Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə34/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   30   31   32   33   34   35   36   37   ...   74

80 
“Regionların sosial-iqtisadi inkişafı üzrə” Dövlət Proqramı çərçivəsində 
Şəki-Zaqatala  İqtisadi rayonu üzrə prioritet sahələr kimi efir yağları olan 
bitkilərin yetişdirilməsi və emalının təşkili müəyyən edilmişdir. Lakin bunu 
bəyan etməklə yanaşı, biznesi təşviq edən tədbirlərin görülməsi də vacibdir. 
Bölgənin inkişaf proqramı  kənd təsərrüfatı  məhsullarının, o cümlədən 
taxılçılıq, tütünçülük, ipəkçilik, meyvəçilik, arıçılıq, tərəvəzçilik, gülçülük
həmçinin heyvandarlıq məhsullarının istehsalı  və emalının genişləndirilməsi 
üçün bir sıra tədbirləri planlaşdırır. Mövcud potensiala əsasən  ənənəvi 
sənətkarlığın inkişafı üzrə tədbirlərin həyata keçirilməsi də davam etdirilir. [5; 
6; 7] 
Şəki-Zaqatala iqtisadi rayonunda turizmin böyük inkişaf potensialı 
mövcuddur. Ona görə  də hazırda turizm və istirahət zonalarında müvafiq 
infrastrukturun yaradılması üzrə lazımi işlər yerinə yetirilir. Turizm potensialı 
olan rayonlarıda turizm fəaliyyətini dəstəkləmək məqsədilə yerli və xarici 
sərmayələrin cəlb edilməsi və təşviqi üzrə işlər aparılır. 
Qeyd etmək lazımdır ki, respublikamızda sahibkarlığın inkişafı 
məqsədilə 
işgüzar fəaliyyəti tənzimləyən prosedur və qaydalar 
liberallaşdırılmışdır. Gəlirə görə verginin məbləği 22%-dən 20%-ə, fiziki 
şəxslərin gəlir vergisi isə 35%-dən 30%-ə qədər azaldılmışdır. Kiçik biznesin 
nümayəndələri sadələşdirilmiş vergi sistemi ilə işləyirlər, vergilərin rübdə bir 
dəfə ödənilməsi imkanı yaradılmışdır. Elektron xidmətlərin tətbiqi 
genişləndirilir, biznesin “bir pəncərə” prinsipi ilə qeydiyyatı sistemi tətbiq 
olunmaqdadır. Biznesin onlayn qeydiyyatına başlanılmış  və elektron hesab-
faktura tətbiq edilmişdir. Kənd təsərrüfatının inkişafını  dəstəkləmək üçün 
istehsalçılar 2014-cü ilə  qədər torpaq vergisindən başqa, digər vergilərdən 
azad edilmişlər. Həyata keçirilmiş tədbirlər nəticəsində ölkənin sosial-iqtisadi 
inkişafında özəl sektorun xüsusi çəkisi 80%-dən yuxarı  təşkil edir. Bununla 
belə, Şəki-Zaqatala bölgəsinin iqtisadi inkişaf potensialı tam istifadə edilmir. 
Lakin iqtisadi fəallığın yüksəlişi ilə  əlaqədar onun inkişafının  şahidi oluruq. 
[11, s.599] 
Beləliklə, Azərbaycan Respublikasının 
Şəki-Zaqatala 
İqtisadi 
regionunun sosial-iqtisadi və  mədəni infrastrukturu ölkəmizin inkişafının 
ümumi fonunda özünəməxsus səmərəli inkişaf xətti ilə  əlamətdardır. 
Azərbaycan dövlətinin ayrılmaz tərkib hissəsi, milli-mənəvi dəyərlərin 
qorunub-saxlanılması  və inkişaf prosesində  əhəmiyyətli rola malik olan, 
təbiəti, ekoloji-coğrafi xüsusiyyətləri etibarilə respublikamızda turizm mərkəzi 
kimi mühüm spesifikaya malik olan Şəki-Zaqatala iqtisadi regionunun sosial-
iqtisadi və  mədəni infrastrukturunun əsas göstəriciləri sırasında mədəniyyət 
təsisatları, xüsusilə, kitabxanalar, klublar, mədəniyyət evləri, arxivlər
muzeylər özünəməxsus yer tutur. 
Xüsusilə, regionun əhalisinin etnik tərkibi xalqımızın çoxəsrlik tarixinin 
ayrılmaz tərkib hissəsi, vahid milli Azərbaycan mədəniyyətinin formalaşması 
prosesinin fəal iştirakçısı, ölkəmizdə tolerant multikultural mühitin bərqərar 


81 
olmasının  əsas subyektlərindən biri kimi xarakterizə edilir. Bu aspektdə 
regionda yaşayan  əhalinin tarixi-milli xüsusiyyətləri, mental xarakteri, adət-
ənənələri, mənəvi-əxlaqi xüsusiyyətləri etibarilə vahid informasiya məkanı 
mühitində informasiya tələbatının öyrənilməsi, bu tələbatın optimal 
ödənilməsi yollarının üzə  çıxarılması, sənəd ehtiyatlarının  əhalinin etnik 
tərkibi üzrə paylanması qanunauyğunluqlarının müəyyənləşdirilməsi milli 
kitabxanaşünaslıq elmi qarşısında olduqca aktual məsələ kimi dayanır. 
Azərbaycan Respublikasının  Şəki-Zaqatala iqtisadi regionunun 
kitabxana-informasiya təminatı sisteminin əsaslarının müəyyənləşdirilməsi, 
kitabxana  şəbəkələrinin işinin öyrənilməsi, mədəni-maarif müəssisələrinin 
region  əhalisinin informasiya təminatında yerinin araşdırılması  və bütün 
bunların ölkənin ümumi sosial-iqtisadi və mədəni durumu fonunda müqayisəli 
şərhinin verilməsi kitabxanaşünas mütəxəssilər qarşısında ciddi elmi-nəzəri 
vəzifədir. 
Respublikamızda regionların inkişafına ümumdövlət qayğısı nəticəsində 
Şəki-Zaqatala iqtisadi rayonunda sosial-iqtisadi və  mədəni infrastrukturun 
inkişafı yeni tarixi mahiyyət kəsb etməyə başlamış, müasir cəmiyyətin qarşıya 
qoyduğu tələblər müstəvisində yeni mütərəqqi prioritetlər ortaya çıxmışdır. 
Xüsusilə, respublikamızda informasiyalaşdırılmış  cəmiyyətin bərqərar olması 
prosesinə regionların sürətli töhvələri artmış, belə bir qabacıl prosesdə  Şəki-
Zaqatala iqtisadi regionunun rolu yeni mahiyyət kəsb etməyə başlamışdır. 
Regionun ölkədə informasiyalaşdırılmış 
cəmiyyət quruculuğu 
prosesində iştirakının spesifik cəhətləri, kitabxana-informasiya müəssisələrinin 
işinin təşkili, mədəni-maarif təsisatlarının fəaliyyəti,  əhalinin informasiya 
tələbatına müvafiq səmərəli xidmətin təşkili problemlərinin öyrənilməsi geniş 
aktuallığı ilə qarşıda dayanmışdır. 
Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət 
təhlükəsizliyi və müdafiə qabiliyyəti müstəvisində, ölkənin mühüm tərkib 
hissəsi, yüksək geosiyasi parçası, vahid Azərbaycan xalqını  təşkil edən 
əhəmiyyətli multikultural ocaqlarından biri olan Şəki-Zaqatala iqtisadi 
regionunun sosial-iqtisadi və mədəni infrastrukturunun əsasları ölkənin ümumi 
sosial-iqtisadi və mədəni sisteminin əsasları fonunda spesifik mahiyyət daşıyır. 
 
Ədəbiyyat 
1. 
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət 
Proqramı” (2004-2008-ci illər) // Azərbaycan.- təsdiq edilməsi.-2004.-11 fevral  
2. 
Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında: 
Azərbaycan Respublikası Prezidentinin sərəncamı // Azərbaycan.-2007.-21 
aprel 
3. 
“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü 
illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan 
Respublikası Prezidentinin sərəncamı// Respublika.-2008.-7 oktyabr. 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə