116
Императорского русского географического общества)və “Xəbərlər”i
(1872-1917) (
Известия Кавказский отдел Императорского русского
географического общества)
dərc edilmişdir ki, burada Azərbaycan və digər
millətlərdən olan müəlliflərin Qafqaz xalqları ilə yanaşı, azərbaycanlıların da
təsərrüfat həyatı, maddi-mədəniyyəti, sənətkarlığı, ictimai quruluşu və ailə-
məişətindən bəhs edən məqalələri dərc olunmuşdur. XX əsrə qədər
Azərbaycanın etnoqrafik baxımından öyrənilməsi əsasən rus tədqiqatçılarının
adı ilə bağlıdır. 1836-cı ildə Sankt-Peretburq şəhərində “Обозрение
Российских владений за Кавказом в статистическом, этнографическом,
топографическом и финансовом отношениях” adlı çoxçildli məqalələr
toplusu nəşr edilməyə başlandı. Nəşrin III və IV
cildlərində Azərbaycana həsr
olunmuş məqalələr toplanmışdır. Burada Vasiliy Lekqobıtovun, Dmitri
Zubarevin, Aleksandr Yanovskinin, V.Qriqoryevin və N.Florovskinin
Azərbaycanın inzibati ərazi bölgüsü üzrə materialları nəşr edilib. Məqalələrdə
müəlliflər Azərbaycan əhalisinin əsas etibarilə azərbaycanlılardan (tatar
adlandırılır) ibarət olduğunu qeyd edirlər, o cümlədən burada yaşayan etnik
qruplardan - talışlar, kürdlər, tatlardan və s. bəhs edirlər.
Burada həmçinin
Azərbaycan dili məsələlərinə də toxunulur. Azərbaycan dilini türk dillərinin
cənub-qərb qolu olan “çığatay dil qrupuna” aid edirlər. Bundan başqa, ayrı-
ayrı müəlliflərin - Platon Zubovun, Orest Yevetskinin, Yuliy Qaqemeysterin,
İvan Serebryakovun, İvan Şopenin və s. əsərlərində Azərbaycan
etnoqrafiyasının ayrı-ayrı məsələləri işıqlandırılmışdır [16].
Nəşri Qafqaz Tədris İdarəsi
tərəfindən, 1881-ci ildən başlayıb 1929-cu
ilə qədər davam edən, 46 cilddə çıxan “Qafqaz əraziləri və xalqlarına dair
materiallar toplusu”nda (СМОМПК) dərc olunmuş materiallar daha çox
tarixə, arxeologiyaya, coğrafiyaya, etnoqrafiyaya, əhalinin
təsərrüfat və peşə
məşğuliyyətinə, dini etiqadlarına, folklora, təbiət təsvirlərinə, fauna və floraya,
təhsil və tərbiyə məsələlərinə həsr olunub. Ölkəşünaslıq xarakteri daşıyan
məcmuədə Azərbaycaycan ziyalıları tərəfindən də Azərbaycan etnoqrafiyasına
dair materiallar dərc olunmuşdur. Məcmuədəki məqalələrin 190-ı
etnoqrafiyaya həsr olunub ki, onların içində N.Kolaşev, N.Qriqoryev,
İ.Davidbekov, H.Bağırov, Q.İzraelov, M.Vəzirov, R.Əfəndiyev, L.Pasxalov,
Q.Çursin, S.Qabiyev, M.Əfəndiyev, F.Sultanov və s. müəlliflərin
Azərbaycanda yaşayan xalqların
həyat tərzi, yaşayış yerləri, toy adətləri, dini
etiqadları haqqında məqalələr öz yerini almışdır. Bir məqamı da qeyd etmək
lazımdır ki, Azərbaycanla bağlı bir sıra məqalələr erməni müəllifləri tərəfindən
qələmə alınıb, lakin bu materiallarda faktlar saxtalaşdırılıb, məqalələrin
libasına erməni libası geyindirilib[4, s.10]. Topludan istifadəni asanlaşdırmaq
məqsədilə tanınmış filoloq-alim Əmin Əfəndiyevin 1998-ci ildə izahlı
biblioqrafik göstərici hazırlayıb çap etdirmişdir. Göstəricidə toplunun bütün
cildlərində çap olunmuş materialların adı və qısa məzmunu ilə tanış olmaq
imkanı yaradılmışdır.
Sonda verilən müəllif, sərlövhə və mövzular üzrə
köməkçi göstəricilər vəsait üzrə axtarışı asanlaşdırır. Göstəricini üstün edən
117
cəhətlərdən biri də toplunun hər bir cildinin hansı kitabxana və arxivlərdə
saxlanıldığını göstərən cədvəlin tərtib edilib əlavə edilməsidir.
Azərbaycan etnoqrafiyasının ilkin sənəd mənbələri sırasına knyaz
Vorontsovun təşəbbüsü ilə yaradılan və Qafqazda ilk rusdilli qəzet olan
“Qafqaz” qəzetidir. Qəzet 1846-1901 illər arasında dərc edilmişdir. Qəzetin
səhifələrində dərc edilən müxtəlif məzmunlu məqalələr sırasında
xeyli sayda
etnoqrafik materiallara rast gəlmək olur.A.S.Xaxanovun “Etnoqrafiçeskiy
obozrenie” jurnalında nəşr etdirdiyi “Qafqaz qəzetində çıxan etnoqrafiyaya
dair məqalələrin göstəricisi”nə nəzər saldıqda qəzetdə Azərbaycan etnoqrafik
mənzərəsini canlandıran xeyli sayda materiallara rast gəlinir. “Şamaxı indiki
dövrdə”, “Kürdlər”, “Şamaxı sənayesi”, “Car-Balakən camaatı”, xalq
təbabətindən bəhs edən “Lənkəranın isti suaları”, “Naxçıvanın duz dağları”
adlı məqalələr yer alıb. Bundan başqa, İskəndər bəy Hacınskinin Qubalı Fətəli
xan, Abasqulu Ağa Bakıxanovun Qafqaz əhalisi, Cəmil Cavanşir Qarabağinin
Qarabağ və s. haqqında yazdıqları məqalələrə rast gəlmək olur [22, 23].
XIX əsrin sonlarına Tiflisdə dərc olunan dərgilər sırasında “Qafqaz
xəbərləri” elmi-bədii jurnalın da adını çəkmək olar. 1900-1905-ci
illər ərzində
cəmi 40 nömrəsi çıxan jurnalda ədəbi-bədii məzmunlu materiallarla yanaşı,
etnoqrafik oçerklər də yer almışdır. P.Basixin “Qafqazda alman koloniyaları”
məqaləsində 1819-cu ilin yazında Yelizavetpol dairəsində iki alman
koloniyası, Yelenendorf və Annenfeld yaradılması və kolonistlərin həyat
şəraiti haqqında, V.Masalski “Qafqaz və onun sənayesi” adlı məqaləsində isə
Qafqazda sənayenin ayrı-ayrı sahələrinin inkişafından bəhs edərkən Bakı və
Şamaxıda ipəkçilik, və Bakıda çıxarılan neftin hasili və emalı, Naxçıvan
qəzasında yetişdirilən ərik sortları haqqında məlumat verir.
XX əsrdə Azərbaycanın etnoqrafik baxımdan öyrənilməsini
Azərbaycanda etnoqrafiya elminin inkişaf tarixini tədqiq edən tədqiqatçılar
şərti olaraq üç mərhələyə bölürlər [5, s.7]. Birinci mərhələ 1901-1917-ci illəri
əhatə edir. Bu dövrün mənbələrini ayrı-ayrı müəlliflərin nəşrlərində: dövri
nəşrlərdə və mətbuat səhifələrində rast gəlinən materiallar təşkil edir. Əsərləri
Azərbaycan etnoqrafiyası ilə bağlı olan və fəaliyyəti əsasən çar hökumət
orqanlarının müstəmləkəçilik məqsədlərinə və vergi
siyasətinə xidmət edən
müəlliflərdən QafqazşünasS.Anisimovun, «Кавказ», Y.Novoselovun
«Кавказ», Araksinin “Закавказе”,N.Andreyevin «Иллюстративный
путеводител по Кавказу», Y.Veydembaumun «Очерк этнографии
Кавказского края», N.Dinnikin “Каспийское побережье Кавказа и
Закавказская область”, N.Karakaşın “За Кавказским хребтом. Очерки
природы и быта”, Y.Markovun “Очерки Кавказа: Картины кавказской
жизни, природы и истории”, İ.Kanadeyevin “Очерки Закавказской
жизни”, P.Nadejdin “Каспийский край. Природа и люди”, Q.Çursinin
“Очерки по
этнологии Кавказа”, Y.Çemodanov-Uslalın “Кавказ и
Закавказье”, İ.Seqalın “Крестьянское землевладение в Закавказье”
əsərlərini göstərmək olar. Bundan başqa, “Qafqazşünaslıq, tarix və etnologiya”