Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə71/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   66   67   68   69   70   71   72   73   74

171 
Beləliklə, yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, nadir və 
qiymətli nəşrlərin  ənənəvi kartoçka kataloqunun kompüter emalı xeyli 
maliyyə, maddi və  əmək ehtiyatları olan kitabxanalar üçün məqbul olan 
variantdır. 
Yuxarıda deyilən birinci variant, yəni elektron emalda əsas profil olan 
tematik bölmənin və  ədəbiyyatın növ əlamətinin seçilməsi ardıcıl olaraq və 
kifayət qədər operativ şəkildə müəyyən kitabxananın nadir və qiymətli 
nəşrlərinin elektron kataloqunun yaradılmasına və ona uzaq məsafədən 
müraciətin təmin edilməsinə imkan yaradır. Bu variantın reallaşdırılmasının 
mürəkkəblik dərəcəsi konkret kitabxananın təşkilati strukturundan və nadir və 
qiymətli nəşrlərin kartoçka kataloqu üçün təsnifləşdirmə keyfiyyətindən 
asılıdır. 
Deyilən ikinci variantın mürəkkəbliyi və ya çatışmazlığı iki cəhətdən 
özünü göstərir: 
1.Nadir və qiymətli nəşrlərin seçilmiş tematikasının hər hansı tip 
kataloqa aiddirsə, sonralar digər tip kitabxanalarda “təmizləmə  işi” aparmaq 
xeyli zəhmət tələb edir; 
2. Nadir və qiymətli nəşrlərin hər hansı tematika və yaxud ədəbiyyat 
növü üzrə sorğularını  təmin etmək üçün kartoçka və elektron kataloqların 
paralel istifadəsi lazım gəlir. 
Sonuncu göstərilən vəziyyət elektron kataloq və ümumiyyətlə, 
informasiya axtarışı sistemləri üçün mənfi haldır. Çünki belə halda oxucular 
və bəzi ənənə psixologiyasına sadiq qalan bəzi kitabxana işçiləri bütün mənfi 
cəhətlərinə baxmayaraq, kartoçka kataloquna daha çox müraciət edirlər. 
Nəticədə baha başa gələn elektron kataloqun səmərəliliyi aşağı düşür. Deyilən 
hər iki çatışmazlıq nadir və qiymətli nəşrlər fondlarını daha yaxın olan 
kitabxanaların korporativ və ya kooperativ kataloqlaşdırma şəbəkəsinin təşkili 
ilə aradan qaldırıla bilər. 
Yuxarıda göstərilən üçüncü variant, yəni nadir və qiymətli sənədlərin 
nəşr ilinə görə avtomatlaşdırılmış üsullarla ardıcıl emalı müxtəlif cəhətlərdən 
nəzərə alına bilər: 
1.Kartoçka kataloqunda olan nadir və qiymətli sənədlərin nəşr ili; 
2. Nadir və qiymətli nəşrlərin tematik bölgüləri üzrə nəşr ili; 
3.Nadir və qiymətli nəşrlərin bəzi hallarda dil qrupları üzrə nəşr ili. 
Burada müəyyən cari ildən başlayaraq sənədin əvvəlki nəşr illəri ardıcıl 
olaraq götürülür (cari il+əvvəlki birinci il; cari il+əvvəlki ikinci il və s.). Bu 
variantda kitabxananın inventar kitabından ilkin seçim kimi, yaxud müvafiq 
kataloqdakı əsas təsvirlərdən istifadə edilə bilər. 
Yuxarıda göstərilən dördüncü variant, yəni nadir və qiymətli nəşrlərin 
bir neçə illik istifadə intensivliyindən asılı olaraq onların retrospektiv dövr 
üçün tematikalarının seçilməsi və biblioqrafik təsvirlərinin həmin dövr üzrə 
kompüter emalı nəzəri cəhətdən mümkün variantdır. Lakin bu üsulu təcrübədə 
istifadə edən kitabxana hələlik bizə  məlum deyil. Üsulun çatışmayan cəhəti 


172 
ənənəvi və elektron kataloqun eyni vaxtda paralel istifadəsi vacibliyidir. Lakin 
təbii ki, müəyyən müddət keçdikdən sonra ənənəvi kataloqda az soruşulan və 
ya heç soruşulmayan nadir və qiymətli nəşrlər üzrə biblioqrafik təsvirlər 
qalacaqdır. Bununla da nadir və qiymətli nəşrlər  ədəbiyyatının depozitar 
fondunun təşkili üçün şərait yaranmış olur. Bu variant yuxarıda deyilən ikinci 
və üçüncü variantla da əlaqəli şəkildə istifadə oluna bilər. 
Nadir və qiymətli nəşrlərin kartoçka kataloqunun maşınlaoxunan 
formaya keçirilməsinin hazırlıq mərhələsindəaşağıdakı məsələlərin həlli ehtiva 
olunur: 
-maliyyə və texniki təminat məsələlərini həll etmək; 
-işçi qrup yaratmaq; 
-vacib hallarda bu işdə iştirak edən təşkilatlarla müqavilə bağlamaq; 
-biblioqrafik yazıların keyfiyyəti və redaktəsinə məsul şəxsləri müəyyən 
etmək; 
-icraçılar üçün müəyyən iş yerləri hazırlamaq; 
-görüləcək işin qrafikini tərtib etmək; 
-işin mərhələlər üzrə texnologiyasını müəyyənləşdirmək; 
-işçi təlimatlar hazırlamaq. 
Əgər işin görülməsi üçün əlavə aparat-proqram vasitələri (məsələn: 
konvertatorlar, rubrikatorlar, transliterasiyanın dəstəklənməsi vasitələri və s.) 
istifadə etmək nəzərdə tutulursa, onların da hazırlanması lazım gəlir. Elektron 
yazı massivinin yoxlanaraq qəbul edilməsi və istismara verilməsi qaydaları da 
hazırlıq mərhələsində işlənməlidir. 
Deyilən hazırlıq, təşkilati və texnoloji xüsusiyyətlərin yerinə yetirilməsi 
konkret kitabxananın xüsusiyyətləri, onun kataloqunun vəziyyəti, həmçinin 
məlumat bazasının ilkin emalı və onun əsasında tam yararlı elektron kataloqun 
yaradılması üçün seçilmiş texnologiyadan asılıdır. 
Nadir və qiymətli nəşrlərin kartoçka kataloqlarının tam həcmdə elektron 
kataloq üçün emal texnologiyası iki əsas mərhələyə bölünür: 
1)  Kataloqun ilkin emalı, yəni biblioqrafik təsvirlərin maşınlaoxunan 
formaya keçirilməsi; 
2)  Maşınlaoxunan biblioqrafik məlumat massivinin (nadir və qiymətli 
nəşrlərə dair)elektron kataloqun formalaşdırılması üçün vacib olan 
elementlərin əlavə edilməsi. 
Kataloqun ilkin emalının (biblioqrafik məlumatların kompüterə daxil 
edilməsi) elektron kataloqun hazırlanma mərhələsi adlandırıla bilər. Nadir və 
qiyməti nəşrlərə dair biblioqrafik yazıları  əks etdirən kartoçka kataloqu 
maşınlaoxunan formaya keçirilərkən müvafiq sənədin məhdud miqdarda 
biblioqrafik təsvir elementlərini almış oluruq ki, bunlar da ümumilikdə 
elektron kataloqu axtarış (indikativ) funksiyasını tam şəkildə reallaşdırmağa 
imkan vermir. İlk növbədə  həmin yazılarda  ədəbiyyatın tematik axtarış 
əlamətləri kifayət qədər dolğun deyil, personaliya və annotasiya isə yoxdur. 
Həmin biblioqrafik yazılar mövcud kommunikativ formatların və bir sıra 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə