Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə65/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   61   62   63   64   65   66   67   68   ...   74

157 
Rey Oldenburqun “üçüncü məkanla” bağlı müəyyənləşdirdiyi 
xüsusiyyətləri diqqət mərkəzinə  gətirən P.Lapo bunların müasir kitabxana 
üçün tələb olunan minimal şərtlər olduğunu qeyd edir. Alim yazır ki, 
kitabxananı “möhtəşəm yaxşı  məkan” kimi xarakterizə etmək üçün Rey 
Oldenburqun irəli sürdüyü ictimai dəyərlər prizmasından məsələyə baxmaq 
lazımdır.  
P.Lapo məsələyə belə bir sualla yanaşır: “Kitabxananın sosial 
əhəmiyyətini hansı  dəyərlər müəyyənləşdirir?” (6, 13). Müəllif 
M.Y.Dvorkinaya istinadən yazır ki, “hətta kitabxanaçı olmayan milyonlarla 
insan kitabı yüksək qiymətləndirir” (4). Bu baxımdan P.Lapo informasiya 
cəmiyyəti dövründə kitabxanaların roluna xüsusilə diqqət yetirir və elektron 
sənədin informasiya mənbəyi kimi özü də bilik, təhsil, mədəniyyət daşıdığını 
və kitabxanalar vasitəsilə bu informasiyaya maneəsiz çıxış imkanının  əldə 
edilməsi məsələsini vurğulayır.  
Təbii ki, həm klassik kitabxanaların, həm də müasir dövrün tələblərinə 
müvafiq olan kitabxanaların sosial-ictimai baxımdan çox böyük əhəmiyyəti 
vardır.  İlk növbədə ona görə ki, kitabxana bilik və informasiya mənbəyidir. 
Eyni zamanda kitabxana həm də insanların, tələbə  və  gənclərin görüşdüyü, 
sosiallaşdığı məkan kimi də xarakterizə oluna bilər.  
Müasir kitabxanaların vəziyyəti ilə bağlı məsələyə diqqət yetirən P.Lapo 
2012-ci ildə internetdə çap olunmuş “Gələcəyin kitabxanası: RİA Xəbərlər 
versiyasına  əsasən inkişafın 10 trendi” məqaləsinə istinadən yazır ki, 
kitabxana işini təhlil edən mütəxəssislər və rus yazıçı-ekspertləri və xarici 
futurualist tədqiqatlar  əsasında müəlliflər tərəfindən kitabxananın inkişaf 
trendi belə verilmişdir: 
1. “Bulud”da informasiya; 
2. Universal axtarış sistemi; 
3. Avtomatik tərcümə və interpretasiya; 
4. Multiformatlı media mühit; 
5. Fərdi oxu mexanizmi; 
6. Kitabxana-muzey; 
7. Multimedia mərkəzi; 
8. Təəssüratlar bazası; 
9. Canlı ünsiyyət klubu; 
10.  Lokal mədəniyyətin qorunması mərkəzi (6, 13). 
Qeyd olunan tendensiyaları iki qrupa ayıran alim bunlardan ilk beşinin 
virtual elektron kitabxanaların inkişaf tendensiyaları, ikinci beşlikdə olanların 
isə  ənənəvi formatda olan kitabxanalar üçün perspektiv innovasiyalar 
olduğunu qeyd edir (6, 14). Həqiqətən də müasir dövrdə informasiya-
kommunikasiya texnologiyalarının sürətli inkişafı şəraitində, eləcə də elektron 
informasiya resurslarına tələbatın və  zərurətin olduğu bir vaxtda Azərbaycan 
kitabxanalarının (həmçinin kitabxanaçılarının) qarşısında duran ən mühüm 
vəzifələrdən biri məhz virtual, elektron kitabxanaların formalaşdırılması, 


158 
onların müntəzəm olaraq zənginləşdirilməsidir. Yuxarıda kitabxanaların 
inkişaf trendləri ilə bağlı göstərilən ilk beş istiqamət - “Bulud”da informasiya
universal axtarış sistemi, avtomatik tərcümə  və interpretasiya, multiformatlı 
media mühit, fərdi oxu mexanizmi, əslində müasir Azərbaycan 
kitabxanalarının da əsas hədəflərinə çevrilməlidir. Zəngin elektron resurslara 
sahib olan kitabxanaların etibarlı saxlanılma – yaddaş imkanları olmalıdır. 
Həmçinin virtual kitabxanalar istifadəçilərin hər cür rahatlığını  təmin etmək 
üçün universal (və yaxud çoxparametrli) axtarış sistemlərinə, tərcümə 
imkanlarına, multiformatlı resurslara sahib olmalıdır. Təbii ki, bu parametrləri 
özündə ehtiva edən kitabxanalar həm istifadəçilərin rahatlığının təmin 
olunması, həm zəngin elektron resurslara sahib olması, həm də universal 
istifadə üçün yararlılığı baxımından daha çox oxucuların (istifadəçilərin) 
diqqətini cəlb edə bilər. Həmçinin virtual kitabxanalarda fərdi kabinetlərin – 
istifadəçiyə malik informasiyaların, eləcə  də oxu üçün tələb olunan müxtəlif 
imkanların mövcud olması müasir Azərbaycan kitabxanalarının qarşısında 
duran vacib vəzifələrdəndir. 
Göründüyü kimi, çağdaş dövrümüzdə virtual texnologiyaların geniş 
tətbiq olunması, elektron informasiya resurslarına tələbatın artması kitabxana 
işini və kitabxanaçılıq peşəsini yeni bir mərhələyə transformasiya etmişdir. 
P.Laponun da vurğuladığı kimi, “kitabxanalar saxlanc yeri”ndən 
“informasiyanın  əldə olunma nöqtəsi”nə çevrilmişdir ki, bu da kitabxanaya 
müraciət edən  şəxsin “oxucu”dan informasiya “istifadəçi”sinə çevrilməsinə 
gətirib çıxarmışdır. Təbii ki, bu keçid, yəni kitabxanaların yalnız kitab 
saxlanan arxiv, saxlanc məzmunundan informasiyaya çıxışı təmin edən məkan 
funksiyasına gəlib çıxması hazırki dövrdə texnologiyanın, cəmiyyətin və 
insanın inkişafının və dəyişməsinin göstəricisidir. 
Təbii ki, belə bir şəraitdə bir 
tərəfdən kitabxanaların üzərinə 
düşən vəziflər dəyişirsə, digər 
tərəfdən də kitabxanaların funksional 
mahiyyəti, fəlsəfi əhəmiyyəti dəyişir. 
Artıq kitabxanalar insanların 
intellektual inkişafına xidmət edən, 
onun informasiya ehtiyaclarını 
ödəyən, başqa sözlə desək
informasiya təhlükəsizliyini təmin 
edən yeni məkan kimi xarakterizə 
olunmalıdır. Çünki cəmiyyətin, eləcə 
də 
hər bir fərdin formalaşmasında, inkişaf tendensiyalarının 
müəyyənləşməsində onun əsas tələbatlarından olan informasiyanın çox 
mühüm rolu vardır. Özü də bu rol getdikcə çox sürətlənməkdə  və 
genişlənməkdədir. Belə bir şəraitdə, P.Laponun da qeyd etdiyi kimi
kitabxanalar “möhtəşəm yaxşı məkan” kimi xarakterizə oluna bilər. Yetər ki, 
“Əgər kitabxanalar insanın özünü 
və ətraf aləmin dərkində, onun 
inkişafında davamlı bilik ötürücüsü 
rolunu oynayan sosial institut 
rolunu oynamağa müəssər ola 
bilərsə,o zaman kitabxana deyəndə 
ağıla “Möhtəşəm 3-cü məkan” 
termini gələcəkdir.”
 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə