Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə42/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   38   39   40   41   42   43   44   45   ...   74

98 
böyük rolu olan, “Türkləşmək,  İslamlaşmaq, Müasirləşmək” ideyasının, 
“Füyuzat” ədəbi məktəbinin banisi olub. 
Məsələnin qoyuluşu 
Türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül 
tapmasında mühüm rol oynayan Əli bəy Hüseynzadənin çoxşaxəli 
yaradıcılığını - məqalələrini, məktublarını, bədii əsərlərini, məruzələrini, rəsm 
əsərlərini daha sistemli tədqiq etmək, öyrənmək, bir yerə toplamaq və geniş 
istifadəçi kütləsi üçün əlçatan etmək istəyi biblioqrafik resurs yaranması 
zərurətini ortaya çıxarır.  
Məsələnin həlli 
Parlaq istedadını yaradıcılığının müxtəlif istiqamətlərdə biruzə verən Əli 
bəy Hüseynzadənin ilk mətbu yazısı olan “Ömər Xəyyam” (1893-cü ildə 
Bodeştedin “Ömər Xəyyam” məqaləsini almancadan tərcümə edib) Abdullah 
Cövdətin “Ramazan bağçası” dərgisində A.H-zadə imzasıyla, ilk mənzum 
əsərləri Səlyani imzasıyla “Məlumat” və “ İrtika” qəzetlərində  dərc 
olunmuşdu. 
İstanbul Universitetinin “Əskəri-Tibbiyyə” fakültəsinin tələbəsi olan 
(1891-ci il) gənc Əli bəy tələbələr arasında öz istedadı ilə fərqlənmiş və Qərb 
fəlsəfəsini,  ədəbiyyatını  və  mədəniyyətini tanıtdırmaqda aparıcı bir qüvvəyə 
çevrilmişdir. 1893-cü ildə  “Əski Tibbiyyə”  şeirini yazmışdır. Həmçinin  ədib 
Henrix Heyneden “Gecələyin vapur kamarasında”  şeirini, Hötenin 
“Faust”undan bir parçanı yenə  də alman dilindən türkcəyə  tərcümə edib 
“Məlumat” məcmuəsində  dərc etdirmişdi. Farscadan bizə  bəlli olmayan bir 
parçaya, yunancadan Esxilin “Zəncirlənmiş Prometey”indən qismən 
tərcümələrinə də Əli bəy tələbəlik illərində imza atmışdır. Miltonun “İtirilmiş 
cənnət”, Exsilin “Zəncirlənmiş Prometey”, Homerin “İliada”,  Şillerin 
“Kəfalət, yaxud vəfakar dostlar”, Firdovsinin “Şahnamə”  əsərlərinin bəzi 
parçalarını ingilis, alman, yunan, fars dillərindən tərcümə edən Hüseynzadə, 
eyni zamanda, ərəb, rus, çin dillərindən də tərcümələrin müəllifidir. Qahirədə 
çıxan “Türk” qəzetində isə XVIII əsr rus şairi Derjavinin bir şeirini tərcümə 
edib türk dilində çap etdirmişdir. 
İstanbul darülfünunu dermotoloq ixtisası üzrə bitirən  Ə.Hüseynzadə 
(1895-1897-ci illər) Heydərpaşa  əsgəri xəstəxanasında dəri mütəxəssisi, 
Türkiyə-Yunanıstan müharibəsi zamanı – Tesaliya savaşında (1897-1900) 
həkim olaraq çalışmışdır. Qeyd etmək lazımdır ki, tibb sahəsində  də 
əhəmiyyətli çalışmaları olan Əli bəy “Ensiklopedik tibb lügəti”, “Siflis”, 
“Vəba və mikrobu” (1902-ci ildə M.Rəfi ilə birlikdə  nəşr olunub) adlı 
əsərlərini də  qələmə almışdır. 1916-cı ildə doktor Əli bəy Hüseynzadənin 
“Tekanüsi-nüfus məsələsi.  Əmrazi zöhrəviyyə” adlı iri həcmli elmi məqaləsi 
“Tanin” qəzetinin 15 iyul - 15 avqust saylarında dərc olunub.  
1892-ci ildə yazılmış “Turan” mənzuməsi, 1917-ci ildə Budapeştdə nəşr 
olunan “Turan” dərgisində Gyula Meszaroosun tərcüməsi ilə macar 
oxucularına təqdim olunmuşdu. Bunu da qeyd etmək lazımdır ki, bu 


99 
tərcümələrin  əksəriyyəti sonralar Əli bəy Hüseynzadə Bakıda “Füyüzat” 
jurnalının redaktoru olduğu zaman yenidən həmin məcmuənin müxtəlif 
nömrələrində eynilə çap olunmuşdur. 
Əli bəy Hüseynzadə “Turan” mənzuməsini 1904-cü ildə yazdığı 
“Məktubi məxsus”a əlavə edərək Misirdə çıxan “Türk” qəzetinə göndərsə də, 
şeir o zaman qəzetdə dərc olunmamışdı. Həmin parçanı Yusif Akcura 1928-ci 
ilə nəşr etdirdiyi “Türkcülüyün tarixi” əsərinə daxil etmişdir. 
Əli bəy poetik yaradıcılığının zirvəsində dayanan “Hali-Vətən”  şeirini 
iki versiyada yazıb: “Hali –Vətən” və “Yurd qayğusu”. 
“Hali-Vətən” ilk dəfə 1904-cü ildə Misirdə  çıxan “Türk” qəzetinin 24 
noyabr tarixli 56-cı sayında, 1906-cı ildə Bakıda “Dəbistan” jurnalının 16-cı 
sayında, 1909-cu ildə “Füyüzat” qiraət kitabında, 1912-ci ildə  əvvəl “Türk 
yurdu” dərgisində, sonra “Tərcümani-həqiqət” qəzetində, yenə  də  həmin il 
İstanbulda “Tanin” qəzetinin 1491-ci sayında dərc olunub. 
Ə.Hüseynzadənin Türkiyədəki fəaliyyətinin doğurduğu ən görkəmli fikir 
ocaqlarından biri “Türk yurdu” məcmuəsidir. Jurnalın əsas məqsəd və məramı 
haqqında məcmuənin bütün nömrələrinin ilk səhifəsində başlıqda qeyd 
edilmişdir: “Türklüyə xidmət etmək, türklərə fayda vermək”. Məcmuədə 
türkçülük ideyaları ilə  aşılanmış yazılara geniş yer verilirdi. 20 il fəaliyyət 
göstərən bu məcmuə türkçülüyün inkişafında yeni mərhələ idi. 
Jurnal vaxtilə yasaq edilmiş mövzuları üzə  çıxarır, türkün mənşəyini, 
mədəniyyətini, əzəmətini tanıdan türk tarixinin yazılması fikrini müdafiə edir. 
Milli qayğılar ilə sosial mühit arasındakı münasibətləri türkçülük çərçivəsində 
həll edir. Türkçülüyün müxtəlif cərəyanlara - islamçılığa, avropalaşmağa 
münasibəti araşdırılır. 
“Türk yurdu” məcmuəsi Türkiyədə rusiyalı mühacirlərin (Ə.Ağaoğlu, 
Y.Akçuraoğlu,  Ə.Hüseynzadə) rəhbərliyi altında nəşr olunmuşdur. Jurnalın 
əsas rolu Türkiyədəki oxucularına bütün türk aləmini tanıtmasında idi. 
1915-ci ilin 25 iyulunda Əli bəy Hüseynzadə Rusiyada Sakin Müsəlman 
və Tatarların Hüququnu Müdafiə Komitəsinin (“Turan Heyəti”) 
Nizamnaməsini yazır. Bu nizamnamə  və memorandum Vyanada “Rusiyada 
sakin Müsəlman Türk və Tatarların hüququnu müdafiə komitəsinin 
Nizamnaməsi” və “Rusiyada sakin müsəlman Türk əhalinin hüququnu 
Müdafiə Komitəsinin Memorandumu” adı ilə dərc olunub. 
Birinci dünya müharibəsinin sonunda Rusiyanın dağılması 
gözləndiyindən, Türkiyədə Rusiya müsəlmanlarının gələcək taleyini 
müəyyənləşdirmək məqsədilə onların hüquqlarını müdafiə  cəmiyyəti 
yaradılmışdır. 1915-1916-cı illərin əvvəllərində “İttihad” təşkilatının tapşırığı 
ilə  Ə.Hüseynzadə buxaralı Müqimiddin, Y.Akçuraoğlu və başqa ittihadçı 
yoldaşları ilə “Turan” adlanan kiçik nümayəndə heyətinin tərkibində  Qərbi 
Avropanın bir neçə ölkəsinə gedir. 
Həmin təşkilatın göstərişi ilə onun tərtib etdiyi “Rusiya müsəlmanlarının 
tələbləri” adlı kitabça Budapeştdə alman dilində  nəşr olunmuşdur. Bu 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə