105
xəritə [Xəritə] /Ə.V.Məmmədov [və b.]; AMEA, Coğrafiya İn-tu; Azərb.
Resp. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi.- Bakı: Bakı kartoqrafiya
fabriki, 2012.- 1 xəritə; 100x120 sm. Belə mənbələr diyarın
iqtisadi-coğrafi
səciyyəsini aşağıdakı parametrlər üzrə əks etdirir: iqtisadi-coğrafi vəziyyət,
təbii ehtiyatlar və onların təsərrüfat əhəmiyyəti, əmək ehtiyatları, təsərrüfatın
ümumi səciyyəsi və quruluşu, qabaqcıl təsərrüfat sahələrinin təhlili və s. Bu
vəsaitlər əsasən yuxarı sinif şagirdləri üçün nəzərdə tutulsa da, onlardan müəl-
limlər, diyarşünaslıqla məşğul olanlar,
yerli ali məktəb tələbələri, ilk növbədə
pedaqoji universitet tələbələri də istifadə edə bilərlər. Buna görə də müvafiq
biblioqrafik vəsaitlərin tərtibində bunu nəzərə almaq lazımdır. Ümumiyyətlə,
müasir dövrdə tədrisin diyarşünaslıq aspekti daha da genişlənir.
Diyarşünaslıq sənədləri arasında istehsalat ədəbiyyatı xüsusi qrup təşkil
edir. Belə nəşrlərdə diyarda aparılan praktiki işlər, eləcə də fəaliyyətinin
təşkilati məsələləri haqqında informasiya istifadəçilərə çatdırılır.
Bunlar
diyarın bütünlükdə təsərrüfatı, onun ayrı-ayrı sahələri haqqında, əldə edilən
nailiyyətlər, inkişaf perspektivləri, sənaye iqtisadiyyatı, istehsalın təşkili, onun
mexanikləşdirilməsi və avtomatlaşdırılması haqqında çap əsərlərindən
ibarətdir. İstehsalat ədəbiyyatı hər şeydən əvvəl diyarın iqtisadi vəziyyəti
haqqında ətraflı məlumatı özündə əks etdirir. Bu ədəbiyyatın bir qismi
ixtiraçıların, yenilikçilərin iş təcrübəsinə həsr olunur. Belə nəşrlərin əsas
məqsədi əməyin yeni forma və üsullarını təbliğ edib yaymaqla yanaşı,
tərbiyəvi funksiyasını da yerinə yetirməkdir. Məsələn, “Üzümçünün məlumat
kitabı”, “Rəngsazın məlumat kitabı”, “Ustanın məlumat kitabı” və s. belə
nəşrlərdəndir.
Belə materiallar
seriyalarla kitab, kitabça formasında, müxtəlif sosial-
siyasi, ədəbi-bədii jurnalların, almanaxların, mərkəzi və yerli qəzetlərin
səhifələrində məqalə şəklində çap olunurlar. Onların müəllifləri adətən
yazıçılar, jurnalistlər, yenilikçi və ixtiraçılar, istehsalat qabaqcıllarıdır. Bu tipli
materialların əksəriyyəti oçerk xarakteri daşıyır.
Diyarşünaslıq xarakterli elmi-kütləvi ədəbiyyatın vətənpərvərlik tərbiyə-
sində mühüm əhəmiyyəti vardır.Elmin, texnikanın nailiyyətləri barədə
məlumat verən nəşrlər elmi-kütləvi nəşrlər adlanır. Belə nəşrlərdə
ölkəşünaslığın və diyarşünaslığın ayrı-ayrı problemləri
barəsində
informasiyalar, tədqiqatlar asan və anlaşılan şəkildə istifadəçilərə çatdırılır.
Belə sənədlər tələbatçılara doğma diyara məhəbbət aşılayır. Məsələn, Xələfli,
F. Masallı-cənnət misalı [Mətn] /Fərahim Xələfli, N.Ədiloğlu; red.
S.İsmayılqızı.- Bakı: Qanun, 2013.- 359 s.; Qarayev, Ş. Gülüstan çiçəyi
kəndimiz [Mətn]: Şiştəpə və şiştəpəlilər haqqında /Şahbaz Qarayev; ön söz
M.Həsənov.- Bakı Letterpress, 2013.- 319 s.; Mahmudoğlu, Ə. Kəndimiz və
sakinləri [Mətn]: salnamə /Əli Mahmudoğlu; red. Ə.Ənvər oğlu; məsl. Hacı
Fərhad Qurban oğlu.- Bakı: [s. n.], 2013.- 224 s.; Mərdəkanlı, Ə.H. Mərdəkan
[Mətn] /Əbülfəz Mərdəkanlı.- Bakı:
Mütərcim, 2013.- 286 s.; Mərdəkanlılar-
Tarixin 100 ili [İzomaterial] /ideya müəl. və təşk. Ə.Əliyev; red. və tərt.
106
S.Rzayev.- Bakı, 2013.- 32 s.; Nağıyev, Z.Ə. Ağdam və onun yetirmələri
[Mətn] /Zahid Nağıyev; red. Z.Nağıyeva.- Bakı: Avropa, 2013.- Kitab 3.- 399
s.
Elmi-kütləvi diyarşünaslıq nəşrlərinin özləri də müxtəlif əlamətlərə görə
təsnifləşdirilir. Məzmununa görə belə sənədlər universal, mövzu, sahəvi
xarakterli olmaqla yanaşı, diyarın görkəmli xadimləri, məhşur adamları
haqqında olan ədəbiyyatı da əhatə edirlər. Məsələn, Turan, F.M. Yurdumuz:
ensiklopedik məlumat vasitəsi /Fariz Turan; red. hey.: T.Ə.Bünyadov [və b.];
elmi red. N.Q.Cəfərov.- V nəşri.- Bakı, 2014.- 414 s.; Масаллы: Регионы
Азербайджана: путеводитель /текст Э.Эюбов; ред. Л.Рахманова; фото.
Ш.Муршудлу; дизайн и верстка А.Багирова; М-во Культуры и Туризма
Азерб. Респ.- Баку: Golden book, 2014.- 91 с.;
Hüseynov, G.Ş. Muğanlı:
təbiəti, toponimikası, tarixi etnoqrafiyası /Gülməmməd Hüseynov.- Bakı:
Mütərcim, 2014.- 176 s.; Qurbanov, M.S. Mirzə Qurbanlı kəndinin tarixi və
qurbansoylar sülaləsi /Məzahir Qurbanov; red.: H.Musabəyli, S.Mirhəsən
qızı.- Bakı: Nərgiz, 2014.- 244 s.
Oxucu istiqamətinə görə belə nəşrlər uşaqlar, yeniyetmələr, aşağı kurs
tələbələri, diyarşünaslar, jurnalistlər, müəllimlər, kitabxana işçiləri və b. üçün
nəzərdə tutulur.
Elmi-kütləvi xarakteli diyarşünaslıq sənədlərini kitab, kitabça, məcmuə,
buklet, məqalə formasında nəşr edilirlər. Belə sənədlərin təsnifləşdirilməsinin
əsas əlamətlərindən biri onun məqsəd istiqamətidir. Bu cəhətdən onları üç
qrupa bölmək olar.
Birinci qrup sənədlərin başlıca məqsədi diyar haqqında
ümumi təsəvvür
yaratmaqdır. Bu tip sənədlər diyarşünaslıq ədəbiyyatı ilə yeni maraqlanmağa
başlayan oxucular üçün nəzərdə tutulur. Bu qrup sənədlər əyləncəli obrazlı
dillə, gözəl poliqrafik tərtibatla buraxılır. Belə sənədlərdə faktik və statistik
materiallara geniş yer verilmir. Belə ədəbiyyat oxucuları mütaliəyə cəlb edir,
maraq oyadır və onlara sistemli oxu mədəniyyəti aşılayır. Məsələn, Gusar:
Regions of Azerbaijan.- Baku: Golden Book, 2014.- 67 p.; Mingechevir:
Regions of Azerbaijan.- Baku: Golden Book, 2014.- 62 p.; Shahdagh -a pearl
in the mountains.- Baku: Golden Book, 2014.- 39 p. və s.
Elmi-kütləvi ədəbiyyatın ikinci qrupu diyar haqqında
mükəmməl
məlumata malik olan və bu haqda biliklərini genişləndirməyə səy göstərən
tələbatçılar üçün nəzərdə tutulur. Belə tələbatçılara təsərrüfat və mədəniyyətin
müxtəlif sahələrində çalışan mütəxəssisləri, diyarşünaslıq ədəbiyyatına öz
peşələrindən kənar məqsədlə müraciət edənləri aid etmək olar. Ciddi elmi
məzmun kəsb edən, elmin yeni nailiyyətlərinə əsaslanan belə sənədlər
bütünlükdə diyar və onun xüsusiyyətləri haqqında aydın təsəvvür yaradır.
Məsələn, Bağırzadə, C.V. Gəncə şəhəri müstəqillik dövründə /Cavid
Bağırzadə; elmi red. E.Ə.Aslanova; Gəncə Dövlət Un-ti.- Bakı:
Elm və Təhsil,
2014.- 66 s.; Bayramov, V.B. Sisyan-qovğalarda qovrulan torpaq /Vaqif