Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə70/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   66   67   68   69   70   71   72   73   74

169 
funksiyalarının daha da genişlənməsi, dünya informasiya məkanına açılan 
pəncərə rolunu oynaması onu göstərir ki, elektron kataloq haqqında yuxarıda 
göstərilən fikirlərin kompleks elmi-nəzəri, metodoloji və prakitiki əsası vardır. 
Lakin bəzi hallarda bir sıra  əlaqədar  ədəbiyyatlarda elektron kataloqun 
yalnız sənəd-informasiya sisteminin bir növü kimi göstərilməsi onun 
informasiya sistemi kimi aşağıdakı xüsusiyyətlərini nəzərə almır: 
-əlaqələnmiş informasiyanın kiçik semantik həcmdə olması, yəni belə 
informasiyalar bir qayda olaraq, sərlövhə,  şəxsi və kollektiv müəllif, 
intellektual məsuliyyətlə məhdudlaşır; 
-axtarışın təşkili üçün spesifik vasitələrin olmaması (UOT, KBT, 
klassifikatorlar və s.); 
-sənəd-informasiya axtarış sistemindən fərqli olaraq elektron kataloqda 
informasiyanın aktuallaşdırılması onun yeniləşdirilməsini və qismən ləğvini 
deyil, əlavə edilməsini nəzərdə tutur; 
-elektron kataloqda biblioqrafik yazının hazırlanması vasitələrindən, 
axtarış aparatından və səhvlərin düzəldilməsi vasitələrindən ayrılıqda baxmaq 
olmaz. Çünki deyilən elementlər daim qarşılıqlı əlaqədədir; 
-elektron kataloqun informasiya kütləsi bir qayda olaraq, həm bir-birilə 
əlaqəli, həm də ayrılmış tematik və politematik biblioqrafik məlumat 
bazalarından ibarətdir. Elektron kataloqun tərkib hissələri məkan etibarilə 
səpələnə bilər, yəni paylanmış  şəbəkə kataloqu ola bilər. Məhz onlayn və 
korporativ kataloqlar bu xüsusiyyətlərə malikdir; 
-şəbəkə informasiya texnologiyaları hazırda aparıcı mövqe qazandığına 
görə müəyyən elektron kataloqa (məsələn, nadir və qiymətli sənədlərə dair) 
digər elektron kataloqlarla birlikdə baxmaq lazımdır. Elektron kataloq 
biblioqrafik məlumat bazası ilə eynilik təşkil etmir. Əgər onlar 
eyniləşdirilərsə, biblioqrafik məlumat bazasının qurulmasına dair təcrübələri 
elektron kataloqun yaradılmasına mexaniki şəkildə keçilmək təhlükəsi 
yaranır.Onlar arasında fərqlər çoxdur və bunlar bütün axtarış elementlərinə 
aiddir. 
Elektron kataloqlaşdırma sahəsində  əldə edilən nailiyyətlər birçox 
kitabxanalarda axtarış imkanları baxımından kartoçka kataloqunun 
perspektivsizliyinə əyani sübut kimi qəbul edilmişdir. Lakin bəzi tədqiqatçılar 
informasiyanın  əlverişli oxunuşu,  əlverişliliyi, qəbul edilməsi və  əyaniliyi 
baxımından kartoçka kataloqunu daha əlverişli hesab edirlər. Biblioqrafik yazı 
formatlarının proqram təminatı baxımından unifikasiyası elektron informasiya 
mübadiləsinə əlverişli zəmin yaratmışdır. Bununla əlaqədar olaraq korporativ 
və beynəlxalq kataloqlaşdırma problemləri həll edilmişdir. Hər iki 
kataloqlaşdırma sisteminin milli və beynəlxalq  əhatəsi ola bilər. Beynəlxalq 
miqyasda korporativ kataloqlaşdırma OCLC-un yaradılması  və  fəaliyyətində 
öz əksini tapmışdır. Avtomatlaşdırılmış kitabxana-informasiya sistemləri üçün 
proqram məhsulları Azərbaycanın da daxil olduğu keçmiş ittifaqda XX srin 
80-ci illərinin əvvəllərindən formalaşmağa başlamışdır. 


170 
Azərbaycan Respublikasının kitabxanalarında mövcud olan nadir və 
qiymətli nəşrlərin elektron kataloqunun yaradılmasının metodologiyası 
ənənəvi kartoçka kataloqunda əks etdirilmiş nadir və qiymətli nəşrlərin, həmin 
kartoçka kataloqlarının bazasında elektron kataloqun yaradılmasının ilkin 
(hazırlıq) mərhələsi bu işin qaydalarının və ardıcıllığının müəyyən edilməsidir. 
Bu baxımdan digər sənədlər kimi, nadir və qiymətli nəşrlərin də elektron 
kataloqununu yaradılması prosesinin ilkin (hazırlıq) mərhələsində əsasən dörd 
variant tətbiq edilir: 
  baş kataloqda olan bütünlükdə (seçilməmiş) kompüter emalı; 
  elektron emalda baş profil olan tematik bölmənin, yaxud ədəbiyyatın 
növ əlamətinin əsas götürülməsi
  sənədlərin nəşr ilinə görə ardıcıl emalı; 
  oxucuların bir neçə illik istifadə intensivliyindən asılı olaraq ədəbiyyatın 
retrospektiv dövrə görə seçilməsi və  həmin dövr üzrə kataloqun 
kompüter emalı. 
Nadir və qiymətli nəşrlərin elektron kataloqlaşdırılması prosesində ilkin 
mərhələnin bu variantların hər birinin müvafiq nəticəvi proqnozlara 
əsaslanaraq demək olar ki, həm müsbət, həm də  mənfi tərəfləri vardır. Buna 
görə də onların qısa xarakteristikasını vermək, fikrimizcə, daha məqsədəuyğun 
olardı. 
Deyilən birinci variantda nadir və qiymətli nəşrlərin biblioqrafik 
yazıların maşınlaoxunan formaya keçirilməsi proseduru nisbətən sadədir. əgər 
bibliqrafik yazıların texniki üsullarla oxunması  tətbiq edilərsə, elektron 
kataloqun “qaralama versiyası”nı daha qısa vaxtda hazırlamaq olar. Lakin bu 
üsul onu ifadə etmir ki, tam yaralı elektron kataloq yaratmaq üçün biblioqrafik 
yazıların sonrakı emalı onu qısa vaxtda icra edə bilər. Bu variantın mənfi 
cəhəti xeyli vəsait və əmək tələb etməsidir. Əgər biblioqrafik yazı kompüterdə 
yığma (çap) üsulu ilə icra edilərsə, elektron kataloqun yaradılması uzun 
müddət tələb edə bilər. Məsələn, 1500 nadir biblioqrafik kartoçkası olan və 
qiymətli nəşrin biblioqrafik yazısını maşınlaoxunan formaya keçirmək 
istəyirik. Fərz edək ki, bir nəfər operator iş növbəsi müddətində 50 ədəd 
kartoçkadakı biblioqrafik təsviri kompüterə daxil edir. Deyilən həcmdə (1500) 
yazıda operator üçün 30 iş günü vaxt lazımdır. [2;3] 
Birinci deyilən variantla əlaqədar olaraq iki məsələni də qeyd etmək 
lazımdır: 
1.Fəal istifadə edilən nadir və qiymətli nəşrlərin biblioqrafik yazıları ilə 
bərabər, az soruşulan və ya heç soruşulmayan, həmçinin bəzən kataloqda olub 
fondda olmayan nadir və qiymətli nəşrlərin biblioqrafik yazıları eynihüquqla 
maşınlaoxunan formaya keçirilir. Bütün bunlar elektron kataloqun 
yaradılmasının sonrakı mərhələləri üçün çətinliklər yaradır; 
2.Həmin vaxtda elektron kataloqda informasiya axtarışının dolğunluğu 
baxımından “hamısı”, yaxud “heç biri” şərti qəbul edilmiş olur. 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə