Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə69/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   66   67   68   69   70   71   72   73   74

166 
və onların bazasında yaradılan MARC-21 formatlarından da istifadə edilir. 
MARC-21 hazırda Avropa ölkələrində, ABŞ  və Kanadada daha geniş  tətbiq 
edilir. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında tətbiq olunan 
VTLS Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi MARC-21 formatı 
əsasında fəaliyyət göstərir. [12, s.7] 
UNİMARC formatının mövcud strukturu nişanlar, indikatorlar və 
altsahələr daxil olmaqla, nisbətən stabil sayılır. UNİMARC formatında bütün 
biblioqrafik məlumatlar 9 blokda əhatə olunub. 3 rəqəmli nişanla əhatə olunan 
sahələr isə bu funksional bloklarda cəmlənir. Bloklardakı biblioqrafik 
məlumatlar (verilənlər)  ənənəvi kataloq yazısındakı  məlumatlardan fərqli 
deyil. Formatdakı blokların siyahısı aşağıdakı kimidir: 
0_- İdentifikasiya bloku  
1_- Kodlaşdırılmış informasiya bloku 
2_- Təsviri informasiya bloku 
3_- Qeyd bloku
4_- Təsvir əlaqələri bloku 
5_- Qarşılıqlı əlaqəli sərlövhələr bloku 
6_- Mövzunun müəyyənləşdirilməsi bloku 
7_- İntellektual məsuliyyət bloku 
8_- Beynəlxalq istifadə bloku 
9_- Milli istifadə bloku 
Göründüyü kimi, sahələrdə verilən yazıların məzmunu iki növ 
məlumatları  əks etdirir. Kodlaşdırılmış  məlumatlar nəzarət nömrələrini, nəşr 
tipini, mətnin  əsas dilini və s. istifadə etmək üçün olan kodlardır. Məsələn: 
010_ _$a 0-11-8840940. 
UNIMARC formatında hər bir blokun daxilində  təyin olunan sahələr 
müxtəlif növlü, formalı və səviyyəli informasiyanın verilməsini təmin edir.Hər 
bir sahə üçrəqəmli nişanla işarələnib, daxil olduğu blokun məzmununa uyğun 
biblioqrafik informasiyanı əks etdirir. Məsələn, 700-cü sahə 7-ci “İntellektual 
məsuliyyət” blokuna daxil olub, “ilkin intellektual məsuliyyət kimi şəxs adı”nı 
əks etdirir. Blokdaxili hər bir sahə öz nişanına uyğun biblioqrafik məlumatın 
tipini əks etdirir. Ümumiyyətlə, UNİMARC formatında hər bir sahə (nişan və 
adından sonra) aşağıda verilən sxemə uyğun təsvir olunur. 
1.  Sahənin müəyyənləşdirilməsi 
2.  Sahənin mövcudluğu 
3.  İndikatorlar 
4.  Sahənin məzmunu haqqında qeyd 
5.  Qarşılıqlı əlaqəli sahələr 
6.  Nümunələr 
Yuxarıda göstərilən bu sxem hər bir sahədə verilir. [10, s.19] 
UNİMARC formatında mübadilə  məqsədilə  tərtib olunan hər bir 
biblioqrafikyazı - yazı markeri, məlumat kitabçası və dəyişən sahələrdən ibarət 
olur.Hər bir biblioqrafik yazı 24 simvollu yazı markeri ilə başlayır. Yazı 


167 
markeri biblioqrafik yazının strukturuna aid materialları  əks etdirir. Yazı 
markerindən sonra məlumat kitabçası  gəlir.Məlumat kitabçası 12 simvoldan 
ibarət olub hər bir sahənin nişanını göstərir. II hissə dörd simvoldur və 
məlumat sahəsinin uzunluğunu göstərir. Yəni birinci hissədə verilən sahənin 
simvollarının (bura indikatorlar, altsahənin indikatoru, mətn və ya 
kodlaşdırılmış  məlumatlar və sahə ayrıcları da daxildir) sayını 
müəyyənləşdirir. III sahə beş simvoldan ibarət olub başlanğıc simvolun 
mövqeyini göstərir. Dəyişən uzunluqlu məlumatlar sahəsi isə  məlumat 
kitabçasından sonra gəlir və biblioqrafik məlumatları  əks etdirir. Formatın 
quruluşundan sonra şərh olunan hissə, yəni yazı markeri, məlumat kitabçası və 
dəyişən uzunluqlu məlumat sahələrinin bu sxemi mübadilə zamanı 
istifadəçilər tərəfindən görünməyən hissədir. 
Mürəkkəb quruluşa malik olan elektron kataloqun təşkilində müstəsna 
əhəmiyyət kəsb edən biblioqrafik yazı formatları  sənədlərin təsvirində (o 
cümlədən nadir və qiymətli nəşr sənədlərinin) istifadə olunur. O, quruluş 
etibarilə  təsvir qaydalarından fərqlənir, lakin axtarış etibarilə onlara xeyli 
yaxındır. 
XX  əsrin 70-ci illərində kitabxana-biblioqrafiya və informasiya 
proseslərindəmeydana gələn yeni tələbatları ödəyən elektron kataloqlar 
yaradıldı  və elmi ədəbiyyatda OPAC (Online Public Access Catalogue) 
adlandırıldı.Qeyd etməliyik ki, xarici ədəbiyyatda OPAC iki mənada işlənir: 
  onlayn elektron kataloq; 
  biblioqrafik məlumat bazasına müraciəti təmin edən interfeys hissəsi. 
Burada elektron kataloq adı deyilən birinci mənada işlənir. 
XX  əsrin 70-ci illərindən başlayaraq OPAC-a maraq artmağa başladı. 
Bunun nəticəsində 70-ci illərin  əvvəllərindən Ohayo ştatında fəaliyyət 
göstərən elektron kataloqla birlikdə iki növ OPAC işlənmişdir. Onlardan 
birinci növə aid ediləni və yayılanı aşağıdakılar idi: [11, s.24] 
-  NOTİS-Şimal-Qərb Universitetinin inteqral sistemi; 
-  MELVUL-Kaliforniya Universitetinin Sistemi; 
-  VTLS-Virciniya Elmi Texniki Kitabxanasının sistemi; 
-  LİAS-Pensilvaniya Universitetinin sistemi
-  SULİRS-Sirakuz Universitetinin sistemi; 
-  CARL-Kolorado ştatı Elmi Kitabxanalar İttifaqının avtomatlaşdırılmış 
sistemi. 
Ən kütləvi sistemlərə ALEPH (Şrayl), NOTİS və VTLS aiddir. VTLS 
dünyanın 500-dən artıq kitabxanasında istifadə edilir. O cümlədən 
M.F.Axundov adına Milli Kitabxanada tətbiq edilməkdədir. 1993-cü ildə 
VTLS sistemi Rusiya Dövlət Kitabxanası tərəfindən tətbiq edilmiş və sonralar 
ALEPH sistemi ilə daha da təkmilləşdirilmişdir. 
İkinci növə (qrupa) ixtisaslaşdırılmış firmalar tərəfindən işlənmiş 
OPAC-lar daxildir. Bir qayda olaraq belə sistemlər fərdi kompüterlər hesab 


168 
edildiyindən kitabxanaların xeyli hissəsi hazır  şəkildə onları kommersiya 
təşkilatlarından alırlar. 
Son illərdə avtomatlaşdırılmış kitabxana-informasiya sistemləri (AKİS-
lər) istifadəçilərə daha səmərəli xidmət və informasiya axtarış baxımından 
daha da təkmilləşdirilmiş  və  ənənəvi (kartoçka) kataloqlara nisbətən 
üstünlüklər qazanmışdır. Hər iki kataloqun fərqli cəhətləri aşağıdakılardır: 
Daha geniş funksional imkanlar: 
  müxtəlif kataloq tiplərinə  (əlifba, sistemli, predmet və s.) və  sənəd 
növlərinə (kitab, dövri və davam edən nəşrlər, dissertasiyaların 
avtoreferatları, texniki sənədlərin xüsusi növlərivə s.) görə kataloqların 
avtomatik formalaşdırılması və vahid halda mühafizə; 
  elektron kataloq istifadəçilərə xidmət üzrə inteqral sistemin tərkib 
hissəsinə çevrilir, fondda sənədin olub-olmaması, onun tam mətninin 
verilməsi mümkünlüyü barədə məlumatlar verir; 
  elektron kataloq ərazi  əhatəsi (yerli, regional, milli, beynəlxalq) 
baxımından müxtəlif ola bilər. Prinsip etibarilə istənilən kitabxananın 
fondu vahid bir kataloqda əks etdirilə bilər. 
  Daha geniş axtarış imkanları: 
  kitabxana fondlarına yeni daxil olmuş  ədəbiyyatın biblioqrafik 
məlumatlarının elektron kataloqda minimal əl  əməyi sərf etməklə 
operativ daxil edilməsi
  kitabxana fondlarının çoxaspektli əks etdirilməsi, yəni biblioqrafik 
yazının istənilən elementi üzrə axtarışı; 
  adlara, predmet rubrikalarına nüfuzlu faylların verilməsilə onların 
vahidləşdirilməsi və isnad əlaqələrinin təmin edilməsi; 
  elektron kataloqda paralel olaraq (eyni zamanda) təsnifat indeksi, 
predmet rubrikaları, açar sözlər və s. üzrə axtarışın təmin edilməsi. 
Beləliklə, elektron kataloq dörd komponentdən ibarət olan informasiya 
məhsuludur: proqram (əsas) komponenti; texnoloji (örtük, əhatə) komponenti; 
informasiya (interfeys) komponenti; aparat (ixtisaslaşma) komponenti. 
Elektron kataloqun əsas xüsusiyyəti onun müxtəlif avtomatlaşdırılmış işçi yeri 
(AİY) kimi istifadəsidir.Lakin bu, elektron kataloqun daxili funksiyasıdır. 
Əsas funksiya isə xarici funksiyalardır, yəni elektron kataloq istifadəçinin 
müraciətlərini, yaxud onun avtomatlaşdırılmış işçi yeri ilə təmin edilməsidir. 
Elektron kataloq həmçinin maşınlaoxunan formada reallaşdırılmış 
kitabxana kataloqudur. O, kataloq əlamətlərinə cavab verən biblioqrafik 
məlumat bazası, avtomatlaşdırılmış kitabxana-informasiya sistemi, yaxud 
altsistemidir, onlayn kataloqdur. [1,s.99] 
Elektron kataloq haqqında göstərilən bu tərif xarakterli deyilənlərin hər 
birində onun informasiya-axtarış sistemi kimi mahiyyəti, struktur-funksional 
imkanları bu və ya digər aspektdən ehtiva olunur. Ümumiyyətlə, yeni 
informasiyalaşdırılmış 
cəmiyyət 
şəraitində kitabxanaların sosial 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə