Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə64/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   60   61   62   63   64   65   66   67   ...   74

155 
Əvvəla, onu deyək ki, ümumtürk və  Şərq-müsəlman mədəniyyətinin 
tərkib hissəsi kimi Azərbaycan mədəniyyəti bugünki vəziyyətinə uzunillik 
inkişaf yolu keçərək gəlib çıxmışdır. Təbii ki, bu mədəniyyətin 
formalaşmasında və inkişafında müxtəlif dövrlərdə  cəmiyyətdə gedən 
çoxşaxəli proseslərin mühüm rolu olmuşdur.  
Erkən Orta əsrlərdə islamlaşmış  ərazilərdə  bəzi sosial-siyasi hadisələr 
baş verdi ki, həmin hadisələrin təsiri və  həm də  nəticəsi olaraq bir sıra dini 
ehkam və yasaqlar ya tamamilə aradan qaldırıldı, ya da xeyli dərəcədə 
yumşaldıldı. Belə ki, VIII-IX yüzilliklərdən başlayaraq, hakimiyyət uğrunda 
gedən siyasi çarpışmalarda məğlubiyyətə  uğrayan bir sıra nüfuzlu İslam 
ideoloqları arasında bu dini dünyagörüşün bəzi müddəalarının təshihi və 
yeniləşdirilməsi meylləri yarandı ki, bu da ayrı-ayrı  təriqətlərin meydana 
gəlməsiylə nəticələndi (5, 87-89). 
Orta əsrlərdə Azərbaycan müxtəlif feodal imperiyalarının əsarəti altında 
olmuş,  əvvəlcə monqolların, sonra isə Teymurilər imperiyasının işğalları baş 
vermişdir. Bu işğal və basqılar zəminində bir sıra üsyanlar, etirazlar meydana 
gəlmişdi. Belə etiraz formalarından biri də mahiyyətində müəyyən demokratik 
ideya və azadlıq düşüncələrini  əks etdirən insanların, savadlı  və ziyalı 
şəxslərin toplaşma məkanı  və formalarından biri də  təriqət və  cərəyanlar idi. 
Nə qədər ədəbi-bədii, fəlsəfi-estetik mahiyyət kəsb etməsindən asılı olmayaraq 
təriqətlər müəyyən mənada, bəzən rəmzi simvolik, bəzən isə birbaşa olaraq 
insanın daxili-mənəvi azadlığı ideyasını təbliğ edir və yayırdı. Bu prizmadan 
baxdıqda, orta əsrlər Azərbaycan mədəniyyətinin formalaşması və inkişafında 
mühüm rol oynayan təriqət və  cərəyanların – ideya, fikir, əqidə 
generatorlarının cəmiyyətin ideoloji əsaslarının təşkil olunmasındakı rolunu 
görmək mümkündür. Məsələn, sufi-dərvişlər təkkə ocağında cəmləşərək öz 
ayin, mərasim və ideyalarını icra və təbliğ edirdilər. Təkkə ocağında təriqətə 
qulluq edən, məxsusi mərasimlər keçirən sufi-dərvişlər tərəfindən təriqət 
məzmunu daşıyan hekayətlər rəmzi-simvolik rəvayətlər düzüb qoşulur və 
təbliğ olunurdu.  
Və ya XIV əsrdə Azərbaycan  ərazisində yaranan, daha sonra bir sıra 
ərazilərə  də yayılan hürufilik təriqətinin mahiyyəti,  əslində, yadellilərə, zülm 
və  əsarətə qarşı mübarizə, insan azadlığı  və hüquqlarının  əldə olunmasına 
çağırış idi. Bunu isə Rey Oldenburqun vurğuladığı fransız və amerikan 
inqilabının, eləcə  də ingilis maarifçiliyinin meydana gəlməsində mühüm rol 
oynayan kafe, qəhvəxana, meyxana kimi “üçüncü məkanlar”la müqayisə 
etmək mümkündür. Əslində, bu məkanlar müəyyən ideya və fikirlərin 
müzakirə olunduğu, vahid əqidə ətrafında birləşən insanların toplaşdığı məkan 
kimi mühüm əhəmiyyət kəsb edir.  
Bundan əlavə, əgər biz Azərbaycan folklor nümunələrinə, xüsusən nağıl 
və dastan süjetlərinə baxsaq görərik ki, burada insanların toplaşdığı, biri-biri 
ilə ünsiyyətə girdiyi, fikir mübadiləsi etdiyi məkanlardan biri də çayxanalar, 
aşxana, hamam və karvansaraylardır. Dastan və nağıllarımızda səfərə  çıxan 


156 
qəhrəman hər zaman gecələmək üçün karavansaraylara, mehmanxanalara üz 
tutur, çayxanalara qonaq olur və bu yerlərdə müxtəlif insanlarla, olay və 
hadisələrlə qarşılaşır. Özü də bu hadisə  və olaylar həmişə onun gedəcəyi 
yerlər, görəcəyi işlərlə  əlaqəli olur. Dastan və ya nağıl qəhrəmanı  çətinliyə 
düşdükdə, əlacsız vəziyyətdə qaldıqda bu məkanlarda rast gəldiyi insanlardan 
aldığı  xəbərlə, məlumatla yoluna davam edir, öz hədəfinə doğru irəliləyir. 
Məsələn, “Baftaçı  Şah Abbas” nağılında dərviş libasını geyinib şəhərə  çıxan 
Şah Abbas yuxuda gördüyü hadisələrlə bir aşxanada rastlaşır (2, 280-282). 
Yaxud “Aşıq Qərib” dastanında Dəli Mahmudun qəhvəxanasına yollanan Aşıq 
Qərib oradakıların xahişi ilə  Təbrizi vəsf eləyir və camaatın gözü qarşısında 
Güloğlanla burada deyişir (1, 173-174). Daha bir nümunə göstərək. “Qurbani” 
dastanında Gəncə  şəhərinin daş mehmanxanasının çayçısına gələn Qurbani 
oradıkıların qarşısında Dədə Yediyar kimi ustad sənətkarı məğlub edir (1, 222-
225). 
Bütün bu faktlar onu deməyə əsas verir ki, Rey Oldenburqun qeyd etdiyi 
xüsusi məkanlar, Azərbaycan mədəniyyətində  də aktiv məkanlar kimi xüsusi 
əhəmiyyət kəsb etmiş, cəmiyyətin və ayrı-ayrı insan qruplarının toplaşdığı, 
cəmləşdiyi yerlər kimi yaddaşlarda əks olunmuşdur.  
Hal-hazırki zamanımızda da, istər gənclərin, istərsə  də orta və yaşlı 
nəslin nümayəndələrinin toplaşdığı, üz tutduğu  ən mühüm məkanlar məhz 
çayxanalar, çay evləri, klub və kinoteatrlardır.  İnsanlar sosial durumlarına, 
peşə  və maraqlarına, dünyagörüşü və  əqidələrinə  və s. parametrlərə  əsasən 
müxtəlif məkanlarda öz istirahət vaxtlarını keçirir, ünsiyyət və müzakirələr 
təşkil edirlər. Bu məkanlar, əslində, asudə vaxtın səmərəli və rahat keçirilməsi, 
insanların ünsiyyət və münasibət ehtiyaclarının ödənilməsi baxımından 
mühüm  əhəmiyyət kəsb edir. İnsanlar belə  məkanlara qidanlanmaqdan daha 
çox ünsiyyət və münasibət üçün üz tuturlar.  
Ümumiyyətlə, Rey Oldenburqun “üçüncü məkanlar”la bağlı  məsələyə 
hansı aspektdən yanaşmasından və Pyotr Laponun bu məsələyə münasibətdə 
hansı mövqe tutmasından asılı olmayaraq qeyd etməliyik ki, kafe, qəhvəxana, 
çayxana, klub, bərbərxana, hamam, ticarət mərkəzləri və s. kimi insanların 
toplaşdığı tarixi və müasir məkanların mahiyyətində çoxsaylı faktorlarla 
yanaşı, informasiya mübadiləsi və müzakirəsi, eləcə  də ünsiyyət və 
kommunikasiya ehtiyacı mühüm yer tutur. Bu məkanlar məhz məlumat, xəbər, 
söz-söhbət,  şayiə, yalan, həqiqət və s.-dən ibarət olan informasiya məkandır. 
Lakin bu məkanların rolu və funksiyası informasiya-kommunikasiya 
texnologiyaları meydana gələnə  qədərki dövr üçün fərqli məzmun kəsb 
edirdisə, İKT-dən sonrakı dövr üçün yeni məna ehtiva etməkdədir. Təbii ki, bu 
zəmində kitabxanaların da mahiyyəti, forma və  məzmunu da dəyişikliyə 
məruz qalmışdır. Bu məsələyə bir qədər sonra yenidən qayıdacağımızı nəzərə 
alaraq, Pyotr Laponun qeyd olunan məqaləsində kitabxanların “üçüncü 
məkan” kimi təhlili perspektivlərinə  və onların sosial mahiyyəti ilə bağlı 
məsələlərə diqqət yetirək.  


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə