Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə58/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   54   55   56   57   58   59   60   61   ...   74

139 
  Oxucu (ing. Reader) - antenaların köməyi ilə  təqdən 
informasiyanı alan və həmçinin onlara verilənləri yazan cihaz. 
  Antena - elektromaqnit sahəsinin tuşlanması və bu sahəyə düşən 
təqlərdən informasiyanın alınması üçün istifadə edilir. 
  Oxucunu idarəetmə sistemi (ing. Middleware) - proqram 
təminatıdır, təqlərin oxunması  və ya yazılması sorğularını 
formalaşdırır, oxucuları qruplarda birləşdirərək onları idarə edir, 
təqlərdən alınan informasiyanı toplayır və analiz edir, həmçinin 
bu informasiyanı uçot sistemlərinə ötürür.  
RFİD texnologiyasını müxtəlif sahələrdə  tətbiq etmək olar. Bu 
texnologiyaya  əsaslanan sistemlərin istənilən mühitdə effektiv işləməsi üçün 
olduqca müxtəlif cür realizə edilmiş bir sıra təqlər işlənmişdir. Onları 
aşağıdakı elementlər üzrə siniflərə bölmək olar.  
Enerji təchizatına görə: 
  Aktiv - verilənlərin ötürülməsi üçün özünün daxili qidalanma 
elementinin enerjisindən istifadə edir. 
  Passiv - oxucunun antenadan şüalandırdığı enerjidən istifadə edir. 
  Yarıpassiv - belə təqlərdə qidalanma elementi olur, lakin o, oxucu ilə 
rabitə üçün deyil, yalnız mikrosxemlərin işini təmin etmək üçün 
istifadə edilir, bu batareyaların xidmət müddətini xeyli uzadır.  
Oxuma-yazma əməliyyatlarına görə:  
  Yalnız oxunan (R/O ing. Read Only) - verilənlər yalnız bir dəfə təq 
hazırlanarkən yazılır. Belə  təqlər yalnız identifikasiya üçün 
yararlıdır. Onlara heç bir yeni informasiya yazmaq olmaz və praktiki 
olaraq onları saxtalaşdırmaq mümkün deyil. 
  Bir dəfə yazılıb dəfələrlə oxunan (WORM ing. Write Once Read 
Many) - bu təqlərdə unikal identifikatordan savayı bir dəfə yazılan 
yaddaş bloku olur, onu sonradan dəfələrlə oxumaq olar. 
  Dəfələrlə yazılan və oxunan (R/W ing. Read and Write) - bu təqlərdə 
identifikator və informasiyanı oxuma və yazma üçün yaddaş bloku 
olur. Onlara informasiyanı dəfələrlə yenidən yazmaq olar.  
 Təqlərin realizə olunmasına görə: 
  yapışqanlı qat olmadan  
  yapışqan qatlı çap səthi olmadan 
  yapışqan qatlı və çap üçün səthlə 
  standart plastik kartlar  
  üzük şəklində təqlər 
  brelokların müxtəlif növləri  
  xüsusi istismar şərtləri üçün xüsusi korpuslarda 
Radio tezliklə tanınma (RFİD) 40 ildən artıqdır bir çox sahələrdə istifadə 
olunur. Lakin kitabxanalarda bu sistem 10 ilə yaxındır tətbiq olunur. Müasir 
kitabxanalarda radio tezliklə tanınma (RFİD) təhlükəsizlik sisteminin rolu 


140 
əvəzedilməzdir. Bu sistemin köməyi ilə kitabxana resurslarının mühafizəsi və 
inventarlaşması yüksək səviyyədə  təmin edilir, fondun tamlığı qorunur və 
gələcək nəsillərə ötürülməsinə vasitəçi olur. Əsasən, kitabxana radio tezliklə 
tanınma (RFİD) çiplərinin istehsalçıları TAGSYS və SMARTRAC 
şirkətləridir. Lakin kitabxana müəssisələri bu radio tezliklə tanınma (RFİD) 
çiplərini birbaşa istehsalçıdan yox, vendorlardan əldə edirlər. Vendorlara misal 
olaraq 3M, Bibliotheca RFİD Library AG, GlobeRanger Corporation, Nothern 
Apex-RFİD və s. göstərmək olar. 
Radio tezliklə tanınma (RFİD) təhlükəsizlik sisteminin köməyi ilə 
kitabxanada, əsasən, bu prosesləri həyata keçirmək mümkündür: 
  Kitabxana resurslarının kitabxanadan icazəsiz çıxarılması  və 
dəyişdirilməsinin qarşısının alınması 
  Fiziki resursların istifadəçilərə verilməsi və qaytarılması 
prosesinin sürətlənməsi 
  İnventarlaşma prosesinin sürətlənməsi 
  Fiziki resursların çeşidlənməsində, ümumi fondun 
yoxlanılmasında insan əməyinin azaldılması, prosesin 
sürətlənməsi 
  Fiziki resursların istifadəçilərə verilməsi və qaytarılmasının 
Özünə Xidmət (ing. Self Check) maşınlarının köməyi ilə həyata 
keçirilməsi  
Radio tezliklə tanınma (RFİD) təhlükəsizlik sisteminin çipləri (ing. Tag) 
resurs tipinə görə iki cür olur: 
a.  Kitab, jurnal üçün təyin olunmuş çiplər 
b.  Audiovizual resurslar üçün təyin olunmuş çiplər 
Bu çiplər yalnız dizaynına görə bir-birlərindən fərqlənirlər. Çiplərin 
dizayn fərqi təyinatına uyğun resursların xarici dizaynına və işləmə prinsipinin 
nöqsansız olmasına uyğunlaşdırılmışdır. Hər iki növ çiplər 1024 bayt yaddaşa 
malikdir və 13.56 MHz tezliklə işləyir.  
Radio tezliklə tanınma (RFİD) təhlükəsizlik sisteminin çipləri texniki 
göstəricilərinə görə üç yerə bölünür: 
1.  Zəif dalğalı çiplər - 125 kHz tezliklə  işləyir, işləmə  məsafəsi 
30sm-1m-dir. 
2.  Yüksək dalğalı çiplər - 13.56 MHz tezliklə  işləyir, işləmə 
məsafəsi 10sm-1m-dir. 
3.  Ultra yüksək dalğalı çiplər - 400 MHz-1 GHz tezliklə  işləyir. 
İşləmə məsafəsi 25m-100m-dir. 
3. Azərbaycanda kitabxana təhlükəsizlik sistemlərinin tətbiqi 
Azərbaycanda son illər bütün sahələrdə olduğu kimi kitabxana sahəsində 
də  nəzərə çarpacaq dərəcədə inkişaf gedir. Kitabxana sistemlərinin müasir 
avtomatlaşdırılmış kitabxana sistemlərinə inteqrasiyası  əvvəlki dövrlərə 
nisbətən sürətlənir. Kitabxanaların yeni texnologiyalarla təmin olunması  ən 


141 
öndə duran məsələlərdən biridir. Bu proses kifayət qədər böyük maddi vəsait 
tələb edir.  
Hal-hazırda  əksər kitabxanalarda Avtomatlaşdırılmış Kitabxana 
İnformasiya Sistemlərindən (AKİS) istifadə edilir. Lakin ən yeni təhlükəsizlik 
sistemləri haqqında bu fikri demək doğru olmazdı. Azərbaycanda çox az sayda 
kitabxanada radio tezliklə tanınma (RFİD) təhlükəsizlik sistemləri istifadə 
edilir. Əlbəttə, maliyyə məsələsi və kadr çatışmamazlığı bu problemin əsasını 
təşkil edir. 
Azərbaycanda hal-hazırda Azərbaycan Milli Kitabxanası, Azərbaycan 
Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları 
İnstitutunun Elektron Kitabxana Mərkəzində  və ADA Universitetinin 
kitabxanasında ən son texnologiyaya əsaslanan radio tezliklə tanınma (RFİD) 
təhlükəsizlik sistemlərindən istifadə olunur.  
ADA Universitetinin kitabxanası respublikada ən son kitabxana-
informasiya texnologiyaları ilə  təmin edilmiş kitabxanadır. Bu kitabxanada 
radio tezliklə tanınma (RFİD) təhlükəsizlik sistemi kompleks olaraq 
quraşdırılmışdır. Bu sistemin kompleks forması dedikdə, radio dalğanın 
oxunma lövhəsi (ing. Pad Staff Workstation), Özünəxidmət aparatı (ing. 
SelfCheck System), Aşkaredici sistem (ing. Detection System), Əl skayneri və 
ya Rəqəmsal kitabxana köməkçisi (ing. Handheld RFİD Reader or Digital 
Library Assistant (DLA)) və avtomatlaşdırılmış kitabxana informasiya sistemi 
(AKİS) ilə qarşılıqlı inteqrasiyası nəzərdə tutulur. 
Radio tezliklə tanınma (RFİD) təhlükəsizlik sisteminin kompleks 
quraşdırılması kitabxana işində statistik, analitik və texnoloji proseslərin 
həyata keçirilməsinə  zəmin yaradır. Sistemin bir hissəsi olan Təhlükəsizlik 
keçidləri (ing. Security Gates) kitabxanaya giriş-çıxışı qeydiyyata almaqla 
statistik rəqəmlər verir. Oxunma lövhəsi (ing. Pad Staff Workstation) və 
Özünəxidmət aparatı (ing. SelfCheck System) götürülmüş resursun 
təhlükəsizlik çipini aktiv və deaktiv etməklə  bərabər, həmçinin resursun 
hərəkətini izləmək imkanı  və eyni zamanda müxtəlif resursların istifadəsi 
haqqında statistik rəqəmlər verir. Bu hissələr həm də texnoloji tərəfdən 
resursun götürülməsi, qaytarılması, yenilənməsi və  hərəkətini izləməyi 
asanlaşdırır. Əl skayneri və ya Rəqəmsal kitabxana köməkçisi (ing. Handheld 
RFİD Reader or Digital Library Assistant (DLA)) isə inventarizasiya 
prosesində  əlverişli imkanlar yaradır. Belə ki, onun köməyi ilə düzülüşündə 
yol verilmiş  səhvlər, baş vermiş texniki xətalar aradan qaldırılır, aşkar 
olunmuş  səhvlər təyinatına uyğun müvafiq kitabxana mütəxəssislərinə 
yönəldilir. Çıxarılan statistik rəqəmlər isə kitabxana resurslarını təhlil etməyə 
imkan verir və az zaman və az işçi qüvvəsi tələb etməklə inventarlaşma 
prosesini sadələşdirir. Avtomatlaşdırılmış kitabxana informasiya sistemləri 
(AKİS) ilə Radio tezliklə tanınma (RFİD) təhlükəsizlik sisteminin qarşılıqlı 
inteqrasiyası sistemin tam gücü ilə işləməsinə rəvac verir. 
 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə