolu kitabxanaya daxil olan yeni ədəbiyyat siyahılarının 
göndərilməsidir. Bu siyahılar həmçinin kitabxananın ərazisində yerləşən idarə 
və müəssisələrə, məktəblərə göndərilə bilər. 
Müxtəlif idarə  və müəssisələrə göndərilən mövzu üzrə yeni ədəbiyyat 
siyahıları müntəzəm və operativ olmalıdır. Hal-hazırda isə informasiyanın 
operativliyi kitabxanaya daxil olan ədəbiyyatın dövriliyindən asılıdır. Nəzərə 
alsaq ki, bazar iqtisadiyyatına keçid dövründə kitabxanalar ayda yox, ildə bir 


88 
neçə  dəfə  ədəbiyyat ala bilirsə, deməli kitabxananın cari biblioqrafik-
informasiya xidmətinin operativliyi çox aşağı səviyyədədir. 
Hal-hazırda universal kitabxanalarda fərqli xidmətə çox fikir verilir. İlk 
dəfə o, elmi-texniki kitabxana şəbəkələrində tətbiq olunmağa başlamışdır. 
Fərqli xidmətin formasının daha da inkişafı və təkmiləşdirilməsi ölkədə 
informasiya xidməti  şəbəkələrinin yaradılması  və biblioqrafik proseslərə 
avtomatlaşdırma vəsaitələrinin tətbiqi ilə  əlaqədardır. Kitabxanaların 
informasiya xidmətinin mühüm vəzifələrindən biri minimum vaxt sərf etməklə 
istifadəçilərin yeni meydana gələn sənədləri izləmələrinə  şərait yaratmaqdan 
ibarətdir. 
Fərqli xidmətin abonentləri həm ayrı-ayrı mütəxəssislər, həm də bir qrup 
şəxslər ola bilər. Buna müvafiq olaraq fərdi və qrup halında xidmət növləri 
əmələ  gəlir. Fərqli xidmət çox səmərəlidir, lakin olduqca ağır işdir və bütün 
tələbatlara  şamil etməyə imkan vermir. Fərqli xidmətin təşkilində 
müəyyənedici cəhət xidmət olunan mütəxəssislər dairəsini təyin etməkdən 
ibarətdir. Kitabxananın informasiya xidməti birinci növbədə müəssisə və idarə 
rəhbərlərinə, alimlərə  və  əsas istehsalat sahəsinin mütəxəssislərinə aid 
edilməlidir. Kitabxana fərdi və qrup abonentlərinin sayını və onların tərkibini 
öz imkanlarını  nəzərə almaqla müəyyən edir. Məsələn, universal elmi 
kitabxanalarda istifadəçilərin çoxluğuna və onların infomasiya təminatının 
mövzu genişliyinə görə fərqli xidmət imkanı olduqca məhdudlaşır. Ona görə 
bu kitabxanalarda, yeni daxil olan ədəbiyyatın mövzu siyahısını göndərmək 
yolu ilə qrup (kollektiv) xidmət daha geniş yayılmışdır. 
Xüsusi kitabxanalarda fərqli xidmətin abonentləri, idarə və müəssisələrin 
inzibati işçiləri, bölmə  rəhbərləri, qabaqcıl elmi və mühəndis-texniki işçilər, 
əlaqədar  şöbələrin ayrı-ayrı kollektivləri olur. Fərqli xidmətin səmərəliliyi 
abonentlər tərəfindən irəli sürülən sorğularda onların  əsl tələbatlarının dəqiq 
əks olunmasından çox asılıdır. Ona görə kitabxana işçiləri mütəxəssislərin 
tələbatlarını mövzu üzrə deyil, vəzifə, fəaliyyət sahəsi, təhsil hazırlığını nəzərə 
almaqla meydana çıxarmağı bacarmalıdırlar. 
Sorğu vərəqəsində mövzunun olduqca dəqiq, mütəxəssisləri 
maraqlandıran cəhətlər göstərilməklə müəyyənləşdirilməsi vacibdir. Fərqli 
biblioqrafik informasiya xidməti zamanı iki xüsusi kartotekanın yaradılması 
vacibdir. Onlardan biri istifadəçi haqqında informasiyanı (iş yeri, vəzifəsi və 
s.) və sifariş verilən mövzunu göstərən  əlifba kartotekasıdır. Kartoteka 
tələbatçıların uçotunu və  ədəbiyyat haqqında onlara göndərilən bildirişlərin 
uçotunu aparmağa xidmət edir. Sorğuların  əlifba-predmet kartotekası olan 
ikinci kartoteka mövzuların adları  və  həmin mövzularla maraqlanan 
abonentlərin siyahıları qeyd olunan kartoçkalardan ibarətdir. Onun yardımı ilə 
hər bir mövzu üzrə ədəbiyyat seçilir və informasiya göndərilməsi lazım olan 
abonentlər müəyyənləşdirilir. 
Ədəbiyyatın seçilməsi, bir qayda olaraq yeni daxil olan materialların 
nəzərdən keçirilməsi yolu ilə yerinə yetirilir. Biblioqraf təkcə kitabları deyil, 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə