Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə73/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   66   67   68   69   70   71   72   73   74

175 
Onların təşkili nadir və qiymətli nəşrlərin kartoçka kataloqunun 
maşınlaoxunan formaya keçirilməsilə  məşğul olan xüsusi ixtisaslaşmış 
təşkilatların yaradılmasını  tələb edir. Lakin skanirovka texnologiyasının 
çatışmayan cəhəti görülən işin nisbətən yüksək qiymətə malik olması, qısa 
vaxtda böyük maliyyə  vəsaitinin sərfi və  işin keyfiyyətinin  əl üsulu ilə 
kompüterə daxil etməyin nisbətən aşağı olmasıdır.  
Mövcud təcrübələr göstərir ki, skaner texnologiyalarında nadir və 
qiymətli nəşrlərinbiblioqrafik yazılarının keyfiyyətinə  mənfi təsir edən  əsas 
göstəricilər aşağıdakılardır: 
1)biblioqrafik yazı sahələrinə daxil edilən  əlaqədar məlumatların sahə 
təyinatına uyğun olmaması (məsələn: “kollektiv müəllif” sahəsi ilə 
“məsuliyyət” sahəsi, “əsas sərlövhə” ilə “sərlövhəaltı  məlumat”, “seriya 
nömrəsi” ilə “cild nömrəsi” və s. bəzən dəyişik salınır); 
2) müxtəlif format sahələrinə aid olan biblioqrafik təsvir sahələrinin bir 
format sahəsində yazılması (məsələn: seriyanın, yaxud cildin nömrəsi və adı 
əsas sərlövhə ilə birlikdə yazılır); 
3)daxil edilmiş yazılarda biblioqrafik səhvlərin olması; 
4)biblioqrafik təsvirin skanirovka prosesində oxunmamış elementlərinin 
olmaması (keyfiyyətsiz yazılmış kataloq kartoçkaları olduqda). [13,s.100] 
Deyilən təcrübi nəticələri nəzərə alaraq demək mümkündür ki, nadir və 
qiymətli nəşrlərə dair skanirovka texnologiyaları  əsasında maşınlaoxunan 
biblioqrafik yazı massivinin alınması  və sonrakı  mərhələdə tam yararlı 
elektron kataloq kimi formalaşdırılması yuxarıda bəhs edilən variantlara 
nisbətən xeyli çox əmək və vəsait sərfi tələb edir. Lakin bəhs edilən aspektdə 
bu üsulu təcrübədə tətbiq etmiş bəzi MDB kitabxanaları həmin maşınlaoxunan 
massivin xidmət bölmələrində kartoçka kataloqunu tam şəkildə  əvəz etməyə 
yararlı olduğunu göstərirlər. 
Nadir və qiymətli nəşrlərin maşınlaoxunan biblioqrafik yazıların profilə 
yaxın olan digər kitabxanalardan, yaxud bu işlə  məşğul olan təşkilatlardan 
alınması, fikrimizcə, nəinki kartoçka kataloqunun retrokonversiyası, həm də 
elektron kataloqu aktuallaşdırılması üçün cari dövrdə müəyyən kitabxanaya 
daxil olan nadir və qiymətli ədəbiyyatın emalı baxımından perspektiv üsullar 
elektron emal texnologiyaları inkişaf etmiş Qərb ölkələrinin kitabxanalarında 
da əsas yer tutur. 
Nadir və qiymətli nəşrlərə dair maşınlaoxunan biblioqrafik məlumat 
massivini almaq istədikdə  və alınan obyekt seçildikdə ilk növbədə  aşağıdakı 
məsələlər nəzərə alınmalıdır: 
-maşınlaoxunan biblioqrafik yazının satış qiyməti; 
-maşınlaoxunan biblioqrafik yazı massivini alan kitabxananın tematik və 
sənəd növü profilinə həmin massivin uyğunluq dərəcəsi
-alınan biblioqrafik yazılarda təsvir sahələrinin müəyyən format üzrə 
dolğunluq səviyyəsi; 


176 
-alınacaq maşınlaoxunan biblioqrafik yazı massivinin yaradılacaq, yaxud 
mövcud olan elektron kataloqa daxil edilməsi üçün vacib tamamlama 
proseslərinin məhsuldarlığı və xərcləri. 
Yuxarıda deyilən müxtəlif variantlara və  şərtlərin hər hansı konkret 
kitabxanaya və ya kitabxanalar qrupuna aid olmasına baxmayaraq, bütün 
hallarda ilkin sənəd fonduna (sənədlərin  əslinə) müraciət etmək zərurəti 
yaranır. Xüsusilə, annotasiyaların, indeksləşdirmənin hazırlanmasında, 
personaliyaların tərtibində deyilən zərurət meydana çıxır. Buradan aydındır ki, 
bu iş böyük əmək tutumu olan və yüksək ixtisas hazırlığı tələb edən prosesdir. 
Deyilən proseslər texnoloji planda sənədlərin analitik emalı, yaxud 
biblioqrafik təsvirlərin redaktəsi proseslərindən mahiyyətcə  fərqli deyil. 
Böyük  əmək tutumu və  aşağı  məhsuldarlığını  nəzərə alaraq, xüsusilə, iri 
kitabxanaların nadir və qiymətli nəşrlər fondlarında belə, tamamlama işini 
seçmə üsulu əsasında aparmaq daha məqsəduyğun hesab edilə bilər. 
 
 
Ədəbiyyat 
1. 
Abbasova, S.E. Elektron nəşr texnologiyaları // Rabitə dünyası .- 2002.- 19 
yanvar. 
2. 
Abbasov, S.Ə. XXI əsr informasiya cəmiyyətində Azərbaycan kitabxanalarının 
fəaliyyəti // AMEA MEK-in Elmi əsərləri.-Bakı,2009.- №10.-s.92-97. 
3. 
Cəfərov, C. Kitabxana-informasiya xidmətində elektron kataloq: Monoqrafiya.-
B.: Proqres,2012.-224 s. 
4. 
Xələfov, A.A.Kitabxana və cəmiyyət:Monoqrafiya.-B.: “Azərnəşr”, 2011.-348 
s. 
5. 
Xələfov, A.A. XXI əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin əsas 
istiqamətləri: (mülahizələr, tərtiblər və proqnozlar).-B., 2006.-106 s. 
6. 
İsmayılov, X.İ. Kitabxana-informasiya texnologiyaları: Dərs vəsaiti.-B.: Nurlan 
Nəşriyyatı Poliqrafiya Mərkəzi, 2009.- 312s. 
7. 
İsmayılov, X.İ. Kitabxanaların idarə edilməsinin müasir problemləri: 
Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, metodik və təcrübi jurnal.-
2009.-№1.-s.27-39. 
8. 
İsmayılov, X.İ. Kitabxana menecmentinin əsasları: Dərs vəsaiti .-B.: BDU 
nəşr-tı, 2005.- 199s.  
9. 
Kərimov, S.Q. İnformasiya sistemləri: Monoqrafiya - Bakı: Elm, 2008. - 676 s.  
10.  Mustafayeva, S.MARC formatının yaranması və tətbiqi//Kitabxanaşünaslıq və 
biblioqrafiya; elmin-nəzəri və təcrübi jurnal.- B.: Bakı Universiteti 
11.  Alguliyev, R.M., Afanasyev, A.P., Albertian, A.N., Belevtsev, A.A., 
Imelbayev, Sh.S., Rappoport, A.M. Methods of security control in information 
and telecommunication distributed systems// Dynamics of Non–homogeneous 
Systems. Proceedings of ISA RAS.M.,-2001, vol.5.- pp.139-152.  
12.  Alguliev, R.M., Kazimov, T.H., Mahmudova, S.C., Mahmudova, R.S. 
Corporate information system “Educational Center”. //International Journal of 
Social, Human Science and Engineering.- 2007, vol.1, no.8, pp.-503-507. 
(USA). 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə