Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə63/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   59   60   61   62   63   64   65   66   ...   74

152 
 
 
Məlumdur ki, elmi peşəkar dövriyyədə “möhtəşəm yaxşı məkan” (ingilis 
dilində: “Great Good Place”, rus dilində: “Великое  хорошее  место”) 
məsələsi xeyli müddətdir müzakirə olunur. İlk dəfə bu anlayış amerikan 
sosioloqu Rey Oldenburq tərəfindən elmi dövriyyəyə  gətirilmişdir. Onun ilk 
dəfə 1989-cu ildə  nəşr etdirdiyi kitabının adı belə idi: “Möhtəşəm yaxşı 
məkan: kafe, kafeteriya, ictimai yerlər, univermaqlar, barlar və onlar gün 
ərzində sizi necə  qəbul edirlər” (“Great Good Place: Cafes, Coffee Shops, 
Community Centers, General Stores, Bars, Hangouts, and How They Get You 
through the Day”). Kitabın növbəti nəşrlərində sərlövhədə müəyyən dəyişiklər 
edilsə də, müəllifin yanaşmasına görə, insanın həyatının bağlı olduğu əsas üç 
məkan vardır ki, bunlardan birincisi ev, ikincisi qazanc  əldə edilməsi və ya 
istehsalat (yəni iş – A.M.), üçüncüsü isə cəmiyyətin əsasını təşkil edən hər cür 
ünsiyyət və münasibət sferasıdır (8, 56). Müəllifin verdiyi izahlardan aydın 
olur ki, “üçüncü məkan” insanların sərbəst toplaşdığı, istirahət etdiyi, ünsiyyət 
və münasibət qurduğu,  ən müxtəlif həyat və  məişət problemlərini bir yana 
ataraq üz tutduğu kafe, klub, kitab mağazaları, bərbərxana, gözəllik salonu 
və s. kimi yerlərdir. 
Qeyd etmək lazımdır ki, “möhtəşəm yaxşı  məkan” problemini elmi 
dövriyyədə gündəmə  gətirən Pyotr Mixayloviç Lapodur. İxtisasca tətbiqi 
riyaziyyatçı olan alim 1994-cü ildən 
Belarusiya Milli Elmlər Akademiyasının 
Elmi kitabxanasında kitabxana 
proseslərinin avtomatlaşdırılması 
şöbəsinin müdiri kimi fəaliyyət 
göstərmişdir. Alim 15 il ərzində Belarus 
Dövlət Universitetinin Fundamental 
kitabxanasına rəhbərlik etmiş, 2015-ci 
ildən etibarən isə Qazaxıstanda 
(Astanada) Nazarbayev Universitetinin 
Elmi kitabxanasında baş ekspert kimi 
fəaliyyət göstərir.  
“Üçüncü məkan” insanların 
sərbəst toplaşdığı, istirahət 
etdiyi, ünsiyyət və münasibət 
qurduğu,  ən müxtəlif həyat və 
məişət problemlərini bir yana 
ataraq üz tutduğu  kafe, klub, 
kitab mağazaları, bərbərxana, 
gözəllik salonu 
və s. 
kimiyerlərdir.  


153 
Rey Oldenburqun bu yanaşmasına və ümumiyyətlə, “möhtəşəm yaxşı 
məkan” məsələsinə diqqət yetirən Pyotr Mixayloviç Lapo sadalanan yerlər 
arasında kitabxanaların xatırlanmamasına diqqət çəkir və yazır: “Kitabxananın 
adı “üçüncü yer” kimi xatırlanmır, təbii olaraq sual meydana çıxır: Nə üçün? 
Hərçənd Amerika Kitabxanalar Assosiasiyasının məlumatına görə, 2012-ci 
ildə ABŞ-da kütləvi kitabxanalar Makdonalds kafelərindən çoxdur 
(kitabxanaların sayı filialları da daxil olmaqla 16.766-dır); ABŞ-ın orta yaşlı 
əhalisinin 58%-nin oxucu bileti var, amerikanlar həftədə kinoteatrlardan 3 dəfə 
çox məktəb, kütləvi, elmi kitabxanalarda olurlar” (6, 9).  
Pyotr Mixayloviç Lapo bütün bunları  nəzərə alaraq qeyd edir ki, 
tamamilə  məntiqi olaraq digər suallar meydana çıxır: “Kitabxananı “üçüncü 
yer” hesab etmək olarmı?”, “R.Oldenburqun kitabı “Möhtəşəm yaxşı məkan” 
adlandığı halda nə üçün kitabxanaya “üçüncü yer” mənasında baxmalıyıq? (6, 
9).  
P.M.Laponun qeyd olunan məqaləsində apardığı tədqiqatdan aydın olur 
ki, “möhtəşəm yaxşı məkan” ifadəsi hələ Rey Oldenburqdan xeyli əvvəl, XIX 
əsrin sonu XX əsrin başlanğıcında yaşamış amerikan yazıçısı Henri Ceymsin 
1900-cü ildə çap olunmuş hekayələrindən birinin adı olmuşdur.  Əsərin baş 
qəhrəmanı olan Corc Deyn adlı yazıçı obrazı elə bir yer arzulayır ki, məhz 
orada dincəlib, tükənmiş gücünü bərpa edə bilsin, həm də orada dostlarla, özü 
kimi insanlarla səmimi söhbətlər etmiş olsun. Və yuxuda bu arzusunu həyata 
keçirir.  
P.Lapo qeyd edir ki, Rey Oldenburq kitabında məhz Corc Deynin 
yuxuda həyata keçirdiyi arzusunu reallaşdırmaq üçün vacib olan məkanlara – 
kafe, bar, gözəllik salonu və s. yerlərə diqqəti cəlb edir. O yerlər ki, orada 
insan işgüzar söhbət və ailə problemlərdən uzaqlaşaraq başqa insanlarla 
arzuolunan ünsiyyətdən və bu yerlərin aurasından müsbət enerji ilə yüklənir. 
Yəni M.P.Laponun qənaətinə görə, Rey Oldenburq məhz bu baxımdan kitabını 
“Möhtəşəm yaxşı məkan: kafe, qəhvəxana, ictimai yerlər, univermaqlar, barlar 
və onlar gün ərzində sizi necə qəbul edirlər” kimi adlandırmışdır (6, 10).  
Yeri gəlmişkən bir məqamı da unutmaq olmaz ki, əslində, “üçüncü 
məkan” ehtiyacı  şəhər həyatı, buradakı gündəlik həyat rejimi ilə birbaşa 
bağlıdır.  İnsanların hər gün səhər işə yollanması  və günün sonunda yorğun 
şəkildə evə dönməsi və bu həyat ritminin monotonluğu evdən və  işdən 
kənarda, özü də onların hər ikisindən uzaqlaşmaqla yeni bir məkan axtarışını 
zəruri etmişdir. Başqa  şəkildə ifadə etsək, “üçüncü məkan”  əslində insanın 
gərgin iş həyatından, darıxdırıcı məişət problemlərindən qurtulmaq, müvəqqəti 
də olsa, özünü azad və qayğısız hiss etmək arzusundan doğur. Başqa bir 
tədqiqatda vurğulandığı kimi, ““üçüncü məkan”  şəhər cəmiyyətini 
formalaşdıran” 4 əsas faktorlardan biridir.  
Lakin M.P.Lapo məqaləsində başqa bir məqama da diqqəti cəlb edir. O 
belə bir sual qoyur ki, bəs nə üçün hər bir insanın gündəlik həyatında olan 
kafe, bar və gözəllik salonu kimi adi məkanlar sonradan “möhtəşəm yaxşı 


154 
məkan” və hətta “cəmiyyətin və demokratiyanın sosial mövcudluğunun ürəyi” 
səviyyəsinə yüksəldilir?  
M.P.Laponun qoyduğu bu suala verdiyi izahdan aydın olur ki, 
R.Oldenburq öz kitabında “üçüncü yer” məsələsi ilə bağlı  qədim yunan 
demokratiyası dövründə  aqora, amerikan inqilabı illərində  taverna  (aşxana, 
meyxana), Fransız inqilabı zamanı  kafe, Londonda Maarifçilik epoxası 
zamanı qəhvəxana kimi tarixi faktları gətirməklə bu problemin ümumictimai 
əhəmiyyətini  əsaslandırmaq və ona cəmiyyətin və dövlətin diqqətini cəlb 
etmək istəyirdi. O, cəmiyyətdə demokratiyanın inkişafı ilə onların (yəni həmin 
məkanların – A.M.) əlaqəsini nümayiş etdirir və  Qərb cəmiyyətinin mühüm 
bir dəyərinin – hazırda humanizm və demokratiya ideyalarının davamı kimi 
xarakterizə olunan individualizmin qorunmasında onların  əhəmiyyətini 
vurğulayır. Deməli, Pyotr Laponun baxışına görə, Rey Oldenburq “üçüncü 
məkan” hesab olunan yerlərin, yəni kafe, qəhvəxana, kazino, bar və s.-nin 
ümumictimai  əhəmiyyətini çatdırmaq və dövlətin diqqətini cəlb etmək 
məqsədilə “möhtəşəm yaxşı məkan” kimi xarakterizə etmişdir (6, 11).  
Rey Oldenburq kitabının yeni nəşrində onun adını  dəyişdirmiş  və belə 
təqdim etmişdir: “Kafe, qəhvəxana, kitab mağazaları, barlar, bərbərxanalar və 
digər yığıncaq yerləri ictimaiyyətin ürəyində”. Bütün bu fikirləri əsas gətirərək 
Pyotr Lapo qeyd edir ki, kitabxana dövlət tərəfindən qurulduğu və 
maliyyələşdirildiyi üçün fərdi,  şəxsi təşəbbüs kəsb etmir və müəyyən sosial 
funksiya daşıyır. Beləliklə də onu (yəni kitabxananı – A.M.) müəllif tərəfindən 
təklif olunan üçüncü məkanların siyahısına daxil etmək və “üçüncü 
məkanların” “cəmiyyətdə demokratiyanın dayağı” konsepsiyasına uyğun 
hesab etmək düzgün görünmür (6, 11).  
Bütövlükdə, Rey Oldenburqun “üçüncü məkan”ların cəmiyyətdə 
demokratik dəyər və ideyaların qorunması, inkişaf etdirilməsi ilə bağlı 
konsepsiyasına qarşı çıxan P.Lapo gözəllik salonu, bərbərxana, bar, kafe və s. 
kimi məkanların insanın dünyagörüşünün, ictimai davranışlarının 
formalaşmasında mühüm əhəmiyyət kəsb etmədiyini, fərdi olaraq hər kəsə 
fərqli təsir etdiyini qeyd edir. Müəllifin yanaşmasına görə, belə  məkanlara 
insanlar artıq özlərinin formalaşmış baxışları, dünyagörüşləri və davranışları 
ilə gəlirlər. Kitab haqqında təhlillərini yekunlaşdıran Pyotr Lapo yazır ki, əgər 
Rey Oldenburqun kitabında dəyərlər konteksti və “üçüncü məkanların” ictimai 
və siyasi həyatda totalitarizmin və iqtisadi sferada kapitalın monopalist 
hakimiyyətinə qarşı  hədəflənmiş  məqsədi olmasaydı, o, kulturoloji 
tədqiqatların geniş ictimai diqqətini kəsb edən ciddi bir əsərdən daha çox, 
tarixi lətifələr toplusu ola bilərdi və  bəlkə  də, “Möhtəşəm yaxşı  məkan”dan 
daha çox “üçüncü məkan” adı onu daha uzağa apara bilərdi (6, 13).  
Rey Oldenburqun “üçüncü məkan” və ya “möhtəşəm yaxşı  məkan” 
konsepsiyasının perspektivindən Azərbaycan mədəniyyəti tarixinə  nəzər 
yetirsək, müəllifin vurğuladığı  həmin məkanlar barədə müəyyən fikirlər 
söyləmək mümkündür.  


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə