Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə68/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   64   65   66   67   68   69   70   71   ...   74

164 
-çoxsaylı  sənəd kütləsi sistemində nadir və qiymətli nəşrlərin elektron 
kataloqlaşdırılmasının elmi-nəzəri və metodoloji konsepsiyasının 
formalaşdırması; 
-cəmiyyətin sənəd kommunikasiyaları sistemində nadir və qiymətli 
nəşrlərin optimal dövriyyə mexanizmi istiqaməti formalaşdırılarkən elektron 
kataloqlaşdırmanın metodoloji və praktiki aspektlərinin yüksək səviyyədə 
nəzərə alınması; 
-nadir və qiymətli nəşrlərin elektron kataloqlaşdırılması sahəsində 
qabaqcıl dünya təcrübəsinin mütərəqqi metod və üsullarının tətbiqinə xüsusi 
diqqət göstərilməsi və bu proses həyata keçirilərkən milli identifiklik 
əlamətləri gözlənilməsi; 
-elektron kataloqlaşdırma prosesinin əsaslı  mərhələlərində nadir və 
qiymətli nəşrlərin spesifik əlamətləri, xüsusi mühafizə  və  məxfilik 
elementlərinin müəyyənləşdirilməsi, mühafizə kodlarının və istifadə 
elementlərinin müvafiq qaydalar əsasında qurulması; 
-informasiyalaşdırılmış  cəmiyyət  şəraitində elektron kataloqlaşdırma 
prosesində nadir və qiymətli nəşrlərin struktur-funksional imkanlarının 
istifadəçi tələbatına uyğun identifikasiyasını müəyyənləşdirilməsi; 
-Azərbaycan Respublikasının kitabxanalarında saxlanılan, mühafizə 
edilən, dinamik müəyyənləşdirilən nadir və qiymətli nəşrlərin müvafiq şəraitə 
uyğun elektron kataloqlaşdırılması  mərhələlərində metodoloji və  təcrübi 
prioritetlərin məqsədəuyğun formalaşdırılmasının təmin edilməsi; 
-müvafiq rəsmi sənədlər, dövlət aktları  əsasında nadir və qiymətli 
nəşrlərin kitabxana fondlarının, xalqın ümumi milli mədəniyyətinin, tarixinin, 
mənəviyyatının mühüm tərkib hissəsi kimi avtomatlaşdırılmış sistemlərdə 
elektron kataloqlar vasitəsilə biblioqrafik axtarışının optimal mexanizmini 
işləyib hazırlamaq; 
-respublika kitabxanalarının nadir və qiymətli nəşr fondlarının elektron 
kataloqlaşdırma prosesinə  cəlb edilərkən elmi-texniki tərəqqinin son 
nailiyyətlərinin, qabaqcıl texnologiyanın ümdə elementlərinin verdiyi 
imkanlardan maksimum bəhrələnilməsi və s. 
Nadir və qiymətli nəşrlərin elektron kataloqlaşdırılması müvafiq elmi 
qanynauyğunluqlara, metodoliji və praktiki xəttə uyğun həyata keçirilir. 
Bunun üçün ilk növbədə kompleks halda elektron kataloqlaşdırma 
metodologiyasının nəzəri-metodoloji və praktiki konsepsiyasını 
ümumiləşdirmək və bunun fonunda nadir və qiymətli nəşrlərin 
kataloqlaşdırılmasının başlıca prioritetlərini ümumiləşdirmək qarşıda durur. 
XX əsrin II yarısına qədər olan dövrdə elektron kataloqun ilk yaradıcısı 
olan ABŞ-da elmi və kütləvi kitabxanalarda əlifba və predmet kataloqların 
biblioqrafik yazılarının  əlifba sırasında  əlaqələndirilmiş kompleksini əks 
etdirən lüğət kataloqu mövcud olmuşdur. Bu kataloqda əsərlər predmet və 
anlayışlara görə və əlaqədar əsərin sərlövhəsindəki (başlığındakı) ilk sözə görə 
axtarılmışdır. Lüğət kataloqunun tərtibi, istifadə qaydaları tarixən 


165 
predmetləşdirmənin nəzəri və təcrübi məsələlərini ilk dəfə araşdırmış Amerika 
kitabxanaşünası Ç.Ketterin ilk dəfə yazdığı “Lüğət kataloqunun tərtibi 
qaydaları” adlı monoqrafiyasında verilmişdir. Monoqrafiyaya əlavə kimi yuva 
predmet rubrikalarının siyahısı da çap edilmişdir. 1859-cu ildə ABŞ 
Kitabxanalar Assosiasiyası “Lüğət kataloqunda istifadə üçün predmet 
rubrikalarının siyahısı” adlı iki cildlik kataloqu çap etdirmişdir. Bu əsərdə 
Ç.Ketterin monoqrafiyasındakı 
“əlavə” xeyli genişləndirilmiş 
və 
zənginləşdirilmişdir[8, s.44].1902-ci ildə Konqres Kitabxanası həmin kataloqu 
məzmunca daha da genişləndirmiş və zənginləşdirmiş və Library of Congress 
Subject Headings-LCSH” adı ilə yenidən təkrar nəşr etdirmişdir. XX əsrin 50-
ci illərindən başlayaraq hesablama texnikasının, ilk növbədə  əqli  əmək 
proseslərində və istehsalatda tətbiqi, sonralar kitabxana-biblioqrafiya işlərində 
istifadəsinə  də  zəmin yaratmışdır. Elektron kataloq aspektindən bu proses 
tarixən ilk dəfə 1960-cı illərdə kitabxanalarda bir çox problemlərin həllinə 
imkan verən  əsas prosesə-biblioqrafik yazların maşınlaoxunan formada 
hazırlanmasına başlanılmasıdır. Bunun üçün ilk növbədə MARC (Machine 
Readable Catalogue) formatı  işləndi.1968-ci ildə MARC formatı  İSO 
tərəfindən beynəlxalq standart (İSO 2709) kimi təsdiq edildi. Bundan sonra bu 
layihəyə ABŞ, Kanada və Böyük Britaniyanın bir neçə kitabxanası da qoşuldu 
və MARC-2 formatı hazırlandı. Burada ilkin məqsəd vahid format yaratmaq 
olsa da, fikir ayrılığı  nəticəsində üç oxşar, lakin müxtəlif USMARC (ABŞ), 
CANMARC (Kanada) və UKMARC (Böyük Britaniya) milli formatları 
yaradıldı. Hazırda da bu formatlardan əngeniş yayılanı USMARC-dır. Daha 
sonralar digər ölkələrin, eləcə  də Rusiyanın (RUSMARC) milli formatları 
yaradıldı. [11, s.69] 
Qeyd etdiyimiz kimi, artıq 1970-80-ci illərdə bir çox ölkələr MARC 
formatını  qəbul etdi və MARC-ın 50-dən çox variantından istifadə edilməyə 
başlandı. Belə bir şəraitdə çoxsaylı formatların mövcudluğu informasiya 
mübadiləsi məqsədilə vasitəçi formatın yaradılması  zərurətini meydana 
çıxardı. Beləliklə, milli formatların uyğunlaşa bilməsi üçün İFLA-nın 
(International Federations of Library Associations- Kitabxana 
Federasiyalarının Beynəlxalq Assosiasiyası) rəhbərliyi altında beynəlxalq 
proqramı  və Universal Biblioqrafik Uçot Proqramı  çərçivəsində istənilən 
MARC formatında tətbiq olunan biblioqrafik informasiyanın beynəlxalq 
mübadiləsinin təmini üçün beynəlxalq kommunikativ formatın işlənilməsi 
qərarı qəbul olundu. “UNİMARC” (Universal MARC Formatı) adlandırılan bu 
beynəlxalq formatın  əsas məqsədi milli biblioqrafik agentliklər arasında 
maşınlaoxunan formada biblioqrafik məlumatların beynəlxalq mübadiləsini 
təmin etməkdir.Qeyd edək ki, UNİMARC formatı ilə yanaşı, ABŞ Konqres 
Kitabxanası  tərəfindən sonralar MARC-21 (“XXI əsrin formatı”) beynəlxalq 
kommunikativ formatı yaradıldı. Beləliklə, hazırda dünya kitabxanalarında 
üçün biblioqrafik yazıların beynəlxalq kommunikativ formatı kimi UNİMARC 
formatı ilə yanaşı, CANMARC və USMARC formatlarının uyğunlaşdırılması 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə