Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə35/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   31   32   33   34   35   36   37   38   ...   74

82 
4. 
Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında. I və II c./ 
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Bakı: Nurlar, 
2007.-820s. 
5. 
İsmayılov, X.İ Azərbaycan Respublikasında kitabxana işinin metodik təminatı 
sisteminin inkişafı tarixi.- B.: Bakı Universiteti nəşriyyatı, 2000.- 415s. 
6. 
İsmayılov, X.İ Kitabxana və informasiya texnologiyaları: Dərs vəsaiti.- 
B.: Nurlan Nəşriyyatı Poliqrafiya Mərkəzi, 2009.- 312s. 
7. 
İsmayılov, X.İ. Kitabxana menecmentinin əsasları: Dərs vəsaiti.-B.: BUN, 
2005.-199 s. 
8. 
İsmayılov, X.İ. Kitabxanaların idarə edilməsinin müasir problemləri: 
Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, metodik və təcrübi jurnal.-
2009.-№1.-s.27-39. 
9. 
“Kitabxanaların fəaliyyəti haqqında” statistik müayinənin nəticələri barədə. 
Statistik bülleten. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi.-B., 
2009.-88 s.  
10.  Məmmədov, Z.S. Regionların iqtisadi inkişaf problemləri.-B.: Elm, 2007.- 465 
s. 
11.  Müstəqil Azərbaycan 10 il.-B.: Səda, 2001.-698. 
 
 
 
 
 
 
 
 


83 
MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİNDƏ 
BİBLİOQRAFİK-İNFORMASİYA XİDMƏTİNİN TƏŞKİLİ 
 
İradə Bayramova 
Biblioqrafiyaşünaslıq kafedrasının müəllimi, 
tarix üzrə fəlsəfə doktoru 
irade8@rambler.ru
 
 
Организации библиографического-информационного обслуживания в ЦБС  
Резюме: В статье анализируется библиографического–информационного 
обслуживания в ЦБС. А так же в статье изучено методы использование 
информационно коммуникативных технологий в библиографических процессах. 
Organization of bibliographical-information service of readers in CLS 
Abstact: In article, is analyzed the bibliographic-information service of readers in 
CLS. Also in article are learned methods of using of information communication 
technologies in bibliographic process. 
 
Açar sözlər: Kitabxana-informasiya təminatı; informasiya resursları; kitabxana 
fondu; metodik mərkəz. 
Ключевые слова:Библиотечно-информационное обеспечение; информационные 
ресурсы; библиотечный фонд; методический центр. 
Keywords: Library-information provision; information resources; the library fond; 
methodical center. 
 
Giriş 
Müasir dövrdə  əhalinin gündən-günə artan informasiya tələbatının 
ödənilməsi və keyfiyyətinin yüksəldilməsi, milli-mənəvi dəyərlərin, elmin, 
mədəniyyətin inkişafı kitabxanaların qarşısına informasiya cəmiyyətinin 
tələbləri səviyyəsinə yüksəlməyi mühüm bir vəzifə kimi qoymuşdur. Son 
dövrlərdə kitabxanaların inkişaf istiqamətləri və bu sahəyə dövlət qayğısı 
bunun bariz nümunəsidir. 
Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli, 3072 
nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-
informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” 
cəmiyyətin informasiya tələbatının həyata keçirilməsində kitabxanaların 
rolunu yüksək qiymətləndirmişdir (1).  
Biblioqrafik xidmətdə  Mərkəzləşdirilmiş Kitabxana Sistemləri (MKS) 
bilavasitə mühüm rol oynayır. Mərkəzləşdirilmiş Kitabxana Sistemi yeni tipli 
kitabxana müəssisəsiolub, struktur cəhətdən bütöv, ümumi fond və vahid 
texnologiya  əsasında fəaliyyət göstərən, bir-biri ilə üzvi şəkildə qarşılıqlı 
əlaqədə olan kitabxanaların və kitabxana birliklərinin məcmusudur. Bu sistem 
ayrı-ayrılıqda fəaliyyət göstərən xırda kitabxanaların mexaniki birliyi yox
insanların təhsilində, tərbiyəsində, mədəni inkişafında, informasiya 


84 
təminatında yaxından iştirak edən ölkə miqyasında kitabxana xidmətini həyata 
keçirən keyfiyyətcə yeni orqanizmdir (3, s.210-211). 
MKS-də biblioqrafik fəaliyyətin təşkili dedikdə, bütün biblioqrafik 
vasitələrdən istifadə etməklə, kitabxananın öz vəzifələrini müvəffəqiyyətlə 
yerinə yetirilməsinə yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi 
nəzərdə tutulur (2, s.4). 
Kitabxanalarda aparılan biblioqrafik işin keyfiyyətcə yeni səviyyəyə 
qaldırılması tələbi, biblioqrafik işin əsas vəzifəsi olan geniş oxucu kütləsinin 
sorğularına operativ cavab vermək, oxucuların biblioqrafik 
maarifləndirilməsinə kömək etmək məsələləri ilə  əlaqədar, kitabxana 
fondlarında toplanan mədəni xəzinə, elmi-texniki yeniliklər, cari və 
retrospektiv faktları özündə əks etdirən kitablar, həmçinin digər çap məhsulları 
geniş  şəkildə  təbliğ edilməlidir. Bu işdə  Mərkəzləşdirilmiş Kitabxana 
Sistemlərinin (MKS) işi əvəzedilməzdir.  
MKS-in tərkibinə şəhər (rayon) Mərkəzi kitabxanası, şəhər (rayon) uşaq 
kitabxanası,  şəhər kitabxana filialları, qəsəbə kitabxana filialları, kənd 
kitabxana filialları daxildir. MKS-in fəaliyyətinin predmeti informasiya, elm, 
mədəni-maarif və təhsil işidir. Bu isə ilk növbədə fondların formalaşdırılması, 
elmi cəhətdən işlənməsi və mühafizəsi, kitabxanalardan istifadə edənlərə 
kitabxana-informasiya və biblioqrafiya xidmətinin göstərilməsi, 
kitabxanalararası  və beynəlxalq abonementin təşkili, kitabxanaların elmi və 
metodik təminatını özündə əks etdirir. MKS özünün əsas fəaliyyətinə və onun 
məqsədlərinə müvafiq olaraq, fondların komplektləşdirilməsini, 
sistemləşdirilməsini, elmi və texniki cəhətdən işlənməsini, qorunub 
saxlanılmasını, fondlardan istifadə edilməsini həyata keçirməklə informasiya 
tələbatçılarına kitabxana, informasiya, biblioqrafiya xidmətini təşkil edir. 
Fonda daxil olan kitablardan, digər mətbuat nümunələrindən, səs yazılarından, 
habelə müxtəlif informasiya daşıyıcılarından əhalinin kütləvi istifadəsini təşkil 
etməklə, informasiya və soraq biblioqrafiya işləri aparır.  Ənənəvi, habelə 
elektron kataloq və kartotekaları, informasiyanın  əks etdirilməsi, axtarışı  və 
istifadəsi üçün elektron vasitələri  əhatə edən informasiya-axtarış sistemini 
yaradır və onu daim təkmilləşdirir. MKS biblioqrafik göstəriciləri və 
informasiya nəşrlərini həm müstəqil  şəkildə, həm də başqa müəssisələrlə 
birlikdə hazırlayır və  nəşr etməklə kitabxanalara metodik məsləhətlər verir. 
MKS-in əsas məqsədi əhalinin informasiyadan və sənədlərdən istifadə etmək 
imkanını, milli və dünya mədəniyyətinin nailiyyətləri ilə tanış olmasını təmin 
etməkdir. 
Əsas hissə 
MKS-lər  əhalinin bütün təbəqələrinə informasiya xidmətini həyata 
keçirməklə  cəmiyyətin informasiyaya olan tələbatını  təmin edir. Vahid kitab 
fondunun, respublika və xarici ölkələrin kitabxanaları arasında məlumat-
biblioqrafiya və kitabxana işini  əlaqələndirmək, inkişaf etmiş  cəmiyyətdə 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə