Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə62/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   58   59   60   61   62   63   64   65   ...   74

150 
Məlumdur ki, bəşəriyyətin yüksək mədəni-mənəvi inkişafının ən mühüm 
şərtlərindən və göstəricilərindən biri məhz kitab və ya kitabxanalardır. Hələ 
qədim dövrlərdən insanın özünü ifadə etməyə olan daxili ehtiyacı özünü ən 
müxtəlif formalarda göstərmişdir. Qaya üzərində müəyyən rəsm və piktoqrafik 
işarələr, xətt və yazılar  əks etdirmək,  əslində, elə insanın  ən çətin  şərtlər 
daxilində (daşa, qayaya yazı yazmaq bahasına olsa belə!) özünü reallaşdırmaq 
arzusunun əyani nümunəsi idi. Bu baxımdan yazının kəşfi bəşəriyyətin tarixi-
mədəni inkişafında fundamental dəyişikliklər yaratdı. Təsadüfi deyildir ki, 
yazının kəşfi informasiya inqilablarından biri kimi bəşəriyyətin tarixində həkk 
olunmuşdur: “Əksər elmi mənbələrdə II informasiya inqilabı  təxminən 5-6 
min il bundan əvvəl yazının (piktoqrafiya, heroqlif, semiotika) meydana 
gəlməsi ilə  əlaqələndirilir. Artıq informasiya daşıyıcısı kimi təkcə insanların 
yaddaşı deyil, həm də maddi daşıyıcılardan – daş, heyvan dərisi, ağac və s. 
vasitələrdən istifadə edilməyə başlandı. Bəşər tarixində baş verən bu mühüm 
hadisə informasiyaların qeydiyyatı, uzun müddətə yadda saxlanması, məkan 
və zamana görə yayılması üçün əvvəlki inqilaba nəzərən bir qədər geniş 
imkanlar yaratdı” (3, 8). Yəni yazı özü ilə elə bir fəlsəfə, elə bir mədəniyyət 
gətirdi ki, bu insanlığın həmin mərhələyə  qədərki qazandığı mahiyyəti 
keyfiyyətcə tamamilə  fərqli bir epoxal dünyaya transformasiya etdi. Yazı 
sadəcə olaraq fikirlərin, düşüncələrin  şifahi formadan qrafik işarələrə keçidi 
demək deyildi. Yazı artıq yeni bir mədəniyyətin, norma və prinsiplərin 
meydana gəlməsi idi. 
Bəşəriyyətin inkişafında növbəti informasiya inqilabı isə Almaniyada 
kitab çapı texnologiyasının meydana gəlməsi ilə baş verdi: “Belə ki, 1497-ci 
ildə alman alimi Qutenberq kitab çapı texnologiyasını ixtira etməklə bu 
inqilabın əsasını qoydu. Bunun da sayəsində insanlar arasında informasiyanın 
kütləviləşdirilməsi, daha çox həcmdə informasiyanın etibarlı  şəkildə 
saxlanması, geniş coğrafi məkana yayılması və nəsillərdən nəsillərə (gələcəyə) 
dəfələrlə ötürülməsi mümkün oldu” (3, 9). Kitab çapı texnologiyasının kəşf 
olunması və onun sonralar daha da mükəmməlləşdirilməsi, əslində, cəmiyyətin 
maarifləndirilməsinə, biliyin tirajlanmasına, informasiyanın daha geniş 
məsafalərdə yayılmasına, eyni zamanda biliyin daha əlçatan olmasına gətirib 
çıxardı ki, bu da özlüyündə bir tərəfdən bəşəriyyətin inkişafında kitabın 
mövqeyini və rolunu yüksəltməklə yanaşı, digər tərəfdən də biliyin 
kütləviləşməsini dəfələrlə artırdı.  
İnsanın biliyə, öyrənməyə olan həvəsi, məlumat  əldə etmək ehtirası, 
bilmədikləri, görmədikləri haqqında oxumaq, eşitmək marağı son nəticədə 
məlumat mənbəyi olan milyonlarla kitabları  və onların fiziki olaraq 
saxlanılması, qorunması, istifadəsinin asanlaşdırılması  və idarə olunması, 
həmçinin müəyyən məkanlarda cəmlənməsi zərurətini ortaya qoydu ki, bu da 
kitabxana ideyasının ortaya çıxmasına səbəb oldu. Lakin bu sadaladığımız 
bəzi faktorlar kitabxanaların meydana çıxmasını  zəruri edən ilkin şərtlər idi. 
Bəşəriyyətin sosial-iqtisadi həyatında baş verən irəliləyişlər, texnoloji kəşflər


151 
ümumilikdə insanın həyat  şəraitinin yüksəlməsi zəminində biliyə, məlumata 
olan ehtiyacı və onu ödəmək imkanları da keyfiyyətcə dəyişməyə başladı ki, 
bu da kitabxananın yalnız kitabların fiziki olaraq yerləşdiyi məkan kimi deyil, 
daha dərin məzmun kəsb etməsinə yol açdı. Kitabxana artıq sadəcə olaraq 
kitabın “xana”-sı, yəni kitabın evi deyil, yəni “qalaq-qalaq” kitabların 
cəmləndiyi yer kimi yox, biliyin, maariflənmənin, öyrənmənin mənbəyi, fərdin 
və ya cəmiyyətin intellektual inkişafının simvollarından birinə çevrildi. 
Kitabxananın bu mahiyyəti onun üzərinə fərdin və ya bütövlükdə cəmiyyətin 
inkişafında iştirak etmək missiyasını qoydu ki, bu da birbaşa olaraq onun bağlı 
olduğu kitabın, biliyin həm də dəyərini və əhəmiyyətini daha da yüksəltdi.  
İnformasiya-kommunikasiya texnologiyalarının, konkret desək, 
internetin meydana gəlməsinə  qədərki dövr üçün kitabxanaların (eləcə  də 
kitabların) mahiyyəti və rolu fərqli olmuşdur. Belə ki, kitabxanalar özünün 
maddi-texniki imkanlarından asılı olaraq özündə insanların asudə vaxtlarını 
səmərəli keçirməsi, istirahət etməklə bilik əldə etməsi, əylənməsi, intellektual 
inkişafa xidmət edən müsabiqə, debat, yarışların keçirilməsi, sərgi və 
təqdimatların nümayiş etdirilməsi və s. funksiyaları da özündə ehtiva edə 
bilmişdir. Təbii ki, burada kitabxanaların kifayət qədər  əlavə funksiya və 
rollarını da əlavə edə bilərik. Məsələn, insanların sosiallaşması, 
kollektivləşməsi baxımından kitabxanalar çox mühüm əhəmiyyətə malikdir. 
Həmçinin kitabxana gənclərin görüş yeri, bilik mübadiləsi və müzakirəsi üçün 
əlverişli məkan kimi də xarakterizə oluna bilər. Lakin müasir dövrdə 
cəmiyyətin yüksək inkişafı, informasiya-kommunikasiya texnologiyalarının 
insan həyatının bütün sahələrinə sürətli daxil olması, qloballaşma və 
virtuallaşma proseslərinin getməsi və s. faktorlardan asılı olaraq kitabxanaların 
da strukturu, mahiyyəti və funksiyası da dəyişməyə başlamışdır. 
Burada məsələ yenə  də birbaşa olaraq müasir informasiya cəmiyyəti 
quruculuğunda kitaba, kağız çap məhsullarına münasibətlə bağlıdır. Elektron 
texnologiyaların meydana gəlməsi, informasiyanın  əldə olunmasının kifayət 
qədər asanlaşması, internetin sürətlə genişlənməsi kitab çapı və kağız medianı 
ikinci plana keçirmişdir. Bu gün kitabların əksəriyyətinin, həmçinin qəzet və 
jurnalların hamısının elektron variantlarının mövcud olması  və onların 
internetdə yerləşdirilməsi kağız texnologiyalarını bir qədər kölgədə 
qoymuşdur. Bütövlükdə kağız print texnologiyalarına olan bu münasibət, 
özünü kitabların cəmləşdiyi klassik kitabxanaların da müasir tələblərə 
uyğunlaşdırılması  zərurətini, daha dəqiq desək, elektron kitabxanaların 
meydana gəlməsini aktuallaşdırmışdır. Belə bir şəraitdə kitabxanaların rolu və 
funksiyası da dəyişmiş olur. Lakin bizim burada müzakirə etmək istədiyimiz 
məsələ birbaşa olaraq müasir informasiya-kommunikasiya texnologiyaları 
şəraitində kitabxanaların rolu və funksiyasından daha çox, “möhtəşəm yaxşı 
məkan” məsələsi aspektindən kitabxanaların yerinin müəyyənləşdirilməsidir.  


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə