Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə72/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   66   67   68   69   70   71   72   73   74

173 
peşəkar məsələlərin həlli üçün kitabxanalararası  məlumat mübadiləsinin 
tələbləri baxımından da dolğun deyildir. Biblioqrafik məlumat elementlərinin 
nisbətən məhdud olmasına baxmayaraq, maşınlaoxunan biblioqrafik məlumat 
bazası  ənənəvi kataloqa nisbətən  əhəmiyyətli üstünlüklərə malikdir və onu 
əvəz edə bilər. 
Bəhs etdiyimiz aspektdə qeyd edək ki, yaxın və uzaq xarici ölkələrin 
əlaqədar kitabxana təcrübələri göstərir ki, kartoçka kataloqunun 
maşınlaoxunan formaya keçirilməsinin texnoloji cəhətdən ayrılıqda və  bəzən 
də əlaqələndirilmiş variantda istifadəsi aşağıdakılardır: 
-nadir və qiymətli nəşrləri əks etdirən biblioqrafik məlumatların əl üsulu 
ilə (klaviatürla) kompüterə daxil edilməsi; 
-kataloq kartoçkalarının skanirovka edilməsi; 
-hazır maşınlaoxunan nadir və qiymətli nəşrlərə dair məlumat 
bazalarının, yaxud elektron kataloq massivlərinin digər təşkilatlardan alınması. 
Hazırki  şəraitdə praktikada nadir və qiymətli nəşrlərə dair biblioqrafik 
məlumatın  əl üsulu ilə kompüterə daxil edilməsi kartoçka kataloqunun ilkin 
emalının daha geniş yayılmış texnoloji üsulu hesab edilir. Bu üsulun bir sıra 
üstünlükləri vardır: 
-təşkili və icra texnologiyasının nisbətən sadə olması; 
-çox da yüksək olmayan xərc tələb etməsi; 
-digər kitabxana və təşkilatların fəaliyyətindən asılı olmaması; 
-işin keyfiyyətinə mərhələlərlə nəzarət edilməsi. 
Bu üsulun çatışmayan cəhəti öz məhsuldarlığına görə xüsusilə iri 
kitabxanaların nadir və qiymətli nəşr fondları üçün xeyli müddət tələb 
etməsidir. 
Biblioqrafik məlumatları kompüterə daxil edən işçilərin məhsuldarlığı 
işin təşkilindən, icraçıların peşə hazırlıq səviyyəsinin və  əmək haqqının 
ödənilməsi xarakterindən asılıdır. Əgər bu şərtləri də nəzərə almaqla, işçilərin 
kompüterdə klaviatura ilə  işləməyi və biblioqrafik təsvir sahələrinin 
doldurulması qaydalarını öyrənməyə ilk dövrlərdə  sərf edilən vəsait istisna 
edilərsə, o zaman yuxarıda deyilən iş növbəsi norması yerinə yetirə bilər. [12, 
s.33] 
İşçilərin bu sahədə  təcrübi vərdişlərindən və  əmək haqqının 
stimullaşdırma dərəcəsindən asılı olaraq yuxarıda deyilən iş növbəsi norması 
xeyli dərəcədə arta bilər. Bu aspektdə Sankt-Peterburq Mədəniyyət 
Akademiyasının müəllimi və əvvəllər iki il Şimali-Karolina ştatındakı Çappel-
Hill Universitetinin magisraturasında oxumuş K.Ozerev öz məqaləsində 
maraqlı bir faktı qeyd edir: işgüzar amerikalı olan bir şəxs (Edvard Leonard) 
1991-ci ildə kilsə kitabxanalarındakı kataloqların maşınlaoxunan formaya 
keçirilməsi sifarişlərinin paylanması üzrə Electronic Seriptorun adlı firma 
yaradır. O, ABŞ-ın müxtəlif ştatlarında olan 25 kilsə ilə müqavilə bağlayır. Bu 
işə 5-6 nəfər təcrübəli rahib cəlb olunur. Onlar bir ay ərzində 40-50 min 
biblioqrafik yazını maşınlaoxunan formaya keçirməyə nail olurlar. Digər bir 


174 
fakt isə N.A.Nekrasov adına Moskva şəhər Mərkəzi Kitabxanasına aiddir. 
Kartoçka kataloqunu maşınlaoxunan formaya keçirmək üçün bu kitabxana 
əlillər cəmiyyətindən xüsusi olaraq ayrılmış  təcrübəli bir işçi tərəfindən 
dəstəklənmiş, nəzarət edilmiş və lazımi hallarda redaktə edilmişdir. Nəticədə, 
qənaətləndirici keyfiyyətə malik olan maşınlaoxunan biblioqrafik yazı massivi 
alınmışdır. Kitabxanada 6-7 işçi stansiyasında işin ümumi orta məhsuldarlığı 
hər operator üçün növbə  ərzində 25-30 biblioqrafik təsvir təşkil etmişdir. 
Burada aşağı  məhsuldarlıq iki səbəblə izah edilmişdir: işçi heyətinin təcrübi 
peşə  səviyyəsinin aşağı olması;  əmək haqqınını  və digər iqtisadi 
stimullaşdırma amillərinin az olması. Deyilən hər iki faktdan da göründüyü 
kimi, işin konkret şəraitə uyğun olaraq təşkilindən və maliyyə  təminatından 
çox şey asılıdır. [14, s.9] 
Bir mühüm məqama da diqqət yetirmək lazımdır ki, xüsusilə,  əlaqədar 
MDB kitabxanalarında belə bir fikir yayılmışdır ki, nadir və qiymətli nəşrlərin 
kartoçka kataloqunun maşınlaoxunan formaya keçirilməsilə mütləq  şəkildə 
təcrübəli biblioqraflar məşğul olmalıdırlar. Lakin təcrübə göstərir ki, bu fikir 
düzgün deyildir. Avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin 
proqram vasitələri  əsasında kompüterdə  əks olunan biblioqrafik məlumat 
sahələri (nişanların-metkaların, identifikator və indikatorların) doldurulması 
üçün dəqiq və  qısa təlimatın və operator qrupunun daha təcrübəli rəhbərinin 
(MDB-nin  əlaqədar kitabxanalarında belə  işçilər “menecer” adlanır) olması 
şəraitində kitabxana işindən çox uzaq olan operatorlar da deyilən prosesi 
keyfiyyətli icra edə bilərlər. 
Nadir və qiymətli nəşrlərin kartoçka kataloqunda olan biblioqrafik 
təsvirlərinin maşınlaoxunan formaya keçirilmsi üçün əlaqədar MDB 
kitabxanalarında pul ödəmə forması müxtəlifdir.İş yerinin təşkilinə  gəlincə
demək lazımdır ki, bir binada şəbəkə, yaxud avtonom rejimdə işləyən bir neçə 
işçi stansiyasınınolması  məqsədəuyğundur. Burada növbəli iş rejimi təşkil 
edilə bilər.Hər bir növbənin iş rejimi və davametmə müddəti konkret 
kitabxanadan və cəlb edilən işçilərdən asılıdır. 
Deyilən texnlogiya ilə işi təşkil etdikdə iş növbəsi üzrə verilmiş tapşırığa 
nəzarət, həmçinin  ən mürəkkəb quruluşlu biblooqrafik təsvirlərin format 
sahələri üzrə doldurulmasında operatorların kömək və vacib hallarda ayrıca 
biblioqrafik yazıların kompüterə yüklənməzdən  əvvəl dubletliyin yoxlanması 
da vacibdir. Cari nəzarət və operatorlara kömək işçi qrupların rəhbərləri 
tərəfindən, biblioqrafik yazıların yekun məlumat bazasına daxil edilməzdən 
əvvəl yoxlanması isə  həmin bazanın inzibatçı, yaxud kitabxananın 
avtomatlaşdırma şöbəsinin əməkdaşları tərəfindən aparılır. 
Nadir və qiymətli nəşrlərin kartoçka kataloqununskanirovka edilməsinin 
retrospektiv konversiyasının  ən operativ üsuludur. Lakin bu üsul ilkin mətni 
oxuyan, onun məzmununu təhlil edən və  təsvir elementlərini biblioqrafik 
formatın sahələrinə keçirilməsini təmin edən xüsusi aparat-proqram 
vasitələrinin olmamasını  tələb edir. Belə texniki komplekslər çox bahadır. 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə