Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə43/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   39   40   41   42   43   44   45   46   ...   74

100 
kitabçada Rusiyanın tabeliyində olan altı müsəlman dövlətinin müstəqilliyi 
tələb olunurdu. Həmin heyət 1916-cı ilin yanvar ayında Berlində toplanan 
“Türk qövmləri konqresi”nə göndərilmiş və bu qurultayında məruzə etmişdir. 
Burada alman sosialistlərindən F.Ebertin, P.Şeydemanın vasitəçiliyindən 
istifadə edərək,  Ə.Hüseynzadə Rusiya türklərinin hüquqlarının qorunmasını 
tələb edən raport irəli sürmüşdür. 
Əli bəy Hüseynzadənin 1915-1917-ci illərdə Avropa ölkələrindən 
ailəsinə yazdığı  məktublar, poçt kartları var və hansı ki bunlar indiyə  qədər 
heç yerdə çap olunmayıb.  
Əli bəyin çoxcəhətli, böyük bilgisi, ideyaları  və  çıxışları ilə göstərdiyi 
təsir  ədəbi-elmi irsindən daha çox olub. Onun çıxışları da türkçülüyün 
formalaşmasında və yayılmasında mühüm rol oynayıb. 
14 avqust 1917-ci ildə Stokholmda keçirilən Millətlərarası Sosialist 
konfransında  Əli bəyin “Osmanlı dövlətində milliyyətlər məsələsi dünya 
millətlərinin müstəqillik  əldə etmələrinə bağlıdır” fikrini əsas tutaraq çıxış 
etməsi ciddi rezonans doğurdu. 
1918-ci ildə  Ə.Hüseynzadə  Ə.Ağaoğlu ilə birlikdə Azərbaycanda milli 
bir dövlət qurmaq məsələsini ziyalılarla, qabaqcıl fikirli adamlar ilə müzakirə 
etmək üçün vətənə yollanır. Bu məqsədlə onlar əvvəlcə Qafqaz 
cümhuriyyətləri ittifaqının xarici işlər naziri Xalik bəylə Batumda görüşürlər. 
Sonra oradan Azərbaycanın ilk paytaxtı  Gəncəyə Nuri Paşanın yanına gedir. 
(3) 
Bu tarixi səfərdən geri döndüyü zaman “Hilali-Əhmər” qəzeti üçün 
“Azərbaycanda düşündüklərim” adlı məqalə yazır. (2) 
Hüseynzadənin Bakıya sonuncu gəlişi 1926-cı ilə  təsadüf edir. Həmin 
günlərdə keçirilən Birinci Türkoloji Qurultayın fəxri rəyasət heyətinə seçilmiş 
Əli bəyin çıxışı, təəssüf ki, Türkoloji Qurultayın stenoqramına daxil 
edilməyib. Lakin Hüseynzadənin bu qurultayla əlaqədar yazdığı birdəftəlik 
qeydləri türkiyəli alim Hilmi Ziya Ülken “Türk sosializminin və türkçülüyün 
atası Əli Turan” əsərinə daxil edib. 
1926-cı ildə  İstanbul Universitetinin professoru seçilir. 1928-ci ildə 
Hüseynzadə dahi şotland filosofu Adam Smitin 1776-cı ildə yazdığı və Parisdə 
1881-ci ildə  nəşr olunmuş “Sərvəti-miləl” - “Təbiətin tədqiqi və millətlərin 
zənginliyinin səbəbləri”  əsərini fransızcadan tərcümə etdi. Bu kitab 
Ə.Hüseynzadənin həm böyük bir siyasi iqtisad alimi və həm də mükəmməl bir 
fransızca mütəxəssisi olduğu qənaətini doğurdu. 
Ə.Hüseynzadə tibb fakültəsində müəllimliklə yanaşı, elmi fəaliyyətini də 
davam etdirmiş  və dosentlikdən professor dərəcəsinə  qədər yüksəlmişdir. 
Onun 1900-cu ildə Mehmət Rəfi ilə birlikdə Nenterdən tərcümə etdiyi “Vəba 
və mikrobu” kitabı İstanbulda çap olunmuşdur. 
1928-ci ildə Əli bəy Hüseynzadə Kamal Cənab Berksoy ilə birlikdə elmi 
mündəricəsi etibarilə bu gün də çox əhəmiyyətli olan “Ensiklopedik tibb 
lügəti”ni yazmışdı. Ensiklopediyada təkcə “A” hərfi ilə başlayan qismi 600-ə 


101 
yaxın tibbi termini ehtiva edirdi. Lakin professor dr. Kəmal Cənab Berksoy ilə 
hazırladıqları bu “Ensiklopedik tibb lüğəti” kitabı işıq üzü görməmişdir. 
Nəticə 
Ə.Hüseynzadənin türk dünyası tarixinə verdiyi xidmətləri sadalamaqla 
bitməz. Danılmaz bir faktdır ki, türk millətinin oyanmasına və mədəniyyətinin 
irəliləyib yayılmasına bütün ömrünü vermiş  Əli bəy özündən sonra zəngin 
elmi, bədii, publisistik irs qoyub gedib. Əli bəy Hüseynzadənin şəxsiyyəti və 
yaradıcılıq yolu Azərbaycandan kənarda da yüksək qiymətləndirilmişdir. 
Türkiyədə onun irsini araşdıranlar sırasında Yusif Akcura, Ziya Göyalp
Məhəmməd Fuad Köprülüzadə, Hilmi Ziya Ülgen, Nihat Sami Banarlı, 
İsmayıl Hikmət Ertaylan, Abdullah Cövdət, Məhəmməd  Əmin Rəsulzadə, 
Əbdülvahab Yurdsevər, Mirzəbala Məhəmmədzadə,  Əhməd Cəfəroğlu
Hüseyn Baykara, Mehmet Əli Tevfiq, Əli Yavuz Akpınar, Ali Heydar Bayat 
və başqalarının adını cəkmək olar. (1) 
Ali Heydar Bayatın  Əli bəy Hüseynzadə haqqında yazdığı kitablar 
ədibin irsi haqqında qiymətli biblioqrafik mənbədir. A.H.Bayatın 1992-ci ildə 
İstanbulda “Türk dünyası Araşdırmalar vəqfi “nin nəşr etdirdiyi 
“Azərbaycanın igid övladı  Əli bəy Hüseynzadə  və Türkiyədə yayımladığı 
əsərləri” adlı kitab 173 səhifədən ibarətdir. 
Ali Heydar Bayatın 1998-ci ildə Ankarada nəşr etdirdiyi “Əli bəy 
Hüseynzadə” adlı 410 səhifəlik kitabı isə  Ə.Hüseynzadənin mühacirətdəki 
fəaliyyətini əks etdirən ilk biblioqrafik mənbədir. 
Əsərdə  Ə.Hüseynzadənin fəaliyyətinin Türkiyə illəri (əsərləri, 
məqalələləri, türkçülük fəaliyyəti,  şeirləri, müxtəlif konfranslardakı  çıxışları, 
tərcümələri, rəsmləri, məktubları və heç yayımlanmamış əsərlərinin bir qismi) 
öz əksini tapıb. 
Əli bəy Hüseynzadənin mühacirətdəki fəaliyyətinin elmi-tarixi 
panoramını yaratmağa, biblioqrafik təhlilini aparmağa ehtiyac vardır. 
Ümumiyyətlə, çoxşaxəli yaradıcılıq diapazonuna malik olan Əli bəy 
Hüseynzadənin zəngin irsi haqqında tam təfərrüatı ilə danışmaq, məlumat 
vermək üçün sistemli araşdırmaların aparılması  və biblioqrafik informasiya 
resurslarının yaradılması mühüm əhəmiyyət kəsb edir. 
 
Ədəbiyyat 
1. 
Vəliyev, Ş. ”Füyuzat” ədəbi məktəbi. (təkrar nəşr). Bakı: “Elm və Təhsil”, 
2009.- 456 səh.S-26  
2. 
Turan, A. Əli Bəy Hüseynzadə. Bakı: “Letterpress”, 2014.-544 s. 
3. 
Rasim, M. Türkçülüyün babası (Əli bəy Hüseynzadənin fikir dünyası). Bakı: 
Elm, 2000 
 
 
 


102 
ÖLKƏŞÜNASLIQ ÜZRƏ SƏNƏD-İNFORMASİYA RESURSLARININ 
FORMALAŞMASI 
 
Çələbi Arzu Mehman qızı 
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı 
a.celebi@mail.ru
 
 
Формирование документарно-информационных ресурсов по изучению 
страны 
Резюме:В статье изучаются документально -информационных ресурсов по 
страноведению и краеведению в Азербайджане. 
Охарактеризуйтекаждыйтипотдельныхдокументальныхисточников 
Formation of document-information resources on country study 
Abstract: The paper provides information about the types of documents on country 
study and local lore in accordance with the purpose. Each type is characterized 
separately and demonstrated differences 
 
Açar sözlər:diyarşünaslıq biblioqrafiyası, informasiyaresursları, nəşr tipləri, elmi 
nəşrlər, məlumat nəşrləri, biblioqrafik vəsaitlər, sənəd axını, elektron nəşrlər  
Ключевые слова:крайведческая библиография, информационное обеспечение, 
библиографические указателя, информационный-библиографическая база, 
национальная библиотека 
Keywords:local history bibliography, information support, bibliographies, National 
library, information bibliographic database 
 
Azərbaycan Respublikası müstəqillik yoluna qədəm qoyduqdan sonra 
bütün sahələrdə olduğu kimi, ölkəşünaslıq və diyarşünaslıq sənədlərinin nəşri 
durmadan artır, çoxalır. Nəşr olunan sənədlər arasında elmi nəşrlərə, tədris 
ədəbiyyatına, məlumat  ədəbiyyatına, elmi-kütləvi  ədəbiyyata rast gəlinir. 
Sənəd kütləsi və axınının sürətlə artımı ölkəşünaslıq üzrə  sənəd bazasının 
təsnifləşdirilməsini tələb edir. Ölkəşünaslıq və diyarşünaslıq üzrə  sənəd 
bazasının təsnifləşdirilməsi məqsədilə müxtəlif  əlamətlər - məzmun, nəşr, 
forma, müəllif, dil, janr, oxucu istiqaməti və s. nəzərə alınır. 
Müasir dövrdə ölkəşünaslıq və diyarşünaslıq üzrə meydana gələn sənəd 
kütləsi küllü miqdarda müxtəlif informasiyaların məcmusunu özündə  əks 
etdirir. Nəşrlərin çap nəşri, elektron nəşrlər və s. kimi növləri də vardır. 
Nəşrlər dövriliyinə, məqsəd və təyinatına, oradakı informasiyanın xarakterinə 
görə fərqləndirilirlər.  
Diyarşünaslıq nəşrləri öz məzmunlarına görə universal, kompleks, sa-
həvi, mövzu, bioqrafik və s. olurlar. Formal əlamətlərə görə  sənədlərin 
aşağıdakı qruplar fərqləndirilir: qeyri-dövri (kitablar, broşuralar, vərəqələr), 
dövri və ardıdavam edən nəşrlər (jurnallar, qəzetlər, bülletenlər, seriyalı 
nəşrlər), kino və fotosənədlər və s. 
 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə