Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə57/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   53   54   55   56   57   58   59   60   ...   74

136 
6.  "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu, (14 mart, 
1999). 
7.  Kitabxana xidmətləri/ AMEA Mərkəzi Elmi Kitabxana. (2017). Retrieved 
from http://www.mek.az/az/kitabxana-xidm-tl-ri/2016-06-03-08-31-54 
8.  Məmmədova, V. (2016). Müasir akademik kitabxana-informasiya xidmətinin 
təşkili metodikası: ADA Universiteti Kitabxanasının iş təcrübəsi əsasında. 
Kitabxanaşünaslıq və Biblioqrafiya, 2 (39), 46-54.  
 
 
 
 
 
 


137 
MÜASİR KİTABXANA-İNFORMASİYA MƏRKƏZLƏRİNDƏ 
TƏHLÜKƏSİZLİK SİSTEMLƏRİNİN TƏTBİQİ 
 
Elçin Arif oğlu Əhmədov 
BDU, Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrası, Magistrant 
ADA Universiteti, Kitabxana və İnformasiya Xidmətləri Şöbəsi, Kitabxanaçı 
eahmadov@ada.edu.az
 
 
Внедрение систем безопасностей в современных библиотеко-
информационных центрах 
Резюме: В статье дана общая информация о системах безопасностей 
внедренных в библиотеко-информационных центрах начиная с середины 
прошлого века до нашей времени. Далее подробно описывается система 
радиочастотной идентификации (RFID), один из усовершенствованных 
систем в этой области, и приводятся пользы использования этой системы. В 
конце рассказывается о распространении и применении системы RFID в 
Азербайджане.  
The implementation of the security systems in the modern library-information 
centers 
Abstract: The paper covers the general information about the security systems 
implemented in the library-information centers starting from the middle of the last 
century until modern times. Further, the radio-frequency system (RFID), one of the 
most developed systems in the field is comprehensively described with the indication 
of the benefits of its usage. At the end, it is told about the spread and implementation 
of the RFID system in Azerbaijan. 
 
Açar sözlər: Təhlükəsizlik sistemləri, müasir kitabxanaçılıq, RFİD, Radio tezliklə 
tanınma, informasiyanın mühafizəsi, RFID texnologiya, RFID çip, təq (tag). 
Ключевые слова:Системы безопасности, современная библиотековедение, 
RFID, распознавания радиочастот, защита данных, технология RFID, RFID-
чип, метка (тэг). 
Keywords: Security systems, modern librarianship, RFID, radio-frequency 
identification, data protection, RFID technology, RFID chip, tag. 
 
Giriş 
Dünya miqyasında texnologiyanın sürətli inkişafı XX əsrin sonlarına 
təsadüf edir. Bu səbədən də bu dövr Kompüter əsri,  İnformasiya  əsri kimi 
tarixə düşmüşdür. Texnologiyanın belə sürətli inkişafı bir çox müəssisə kimi 
kitabxanalardan, informasiya mərkəzlərindən də yan keçməmişdir. 
İnformasiyanın toplanması, emalı, saxlanması, mütaliəsi və istifadəçiyə 
çatdırılması insanların həyat fəaliyyətində, elm və texnikanın inkişafında 
mühüm rol oynayır. Bu informasiya proseslərinin avtomatlaşdırılması 
bəşəriyyətin gələcək inkişafı üçün güclü bir təkan olmuşdur. Texnologiyanın 
inkişafı kitabxana sahəsində biblioqrafik təsvirlərin yaradılması, 


138 
kataloqlaşdırma, satınalma, dövriyyə xidməti, inventarlaşma, təhlükəsizlik və 
s. proseslərin avtomatlaşdırılmasına şərait yaratmışdır. 
1.Kitabxana təhlükəsizlik sistemlərinin strukturu 
Kitabxanalarda yeni nəsil təhlükəsizlik sistemlərinin tətbiqi 
texnologiyanın inkişafına paralel olaraq aparılmışdır. Müasir dövrdə 
kitabxanaların təhlükəsizliyi dedikdə, həm orada yerləşən informasiya 
resurslarının, həm də binada olan maddi-texniki bazanın qorunması  nəzərdə 
tutulur. 
Kitabxanaların sənəd resurslarının mühafizəsi  ən vacib məsələlərdən 
biridir. Hal-hazırda kitabxana mühafizə sistemlərinin üç əsas növü var: 
- Elektromaqnit (EM) təhlükəsizlik sistemi; 
- Radio tezlikli (RF) təhlükəsizlik sistemi; 
- Radio tezliklə tanınma (RFİD) təhlükəsizlik sistemi. 
Elektromaqnit (EM) təhlükəsizlik sistemi dünyada ən geniş yayılmış 
təhlükəsizlik sistemidir. Sistemin işləmə prinsipi belədir: Sənəd resursuna 
maqnitli strip (lent) bağlanır. Material istifadə üçün götürüldükdə maqnitli 
strip sistem vasitəsi ilə deaktiv edilir. Qaytarıldıqda isə yenidən aktivləşdirilir. 
Strip deaktiv olunmamış halda material müəyyən olunmuş  ərazidən 
çıxarılmağa cəhd olunarsa, aktiv olan çip əvvəlcədən bu sistemə 
uyğunlaşdırılmış təhlükəsizlik çıxışlarına (ing. Security Gates) siqnal ötürür və 
icazəsiz çıxarılmanın qarşısı alınır. 
Radio tezlikli (RF) təhlükəsizlik sistemi ABŞ-da  ən geniş yayılmış 
sistemlərdən biridir. Bu sistem kiçik ölçülü sxem və antenanın birləşməsindən 
ibarət etiket formasındadır. Bu sxem təhlükəsizlik keçidlərinə uyğunlaşdırılır. 
2. Radio tezliklə tanınma (RFİD) təhlükəsizlik sistemi və onun 
üstünlükləri 
Radio tezliklə tanınma (RFİD) təhlükəsizlik sistemi yeni nəsil 
təhlükəsizlik sistemidir və digər sistemlərin daha təkmilləşdirilmiş formasıdır. 
Bu sahədə aparılan araşdırmaların tarixi II Dünya Müharibəsindən başlayır. 
Belə ki, ilk olaraq bu texnologiyadan ABŞ və İngiltərə düşmən təyyarələrinin 
müəyyən edilməsi üçün istifadə olunmuşdur. Daha sonra isə araşdırma və 
tədqiqatlar nəticəsində radio tezlikli texnologiya inkişaf edərək digər sahələrə 
də yayılmışdır (Palmer, 2009; Pandian, 2010).  
RFİD çip mikroçipdən (ing. Tag) va verilənlərin ötürülməsi üçün 
antenadan ibarətdir. Çipin enerjidən asılı olmayan yaddaşında (EEPROM) 
onun unikal nömrəsi və istifadə sahəsindən asılı olaraq başqa informasiya 
saxlanılır. BMAT-ın tələbinə görə yaddaşın həcmi 32 Kb-dan az olmamalıdır 
(Əliquliyev, İmamverdiyev və Musayev, 2009). 
RFİD sistemin tərkibinə aşağıdakı elementlər daxildir:  
  Çip (ing. Tag) və ya transponder - verilənləri saxlamağa və 
ötürməyə qabil qurğu. Təqin yaddaşında unikal identifikasiya 
kodu olur. Bəzi növ təqlərdə yenidən yazılan yaddaş olur. 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə