98
böyük
rolu olan, “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” ideyasının,
“Füyuzat” ədəbi məktəbinin banisi olub.
Məsələnin qoyuluşu
Türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül
tapmasında mühüm rol oynayan Əli bəy Hüseynzadənin çoxşaxəli
yaradıcılığını - məqalələrini, məktublarını,
bədii əsərlərini, məruzələrini, rəsm
əsərlərini daha sistemli tədqiq etmək, öyrənmək, bir yerə toplamaq və geniş
istifadəçi kütləsi üçün əlçatan etmək istəyi biblioqrafik resurs yaranması
zərurətini ortaya çıxarır.
Məsələnin həlli
Parlaq istedadını yaradıcılığının müxtəlif istiqamətlərdə biruzə verən Əli
bəy Hüseynzadənin ilk mətbu yazısı olan “Ömər Xəyyam” (1893-cü ildə
Bodeştedin “Ömər Xəyyam” məqaləsini almancadan tərcümə edib)
Abdullah
Cövdətin “Ramazan bağçası” dərgisində A.H-zadə imzasıyla, ilk mənzum
əsərləri Səlyani imzasıyla “Məlumat” və “ İrtika” qəzetlərində dərc
olunmuşdu.
İstanbul Universitetinin “Əskəri-Tibbiyyə” fakültəsinin tələbəsi olan
(1891-ci il) gənc Əli bəy tələbələr arasında öz istedadı ilə fərqlənmiş və Qərb
fəlsəfəsini, ədəbiyyatını və mədəniyyətini tanıtdırmaqda aparıcı bir qüvvəyə
çevrilmişdir. 1893-cü ildə “Əski Tibbiyyə” şeirini yazmışdır. Həmçinin ədib
Henrix Heyneden “Gecələyin vapur kamarasında” şeirini, Hötenin
“Faust”undan bir parçanı yenə də alman dilindən
türkcəyə tərcümə edib
“Məlumat” məcmuəsində dərc etdirmişdi. Farscadan bizə bəlli olmayan bir
parçaya, yunancadan Esxilin “Zəncirlənmiş Prometey”indən qismən
tərcümələrinə də Əli bəy tələbəlik illərində imza atmışdır. Miltonun “İtirilmiş
cənnət”, Exsilin “Zəncirlənmiş Prometey”, Homerin “İliada”, Şillerin
“Kəfalət, yaxud vəfakar dostlar”, Firdovsinin “Şahnamə” əsərlərinin bəzi
parçalarını ingilis, alman, yunan, fars dillərindən tərcümə edən Hüseynzadə,
eyni zamanda, ərəb, rus, çin dillərindən də tərcümələrin müəllifidir. Qahirədə
çıxan “Türk” qəzetində isə XVIII əsr rus şairi Derjavinin
bir şeirini tərcümə
edib türk dilində çap etdirmişdir.
İstanbul darülfünunu dermotoloq ixtisası üzrə bitirən Ə.Hüseynzadə
(1895-1897-ci illər) Heydərpaşa əsgəri xəstəxanasında dəri mütəxəssisi,
Türkiyə-Yunanıstan müharibəsi zamanı – Tesaliya savaşında (1897-1900)
həkim olaraq çalışmışdır. Qeyd etmək lazımdır ki, tibb sahəsində də
əhəmiyyətli çalışmaları olan Əli bəy “Ensiklopedik tibb lügəti”, “Siflis”,
“Vəba və mikrobu” (1902-ci ildə M.Rəfi ilə birlikdə nəşr olunub) adlı
əsərlərini də qələmə almışdır. 1916-cı ildə doktor Əli bəy Hüseynzadənin
“Tekanüsi-nüfus məsələsi. Əmrazi zöhrəviyyə” adlı iri həcmli elmi məqaləsi
“Tanin” qəzetinin 15 iyul - 15 avqust saylarında dərc olunub.
1892-ci ildə yazılmış “Turan” mənzuməsi, 1917-ci
ildə Budapeştdə nəşr
olunan “Turan” dərgisində Gyula Meszaroosun tərcüməsi ilə macar
oxucularına təqdim olunmuşdu. Bunu da qeyd etmək lazımdır ki, bu
99
tərcümələrin əksəriyyəti sonralar Əli bəy Hüseynzadə Bakıda “Füyüzat”
jurnalının redaktoru olduğu zaman yenidən həmin məcmuənin müxtəlif
nömrələrində eynilə çap olunmuşdur.
Əli bəy Hüseynzadə “Turan” mənzuməsini 1904-cü ildə yazdığı
“Məktubi məxsus”a əlavə edərək Misirdə çıxan “Türk” qəzetinə göndərsə də,
şeir o zaman qəzetdə dərc olunmamışdı. Həmin parçanı Yusif Akcura 1928-ci
ilə nəşr etdirdiyi “Türkcülüyün tarixi” əsərinə daxil etmişdir.
Əli bəy poetik yaradıcılığının zirvəsində dayanan “Hali-Vətən” şeirini
iki versiyada yazıb: “Hali –Vətən” və “Yurd qayğusu”.
“Hali-Vətən” ilk dəfə 1904-cü ildə Misirdə çıxan “Türk” qəzetinin 24
noyabr tarixli 56-cı sayında, 1906-cı ildə Bakıda “Dəbistan” jurnalının 16-cı
sayında, 1909-cu ildə “Füyüzat” qiraət kitabında, 1912-ci ildə əvvəl “Türk
yurdu” dərgisində, sonra “Tərcümani-həqiqət” qəzetində,
yenə də həmin il
İstanbulda “Tanin” qəzetinin 1491-ci sayında dərc olunub.
Ə.Hüseynzadənin Türkiyədəki fəaliyyətinin doğurduğu ən görkəmli fikir
ocaqlarından biri “Türk yurdu” məcmuəsidir. Jurnalın əsas məqsəd və məramı
haqqında məcmuənin bütün nömrələrinin ilk səhifəsində başlıqda qeyd
edilmişdir: “Türklüyə xidmət etmək, türklərə fayda vermək”. Məcmuədə
türkçülük ideyaları ilə aşılanmış yazılara geniş yer verilirdi. 20 il fəaliyyət
göstərən bu məcmuə türkçülüyün inkişafında yeni mərhələ idi.
Jurnal vaxtilə yasaq edilmiş mövzuları üzə çıxarır, türkün mənşəyini,
mədəniyyətini, əzəmətini tanıdan türk tarixinin yazılması fikrini müdafiə edir.
Milli qayğılar ilə sosial mühit arasındakı münasibətləri türkçülük çərçivəsində
həll edir. Türkçülüyün müxtəlif cərəyanlara - islamçılığa, avropalaşmağa
münasibəti araşdırılır.
“Türk yurdu” məcmuəsi Türkiyədə rusiyalı mühacirlərin (Ə.Ağaoğlu,
Y.Akçuraoğlu, Ə.Hüseynzadə) rəhbərliyi altında nəşr olunmuşdur. Jurnalın
əsas rolu Türkiyədəki oxucularına bütün türk aləmini tanıtmasında idi.
1915-ci ilin 25 iyulunda Əli bəy Hüseynzadə Rusiyada
Sakin Müsəlman
və Tatarların Hüququnu Müdafiə Komitəsinin (“Turan Heyəti”)
Nizamnaməsini yazır. Bu nizamnamə və memorandum Vyanada “Rusiyada
sakin Müsəlman Türk və Tatarların hüququnu müdafiə komitəsinin
Nizamnaməsi” və “Rusiyada sakin müsəlman Türk əhalinin hüququnu
Müdafiə Komitəsinin Memorandumu” adı ilə dərc olunub.
Birinci dünya müharibəsinin sonunda Rusiyanın dağılması
gözləndiyindən, Türkiyədə Rusiya müsəlmanlarının gələcək taleyini
müəyyənləşdirmək məqsədilə onların hüquqlarını müdafiə cəmiyyəti
yaradılmışdır. 1915-1916-cı illərin əvvəllərində “İttihad” təşkilatının tapşırığı
ilə Ə.Hüseynzadə buxaralı Müqimiddin, Y.Akçuraoğlu və başqa ittihadçı
yoldaşları ilə “Turan” adlanan kiçik nümayəndə heyətinin tərkibində Qərbi
Avropanın bir neçə ölkəsinə gedir.
Həmin təşkilatın göstərişi ilə onun tərtib etdiyi “Rusiya müsəlmanlarının
tələbləri” adlı kitabça Budapeştdə alman dilində nəşr olunmuşdur. Bu